Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mudanya barışığı
Mudanya barışığı — 1922-ci ilin oktyabrın 11-də Mudаnyаda (Türkiyənin Mərmərə dənizi sahilində yaşayış məntəqəsi) Türkiyə Böyük Millət Məclisi (TBMM) hökuməti (Ismət paşa) ilə Böyük Britaniya (gen. Harrinqton), Fransa (gen. şarpi) və Italiya (gen. Mombelli) nümayəndələri arasında imzalanmış barışıq sazişi (оktyabrın 13-də Yunanıstanda Mudanya barışığına qoşulmuşdu) == Tarixi == Mudanya barışığı türk xalqının Antanta dövlətlərinin təcavüzünə qarşı milli azadlıq müharibəsinin uğurla başa çatdığı və türk ordusunun İstаnbulа və Frаkiyаya həlledici hücuma hazırlaşdığı bir şəraitdə bağlanmışdı. İlk əvvəl danışıqların üç günə başa çatacağı gözlənilirdi. Lakin Mudanyada aparılan danışıqlar oktyabrın 3-dən 10-dək davam etmiş, bəzən isə kəsilmək təhlükəsi qarşısın da qalmışdı (hətta bir dəfə Antanta nümayəndələri Türkiyənin Frakiyanı bir ay ərzində boşaldaraq türklərə qaytarmaq tələbini öz hökumətləri ilə razılaşdırmaq üçün Mudanyanı tərk etmiş, İsmət paşa isə türk ordusuna İstanbul və Frakiya üzərinə irəliləmək əmri vermişdi). Mudanya barışığına görə yunan qoşunları Maritsa çayına qədər şərqi Frakiyanı (Ədirnə şəhəri də daxil olmaqla) boşaldıb türklərin ixtiyarına verməli, Maritsanın sağ sahili (Qaraağac da daxil olmaqla) isə sülh müqaviləsi bağlanana qədər müttəfiqlərin ixtiyarında qalmalı idi. Mudanya barışığında Türkiyə tərəfi güzəştə gedərək, "qarşıdakı sülh konfransının qəti qərarınadək İstanbul və Boğazlar zonasına" qoşun yeritməmək barədə təəhhüd götürmüşdü. Mudanya barışığı türk xalqının yadelli işğalçılara qarşı mübarizədə qazandığı böyük qələbənin beynəlxalq səviyyədə ilkin olaraq tanınması və təsdiqi idi. Mudanya barışığını imzalamaqla Antanta dövlətləri həm də TBMM hökumətini ölkənin yeganə qanuni hökuməti kimi tanıdılar.
Ərzincan barışığı
Ərzincan barışığı (1917) — hərbi əməliyyatların dayandırılması haqqında Türkiyə hökuməti ilə Zaqafqaziya Komissarlığı (ZK) nümayəndələri arasında dekabrın 5 (18)-də Türkiyənin Ərzincan şəhərində imzalanmış saziş. Barışığın şərtlərinə görə, onun maddələri sülh müqaviləsi bağlanana qədər tərəflərin hər biri üçün məcburi idi. Sazişi pozan tərəflərdən biri hərbi əməliyyata başlamasını 14 gün əvvəldən bildirməli idi, əks halda, barışıq ümumi sülh müqaviləsi bağlananadək qüvvədə qalmalıydı. Döyüşən tərəflər arasında elə həmin gün demarkasiya xətti müəyyən edilməli, tərəflər öz ordularının strateji yerdəyişməsinə yol verməməli və xüsusən, türk ordusu Qafqaz cəbhəsindən Mesopotamiyaya aparılmalı idi. Qeyd edilirdi ki, Rusiya ilə Mərkəz dövlətləri arasında ümumi barışıq sazişi imzalanacağı halda, onun maddələri Qafqaz cəbhəsi üçün də məcburi olmalıdır. Ərzincan barışığına əsasən Qara dənizdə vuruşan ölkələrin hərb gəmiləri arasında hərbi əməliyyatlar da dayandınlırdı. Osmanlı Baş komandanlığı Ərzincan barışığını Sovet Rusiyası ilə deyil, Zaqafqaziya Komissarlığı ilə imzalamaqla, dolayısı ilə onu Zaqafqaziya hökuməti kimi tanımış olurdu. Ərzincan barışığından sonra Rusiya üçün Qafqaz cəbhəsi dağıldı, rus qoşunları işğal altında saxladıqları Şərqi Anadolu torpaqlarını tərk edərək, geri çəkilməyə başladı. Rusiya qoşunları geri çəkilərkən silahlarının xeyli hissəsini Azərbaycan və Anadolu türklərinə qarşı soyqırımı həyata keçirən erməni-daşnak quldur dəstələrinə verdilər. == Mənbə == Hüseyn Baykara, Azərbaycan istiqlal mübarizəsi tarixi, B., 1992; Azərbaycan Cümhuriyyəti (1918–1920), B., 1998.
Kоmpyеn barışığı (1918)
Birinci Kоmpyеn sülh sazişi (fr. Armistice de Rethondes, 1918-ci il Kоmpyеn sülh müqaviləsi) — I Dünya Müharibəsində hərbi əməliyyatların dayandırılması haqqında 1918-ci il noyabrın 11-də Kompyen şəhəri yaxınlığında Fransanın Pikardi bölgəsində Antanta və Almaniya İmperiyası arasında imzalanmış barışıq. Nəhəng münaqişənin son nəticələrini Versal sülh müqaviləsini qəbul edən Paris Sülh Konfransı yekunlaşdırdı. == Şərait == 1918-ci il sentyabrın 29-da Alman Ordusunun Ali Komandanlığı Spa şəhərində (Belçika) yerləşən baş qərargahında Kayzer II Vilhelmə və İmperator Kansleri Qraf Georq fon Qertlingə Almaniyanın hərbi vəziyyətinin ümidsiz olduğu bildirildi. General-kvartirmeyster Erix Ludendorff böyük fəlakətdən qorxaraq cəbhənin ən az 24 saat davam edəcəyinə zəmanət vermədiyini söylədi və Antantadan dərhal atəşkəs istənməsini tələb etdi. Bundan əlavə, o, ABŞ prezidenti Vudro Vilsonun əsas şərtlərini (Vudro Vilsonun 14 maddəsi) qəbul etməyi və daha yaxşı sülh şərtləri ümidi ilə demokratik bir əsasda Alman İmperatorluğu hökumətini yaratmağı tövsiyə etdi. Bu addım ordunun nüfuzunu qoruyacaq və təslimçi sülhün məsuliyyətini birbaşa demokratik partiyalara və parlamentin üzərinə yükləyəcəkdi. Oktyabrın 1-də o, qərargahının zabitlərinə belə söyləmişdi: "İndi onlar bizim üçün hazırladıqları yatağa getməlidirlər". Sentyabrın 30-da Qraf Georq fon Qertlingin hökuməti istefa verdi. Oktyabrın 3-də şahzadə Maksimilian Baden yeni kansler (hökumət başçısı) təyin edildi.
Barışıq qülləsi
Barışıq qülləsi və ya Maqas qülləsi (inquş Барта гӏа́ла, Магас гӏа́ла) — 2013-cü ildə İnquşetiya Respublikasının paytaxtı Maqas şəhərində klassik orta əsr İnquş qülləsi formasında ucaldılmış çoxmərtəbəli bina. Barışıq qülləsinin hündürlüyü təxminən 100 metrdir. Müşahidə göyərtəsinə (hündürlüyü 85 m) çatmaq üçün spiral rampa ilə bir kilometrdən çox gəzmək lazımdır (lift yoxdur). İnquşetiyanın ən hündür binası və Şimali Qafqazın ən yüksək müşahidə qülləsidir. Maqas qülləsi, respublikanın düzən hissəsindəki əsas turistik yerdir. Qüllənin geniş sahəsi və mərtəbələrinin rahatlığı müxtəlif mədəni tədbirlərin, elmi konfransların, xüsusən də, İnquşetiya Respublikası Teyp Şurasının iclaslarının və gənclər forumlarının keçirilməsinə imkan verir. Ayrı mərtəbələrdə milli üslubda kafelər və etnoqrafiya muzeyi var. Çoxfunksiyalı "Barışıq qülləsi" obyekti, əsrlər əvvəl qurulduğu kimi çayxanaya deyildir, respublikanın bütün sakinlərinə aid olduğu üçün İnquş cəmiyyətinin möhkəmlənməsində mühüm rol oynayır. Qüllədə 85 metr yüksəklikdə, Maqas şəhərinin və ətrafının panoramik mənzərəsinə açılan super davamlı şüşədən hazırlanmış müşahidə göyərtəsi var. == Tarixi arayışı == Qədim dövrlərdən bəri İnquş teypləri ata-baba qalalarını tikirlər.
Komandalar qarışığı
komandalar qarışığı (ing. instruction mix ~ ru. смесь команд ~ tr. komut karışımı) – proqramın çeşidli komandaları: mənimsətmə komandası, riyazi (sürüşkən nöqtəli və ya tam ədədi) komandalar, idarəedici komandalar, indeksləmə komandaları və s. Proqramların komandalar qarışığını bilmək mərkəzi prosessorun mikrosxemlərinin gəlişdiricilərinə lazımdır ki, onlar hansı komandaların necə sürətli yerinə yetirilməsini təsəvvür edə bilsinlər; eləcə də etalon sınaqların gəlişdiricilərinə məsələlərlə uyğunluğu təmin etmək üçün komandalar qarışığını bilmələri çox vacibdir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Ordubad çınqıl-qum qarışığı yatağı
Naxçıvan Çınqıl-Qum Qarışığı Yatağı-II
Naxçıvan Çınqıl-Qum Qarışığı Yatağı-II — Naxçıvan şəhərindən 10 km şimal-şərqdədir. == Haqqında == Geoloji quruluşunda Müasir dövrün çaqıl , çınqıl və qum qarışığından ibarət allüvial-prolüvial çöküntüləri iştirak edir. Sahəsi. 2 km2, faydalı qatın qalınlığı 4,5-6,2 metrdir. Texnoloji tədqiqatlara görə, çınqıl-qum qarışığı “250” markalı adi və hidrotexniki beton istehsalına yararlıdır Yatağın V+S1 kateqoriyaları üzrə ehtiyatı 11047 min m3-dir. Yataq 1979-cu ildən istismar olunur. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh.
Naxçıvan Çınqıl Qum Qarışığı Yatağı-I
Naxçıvan Çınqıl Qum Qarışığı Yatağı- I — Naxçıvan şəhərinin cənub hissəsindədir. == Haqqında == Geoloji quruluşunda müasir dövrün çaqıl, çınqıl, qayma və qum qarıçığından ibarət allüvial çöküntüləri iştirak edir. Çaqıl-çınqıl qarışığı yuvarlaqlaşmış əhəngdaşı, qumdaşı, andezit -dasit və diorit süxurlarından ibarətdir. Yatağın sahəsi 1,33 km2, faydalı qatın qalınlığı 9,7-9,8 metrdir. Texnoloji tədqiqatların nəticələrinə görə, çaqıl-çınqıl qarışığı “200-250” markalı beton, asfalt-beton istehsalına və hidrotexniki qurğuların tikintisinə yararlıdır. Yatağın V+S1 kateqoriyaları üzrə ehtiyatı 27957 min m3 -dir. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh.