Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Barışıq qülləsi
Barışıq qülləsi və ya Maqas qülləsi (inquş Барта гӏа́ла, Магас гӏа́ла) — 2013-cü ildə İnquşetiya Respublikasının paytaxtı Maqas şəhərində klassik orta əsr İnquş qülləsi formasında ucaldılmış çoxmərtəbəli bina. Barışıq qülləsinin hündürlüyü təxminən 100 metrdir. Müşahidə göyərtəsinə (hündürlüyü 85 m) çatmaq üçün spiral rampa ilə bir kilometrdən çox gəzmək lazımdır (lift yoxdur). İnquşetiyanın ən hündür binası və Şimali Qafqazın ən yüksək müşahidə qülləsidir. Maqas qülləsi, respublikanın düzən hissəsindəki əsas turistik yerdir. Qüllənin geniş sahəsi və mərtəbələrinin rahatlığı müxtəlif mədəni tədbirlərin, elmi konfransların, xüsusən də, İnquşetiya Respublikası Teyp Şurasının iclaslarının və gənclər forumlarının keçirilməsinə imkan verir. Ayrı mərtəbələrdə milli üslubda kafelər və etnoqrafiya muzeyi var. Çoxfunksiyalı "Barışıq qülləsi" obyekti, əsrlər əvvəl qurulduğu kimi çayxanaya deyildir, respublikanın bütün sakinlərinə aid olduğu üçün İnquş cəmiyyətinin möhkəmlənməsində mühüm rol oynayır. Qüllədə 85 metr yüksəklikdə, Maqas şəhərinin və ətrafının panoramik mənzərəsinə açılan super davamlı şüşədən hazırlanmış müşahidə göyərtəsi var. == Tarixi arayışı == Qədim dövrlərdən bəri İnquş teypləri ata-baba qalalarını tikirlər.
Bağışlı (Xudafərin)
Bağışlı (fars. باغشلو‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 25 nəfər yaşayır (6 ailə).
Malik Bağışov
Malik Sədaqət oğlu Bağışov (18 avqust 1974, Lerik – 1995) — şəhid. 18 avqust 1974-cü ildə Lerik şəhərində ziyalı ailəsində doğulmuşdur. 1981-ci ildə hazırda adını daşıyan M.Bağışov adına şəhər 3 saylı tam orta məktəbin 1 ci sinfinə getmiş, 1991 ci ildə A. Nuriyev adına şəhər 1 saylı riyaziyyat təmayüllü orta məktəbinin 10 cu sinfini bitirib, Bakı Maşınqayırma Texnikumuna daxil olmuşdur. 1992 ci ildə təhsilini yarıda qoyaraq Vətənin dar günündə onun müdafiəsinə qoşulmuşdur. Beləliklə qısa hərbi təlim keçdikdən sonra Malik ön cəbhəyə düşmənlə mübarizəyə yollanmışdır. Döyüş əməliyyatlarında Ağdam, Füzuli, Xocavənd, Beyləqan rayonunun, Haramı düzündə düşmənə ağır zərbələr endirərək həddini bildirmişdir. Buna görə yüksək Komandanlıq tərəfindən cəsur və qorxmaz döyüşçü kimi tanınmışdır. 20 fevral 1995 ci ildə döyüş tapşırığını yerinə yetirərkən minlərlə övladlarımız kimi düşmən gülləsinə tuş gəlmiş və "Şəhidlik" zirvəsinə ucalmışdır. Malik Sədaqət oğlu Bağışovun Fevralın 20-si anım günüdür. Anım günü ilə əlaqədər adını əbədiləşdirən şəhər 3 saylı tam orta məktəbində müəllim və şagirdlərin iştirakı ilə tədbir keçrilir.
Əlimərdan Bağışov
Bağışov Əlimərdan Aşur oğlu - ATU-nun Urologiya kafedrasının professoru, tibb elmləri doktorudur. == Həyatı == 09 aprel 1958-ci ildə Masallı rayonunun Tüklə kəndində anadan olmuşdur. 1975-ci ildə bu kənddə orta məktəbi bitirmişdir. 1976-1978-ci illərdə keçmiş Sovet Ordusu sıralarında xidmət etmişdir. == İş təcrübəsi == 1986-cı ildə Azərbaycan Tibb İnstitunun (hazırkı Universitetin) müalicə-profilaktika fakültəsini adlı təqaüdlə bitirmiş və Urologiya kafedrasında elmi işçi kimi saxlanmışdır. 1992-ci ildə bu kafedranın nəznində aspiranturanı bitirərək “Mamalıq və ginekoloji praktikada sidik yolları zədələnmələrinin operativ müalicəsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və Rusiya AAK-nın qərarı ilə Tibb Elmləri namizədi alimlik dərəcəsini almışdır. Həmin ildə urologiya kafedrasının assistenti, 1997-ci ildə dosent, 2017-ci ildə kafedranın professoru təyin olunmuşdur. 2008-cu ildə “Qadınlarda fiziki gərginlik zamanı sidik saxlanmazlığı (sidiyin stress inkontinensiyası) - etiopatogenez, diaqnostika və müalicəsi” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Elmi tədqiqat işlərini Rusiya Hərbi Tibb Akademiyasının Urologiya kafedrası və klinikasında aparmışdır. 2009-cu ildə tibb üzrə elmlər doktoru adını almışdır.
Əlihüseyn Bağışov
Əlihüseyn Bağışov (25.12.1937, Yardımlı) — Yardımlının I Qarabağ Müharibəsində Şəhid olmuşdur. == Həyatı == Bağışov Əlihüseyn Mirzəhüseyn oğlu 25.12.1937-ci ildə Yardımlı rayonu Şovut kəndində anadan olmuşdur.1944-cü ilin sentyabr ayında Yardımlı rayon Telavar kəndində məktəbə daxil olmuş.1950-ci ildə Yardımlı rayon Yolocaq kənd orta məktəbində təhsilini tamamlamışdır.1959-cu ildə hərbi xidmətə getmişdir.1963-cü ildə hərbi xidmətin başa vurmuşdur. Həmən ildə Bakı Tibb Texnikomuna daxil olmuşdur.1966-cı ildə həmin tibb texnikomunu bitirmişdir.1966-cı ildə Yardımlı rayon Şovut kəndinə qayıtmışdır. Həmən il əmək fəaliyyətinə Yardımlı rayon Vərgədüz kənd xəstəxanasında başlamışdır.1969-cu ildə Yardımlı rayon Porsova kənd xəstəxanasında çalışmışdır.22.03.1994-cü ildə oğlu Bağışov Qorxamazın hərbi xidmətdə olduğu vaxt onun görüşünə gedən zaman Füzuli rayon ərazisində düşmən təxribatı nəticəsində atılan mərmi partlayışı nəticəsində ağır yaralanmış və şəhid olmuşdur.24.03.1994-cü ildə Yardımlı rayon Şovut kənd qəbristanlığında torpağa tapşırılmışdır.
Ölsəm... bağışla
Ölsəm... bağışla — II Dünya müharibəsindən sonrakı illərdə baş verən hadisələrdən bəhs edən, dram janrında çəkilmiş bədii film. == Məzmun == Film məhəbbət, haqsızlığa qarşı mübarizə və ölüm haqqındadır. Filmin əsas süjet xətti iki gənc arasındakı məhəbbət üzərində qurulmuşdur. Elə bir məhəbbət ki, insan qəlbini pis fikirlərdən, pis əməllərdən xilas edir, onu təmizləyir, paklaşdırır. Həyat filmin qəhrəmanını bir çox sınaqlardan keçirir, sərtləşdirir. Hər addımında haqsızlıqlarla üzləşən Yusif (Fəxrəddin Manafov) onlarla təkbaşına mübarizə aparmalı olur. Amma o, xasiyyətcə mülayim adamdır. Yusif müharibədən sonra xəbər tutur ki, atası haqsız məhkum edilib, sevdiyi qız (Gülzar Qurbanova) onu gözləməyib başqasına ərə gedib. Nə etməli, hər şeyə göz yummalı, yoxsa yenidən mübarizə aparmalı?
Məhkəmə baxışı
Məhkəmə nəzarəti — icraedici və qanunverici hakimiyyətlərin fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması prosesidir. Məhkəmə nəzarəti səlahiyyəti olan məhkəmə daha yüksək hüquqi qüvvəsi olan hüquq normaları ilə ziddiyyət təşkil edən qanunları və hökumət qərarlarını ləğv edə bilər. Bu zaman icraedicilik hakimiyyətinin qərarları qanunsuz olduğuna görə, qanunlar isə konstitusiyanın normalarını pozduğuna görə qüvvədən düşmüş hesab edilə bilər. Məhkəmə nəzarəti hakimiyyətlərin bölünməsi prinsipindəki yoxlama və balanslardan biridir: qanunverici və icraedici orqanlar öz səlahiyyətini aşdıqda məhkəmə onların üzərində nəzarəti həyata keçirir. Doktrina yurisdiksiyalar üzrə fərqlənir. Odur ki, məhkəmə nəzarəti prosesi və onun əhatə dairəsi ölkədən ölkəyə fərqlənə bilər. == Ümumi prinsipləri == Məhkəmə nəzarəti iki fərqli, lakin paralel hüquq sistemləri kontekstində — roman-german hüquq sistemi və ümumi hüquq sistemində, həmçinin iki fərqli demokratiya nəzəriyyəsində araşdırıla bilər. Hansı ki bu nəzəriyyələr qanunverici hakimiyyətin aliliyi və hakimiyyətlərin bölgüsü doktrinaları və hökumətlərin təşkil edilməsi prinsipləri ilə bağlıdır. Birincisi, roman-german və ümumi hüquq sistemində məhkəmə nəzarəti ilə bağlı müxtəlif baxışlar mövcuddur. Ümumi hüquq sistemində hakimlər hüququn mənbəyi kimi qəbul edilirlər.
Qar yağışı
Qar — çox kiçik buz kristallarından ibarət atmosfer yağıntısı. Qar havanın temperaturu buludda 0 °C-dən aşağı olduqda yaranır. Yerə enməsi 4 °C tempuraturdan aşağı olduqda baş verir. == Qar növləri == Lopa qar: Durğun havada, çox soyuq olmayan mühitdə birləşən qar dənələrinin diametri 1 cm-ə yaxınlaşar. İri dənələr halında yağır. Sulu qar: Atmosferin üst qisimlərində çox soyuq olmayan havada su və buzdan ibarət olan qar dənələri, yerə yaxın sahələrdə artan istilikdən ötəri əriyirlər. Ərimə ilə yağış və ya qarla qarışıq yağış meydana gələr. Düyü qar: Normal qar dənələrindən kiçik, yumru, sərt dənəciklərdir. Üzəri incə bir buz təbəqəsi ilə örtülü olan dənələr yerə sürətli düşüb sıçrayır. Quru qar: Həddindən artıq soyuq və nəm nisbətinin aşağı olduğu hava şəraitində, diametri 1 mm-dən kiçik qar kristalları əmələ gəlir.
Turşu yağışı
Turşu yağışı — tərkibində turşular olan, yəni yüksək miqdarda hidrogen ionlarına sahib olan atmosfer yağıntısıdır (alçaq pH). Turşu yağışının bitkilər, su heyvanları və infrastuktur üzərində zərərli təsirləri ola bilər. Turşu yağışı havanın tərkibində olan kükürd və azot oksidlərinin su molekulları ilə birləşərək turşu əmələ gətirməsinə görə baş verir. Hökumətlər 1970-ci ildə bəri havadakı kükürd-dioksidin miqdarının azaldıması üçün səy göstərirlər. Azot oksidləri təbiətdə ildırım çaxması zamanı kükürd-dioksid isə vulkan püskürmələrindən əmələ gəlir. Turşu yağışındakı kimyəvi maddələr dəmir qurğuların korroziyasına və daş heykəllərin erroziyasına səbəb olur. == Turşu yağışının ziyanları == === Suyun turşulaşması === 1950-ci ildə İsveç və Norveçin əhalisi çay və göllərdən balıqların yoxa çıxmasını müşahidə etməyə başladılar. Bu gün üçün təkcə İsveçdə 14000-dən çox gölün suyu yüksək turşuluğa malikdir. Bu problem Şotlandiyada, Alpın yüksək dağlıq zonasında, Kolsk yarımadasında, Taymırda, Avrasiyanın və Mərkəzi Amerikanın başqa yerlərində də mövcuddur. === Torpağın münbitliyinin azalması === Torpağın turşuluğunun yüksəlməsi bitkilərin qidalanması üçün mineral elementlərin azalmasına, onun strukturunda və su-hava rejimində arzuedilməz dəyişikliklərə, bunların nəticəsi kimi isə münbitliyin azalmasına gətirib çıxarır.
Sadri Alışık
Sadri Alışık, əsl adı Mehmet Sadrettin Alışık (5 aprel 1925, İstanbul — 18 mart 1995, İstanbul) türk teatr aktyoru, kino aktyoru və komediya aktyorudur. 1964-cü ildən etibarən Turist Ömər və Ofsayt Osman obrazları ilə tanınıb. O, həyatı boyu 200-dən çox filmdə rol alıb. === Həyatı === 5 aprel 1925-ci ildə İstanbul, Paşabahçe, Beykozda anadan olub. Anası Saffet Xanım, atası isə Kapitan Rafet bəydir. Uşaqlıq illərində teatra maraq göstərmişdir; Məktəb tamaşalarında rol aldı. O, ilk dəfə 1939-cu ildə Eminönü İcma Mərkəzində həvəskar kimi səhnəyə çıxıb. Beykoz Orta Məktəbini (indiki Ziya Ünsel İbtidai məktəbi), sonra İstanbul Oğlan Liseyini bitirmişdir.
Bağışla (film, 1983)
Bağışla tammetrajlı televiziya film-tamaşası rejissor Tariyel Vəliyev tərəfindən 1983-cü ildə ekranlaşdırılmışdır. Azərbaycan Televiziyasında istehsal edilmişdir. Filmdə Elçinin institut direktorunun müavini təyin olunması hadisələrin mexaniki şəkildə və görünməz qüvvələr tərəfindən idarə edilməsinə səbəb olaraq birinci hissədəki yalnız adı hallanan Vasif obrazını yeni konteksdə təqdim edir. Əsas rolları Firəngiz Mütəllimova, Yaşar Nuri və Rəfael Dadaşov ifa edirlər. == Məzmun == "Səni axtarıram" televiziya tamaşasının davamı olan bu hissədə Elçinin (Yaşar Nuri) institut direktorunun müavini təyin olunması hadisələrin mexaniki şəkildə və görünməz qüvvələr tərəfindən idarə edilməsinə səbəb olaraq birinci hissədəki yalnız adı hallanan Vasif (Rəfael Dadaşov) obrazını yeni konteksdə təqdim edir. İnstituta qayıdan Elçin yenidən Gülnarla (Firəngiz Mütəllimova) qarşılaşır, söz-söhbətlər yenidən bir-birinə calanır.
Bağışlı Məhəllə (Talış)
Bağışlı Məhəllə (fars. باغشلومحله‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 523 nəfər yaşayır (110 ailə).
Çiçək Yağışı (1971)
== Məzmun == Kinooçerk çiçəklər haqqında lirik hekayədir. Güllər həmişə insanlara, evə sevinc, gözəl əhvali-ruhiyyə, gümrahlıq, həyata məhəbbət gətirir. Filmdə insanın gülə münasibəti, qarşılıqlı əlaqəsi barədə söhbət açılır. Kinolentdə incə-lirik səhnələrlə yanaşı kəskin dramatik anlar da vardır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Rasim Ocaqov Ssenari müəllifi: Arif Əliyev Operator: Rasim Ocaqov Bəstəkar: Emin Sabitoğlu Mahnıların mətninin müəllifi: Vaqif Səmədoğlu Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Ölsəm... bağışla (film, 1989)
Ölsəm... bağışla — II Dünya müharibəsindən sonrakı illərdə baş verən hadisələrdən bəhs edən, dram janrında çəkilmiş bədii film. == Məzmun == Film məhəbbət, haqsızlığa qarşı mübarizə və ölüm haqqındadır. Filmin əsas süjet xətti iki gənc arasındakı məhəbbət üzərində qurulmuşdur. Elə bir məhəbbət ki, insan qəlbini pis fikirlərdən, pis əməllərdən xilas edir, onu təmizləyir, paklaşdırır. Həyat filmin qəhrəmanını bir çox sınaqlardan keçirir, sərtləşdirir. Hər addımında haqsızlıqlarla üzləşən Yusif (Fəxrəddin Manafov) onlarla təkbaşına mübarizə aparmalı olur. Amma o, xasiyyətcə mülayim adamdır. Yusif müharibədən sonra xəbər tutur ki, atası haqsız məhkum edilib, sevdiyi qız (Gülzar Qurbanova) onu gözləməyib başqasına ərə gedib. Nə etməli, hər şeyə göz yummalı, yoxsa yenidən mübarizə aparmalı?
Çiçək yağışı (film, 1971)
== Məzmun == Kinooçerk çiçəklər haqqında lirik hekayədir. Güllər həmişə insanlara, evə sevinc, gözəl əhvali-ruhiyyə, gümrahlıq, həyata məhəbbət gətirir. Filmdə insanın gülə münasibəti, qarşılıqlı əlaqəsi barədə söhbət açılır. Kinolentdə incə-lirik səhnələrlə yanaşı kəskin dramatik anlar da vardır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Rasim Ocaqov Ssenari müəllifi: Arif Əliyev Operator: Rasim Ocaqov Bəstəkar: Emin Sabitoğlu Mahnıların mətninin müəllifi: Vaqif Səmədoğlu Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Babilik
Babilik — Seyyid Əli Məhəmməd Babın (1819-1850) adı ilə bağlı dini təlimdir. O, 1844-cü ildə Bab (Ərəbcədən tərcümədə "qapı") ləqəbini götürmüş, özünü Allahın Vəd etdiyi Mehdi olduğunu bəyan etmiş, 18 müridindən biri olan Qüdslə Məkkəyə yollanaraq zülhiccə ayında Kəbə evinin yanında öz Missiyasını elan etmiş, Vəd Olunmuş Qaim, Mehdi olduğunu bəyan etmişdir. Burdan Kufə şəhərinə gedərək orada da öz dəvətini elan etmişdir. Babın təlimi fanatizmə, ali ruhanilərin özbaşnalığına qarşı yönəlmiş və İran cəmiyyətinin orta və aşağı təbəqələrində özünə çoxlu tərəfdar tapmışdı. Bab daim özündən sonra zühur edəcək olan "Allahın zahir edəcəyi Kəs" haqqında danışmış, bütün yazılarında onu mədh etmişdir. Bab şiə müctəhidlərinin bir qismi tərəfindən kafir kimi pislənmiş, bir qismi tərəfindən isə qəbul olunmuşdur. O, elə bir cəmiyyət haqqında danışırdı ki, orada nə əxlaqsız din xadimləri, nə də ədalətsiz siyasət adamları olsun. == Haqqında == Gündən günə artan nüfuzu və ardıcıllarının İranı bürüməsinə görə şah hökuməti onu həbs etdi və Maku zindanına saldı. Burada "Bəyan" adlı kitabını nazil etdi. İlahi Missiyasını insanlara tədricən açan Bab daha sonra özünü Nöqteyi-Övla adlandırır ki, bu Məhəmməd peyğəmbərlə eyni məqama sahib olmağa bərabər sayılırdı.
Batisit
Batisit — mineral, Na2BaTi2[Si2O7]2 == Haqqında == Batisit - rombik. Kristalları lövhəvari. Ayrılma{100} üzrə. Rəngi tünd qəhvəyi. Sərtliyi 8. Xüsusi çəkisi 3,4. Qələvi peqmatitlərdə ramzait, evdialit, torit və b. ilə birlikdə rast gəlir. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Bağışla, gələ bilmədim (film, 2015)
Bağışla, gələ bilmədim qısametrajlı bədii filmi rejissorlar Faiq Kərimoğlu və Ramin Asimoğlu tərəfindən 2015-ci ildə ekranlaşdırılmışdır. Filmdə İmam Hüseynin Kərbəlada olduğu zaman yaxınlıqdakı zindanda olan dustaqlardan, həmin dustaqların İmam Hüseynin şəhid olması xəbərini eşitməsindən sonra baş verən proseslər öz əksini tapır. Əsas rolları Rasim Balayev, Namiq Ağayev, Kamran M. Yunis, Şamil Süleymanov və Təvəkkül Əliyev ifa edirlər. == Məzmun == Filmdə İmam Hüseynin Kərbəlada olduğu zaman yaxınlıqdakı zindanda olan dustaqlardan, həmin dustaqların İmam Hüseynin şəhid olması xəbərini eşitməsindən sonra baş verən proseslər öz əksini tapır. == Film haqqında == Film Aqşin Fatehin eyniadlı romanının motivləri əsasında çəkilib.
Kərim Baqiri
Kərim Baqiri — İran futbolçusu == Həyatı == Kərim Baqiri 1974-cü il fevral ayının 20-də Təbriz şəhərində anadan olub. İranın dünyada ən tanınmış və adlı-sanlı futbolçularındandır. Ona "İranın Erik Kantonası" ləqəbi verilib. Peşəkar futbolçu karyerasına 16 yaşında Təbrizin Traktor Sazi klubunda başlayıb. Az sonra İranın gənclərdən ibarət milli yığma komandasının, daha sonra isə milli yığma komandasının heyətinə cəlb edilib. 1996-cı il avqustun 1-də Tehranın Əkinçi ("Keşavarz") komandası ilə müqavilə imzalayıb. Çox keçməmiş Tehranın İran çempionatında çıxış edən 2 güclü klubundan biri - Persepolisə transfer olunub. O, həmçinin Almaniyanın "Arminiya", İngiltərənin "Çarlton" , Qətərin "Əl-Sədd" və BƏƏ-nin "Əl-Nəsr" klublarında çıxış edib. 1993-cü ildən çıxış etdiyi İran milli yığmasında karyerasını 2010-cu il oktyabrın 7-də Braziliya ilə yoldaşlıq görüşündə başa vurub.
Meteor yağısı
Meteor seli hər ilin eyni ayda gedən qısamüddətli və sıx (dəqiqədə 1000-dən çox) meteorların dəstəsi. Böyük meteor seli radiantının daxil olduğu bürcə görə adlandırılır. Yerdən görən kimi meteor seli meteor yağışı adlanır. Əsas meteor seliləri Kvadratidlər, Liridlər, η-Akvaridlər, δ-Akvaridlər, Perseidlər, Drakonidlər, Orionidlər, Tauridlər, Leonidlər, Germinidlər və Ursidlərdir.
Said Baqiri
Said Baqiri — şair və İran radio və televiziyasının keçmiş aparıcısı. == Həyatı == Said Baqiri 1960-cı ilin avqust ayında Tehranda dünyaya gəlib.O, İran himninin sözlərinin müəllifidir.
Tibb bacısı
Tibb bacısı — ixtisası üzrə təhsil almış həkim, laborant, xəstə baxıcısı kimi sağlıq personalı ilə iş birliyi edərək xəstənin müalicəsinə şərait yaradan şəxsə verilən addır. Müasir tibb bacısı peşəsinin qurucusu: Florens Naytingeldir. Florens Naytingel bu sözləriylə məşhurdur: Tanrının ən dəyərli hədiyyəsi olan həyat, çox vaxt tibb bacısının əllərinə həvalə olunmuşdur. İlk Türk tibb bacısı: Səlcuq dövründə yaşamış olan Gövhәr Nәsibәdir. 12 may Florens Naytingelin doğum günüdür. Hər il dünyada Tibb bacısı Günü olaraq qeyd edilir.
Məhəmməd Baqiri
Məhəmməd Baqiri (doğum adı: Məhəmməd Hüseyn Afşordi) (farsca: محمد باقری) (iyun 1960, Təbriz, İran) — iranlı General-mayor rütbəli zabit. İranda İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri. Hal-hazırda İranda mövcud olan ən yüksək hərbi mövqe hesab edilən İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisidir. == Bioqrafiya == Məhəmməd Baqiri 1960-cı ildə Təbrizdə anadan olmuşdur. 1979-cu ildə Amirkabir Texnologiya Universitetinin maşınqayırma fakültəsinə qəbul edilmişdir. 1980-ci ildə İslam İnqilabı Keşikçiləri Korpusuna üzvlüyə qəbul edilmişdir. İran-İraq müharibəsində təcrübəsi olan bir hərbi kəşfiyyat üzrə mütəxəssisdir. Siyasi coğrafiya üzrə fəlsəfə doktorudur. İran Ali Milli Müdafiə Universitetində mühazirələr oxuyur. Suriya vətəndaş müharibəsi, İranda kürd üsyanı, 2014-2017-ci illərin İraq vətəndaş müharibəsində iştirak etmişdir.
Yerli eroziya bazisi
Yerli eroziya bazisi – (rus. местный базис эрозии, ing. local base level) istənilən yüksəklikdə yerləşən və yerli əhəmiyyəti olan /müvəqqəti və lokal/, eroziya ba­zisi. Y. e. b. axarsız su tutarları sə­viy­yəsinə, astanalara, çayların qar­şısını kəsən dağ uçqunlarına və s. uyğun gələ bilir.
Məhəmməd Baqiri (iranlı zabit)
Məhəmməd Baqiri (doğum adı: Məhəmməd Hüseyn Afşordi) (farsca: محمد باقری) (iyun 1960, Təbriz, İran) — iranlı General-mayor rütbəli zabit. İranda İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri. Hal-hazırda İranda mövcud olan ən yüksək hərbi mövqe hesab edilən İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisidir. == Bioqrafiya == Məhəmməd Baqiri 1960-cı ildə Təbrizdə anadan olmuşdur. 1979-cu ildə Amirkabir Texnologiya Universitetinin maşınqayırma fakültəsinə qəbul edilmişdir. 1980-ci ildə İslam İnqilabı Keşikçiləri Korpusuna üzvlüyə qəbul edilmişdir. İran-İraq müharibəsində təcrübəsi olan bir hərbi kəşfiyyat üzrə mütəxəssisdir. Siyasi coğrafiya üzrə fəlsəfə doktorudur. İran Ali Milli Müdafiə Universitetində mühazirələr oxuyur. Suriya vətəndaş müharibəsi, İranda kürd üsyanı, 2014-2017-ci illərin İraq vətəndaş müharibəsində iştirak etmişdir.
Ümumdünya Tibb Bacısı Günü
Beynəlxalq Tibb Bacıları/Qardaşları Günü — hər il 12 May qeyd olunur. Beynəlxalq Tibb bacıları/qardaşları Şurasının (ICN) himayəsi altında keçirilir.Tibb bacıları gününün qeyd olunması fikri ilk dəfə 1953-cü ildə irəli sürülmüşdü, lakin bu beynəlxalq gün 1965-ci ildən qeyd olunur. 1974-cü ildən ICN Beynəlxalq Tibb bacıları Gününü Xeyriyyə xidmətinin qurucularından biri olan Florens Naytingelin doğum günü olan 12 May tarixində qeyd etmək qərarına gəldi.Hər il bu gün üçün Tibb bacıları Şurası məlumat materialları hazırlayır, qarşıdan gələn Tibb bacıları Gününün mövzusunu və şüarını elan edir. Böyük Britaniyada Beynəlxalq Tibb bacıları Günü, 21 May - ölkənin həbsxana sisteminin islahatçısı E.Frinin doğum günündə qeyd olunur.