Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Monquş Buyan-Badırqı
Monquş Buyan-Badlrqı (tıva Хүн Ноян Моңгуш Буян-Бадыргы Үгер-Даа; 25 aprel 1892 — 22 mart 1932) — Tıva ictimai və dövlət xadimi, Tıva dövlətçiliyinin qurucusu. Uzun müddət Tıvanın müstəqilliyi mübarizəsində iştirak etmişdir. Müstəqil siyasət yeritməsi SSRİ-nin xoşuna gəlməmişdir. 1929-cu ildə Moskvanın təlimatı ilə həbs olunmuş və 1932-ci ildə əks inqilabı fəaliyyətdə ittiham edilərək güllələnmişdir. == Həyatı == === Erkən illəri === Buyan-Badırqı 25 aprel 1892-ci ildə Ayanqati qəsəbəsində sürü qoruyucusu Nomçul Monquşun ailəsində anadan olub. Əmisi Xemçik Daa-kojuun noyonu Monquş Xaydıp tərəfindən oğulluğa götürülüb. Xaydıp Uqerda bəlkə də Tıvanın siyasi tarixindəki ən parlaq və ən güclü şəxsiyyətlərdən biri idi. Onunla görüşən avropalı və rusiyalı səyyahlar onun yüksək təhsilini, aristokratiyasını, idarəetmə qabiliyyətini təqdir edirdilər. Lakin Xaydıp görünür, şimal qonşusunun ərazisini və gücünü tamamilə aydın təsəvvür etmirdi. Rus-Yapon müharibəsində Rusiyanın məğlubiyyətindən sonra Noyonun rus köçkünlərinə münasibəti kəskin şəkildə dəyişdi, əslində onların qovulması başlandı.
Albov baldırğanı
Albov baldırğanı (lat. Heracleum albovii) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin baldırğan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir - VU D2. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Yarpaqları yumurtavaidir, ikər-lələklidir, hər iki üzü bozumtul tükcüklüdür, kənarları sərt dişciklidir. Çətir şüaları 20-25 ədəddir, tükcüklüdür, müxtəlifdir. Çiçəkləri sarımtıl-ağ rəngdədir, az böyümüşdür. Meyvəsi ellipsvari, çılpaqdır, uzunluğu 6–7 mm-dir. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləmə iyul-avqust, meyvəvermə avqust-sentyabr aylarına təsadüf edir.
Qadırğalı Jalayiri
Qadırğalı bəy Qasımlı Jalayiri (Qadırğalï Jalayir / Қадырғали Жалайыр, ləqəbi Karaçi) — XVI əsrdə yaşamış qazax salnaməçisi, siyasətçi. Qadır Əli bəy Xoşum-bəy Cəlayir (1530-1605) - Sibir və Kasımov xanlarının saray xadimi, tarixçi. Sibir Xanı Kuçuma xidmət etmişdir. Ruslar tərəfindən tutuldu. Kasımov Xan Uraz-Məhəmməd tərəfindən işə götürülmüşdür. 1602-ci ildə "Cəmi ət-təvarix" (Salnamələr toplusu) tarixi traktatını yazdı. Fəzlullah Rəşidəddin tərəfindən yazılmış eyni adlı əsərin qısaldılmış variantını və bir neçə dastanın orijinal hissəsini ehtiva edir. Salnamə, XV-XVI əsrlərdə Deşti-i Qıpçaqdakı hadisələrin yerli Tatar-Noqay versiyasını verir. Tatar mətni I.N.Berezin tərəfindən 1854-cü ildə nəşr edilmişdir - Salnamələr toplusu. Kazan, 1854 (Şərq tarixçiləri kitabxanası, I. N. Berezin tərəfindən nəşr edilmişdir, c.2, hissə 1) əsər M. A. Usmanov tərəfindən öyrənilmişdir (Usmanov M. A. XVII—XVIII əsrlərə aid Tatar tarixi mənbələri.
Sibir baldırğanı
Sibir baldırğanı (lat. Heracleum sibiricum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin baldırğan cinsinə aid bitki növü.
Sosnovski baldırğanı
Hündürlüyü 1-1,5 m-ə qədər, gövdəsi dərin şırımlı, pərdəyəoxşar tükcüklərlə örtülmüş olan ikiillik və ya çoxillik hündür iri ot bitkisidir. == Yarpaq == Aşağı yarpaqları iridir, saplaq üzərində üçər bölünmüş seqmentlərlədir, nadir hallarda lələkvari bölünmüş 2 cüt seqmentlərin; yan seqmentləri yumurtaşəkillidir, kənarları qeyri-bərabərdir, 3-5 bölümlü yumurtavari iti dişli paylara kəsilmişdir, son seqmentləri dəyirmidir, 3 müstəqil yumurtavari bölümlü kəsilmiş dişli payları vardır; yuxarı yarpaqları qını genişləndiyinə görə kiçilmişdir. Yarpaqlar üst tərəfdən çılpaq, alt tərəfdən az yumşaq tükcüklərlə örtülmüşdür. == Çiçək == Çətiri çoxşüalıdır, iridir. Sarğı yarpaqları və qın xətvari-sapşəkillidir, çətircikdən qısadır. Çiçəkləri ağ rənglidir, çətirdəki kənar çiçəklər böyümüşdür. == Meyvə == Əksinəyumurtaşəkilli və yaxud ellipsvari olub, uzunluğu (7) 10–13 mm, eni 6–9 mm, arxa hissədə seyrək uzun tüklü, kənarları adətən qısa tikanabənzər tüklərlə örtülmüşdür. == Çiçəkləməsi == İyul-Avqust == Meyvə verməsi == Avqust-Sentyabr == Azərbaycanda yayılması == BQ (Quba), BQ şərq. BQ qərb. Orta və yuxarı meşə zolaqlarında.