Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Batabat
Batabat gölü — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində şirin sulu göl. Uçqun və sürüşmədən yaranan bənd gölüdür. Şahbuz dövlət təbiət qoruğunun bir hissəsini təşkil edir. Batabat gölü Naxçıvan MR-in dağlıq hissəsində, dəniz səthindən 2424 m yüksəklikdə, Naxçıvan çayının başlanğıc götürdüyü mənzərəli alp çəmənliklərinin əhatəsində yerləşir. 16 ha sahəsi olan şirinsulu göl suyun səthində üzən torflu ada ilə diqqəti cəlb edir. Gölün ətrafındakı karbonat, hidrokarbonat və kalsium-natrium-maqnezium mineralizasiyalı bulaqların suyundan mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə olunur. Günəşli günlərin sayının çox olması, mülayim iqlim və gözoxşayan dağ landşaftı gölə təkraredilməz kolorit verərək, Naxçıvandan, Azərbaycanın başqa regionlarından çoxsaylı istirahət edənləri və həm də xarici turistləri özünə cəlb edir.
Batabat (film)
Batabat qısametrajlı sənədli televiziya filmi Azərbaycantelefilmdə istehsal edilmişdir. Film Naxçıvan Muxtar Respublikasının şirin sulu gölü, uçqun və sürüşmədən yaranan Batabat gölü haqqındadır. == Məzmun == Film Naxçıvan Muxtar Respublikasının şirin sulu gölü, uçqun və sürüşmədən yaranan Batabat gölü haqqındadır.
Batabat (içki)
Batabat (içki) - Azərbaycanda qida qəbulundan (əsasən nahar və şam yeməyindən) sonra, eləcə müxtəlif xəstəliklərin müalicəsi zamanı və digər məqsədlər üçün qəbul edilən təbii, müalicəvi mineral süfrə suyu. Bu suyun mənbəyi dəniz səviyyəsindən 1700 m yüksəklikdə, Naxçıvan şəhərindən 62 km şimal-şərqdə, Şahbuz rayonu ərazisində yerləşir. Bu su karbonatlı, hidrokarbonatlı, kalsium-natrium-maqneziumlu olub, minerallaşmada dərəcəsi 0,5 q/l-dir. Bu su mədə-bağırsaq xəstəliklərinin müalicəsi zamanı içilir.
Batabat FK
"Batabat" — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun futbol klubu. Naxçıvan Muxtar Respublikasının futbol çempionatında iştirak edir. 2017-ci ilin iyun ayında başa çatmış sonuncu - Naxçıvan Muxtar Respublikasının XV futbol çempionatında ikinci yeri tutmuşdur.
Batabat gölü
Batabat gölü — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində şirin sulu göl. Uçqun və sürüşmədən yaranan bənd gölüdür. Şahbuz dövlət təbiət qoruğunun bir hissəsini təşkil edir. Batabat gölü Naxçıvan MR-in dağlıq hissəsində, dəniz səthindən 2424 m yüksəklikdə, Naxçıvan çayının başlanğıc götürdüyü mənzərəli alp çəmənliklərinin əhatəsində yerləşir. 16 ha sahəsi olan şirinsulu göl suyun səthində üzən torflu ada ilə diqqəti cəlb edir. Gölün ətrafındakı karbonat, hidrokarbonat və kalsium-natrium-maqnezium mineralizasiyalı bulaqların suyundan mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə olunur. Günəşli günlərin sayının çox olması, mülayim iqlim və gözoxşayan dağ landşaftı gölə təkraredilməz kolorit verərək, Naxçıvandan, Azərbaycanın başqa regionlarından çoxsaylı istirahət edənləri və həm də xarici turistləri özünə cəlb edir.
Batabat karvansarası
Batabat karvansarası — Şahbuz rayonunun Biçənək kəndinin şimalda, meşənin içərisində, Çəpər obası adlı yaşayış yerinin yaxınlığında tarixi abidə. İri qaya parçalarından dördkünc formada tikilmiş iki otaqdan ibarətdir. Bina yolun kənarındadır. Xalq arasında "Karvansara" adlandırılır. Ehtimal ki, binalardan müvəqqəti dayanacaq məntəqəsi kimi istifadə olunmuşdur. Naxçıvanda karvan yollarının kənarında tikilən bu tip dayanacaq məntəqələrinə bir neçə yerdə rast gəlinir. Binanı XVII–XVIII əsrlərə aid etmək olar. == Mənbə == Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 37.
Batabat karvansarayı
Batabat karvansarası — Şahbuz rayonunun Biçənək kəndinin şimalda, meşənin içərisində, Çəpər obası adlı yaşayış yerinin yaxınlığında tarixi abidə. İri qaya parçalarından dördkünc formada tikilmiş iki otaqdan ibarətdir. Bina yolun kənarındadır. Xalq arasında "Karvansara" adlandırılır. Ehtimal ki, binalardan müvəqqəti dayanacaq məntəqəsi kimi istifadə olunmuşdur. Naxçıvanda karvan yollarının kənarında tikilən bu tip dayanacaq məntəqələrinə bir neçə yerdə rast gəlinir. Binanı XVII–XVIII əsrlərə aid etmək olar. == Mənbə == Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 37.
Batabat kurqanları
Batabat kurqanları — Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Batabat yaylağında arxeoloji abidə. == Haqqında == Kurqanlar hündürlüyü 1,5 metr diametri 3–5 metr enində olan təpə şəklindədir. Tədqiqatçılar kurqanları (e.ə. 2–1) minilliyə aid edirlər.
Batabat Astrofizika Rəsədxanası
Batabat Astrofizika Rəsədxanası — Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin strukturuna daxil olan elmi qurum. == Tarixi == Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Batabat ərazisindəki bu rəsədxana 1970-ci ildə Şamaxı Astrofizika Rəsədxanasının Batabat bölməsi kimi yaradılmış və 2003-cü ilə qədər həmin adla fəaliyyət göstərmişdir. AMEA Naxçıvan Bölməsinin təsis olunması haqqında Azərbaycan Respublikası prezidentinin 7 avqust 2002-ci il tarixli sərəncamına uyğun olaraq, Naxçıvan Bölməsinin tərkibində, Şamaxı Astrofizika Rəsədxanasının Şahbuz rayonu ərazisində yerləşmiş Batabat bölməsi və Ordubad rayonu ərazisində yerləşmiş Ağdərə Astronomiya Stansiyasının maddi-texniki bazası əsasında Batabat Astrofizika Rəsədxanası yaradılmışdır. == Haqqında == Batabat Astrofizika Rəsədxanası Naxçıvan şəhərindəki inzibati binadan, Batabat stansiyasından və Ordubad rayonu ərazisindəki Ağdərə stansiyasından ibarətdir. Batabat ərazisindəki ikimərtəbəli yeni inzibati binada fotometriya və kompüter otaqları istifadəyə verilib. Rəsədxanada müşahidələr əsasən gecə saatlarında aparıldığından binada iki yataq otağı ayrılıb. Binanın günbəzində “SEYYS-600” tipli teleskop quraşdırılıb. Almaniya istehsalı olan teleskop Ukraynanın Krım Astrofizika Rəsədxanasında müasir tələblərə uyğun təmir olunaraq rəsədxanaya qaytarılıb. Teleskopun qurulması prosesində yerli mütəxəssislərlə yanaşı, Moskva Dövlət Universiteti Astronomiya İnstitutunun fənn laboratoriyasının əməkdaşları da iştirak ediblər. Rəsədxana dəniz səviyyəsindən 2050 metr yüksəklikdə və 39 dərəcə coğrafi enlikdə yerləşir.
Batbat
Batbat (lat. Hyoscyamus) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin batbat cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == İkiillik, 30-80 sm hündürlükdə, yumşaq tüklü, vəzili, pis qoxulu, gövdəsi düz, budaqlı, bəzən sadə, düzdayanan, yuxarısı qövsvari əyilmiş, sıx yarpaqlanmış bitkidir. Yarpaqlarının uzunluğu 4-25 sm, eni 1,5-11 sm, aşağıda saplaqlı, uzunsov-yumurtavari, oyuqvari lələkvari dilimlidir, gövdə yarpaqları, gövdəyə sarılmış, yumurtavari və ya uzunsov, kənarları oyuqlu iri dişli, bəzən bütövdür. Çiçəkləri iri, oturaq, meyvəyanı kasacıqları 25–30 mm uzunluqda, zanbaqvari, bərk, dibi tüklü-yapışqanlıdır. Tac 25-45 mm uzunluqda, çirkli-açıq-sarı və ya çirklisarı, bənövşəyi damarcıqlarla örtülmüşdür. Toxumları 1-1,5 mm uzunluqda, böyrəkvari və ya yumru-böyrəkvari, boz-qonurdur. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqların rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Ruderal yerlərdə, bəzən alaq kimi bostanlarda, bağlarda və əkinlərdə bitir. == Növləri == Ağ batbat (Hyoscyamus albus L.) Qızılı batbat (Hyoscyamus aureus L.) Hyoscyamus desertorum (Asch.
Ağ batbat
Ağ batbat (lat. Hyoscyamus albus) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin batbat cinsinə aid bitki növü.
Kiçik batbat
Kiçik batbat (lat. Hyoscyamus pusillus) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin batbat cinsinə aid bitki növü.
Qara batbat
Qara batbat (lat. Hyoscyamus niger) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin batbat cinsinə aid bitki növü. == Haqqında == Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli, çiçəkləri bulaşıq sarı rəngdə dibçəyə oxşayır. Toxumu böyrəyi xatırladır. Bitki bütünlüklə xoşa gəlməyən bihuşedici qoxuya malikdir. Bat-bat atropin, hiostiamin, skopalamin alkaloidləri ilə zəngindir. Bitkinin bütün hissələri, xüsusilə toxumu zəhərlidir.
Qızılı batbat
Qızılı batbat (lat. Hyoscyamus aureus) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin batbat cinsinə aid bitki növü.
Balaban
Balaban — Azərbaycanın qədim xalq musiqi alətidir. Arxa hissəsində bir, üzərində səkkiz dəlik açılaraq əsasən tut ağacından hazırlanan nəfəsli musiqi aləti. Xalq arasında balaban və ya "yastı balaban" adı ilə tanınır. Yumşaq və həzin səsə malik balabandan ansambl, orkestr və solo aləti kimi nəfəsli alətlər qrupunu, o cümlədən aşıqlar dəstəsini müşayiət etmək üçün istifadə edilir. Balaban ərik, qoz, tut və armud ağaclarından xüsusi dəzgahlarda yonulub, içərisi oyulduqdan sonra müəyyən bitki yağları ilə yağlanır, xüsusi temperaturda uzun müddət qurudulur. == Etimologiya == "Balaban" sözünün mənası "bala" (kiçik) və "ban" (səs tembrinin xoruz banına bənzədilməsi) sözləri ilə bağlı olub, "kiçik ban" (ilk, erkən ban) deməkdir. El arasında ona "yastı balaban", "balaman", "mey" də deyilir. == Tarixçəsi == Mingəçevir qədim yaşayış məskənində sümükdən hazırlanmış e.ə. I əsrə aid balabanın prototipi olan nəfəsli musiqi aləti tapılmışdır. Balabanın adına Azərbaycan eposu sayılan "Kitabi Dədə Qorqud" dastanında eləcə də klassik Azərbaycan şairlərinin əsərlərində rast gəlinir.
Balavat
BALAVAT – qədimdə İmqur-Ellil adlı Aşşur şəhəri olmuşdur. Hal-hazırda İraq da Dəclə çayının sol sahilində kənddir. Balavatda üzərində III Salmanasarın e.ə.859–848 illərdəki hərbi yürüşləri təsvir olunmuş bürünc məbəd qapıları (“Balavat qapıları”) tapılmışdır. == İstinadlar == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2011. səh. 113. ISBN 978-9952-441-07-9.
Baraban
Baraban - iki üzünə dəri çəkilmiş, içiboş, enli, silindrşəkilli, ağacla vurularaq çalınan musiqi aləti.
Baranbat
Baranbat — Goranboy rayonu ərazisində dağ. İncəçayın sol sahilində yerləşir. Hündürlüyü 1635 m. == Ümumi məlumat == Yerli əhalinin verdiyi məlumata görə, vaxtilə burada Baranbat adlı yaşayış məntəqəsi olmuşdur. Həmin kəndin adını daşıyan qəbiristan indi də mövcuddur. Oronim baran (baranilər-qaraqoyunlu tayfa ittifaqının adı) və bat/bet (türk dillərində "yüksəklik", "dağ yamacı", "dağın guney hissəsi") sözlərindən düzəlib. Etnotoponimdir. Macarıstanda Baranya, Belorusda Baranovici, Baranq, Hindistanda Baranaqar, Türkiyədə Baran və s. qeydə alınmışdır.
Batabano
Banabano - Karib dənizinə daxil olan körfəz və boğaz. Kubanın cənub şərqində Kuba adasını Nuventud adasından ayırır. Ərazisi Dinar del Rio, Qavana və Matansos vilayətlərinə daxildir. Uzunluğu 130 km, ən dərin yeri isə 61 m təşkil edir. Körfəzdə 350 qədər kiçik ada vardır. Los-Konarreos arxipelaqına (isp. Los Archipiélago de los Canarreos) daxildir. Şimalında kiçik Ensenado de la Broa körfəzi vardır. Kubanın əsas balıqçılıq rayonudur.
Batanta
Batanta (ind. Pulau Batanta) — Raja Ampat adalarının ən böyük 4 adasından biri. Misool, Salavati və Vayqeo ilə birlikdə "4 kral" adlandırılırlar. Sahəsi 455,9 km²-dir. Ən yüksək nöqtəsi 1183 metr; sahil xəttinin uzunluğu 226,6 km-dir.
Başarat
Başarat — Azərbaycan Respublikasının Qubadlı rayonunun Başarat kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il 4 noyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Başarat kəndi Kiçik Həkəri çayının sağ sahilindən bir qədər aralı, Qarabağ silsiləsinin ətəyindədir. Oykonim baş (yuxarı) və arat (dincə qoyulmuş sahə) komponentlərindən düzəlib. Görünür, rayonun ərazisində bir vaxtlar Aşağı Arat adlı kənd də mövcud olmuşdur. Mənbələrin məlumatına görə, kəndin əvvəlki sakinləri XVIII əsrin sonlarında Türkiyəyə köçmüşlər. İndiki əhalisi isə XIX əsrdə yaxınlıqdakı Hürneyit kəndindən köçən ailələrdir. R-nun ərazisində eyniadlı dağ da var. XVI əsrə aid bir sənəddə Başaratbey şəxs adı da qeydə alınmışdır.
Atabay
Atabay — İran türkmənlərinin Yəmut elinin oymaqlarındandır.
Baraba
Baraba (tatar. Бараба, Baraba, Sibirtatarca: Бараба, Baraba) ― Rusiyanın Novosibirsk vilayətinə bağlı Baraba rayonunun mərkəzi olan şəhərdir. Şəhər, Baraba Çöllərindənda yer almaqdadır. sahəsi 69.48 km² olan şəhərin əhalisi 2010 ilə görə 30,394'dür.
Bacabac (Heris)
Bacabac (fars. باجاباج‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 342 nəfər yaşayır (67 ailə).
Balaban (Piranşəhr)
Balaban (fars. بالابان‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 140 nəfər yaşayır (22 ailə).