Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qaladibi
Qaladibi (Şahbuz) — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Kükü kəndinin şimalında yerləşən arxeoloji abidə. Qaladibi (Vedi) — Vedi rayonunda kənd.
Balababa Rzayev
Balababa Hüseynağa oğlu Rzayev (10 iyun 1957, Zirə) — "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti, Əməkdar mühəndis. == Həyatı == Balababa Hüseynağa oğlu Rzayev 10 iyun 1957-ci ildə Bakı şəhəri Zirə qəsəbəsində fəhlə ailəsində anadan olub. 1964–1974-cü illərdə Bakı şəhəri 120 №-li orta məktəbə daxil olub və 168 №-li orta məktəbi bitirərək 1974-cü ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun energetika fakültəsinin əyani şöbəsinə qəbul olunub. 1979-cu ildə bu institutu bitirərək "Elektrik şəbəkə və sistemləri" ixtisası üzrə mühəndis-elektrik ixtisasına yiyələnib. Аiləlidir, iki övladı — bir qızı, bir oğlu, dörd nəvəsi var. == Əmək fəaliyyəti == 4 sentyabr 1979-cu ildən "Melorasiya və Su Təsərrüfatı" Nazirliyinin "Abşeron Mexaniki Suvarma" İdarəsinə mühəndis-elektrik vəzifəsinə təyin edilib. 17 dekabr 1979-cu ildən "Azərsənayeelektrikquraşdırma" trestinin 1 №-li Bakı Elektrik Quraşdırma İdarəsinə mühəndis-elektrik, usta (10.1980–02.1981), iş icraçısı (02.1981–04.1985), sahə rəisi (02.1985–07.1986), baş mühəndis (07.1986–04.1988), idarə rəisi (04.1988–05.1998) vəzifələrində işləyib. 1998-ci ildə bu müəssisə Səhmdar Cəmiyyətə — "Bakıelektro" ATSC-yə çevrildikdən sonra 10 avqust 2006-cı il tarixinədək İdarə Heyətinin sədri vəzifəsində çalışıb. 10 avqust 2006-cı il tarixdə "Bakıelektrikşəbəkə" ASC İdarə Heyəti sədri vəzifəsinə təyin olunub və B.Rzayevin rəhbərliyi dövründə Bakı şəhərinin elektrik şəbəkəsi müasir texnalogiyalar tətbiq olunmaqla beynəlxalq standartlara uyğun tamamilə yenidən qurulub. Azərbaycan Prezidentinin 10 fevral 2015-ci il tarixli, 1046 saylı sərəncamına əsasən Azərişıq Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edilib.2015–2018-ci illərdə "Azərişıq" ASC-nin sədri olduğu müddətdə ölkə Prezidentinin qarşıya qoyduğu strateji xəttə uyğun olaraq respublikanın regionlarında 100-dən artıq yarımstansiyanın tikilib yenidən qurulmasına, 1000-dən artıq qəsəbə və kəndlərin elektrik şəbəkəsinin yenilənməsinə nail olunub.
Balakişi Hüseynov
Balakişi Hüseynov (11 mart 1968, Dəmirçilər, Qubadlı rayonu – 24 yanvar 1994, Ağdam) — Qarabağ müharibəsi iştirakçısı, şəhid. == Həyatı == Balakişi Hüseynov 1968-ci il martın 11-də Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olub. 1985-ci ildə orta məktəbi bitirdikdən sonra, 1986-1988-ci illərdə sovet ordusu sıralarında xidmət etmişdir. Qarabağ hadisələri başlanandan Əliyar Əliyevin taborunda kəşfiyyat işləri ilə məşğul idi. Cəsur döyüşçü olan Balakişi çox mühüm və çətin tapşırıqları yerinə yetirirdi. 1992-ci ildə Ermənistanın Qafan və Gorus istiqamətindən rayon mərkəzi tez-tez atəşə məruz qalırdı. Cəsur kəşfiyyatçıya bu atəş nöqtələrinin susdurulması əmri verilir. Gecə ilə üç nəfər köməkçisi ilə həmin nöqtələri müəyyən edirlər. Məharətlə düşmən arxasına keçərək həmin nöqtələri susdurur, xeyli hərbi sursat ələ keçirirlər. Onun bu xidməti yüksək qiymətləndirilərək bölük komandiri qoyulur.
Balakişi Qasımov
Balakişi Qasımov (azərb. Balakişi (Balaş) Ələkbər oğlu Qasımov‎; d. 20 oktyabr 1978, Bakı) — İctimai Televiziyanın baş direktoru (2018-ci ildən), "Nə? Harada? Nə zaman?" elitar klubunun oyunçusu, Azərbaycanda "Nə? Harada? Nə zaman?" oyununun aparıcısı və baş prodüsseri, GameTV.az prodüser mərkəzinin rəhbəri. == Bioqrafiyası == Bakı şəhər 1 saylı orta məktəbini bitirmişdir. Azərbaycan Dövlət İqtisad Universitetini maliyyə ixtisası üzrə bitirmişdir. == "Nə? ==
Balakişi Vəliyev
Balakişi Vəliyev (tam adı: Vəliyev Balakişi Əhməd oğlu; 7 noyabr 1927, Xoşkeşin, Naxçıvan MSSR – 12 iyul 2001, Bakı) — həkim, terapevt. Tibb elmlər doktoru, professor == Həyatı == Vəliyev Balakişi Əhməd oğlu 7 noyabr 1927-ci ildə Culfa rayonunun Xoşkeşin kəndində anadan olub. === Vəfatı === 12 iyul 2001-ci ildə Bakı şəhərində vəfat edib. === Təhsili === 1953-cü ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirib. == Fəaliyyəti == === Elmi fəaliyyəti === 17 il Qazaxıstanın Çimkənd vilayətinin tibb müəssisələrində, Qazaxıstan Elmlər Akademiyası Mahal Peşə Xəstəlikləri Elmi Tədqiqat İnstitutunda işləmişdir. 1971-ci ildən Azərbaycan Dövlət Tibb Universitetində assisent, baş müəllim, dosent vəzifələrində işləmişdir. 1993-cü ildən II daxili xəstəliklər kafedrasının professoru idi. 1974–80-ci illərdə Bakının baş terapevti olmuşdur. Qurğuşunla zəhərlənmə xəstəliklərinin patogenezinə və müalicəsinə dair tədqiqatların, o cümlədən 2 monoqrafiyanın,80-dək elmi işin, həmçinin metodik vəsiatlərin müəllifidir. == Mənbə == Naxçıvan Ensiklopediyası.
Qaladibi (Şahbuz)
Qaladibi — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Kükü kəndinin şimalında yerləşən arxeoloji abidə. == Tarixi == Qala hündür qayalığın ətəyində salınmışdır. O, şimal tərəfdən təbii qayalıqla əhatə olunur, şimal, cənub və qərb tərəfdə isə iri daşlardan hörülmüş müdafiə divarı ilə möhkəmləndirilmişdir. Qala divarının tikintisində düzbucaqlı çıxıntılardan və rizalitlərdən istifadə edilmişdir. Bu tip tikinti texnikası inkişaf etmiş Dəmir dövrü üçün xarakterikdir. Qalanın içərisində daşdan inşa olunmuş dördkünc formalı binaların qalıqları saxlanmışdır. Tədqiqat zamanı aşkar olunan arxeoloji materiallar çəhrayı rəngli keramika parçalarından ibarət olub. Erkən Antik dövr üçün xarakterikdir. Onlar narın qum qarışığı olan gildən hazırlanaraq çəhrayı rəngdə yaxşı bişirilmişdir.
Balababa Məcidov
Balababa Fərəc oğlu Məcidov — tibb elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, tibb sahəsində tanınmış alim. == Həyatı == Məcidov Balababa Fərəc oğlu 12 mart 1912-ci ildə Bakıda anadan olmuşdur. 1930-1935-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutu Müalicə fakültəsində təhsil almışdır. B.Məcidov həkimlik fəaliyyətinə vəba ilə mübarizə kompaniyası ilə başlayır: 1935-ci ildə Saratovdakı vəba əleyhinə institutda dörd aylıq təlim kursu keçmiş, sonra Azərbaycan SSR-nin Puşkin bölgəsinə (indiki Biləsuvar) vəba əleyhinə məntəqənin müdiri olaraq göndərilmişdir. 1937-ci ildə Balababa Məcidov Bakıya Epidemiologiya, Mikrobiologiya və Gigiyena Elmi-Tədqiqat İnstitutunda Bakterial preparatların istehsalı üzrə direktor müavini vəzifəsində işləməyə göndərilir. 1940-cı ildə həmin institutun direktoru təyin edilir və 1946-cı ilə qədər bu vəzifədə çalışır. 1946-48-ci illərdə Balababa Məcidov Azərbaycan SSR Səhiyyə nazirinin birinci müavini, 1948-50-ci illərdə isə SSRİ Səhiyyə Nazirliyinin Azərbaycanda vəbaya qarşı mübarizə stansiyasının elmi hissə üzrə rəis müavini olmuşdur. 1950-ci ildə o, Epidemiologiya, Mikrobiologiya və Gigiyena İnstitutunun Epidemiologiya şöbəsinin müdiri, 1953-cü ildə isə yenidən həmin institutun direktoru təyin edilir və ömrünün sonunadək burada çalışır. Bağırsaq infeksiyası sahəsində tədqiqat işlərini davam etdirən Balababa Məcidov 1957-ci ildə “Azərbaycan SSR-də bakterial dizenteriya” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1958-ci ildə isə professor adını almışdır.
Balakişi bəy Ərəblinski
Ərəblinski Balakişi bəy Əli bəy oğlu (30 avqust 1828 və ya 1828, Zaqatala rayonu – 1 yanvar 1902, Dərbənd, Dağıstan vilayəti) — Rusiya İmperator Ordusunun zabiti, general-leytenant. == Həyatı == Balakişi bəy Ərəblinski 1828-ci ildə Zaqatala mahalının Tala kəndində anadan olmuşdur. Mahal naibi Əli bəyin ailəsində böyüyən Balakişi bəy Sankt-Peterburqdakı birinci dərəcəli kadet korpusunu 1848-ci ildə müvəffəqiyyətlə bitirib kornet rütbəsi almışdır. Müxtəlif hissələrdə qüsursuz xidmət edən Ərəblinski çox gənc yaşarında Polkovnik-leytenant rütbəsində briqada komandiri kimi məsul vəzifəyə irəli çəkilmişdir. Sonralar diviziya komandiri olan general-leytenant Balakişi Ərəblinski əlli illik xidmətində o vaxt Rusiyada olan bütün yürüş və döyüşlərdə iştirak etmişdir. General-leytenant B. Ərəblinski Qafqazın müsəlman əhalisindən Rusiyada ilk ali hərbi təhsil alan Azərbaycan oğlu idi. 1896-cı ildə istefaya çıxan general-leytenant Balakişi Ərəblinski Dərbəndə qayıtmış, ömrünün axırına kimi orada yaşamış, imperator tərəfindən ona hədiyyə olunan torpaq sahəsinə başçılıq etmişdir. Yerli əhali arasındakı gözəl insani keyfiyyətləri ilə hədsiz hörmət qazanmış general-leytenant Balakişi Ərəblinskinin şərəfinə adlandırılan Dərbənd yaxınlığındakı kənd və stansya indi də onun adını daşıyır. O, 1902-ci ilin yanvarında vəfat etmiş və Dərbəndin qədim müsəlman qəbiristanlığında dəfn olunmuşdur. == Ailəsi == Hazırda general-leytenant Ərəblinskinin iki nəvəsi: Fatma xanım və Həyat Abdullayevlər, qohumlarından Bəhruz Xalid oğlu Ərəblinski və ailəsi Bakıda yaşayırlar.