Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Basiyan döyüşü
Basiyan döyüşü — 13-cü əsrdə Gürcüstan krallığı ilə Rum sultanlığı arasında baş vermiş döyüş. Döyüş Ərzurum şəhərindən 60 km şimal-şərqdə, Basiani vadisində baş vermişdir. Döyüş 1202-1205 tarixləri arasında baş vermişdir. Son dövrün mənbələrində döyüşün tarixi əsasən 1203-1204-cü illər arası göstərilir. Müsəlman tarixçi İbn Bibi müharibənin hicri 598-ci ildə (miladi 1 oktyabr 1201 - 19 sentyabr 1202) baş verdiyini iddia edir. Döyüş Rum sultanlığının məğlubiyyəti ilə nəticələnib. Döyüş zamanı yaralanan II Süleyman şah Ərzuruma doğru geri çəkilmişdir. (gürc.) D. Ivane Javakhishvili, (1983), ქართველი ერის ისტორია (History of Georgian Nation), [1] Arxivləşdirilib 2019-09-27 at the Wayback Machine Tbilisi: Georgia, USSR. (gürc.) Melikishvili, Giorgi et al. (1970), საქართველოს ისტორიის ნარკვევები (Studies in the History of Georgia), Vol. 2.