Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Detroit: Become Human
Detroit: Become Human 2018-ci ildə Quantic Dream tərəfindən hazırlanmış və Sony Interactive Entertainment tərəfindən nəşr olunan macəra videooyunudur. Süjet xətti üç androidi izləyir. Xidmətçi androit olan Kara (Valori Karri) öz sahibindən qaçaraq, özünün yeni kəşf etdiyi hissiyyatını araşdırır və sahibinin gənc qızını qoruyur. Konor (Brayan Dekart) şüurlu androidləri ovlamaqla tapşırıqlandırılmışdır. Markus (Cesse Uilyams) isə özünü digər androidləri köləlikdən xilas etməyə həsr etmişdir. Detroit: Become Human "Quantic Dream"in 2012-ci ildəki Kerinin rol aldığı Kara texnologiya nümayişi əsasında hazırlanıb. Mühiti araşdırmaq üçün tərtibatçılar Detroytə səyahət ediblər. Oyunun yazıçısı və rejissoru Devid Keyc ssenarini 2 ildən çox bir müddətə tamamlamışdır. Oyun üçün yeni bir oyun mühərriki yazılmış, çəkiliş və animasiyaların hazırlanmasından öncə yüzlərlə aktyorla kastinq edilmişdir. Filip Şepard, Nima Fəxrara və Con Paesano müvafiq olaraq Kara, Konor və Markus obrazları üçün müsiqi bəstələmişlər.
Tecime
Tecime (手締め) və ya teuçi (手打ち) – Yaponiyada tədbirin sonunda ritmik əl çalmaq adəti. Tədbirin problemsiz başa çatdığını bildirmək üçün yerinə yetirilir. Festivallarda, mərasimlərdə, işgüzar görüşlərdə və ümumi görüşlərdə istifadə olunur. == Xüsusiyyətlər == Tecime adətinin əsas məqsədi tədbirin uğurla başa çatmasından ötrü iştirakçılara təşəkkür etməkdir. Ona görə də tecimeni tədbiri təşkil edən şəxs aparır. Bu adətin şintoizmdə mövcud olan kaşivade adətindən yarandığı güman olunur. Kansay regionunda tecime əvəzinə teuçi sözü daha çox işlədilir.Tecime səsi "şan-şan" ilə ifadə olunur. Soğrusuz-sualsız və qısa müddətdə başa çatan şirkət görüşlərini lağa qoymaq üçün "şan-şan görüşü" ifadəsindən istifadə olunur. == Üslublar == Tecimenin bir neçə üslubu var. Edo-cime və Osaka-cime əsas tecime üslubları olsa da, Edo-cime ən çox istifadə olunan tecime hesab olunur.
Besame Mucho
Bésame Mucho — Meksikalı qadın bəstəkar Konsuelo Velaskes tərəfindən 1940-ci ildə yazılmış mahnı. Azərbaycanca "Məni çox öp" mənasına gəlir. == Tarixi == Konsuelo Velaskesin yazdığına görə mahnını bəstələyərkən 25 yaşı olub və həmin vaxta kimi heçkimlə öpüşməyib.Velázquez Besame Muchonu ispan bəstəkar Enrique Granados tərəfindən 1916-cı ildə yazılmış Goyescas operasının "Quejas, o la Maja y el Ruiseñor" (Şikayətlər və ya gənc qız ilə bülbül) ariyasından təsirlənib yazdığını da qeyd edir.
Mulatu Teşome
Mulatu Teşome (29 yanvar 1957) — Efiopiya Federativ Demokratik Respublikasının prezidenti (7 oktyabr 2013-cü ildən). == Təhsili == Pekin Universitetinin məzunudur. == Dilomatik fəaliyyəti == 2011-ci ildən Efiopiya Federativ Demokratik Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri olmuşdur.
Tempate:welcome
Typhlodromus tecoma
Typhlodromus tecoma (lat. Typhlodromus tecoma) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. == İstinadlar == Typhlodromus tecoma Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Bekme SES
Bekhme SES (ərəb. سد بخمة‎) — İraqın Kürdüstan hissəsində, tikinti mərhələsində su elektrik stansiyası. Dəclənin sol qolu olan Böyük Zab çayı üzərində tikilir. SES-in tikintisi 1979-cu ildə başlanmış, lakin İran-İraq müharibəsi nəticəsində yarımçıq qalmışdır. Müharibədən sonra layihənin tikintikisi 1988-ci ildə davam etdirilmiş, lakin bir neçə ildən sonra İraqa tətbiq olunan sanksiyalara görə yenidən dayandırılmışdır. Odur ki, Körfəz müharibəsi zamanı layihə tamamilə dayandırılmışdır.
Before The Dawn
Before The Dawn — Finlandiya metal qrupu, 1999-cu ildə Tuomas Saukkonen tərəfindən yaradılmışdır. İki il sonra, 2001-ci ildə, Before the Dawn birinci minialbom EP "Gehenna" adlı albomu buraxdı, və bu albomda "Not Divine As Them" mahnısı albomdan ilk və tək sinql oldu. Bu albomdan sonra qrupun üzvlər qrupu tərk edir. Yarım il sonra Tuomas komandasını yenidən qurur. Qrupa vokalist Pan Vilman Mike Ojala, və Kimmo Nurmi gəlir. Tuomas-ın yeni komandasıyla birlikdə iki rəsmi "My Darkness" və "4.17 am." adlı albomları çıxarıldı. Qrup həmçinin 2003-cü ildə Skandinaviya və Avropa ölkələrin də Katatonia qrupu ilə birgə konsertlər də çıxış etdi. Bu albomlardan sonra üzvləri qrupu tərk edərək digər üzvlər: köməkçi vokal & bas, GLORIA MORTI, gitaraçı Juho Räihä, klaviş Joel Mäkinen və barabançı Aatu Mukka qrupa qatıldı. Üçüncü dəfə üzvlərin dəyişilməsindən sonra, qrup 3 albom çıxartdı: 2005, 2007 və 2008-ci ildə "The Ghost", "Deadlight" və "Soundscape of Silence" adlı müvafiq albomlar. Ardından qrup "Deadsong" və "Faithless" adlı sinqllar buraxaraq 2009-cu ilə qədər Avropa ölkələrin də konsertlər də çıxış etdi.
Come on Eileen
Come On Eileen - Dexys Midnight Runners qrupu tərəfindən 1982-ci ildə çıxarılmış sinql. Mahnının musiqisi Kevin Rouland tərəfindən yazılmışdır. Mahnı Birləşmiş Krallıq hit paradlarında birinci yerə yüksəlmişdir.
Becarə
Becarə — Azərbaycan Respublikasının İmişli rayonunun Bəcirəvan kənd inzibati ərazi vahidinin tərkibində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 11 fevral 1997-ci il tarixli, 248-IQ saylı Qərarı ilə İmişli rayonunun Bəcirəvan kənd inzibati ərazi vahidinin tərkibindəki Becarə qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Bəckəm
Bəckəm (v. 21 aprel 941) — X əsrdə Abbasilər zamanı xidmət etmiş türk mənşəli Xilafət sərkərdəsi. == Həyatı == Əbülhüseyn Bəckəm Təbəristandakı Ələvi hökmdarlarının sərkərdələrindən Makan bin Kakinin xidmətində muzdlu əsgər ikən seçilmiş və daha sonra Ziyari əmiri Mərdavic bin Ziyarın məiyətinə daxil olmuşdur. Mərdavicin türklərdən ibarət əsgəri birliklərinə qarşı pis davranmasına görə bunlar Bəckəmin idarəsində üsyan edərək hicri 323-cü (935-ci) ildə onu öldürdülər. Bu üsyandan sonra artıq Təbəristanda qala bilməyən Bəckəm yanındakə türklərlə birlikdə Abbasi xəlifəsinin ordusuna girmək məqsədiylə Bağdada hərəkət etdi. Fəqət xəlifənin mühafizəçiləri onların Bağdada girməsinə əngəl oldular. Buna görə Vasit və Bəsrə valisi İbn Raik bunları əsgəri birlikləri arasına aldı və Bəckəmi türklər və deyləmlilərdən ibarət qüvvəli bir ordunun sərkərdəliyinə təyin etdi. Bu səbəblə ona Bəckəm ər-Raiki deyilirdi. İbn Raik hicri 324-cü sonlarında (noyabr 936) xəlifə Radi-Billah tərəfindən əmirülüməralığa təyin edildikdən sonra Bəckəm, xəlifənin nizam-intizamsız mühafizəçiləri və Əhvaz valisi Əbu Abdullah əl-Bəridiyə qarşı mübarizəsində onun başyardımçısı oldu və bu uğurları səbəbiylə sahibüşşurtalığa və eyni zamanda şərq əyalətləri valiliyinə təyin edildi (fevral 937). Əbülhüseyn Bəckəm İbn Raiki məğlub edərək Bəsrəyə girmiş olan Bəridini qüvvələrinin sayıca az olmasına rəğmən məğlub etməsi Bəckəmə böyük bir etibar qazandırdı.
Çömçəbaşı bəzəmə
Çömçəbaşı bəzəmə - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Çömçəbaşı bəzəmə ilaxır çərşənbələrdə və Novruz bayramları günlərində uşaqların, yeniyetmələrin oynadıqları oyunlardan biridir. == Oyunun qaydaları == Oyun iştirakçıları sanama üsulu ilə iki dəstəyə ayrılırlar. Hər dəstənin püşk atma yolu ilə seçilmiş başçısı olur. Adi bir çömçənin başını rəngli parçalarla bəzəyir və başından zınqırov asırlar. püşk atma atılır. Püşk hansı dəstəyə düşərsə, oyunu həmin dəstə başlayır. Növbə ilə oyunçuların gözləri dəsmalla bağlanılır. Digər dəstənin oyunçusu çömçəni əlinə alıb çəkilmiş dairənin içərisində o tərəf, bu tərəfə qaçır. Gözübağlı zınqırov səsləndirəni tutmağa çalışır.
Cinsi seçmə
Cinsi seçmə — təbii seçmənin formalarından olub, Çarlz Darvinin Növlərin mənşəyi kitabında izahını verdiyi anlayışdır. Darvinə görə cinsi seçmə; Darvin cinsi seçməni tovuzquşu, cənnət quşları və dişi maralların buynuzları və şirlərin yalları kimi nümunələr üzərində izah etmişdir. == Cinsi seçmənin kəşfi == Darvin yaratdığı təlim üçün çox sayda növdən məlumat toplasa da, dövrün elmi şərtləri daxilində bu məlumatların hamısını izah edə bilməmişdir. Məsələn, qanunun tarixi müddətini təsdiqləyəcək olan bir çox fosil o vaxtlar hələ tapılmamışdı və göz ilə beyin kimi bəzi orqanlar o dövr üçün təkamüllə meydana gələ bilməyəcək qədər mürəkkəb görünürdü. Üstəlik fərdi xüsusiyyətlərin övladlara necə ötürüldüyü mövzusunda da hər hansı bir məlumat yox idi. Bu səbəbdən Darvinin açıqlamaqda çətinlik çəkdiyi bir çox mövzu olmuşdur. Buna baxmayaraq, əlində təkamül dəyişikliklərini sübut edən o qədər məlumat var idi ki, inkişaf etdirdiyi təlimin səhv olması ona qeyri-mümkün görünürdü. Darvindən sonra gələn elm adamları, Darvinin mərd və dürüstcə Növlərin mənşəyinə əlavə etdiyi "Nəzəriyyənin Çətinlikləri" qismindəki anlaya bilmədiyi nöqtələri tək-tək və istisnasız olaraq açıqladılar və əskik tapdığı boşluqları doldurmağı bacardılar. Darvin doğulan balaların yalnız həyatda qalmaq mövzusunda müvəffəqiyyətli olmaları hər hansı bir məna ifadə etmədiyini anlamışdır. Çünki nəticə etibarilə hər fərd bir yerdən sonra ölmək məcburiyyətindədir və ölənə kimi nə qədər müvəffəqiyyətli olsa da, özündəki müvəffəqiyyətli genləri ölümsüz etmədiyi müddətdə müvəffəqiyyətinin təkamül baxımından hər hansı bir dəyəri yoxdur.
Süni seçmə
Süni seçmə və ya seleksiya(lat. seligere — seçmək) — xüsusilə bəzi canlılar tərəfindən digər canlılar üzərində şüurlu olaraq tətbiq olunan seçməyə deyilir. == Tətbiqi == Süni seçmə bir canlının, bir digər canlının törəməsini və həyatda qalmasını (canlılığın iki təməl zərurilikləri) öz istəkləri daxilində məhdudlaşdıraraq və ya istiqamətləndirərək, müəyyən funksiyaların nəsillər ərzində seleksiyası nəticəsində, seçən növ tərəfindən ən "istənilən" fərdlərin əldə edilməsini hədəfləyir. Bunun ən sadə və ən fundamental nümunəsi insanın öz məqsədləri istiqamətində digər növləri əhilləşdirib dəyişdirərək yeni növlər əldə etməsidir. Təbii seçmə təbiətdəki müxtəliflik daxilində mühitə adaptasiya olmaq baxımından ən üstün fərdlərin seçilib artaraq özlərindəki bu üstün genləri balalarına köçürməsi deməkdir. Bu, süni yollarla, seçici faktor təbiət şərtləri olmadan, bir növün tam istəkləri və ya məqsədlərinə uyğun olaraq da edilə bilər. Bu üsulla növlərin dəyişilməsinə səbəb olan təbiət qanununa Süni seçmə deyilir. Süni seçmə əvvəlcə müəyyən bir xüsusiyyətin bir canlı qrupunda istənilməsi ilə başlayır. Təbii ki, arzulanan bu özəlliyin ən azından ilkin bəzi xüsusiyyətlərinin populyasiyanın "genetik hovuzu"'' içərisində meydana gəlməsi gözlənilir. Bir inəyi uçma funksiyası qazanma üçün seçməyə tabe tutsaz, demək hədəf uçma məqsədli bir Süni seçmədir.
Təbii seçmə
Təbii seçmə — fenotiptəki fərqliliklərlə əlaqədar yaşadığı mühitə daha uyğun olan canlıların həyatda qala bilməsi, oxşar şəkildə uyğun olmayanların məğlub olaraq yox olması deməkdir. Bioloji təkamülün əsas mexanizmlərindən biridir.[mənbə göstərin] == Seleksiya == Seleksiyanın nəzəri bazası "genetika" hesab olunur. Geniş mənada, seleksiya kompleks elmdir. O, elm kimi Ç. Darvinin işlərindən sonra formalaşmışdır. Ç. Darvin heyvanların əhilləşdirilməsi və bitkilərin mədəniləşdirilməsi haqqında geniş materialı analiz edərək, süni seçmə haqda təlimini formalaşdırılmışdır. Seleksiya təkamül forması olub, ümumi qanunauyğunluqlara tabedir. Bir proses kimi burada təbii seçmə insan tərəfindən həyata keçirilən süni seçmə ilə əvəz olunur. Seleksiya prosesinin son nəticəsi olaraq sort, cins yaranır. Bitki sortu, heyvan cinsi və mikroorqanizm ştammları insan tərəfindən süni surətdə yaradılan, müəyyən keyfiyyətlərə malik olan, oxşar irsi xüsusiyyətlər daşıyan və mühit şəraitinə birtipli reaksiya verən orqanizmlərin cəmidir. Xarici mühitin təsirinə müəyyən reaksiya göstərmək hər bir cins və ya sort üçün xarakterikdir.
Əçomi xalqı
Əçomi xalqı (fars. مردم اَچُمی‎) və ya Xudmuni (ərəb. خودمونية‎), İran xalqı bir etnik qrupdur; Onlar cənubda İran, yəni vilayətlərin Fars və Kirman cənubunda, vilayətin şərq hissəsində Buşehr və demək olar ki, bütün vilayətdə Hörmüzgan yaşayırlar. Əlavə olaraq, bunların bir çoxu (Fars körfəzi) ilə həmsərhəd olan ölkələrdədi: BƏƏ, Bəhreyn, Küveyt, Qətər və Oman uzun illərdir yaşayırlar və yerli olaraq qəbul edilirlər. Onların çoxluğu sünni və azlıq olaraq şiələr də aralarında görünür, bu insanlar dildə danışırlar Əçomi; (Hansı ki, müasir Fars dilinə nisbətən qədim fars dilinə daha yaxındır).
Welcome to the Heartbreak Hotel (albom)
Welcome to the Heartbreak Hotel (azərb. Sınmış qəlblər mehmanxanasına xoş gəlmişsiniz‎) – C. C. Catch-in 1986-cı ildə çıxardığı ilk albomudur.
Welcome to the N.H.K.
Welcome to the N.H.K. (N・H・Kにようこそ!, N.H.K. ni Yo:koso, NHK-yə xoş gəlmisiniz!) — ranobe və onun anime və manqa adaptasiyaları. Orijinal məzmunun müəllifi Tatsuhiko Takimoto, qrafika — Yoşitoşi Abe.. == Məzmun == Hikikomori - cəmiyyətdən özünü təcrid etmiş, olduqca qapalı həyat tərzi sürən insanları Yaponiyada belə adlandırırlar. 22 yaşlı Sato Tatsuhiro da hikikomoridir. O da, hər bir hikikomori kimi işləmir, oxumur və evdən demək olar ki, çölə sırf alış-veriş etmək üçün çıxır. Dostu və sevdiyi qız isə yoxdur. Günlərin bir günü Satonun mənzilinin qapısını 2 missioner döyür... == Personajlar == Tatsuhiro Sato (佐藤 達広) — baş qəhrəman. Orijinal novellaya görə, bir gün ətrafdakıların ona güldüyünü zənn etməyə başladı.
Baby, Come to Me
Baby, Come to Me – Ros Temperton tərəfindən bəstələnmiş və kişi – qadın dueti kimi nəzərdə tutulmuş R&B mahnısı. Mahnı orijinal versiyada Patti Austin və James Ingram tərəfindən ifa edilmişdir.
Don't Come Easy
Don't Come Easy (azərb. Asan gəlmə‎) — Avstraliyanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Avstraliyanın The X Factor müsabiqəsinin qalibi Ayzeya Fayrbreys Avstraliyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində "Don't Come Easy" mahnısı ilə təmsil etmişdir. Mahnının bəstəkarları 2016-cı ildə müsabiqədə Dami İmə 2-ci yeri qazandıran "Sound of Silence" mahnısının bəstəkarlarıdır.
You Come To Me
You Come To Me — Sami Yusufun 2009 - cu ildə çıxardığı sinql. Mahnı müğənnnin Without You adlı albomundan çıxarılan ilk sinqldır və Məhəmmədə həsr olunub. Mahnı türk - ingilis, ərəb - ingilis, fars - ingilis və ingilis dillərində ifa edilib. Mahnının klipi türk - ingilis dillərində ifa edilmiş versiyaya çəkilib. Bu Sami Yusufun yaradıcılığında ikinci belə haldır. Qeyd etmək lazımdır ki, o, 2005-ci ildə ifa etdiyi Mother mahnısının da türk - ingilis versiyasına klip çəkdirmişdi. Görünür bu, onun özünün də mənşəcə Azərbaycan türklərindən olmasından irəli gəlir.
Come Out and Play
"Come Out and Play" — amerikalı müğənni Billi Aylişin mahnısı. 20 noyabr 2018-ci ildə Darkroom və Interscope Records tərəfindən sinql kimi rəqəmsal formatda buraxılıb. Mahnı həmçinin onun ilk studiya albomu "When We All Fall Asleep, Where Do We Go?"nun Yaponiya buraxılışında yer alıb.
Bərmə Təpə (Qürvə)
Bərmə Təpə (fars. برمه تپه‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 361 nəfər yaşayır (75 ailə). Əhalisini kürdlər təşkil edir.
It Won't Be Soon Before Long
It Won't Be Soon Before Long — Maroon 5 qrupunun albomu.
École des Beaux-Arts
École des Beaux-Arts, tam adı ilə, École Nationale Supérieure Des Beaux-arts, Jean-Baptiste Colbert (XIV Louis dövrünün naziri) tərəfindən Académie Royale d'Armitecture adı altında 1671-ci ildə Parisdə yaradılmış bir təsviri sənət məktəbidir. 1793-cü ildə Académie Royale de Peinture et de Sculpture (1648-ci ildə yaradılıb) məktəbi ilə birləşdirildi. Məktəb rəsmxət, rəsm, heykəltaraşlıq və memarlıq (1968-ci ilə qədər) kimi təsviri sənətlərdən dərs deyir.
Everything You've Come to Expect
Everything You've Come to Expect — The Last Shadow Puppets qrupunun 1 aprel 2016-cı ildə Domino Records tərəfindən buraxılan ikinci albomu. Albom 2014-cü ildə London, Paris və Los-Anceles şəhərlərində qrupun həmmüəllifləri Aleks Törner və Mayls Keyn tərəfindən yazılmışdır. Prodüserliyini Malibuda qrupun üzvü Ceyms Ford qonaq musiqiçi Mett Helders və yeni basçı Zak Daues ilə birlikdə etmişdir. Aranjimanlar əvvəlki albomda olduğu kimi yenidən Ouen Pallett tərəfindən edilmişdir. Üz qabığında 1969-cu ilin noyabrında Cek Robinson tərəfindən çəkilmiş Tina Törnerin rəqs etdiyi zaman çəkilmiş şəkli yer almışdır. Şəkli illüstrator Metyu Kuper dəyişdirərək ona qızılı rəng verib. Everything You've Come to Expect qrupun əvvəlki albomundan fərqli olaraq daha çox maksimalist səviyyədə hazırlanıb. Mahnılar əsasən barokko-pop, mavi göz soul və psixodelik pop janrındadır. Albom desert rock, postpank, fank, disko və italyan film saundtrekləri də daxil olmaqla müxtəlif yerlərdən təsirlənib. Mahnıların sözləri hedonizm, romantika, özünə dəyər və iki gənc kişinin gecə həyatı haqqındadır.
UEFA Avro 1960 (seçmə mərhələsi)
Futbol üzrə 1-ci Avropa çempionatının seçmə mərhələsinin oyunları.
UEFA Avro 1964 (seçmə mərhələsi)
Futbol üzrə 2-ci Avropa çempionatının seçmə mərhələsinin oyunları.
UEFA Avro 1968 (seçmə mərhələsi)
UEFA Avro 1968-in seçmə mərhələsi ikipilləli olmuşdur: qrup mərhələsi (oyunları 1966-1968-ci illərdə keçirilmişdir) və 1/4 oyunları (1968-ci ildə keçirilmişdir). 7 qrupun hər birində dörd, 1 qrupda isə üç komanda mübarizə aparmışdır. Hər komanda rəqibləri ilə iki oyun keçirmişdir (evdə və səfərdə). Sadəcə qrup qalibləri sonrakı mərhələyə vəsiqə qazanmışlar. 1/4 mərhələsinin iştirakçıları öz aralarında iki oyun keçirmişlər (evdə və səfərdə). Hər cütlüyün qalibi final turnirinə vəsiqə əldə etmişdir. == 1-ci qrup == == 2-ci qrup == == 3-cü qrup == == 4-cü qrup == == 5-ci qrup == == 6-cı qrup == == 7-ci qrup == == 8-ci qrup == * Seçmə mərhələsinin 8-ci qrupunun nəticələri Böyük Britaniya Ev Çempionatının 1966/67 və 1967/68 mövsümlərinin nəticələrinin kombinəsi yoluyla formalaşdırılmışdır.
UEFA Avro 1972 (seçmə mərhələsi)
UEFA Avro 1972-nin seçmə mərhələsi ikipilləli olmuşdur: qrup mərhələsi (oyunları 1970-1972-ci illərdə keçirilmişdir) və 1/4 oyunları (1972-ci ildə keçirilmişdir). Otuz iki komanda hər birində dörd komanda olmaqla səkkiz qrupda mübarizə aparmışlar (hər komanda qrupdakı rəqiblərinin hər biri ilə evdə və səfərdə olmaqla iki oyun keçirmişdir). Qrupda birinci yeri tutan komanda 1/4-ə vəsiqə qazanmışdır. 1/4 mərhələsinin iştirakçıları öz aralarında iki oyun keçirmişlər (evdə və səfərdə). Hər cütlüyün qalibi final turnirinə vəsiqə əldə etmişdir.
UEFA Avro 1976 (seçmə mərhələsi)
UEFA Avro 1976-nın seçmə mərhələsi ikipilləli olmuşdur: qrup mərhələsi (oyunları 1974-1976-cı illərdə keçirilmişdir) və 1/4 oyunları (1976-cı ildə keçirilmişdir). Otuz iki komanda hər birində dörd komanda olmaqla səkkiz qrupda mübarizə aparmışlar (hər komanda qrupdakı rəqiblərinin hər biri ilə evdə və səfərdə olmaqla iki oyun keçirmişdir). Qrupda birinci yeri tutan komanda 1/4-ə vəsiqə qazanmışdır. 1/4 mərhələsinin iştirakçıları öz aralarında iki oyun keçirmişlər (evdə və səfərdə). Hər cütlüyün qalibi final turnirinə vəsiqə əldə etmişdir.
UEFA Avro 1980 (seçmə mərhələsi)
UEFA Avro 1980-nin 1978-ci il mayın 24-dən 1980-ci il martın 26-na qədər keçirilən seçmə mərhələsində yeddi qrupa bölünmüş (beş komandanın yarışdığı üç, dörd komandanın yarışdığı dörd qrup) 31 milli yığma komanda mübarizə aparmışdır. Seçmə mərhələnin püşkatması 30 noyabr 1977-ci ildə Romada baş tutmuşdur. Qrup qalibləri turnirin final mərhələsinə vəsiqə qazanmışlar. İtaliya milli futbol komandası turnirin ev sahibi kimi final mərhələsinə birbaşa vəsiqə əldə etmişdir.
UEFA Avro 1984 (seçmə mərhələsi)
Futbol üzrə 7-ci Avropa çempionatının seçmə mərhələsində 32 ölkəni təmsil edən və 7 qrupda mübarizə aparan (üç qrupda dörd, dörd qrupda isə beş komanda olmaqla) milli komanda iştirak etmişdir. Qrup qalibləri çempionatın final mərhələsində iştirak etmək hüququ əldə etmişlər. Fransa millisi çempionatın ev sahibi kimi final turnirinə birbaşa vəsiqə qazanmışdır. == Püşkatma == Çempionatın seçmə mərhələsinin püşkatması 8 yanvar 1982-ci ildə Parisdə baş tutmuşdur. Aşağıda beş səbət qeyd olunmuşdur, qalın hərflərlə final turnirinə adlaya bilən komandalar işarələnmişdir. == İcmal == Bəzi qruplarda favoritlərin turnirin final mərhələsinə vəsiqə qazanmasına imkan verməyən sensasiyalar baş vermişdir. Məsələn, 2-ci qrupda Portuqaliya millisi sensasiyaya imza ataraq SSRİ millisini qabaqlamış və Lissabonda SSRİ ilə keçirilən oyunda Fernandu Şalanaya qarşı qayda pozuntusuna görə verilən şübhəli 11 metrlik cərimə zərbəsi nəticəsində 1:0 hesabı ilə qazandığı oyun sayəsində qrup lideri olmuşdur. 5-ci qrupda isə favorit hesab edilən İtaliya millisinin deyil, Rumıniya millisinin final mərhələsinə vəsiqə qazanması sensasiya olaraq dəyərləndirilmişdir. Rumınlar son turda Bratislavada Çexoslovakiya millisinə qarşı keçirdikləri oyunda əldə etdikləri 1:1 hesablı bərabərlik sayəsində qrup birinciliyinə yüksəlmişlər. İtaliya millisi isə müvəffəqiyyətsizliyə düçar olaraq qrupda beş komanda arasında dördüncü yeri tutmuşdur.