Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Semyuel Bekket
Semyuel Bekket (ing. Samuel Beckett, 13 aprel 1906[…] – 22 dekabr 1989[…], 14-cü Paris dairəsi[d]) — fransız əsilli irlandiyalı yazıçı, dramaturq, tənqidçi və şair. Ejen İonesko ilə birgə Absurd Teatrın yaradıcılarından biri. 1969-cu ildə nəsr və poeziya janrlarında müasir insanın faciəsinin onun zəfərinə çevrilməsini novatorcasına əks etdirən əsərlərinə görə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən Bekket, həm də Sənət İnsanları Cəmiyyətində Müdrik seçilmişdir. Semyuel Barkli Bekket XX əsr eksperimental ədəbiyyatın aparıcı müəlliflərindən biridir. O, Ceyms Coysun davamçısı olduğu üçün "son modernistlərdən", daha sonra bir çox yazıçıya təsir göstərmiş olduğu üçün də "ilk postmodernistlərdən" biri kimi qiymətləndirilir. Bekket, həmçinin Martin Esslinin Absurd Teatr olaraq adlandırdığı cərəyanın ən vacib yazıçısı sayılır. Əsərlərinin çoxunu fransızca ya da ingiliscə yazıb, digər dilə özü tərcümə etmişdir. Ən tanınmış əsəri "Qodonu gözlərkən" olmuşdur. Bekketin əsərləri sadə və əsasən minimalistdir.
Semüel Bekket
Semyuel Bekket (ing. Samuel Beckett, 13 aprel 1906[…] – 22 dekabr 1989[…], 14-cü Paris dairəsi[d]) — fransız əsilli irlandiyalı yazıçı, dramaturq, tənqidçi və şair. Ejen İonesko ilə birgə Absurd Teatrın yaradıcılarından biri. 1969-cu ildə nəsr və poeziya janrlarında müasir insanın faciəsinin onun zəfərinə çevrilməsini novatorcasına əks etdirən əsərlərinə görə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən Bekket, həm də Sənət İnsanları Cəmiyyətində Müdrik seçilmişdir. Semyuel Barkli Bekket XX əsr eksperimental ədəbiyyatın aparıcı müəlliflərindən biridir. O, Ceyms Coysun davamçısı olduğu üçün "son modernistlərdən", daha sonra bir çox yazıçıya təsir göstərmiş olduğu üçün də "ilk postmodernistlərdən" biri kimi qiymətləndirilir. Bekket, həmçinin Martin Esslinin Absurd Teatr olaraq adlandırdığı cərəyanın ən vacib yazıçısı sayılır. Əsərlərinin çoxunu fransızca ya da ingiliscə yazıb, digər dilə özü tərcümə etmişdir. Ən tanınmış əsəri "Qodonu gözlərkən" olmuşdur. Bekketin əsərləri sadə və əsasən minimalistdir.
Tobias Bekett
Tobias Bekett (ing. Tobias Beckett) — "Ulduz müharibələri" franşizasında personaj. İlk dəfə 2018-ci ildə çəkilmiş "Han Solo: Ulduz müharibələri. Hekayələr" filmində nümayiş olunmuş, burada Vudi Harrelson tərəfindən canlandırılmışdır. O, "Qırmızı şəfəq" cinayət sindikatında işləyən oğru və Han Solonun müəllimidir. Bekket sonradan Soloya xəyanət etmiş və nəticədə onun tərəfindən öldürülmüşdür. == Personaj == === Yaradılması === Personaj Robert Lüis Stivensonun "Dəfinələr adası" romanından dəniz qulduru Con Silverə əsaslanmışdır. Ssenari müəllifləri Lourens və Conatan Kezdan "Solo" filminin ssenarisini yazmağa başlamazdan əvvəl kitabı yenidən oxumuşdur. Onlar Bekett və Han Solo arasında "Dəfinələr adası" romanından Silver və Cim Hokins arasındakı münasibətə oxşar bir şey yaratmağa çalışmışdırlar.. === Canlandırılması === ABŞ aktyoru Vudi Harrelson "Han Solo: Ulduz müharibələri.
Bent
Bent — İranın Sistan və Bəlucistan ostanının Nikşəhr şəhristanının Bent bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,302 nəfər və 822 ailədən ibarət idi.
Bekon üsyanı
Bekon üsyanı - 1676-cı ildə Vircinya koloniyasının Ceymstaun şəhərində zəngin kolonistlərə qarşı başladılmış üsyan hərəkatı. Bekon üsyanı yoxsul və qəzəbli mühacirələrin öz düşmənləri olaraq gördükləri iki qrupa yənilmişdi. Bu qruplardan biri hindular, digəri isə kolinistlərin zəngin və imtiyazlı liderləri idilər. == Arxa plan və üsyanın başlanması == 1676-cı ildə müasir dövrdə mövcud olmayan Vircinya koloniyasının Ceymstaun şəhərində baş vermiş üsyan Şimali Amerikada başqa bir qitədən gəlmiş şəxslərin törətdikləri ilk üsyan hadisəsi kimi də tarixə keçmişdir. Bekon üsyanı aşağı təbəqədən olan qrupları bir mərkəzdə birləşdirmişdir. Üsyana qoşulanlar əsasən salınmış koloniyalardakı çətin şəraitdən narazı olan Avropadan gəlmə sakinlər idi. Sərhəd bölgəsində yaşayan sakinlər üsyana ilk qalxan tərəf olmuşdur. Daha sonra qara dərili qullar və nökərlər olaraq təsnif edilən işçi qrupuda koloniyada yaranmış siniflər arasındakı uçurma öz etirazlarını bildirmək üçün üsyan hərəkatına qoşulmuşdur. Bekon üsyanı Vircinyanın qərb sərhədlərindəki problemlərlə başladı. 1670-cı illərdə zəngin plantatorlar şərqi Vircinyanın böyük hissəsinə nəzarət edirdi.
Bernt Brendemoen
Bernt Brendemoen — görkəmli Norveç türkoloqu, dilçi, ədəbiyyatşünas, tərcüməçi. == Həyatı və fəaliyyəti == Bernt Brendemoen 1949-cu ildə Norveçin paytaxtı Oslo şəhərində anadan olub. Orta təhsilini doğulduğu şəhərdə alıb. Oslo Universitetinin yunan və latın (1969–1973) dilləri bölünümü bitirib. İstanbul Universitetində (1974–1976) və Oslo Universitetində (1976–1977) türkologiya üzrə təhsil alıb. 1977-ci ildə Oslo Universitetində Türk dilçiliyi üzrə magistr dərəcəsinə yiyələnib. 1977-ci ilin payızında təhsil almaq üçün Qahirəyə getmiş, lakin bu niyyətini gerçəkləşdirə bilməmişdir. Daha sonra 1977–1981-ci illərdə Oslo Universitetində elmi tədqiqatla məşğul olmuşdur. 1982-ci ildə türk dili tərcüməçisi kimi çalışmışdır. 1978–1979-cu illərdə Türkiyənin Qara dəniz sahilindəki Trabzon bölgəsini dialektləri ilə bağlı araşdırmalar aparmışdır.
Bernt Nilsson
Bernt Nilsson (22 avqust 1939, Göteborq) — İsveçli keçmiş üzgüçü. Bernt Nilsson İsveçi 1960-cı ildə XVII Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Bernt Nilsson birinci dəfə Olimpiya Oyunlarına 1960-cı ildə qatıldı. O, Romada baş tutan XVII Yay Olimpiya Oyunlarında kişilər 200 m arxası üstə stilində, təsnifat mərhələsində iştirak etdi. 2:45.7 saniyəlik nəticəsi ilə öz cığırında 4-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Betün (rayon)
Betün (fr. Béthune) — Fransanın O-de-Frans regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Pa-de-Kale. Suprefektura — Betün. Rayonun əhalisi 2014-ci ildə 286.219 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 404 nəf / km². Rayon sahəsi — 707,6 km².
Frensis Bekon
Frensis Bekon (ing. Francis Bacon; 22 yanvar 1561 – 9 aprel 1626) — ingilis filosofu, tarixçisi, siyasi xadimi və yazıçısı, empirizmin banisi. Elmi ictimaiyyət tərəfindən qəbul edilməyən belə bir iddia mövcuddur ki, Şekspirin əsərlərinin müəllifi əslində Frensis Bekon olmuşdur. == Fəlsəfəsi == 1584-ci ildə ingilis parlamentinə deputat seçilmiş, 1613-1617-ci illərdə İngiltərə və Uelsin Baş Prokuroru, 1617-1621-ci illərdə İngiltərə hökumətində ən yüksək vəzifələrdən sayılan lord-kansler, həmçinin 1617-1618-ci illərdə Böyük möhürün lord-qoruyucusu vəzifələrini tutmuşdur. 1621-ci ildə rüşvətdə ittiham edilərək məhkəməyə cəlb olunmuş, vəzifələrindən azad edilmişdir. Lakin, kral tərəfindən əfv edilmiş, bundan sonra vəzifəyə qayıtmayaraq elmi və ədəbi fəaliyyətlə məşğul olmuşdur. F.Bekon hesab edirdi ki, fəlsəfənin başlıca vəzifəsi elmi idrakı əsaslandırmaqdır. Bekona görə, elmi bilik insana xeyir vermək məqsədi güdməlidir, təbiət qüvvələrindən insanların rifahı üçün istifadə etmək lazımdır. Bekon fəalyyətə hüquqşünas kimi başlasa da, sonradan filosof və elmi inqilabın tərəfdarı kimi tanınır. Onun əsərləri elmi tədqiqatların induktiv metodologiyasının əsası və təbliğatçısı kimi tanınmağa başladı.
Rocer Bekon
Rocer Bekon (ing. Roger Bacon; təq. 1220 – təq. 1292 və ya 1294, Oksford) — ingilis filosofu və təbiətşünası. Sxolastik metodlarla elmin insanlara fayda verməli olduğunu irəli sürdü. Bekon Aristotelin baxışlarına istinad edərək göstərirdi ki, duyğular mühüm psixi proseslərin daha vacibi olmaqla, biliklərin yaranmasına material verir.
Berkut
Berkut (lat. Aquila chrysaetos) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Status == Azərbaycanda sayı azalan nadir növdür. == Yayılması == Azərbaycanda dəniz səviyyəsindən 1200 m və daha çox yüksəklikdə olan dağ rayonlarında yayılmışdır. Qışda yem üçün aran rayonlarına da enir. == Yaşayış yeri == Müxtəlifdir. Dağ meşələrinin yuxarı kənarlarındakı hündür ağaclarda, yüksək dağlardakı sıldırımlı qayalarda yuva düzəldir. Əsas yemlənmə yeri olan açıq sahələr kənd təsərrüfatı sahələrinə çevrilir. == Təbiətdə sayı == 1990–1996-cı illər hesablamalarına əsasən Azərbaycanda berqutun ümumi sayı 15 yuvalayan cütdən çox deyil.
Bəkubə
Bakubə (ərəb. بعفوبة‎) — İraqın Diyalə mühafazasında şəhər.
Berkun Oya
Berkun Oya (3 mart 1977, Bursa) — Türk teatr yazıçısı, teatr və kino müdiri. == Həyatı == Qaraçay mənşəlidir. Orta təhsilini Özəl Koç Liseyində tamamladı. 1998-ci ildə Memar Sinan Universiteti Dövlət Konservatoriyası Teatr Bölməsini bitirib. Elə həmin il Krek Teatr Şirkətini qurdu. 2003-cü ildə İstanbul Dövlət Teatrının tələbi ilə Yakup Kadri Karaosmanoğlunun Yaban romanını canlandırdı . 2002-ci ildə televiziya üçün hazırladığı və TRT- də yayımladığı "Şapkadan Atam Çıxtı" serialının ssenari müəllifi və prodüseri idi. 2003-cü ildə CNN Türk kanalında Defakto və 2005-ci ildə NTV, kanalında İnfoman adlı Televizor proqramlarını hazırladı və təqdim etdi. 2007-ci ildə ekranlara çıxan "Yaxşı Yeni İllər London" adlı filmi idarə etdi. 44.
Bekuy (departament)
Bekuy — Burkina-Fasonun Tuy vilayətinə daxil olan departament. İnzibati mərkəzi Bekuy qəsəbəsində yerləşir.
Con Bekus
Con Bekus (ing. John Warner Backus; 3 dekabr 1924, Filadelfiya, Pensilvaniya – 17 mart 2007[…], Aşland[d], Oreqon) — kompüter elmləri sahəsindəki amerikalı alim, ilk yüksək səviyyəli proqramlaşdırma dilinin yaradıcıları qrupunun lideri, Bekus-Naura formasının ixtiraçısı — Formal dillərin sintaksisini müəyyənləşdirmək üçün ən çox yayılmış və universal notasiyalardan biri, Türinq mükafatı laureatı (1977). ABŞ Milli Elmlər Akademiyasının üzvü (1974). == Bioqrafiyası == Filadelfiyada anadan olub, Uilminqton (Delaver) şəhərində böyüyüb, Pottstaun şəhərində yerləşən Hill məktəbini (ing. Hill School) bitirib. 1942-ci ildə Virciniya Universitetinə kimya bölməsinə daxil oldu, ancaq ikinci ildə itkin düşdüyü üçün xaric edildi. Bundan sonra ABŞ-nin Sakit Okean Donanmasına gətirildi, lakin fiziki müayinə zamanı sümük implantının quraşdırılması ilə uğurla əməliyyat olunan kəllə sümüyünün şişi aşkar edildi. İkinci Dünya Müharibəsi illərində orduda xidmət etdikdən sonra, yüksək keyfiyyətli səs çoxalma cihazı hazırlamaq vəzifəsi götürərək, radio mühəndisliyi məktəbində təhsil almağa başladığı New Yorka gəldi. Müəllimlərdən biri Backus’un təhsilini davam etdirməsinə inandırdı və 1949-cu ildə riyaziyyat üzrə magistr dərəcəsi alaraq Kolumbiya Universitetinə daxil oldu. == İstinadlar == == Xarici keçidlər == Леонид Черняк.
Yan Lekun
Yan Lekun (ing. Yann LeCun) — kompüter elmləri sahəsində fransız alimi, əsas fəaliyyət sahələri maşın öyrənməsi, kompüter görmə, mobil robototexnika və hesablama neyrobiologiyasıdır. Sinir şəbəkələrinin optik xarakter tanıma və maşın görmə vəzifələrinə tətbiqi üzrə işləri ilə tanınır. DjVu görüntü sıxılma texnologiyasının əsas yaradıcılarından biri (Leon Botu və Patrick Huffner ilə birlikdə). Leon Botu ilə birlikdə Luş proqramlaşdırma dili yaratdı. Türinq mükafatı laureatı (2018, Benjio və Hinton ilə birlikdə dərin bir öyrənmə sahəsini yaratdığına görə). Kompüter elmləri doktoru dərəcəsini 1987-ci ildə Pyer və Mari Kyuri Universitetindən almışdır. 1988-ci ildə, AT&T Bell Laboratoriesdə işə başladı, burada bir sıra maşın öyrənmə metodlarını, o cümlədən konvulsion sinir şəbəkələrini inkişaf etdirdi. 1996-cı ildə, AT&T Labs tədqiqat mərkəzinə keçdi, burada DjVu görüntü sıxma texnologiyası üzərində çalışdı. 2003-cü ildən Nyu-York Universitetində çalışmışdır.
Blaunt qraflığı (Alabama)
Blaunt dairəsi (ing. Blount County) ― ABŞ-nin Alabama ştatında qraflıq. 2010-cu il əhalinin siyahıyaalınması məlumatına görə əhalisi 57,322 nəfər olmuşdur. Qraflıq mərkəzi Oneonta şəhəridir.
Cozef Çarlz Bekuert
Cozef Çarlz Bekuert (ing. Joseph Charles Corneille Bequaert; 24 may 1886 – 12 yanvar 1982) — Belçika zooloqu və botaniki. == Elmi fəaliyyəti == Cozef Çarlz Bekuert bitkilər sahəsində yosunlar üzrə ixtisaslaşmışdır. == Əsərləri == Bequaert, J. (1921). Insects as food: How they have augmented the food supply of mankind in early and recent times. Natural History Journal. 21:191-200. Bequaert, J. (1926). The date of publication of the Hymenoptera and Diptera described by Guérin in Duperrey’s «Voyage de La Coquille.» — Entomologische Mitteilungen 15: 186—195. Pilsbry H. A. & Bequaert J. (1927).
Bekus-Naur forması
Bekus-Naur forması (BNF; ing. Backus-Naur form) – formal dillərin sintaksisini təsvir etmək üçün metadil; Con U.Bekus (John W.Backus) və Piter Naur (Peter Naur) tərəfindən ALGOL dilinin təsvirində təklif olunub. Aşağıdakı dilin <ədəd> elementinin tərifi verilib: <ədəd> ::= <işarəsiz ədəd> | <işarə> <işarəsiz ədəd> <işarəsiz ədəd> :: = <rəqəm> | <rəqəm> <işarəsiz ədəd> <rəqəm> :: = 0 | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 <işarə> ::= + | – Bu misalda <rəqəm> və <işarə> terminal adlandırılan aktual simvollar terminləri ilə təyin edilir; “|” simvolu alternativ variantı göstərir, yəni <işarə> ya “+”, ya da “–” qiyməti ala bilər; “::=” simvolu “kimi təyin olunur” anlamını verir. Künc mötərizələrinə alınmış adlara (məsələn, <işarə>) metadəyişənlər (METAVARIABLES) deyilir. Metadəyişən terminal simvollar və başqa metadəyişənlər, o cümlədən zərurət olduqda özü vasitəsilə təyin edilir (<işarəsiz ədəd>də olduğu kimi). == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Yekun diaqnoz (roman)
Yekun diaqnoz — Çingiz Abdullayev tərəfindən yazılmış roman. == Məzmun == Rusiyanın ən məşhur alim və siyasətçilərindən birinin ölümü ən azı yöndəmsiz görünürdü. Əslində, kristal kimi təmiz şərəfinə görə əfsanəyə çevrilmiş bir adamı kim güllələyə bilərdi? Bundan başqa, qatil, Moskva ətrafının ən elit və ən yaxşı mühafizə olunan qəsəbəsinə gözə görünmədən necə girə bilərdi? Bunun ardınca isə yeni – birinci qurbanın bağ qonşusunun ondan heç də az qəribə olmayan qətlindən sonra rəsmi təhqiqat dalana dirənir. Beləcə, agent Dronqonun karyerası boyunca ən çətin işlərindən biri başlayır. O iş ki, orda suallar getdikcə artır, cavablar isə yoxdur ki, yoxdur… == Obrazlar == Dronqo; Edqar Veydemanis; Leonid Aleksandroviç Potapov; Fyodor Qriqoryeviç Qluşkov və d.
Karl Kunt
Karl Kunt (alm. Karl Sigismund Kunth‎; 18 iyun 1788, Leypsiq, Saksoniya elektoratlığı – 22 mart 1850, Berlin) — alman botaniki.
Betunq Kerihun Milli Parkı
Betunq Kerihun Milli Parkı (ind. Taman Nasional Betung Kerihun) —İndoneziyada, Borneo adasında, Qərbi Kalimantan əyalətində milli parkdır. Malayziya ilə sərhəd boyunca, Kapuas çayının mənbəyində yerləşir. Ərazisi 8000 km²-dir, 1995-ci ildə yaradılıb. Ərazisi üçün dağlıq və təpəlik, 150 m-dən 1800 m-ə qədər yüksəkliklər, dik yamaclar xarakterikdir. Ən yüksək nöqtələri: Kerihun (1.790m) və Lavitdir (1.767m). Park iki ekobölgənin — Borneo dağlıq və Borneo düzənlik rütubətli meşələrin ərazisində yerləşir. Aran meşələrində dipterokarp üstünlük təşkil edir, yüksəkliklərdə palıd və şabalıd ağacları ilə əvəz olunur. Burada ən az 97 növ orxideya və 49 növ palma ağacı var. Parkın faunası 300 növ quş (bunlardan 25-i Borneo üçün endemikdir), 162 növ balıq və 54 növ məməli ilə təmsil olunur.
Qay Plini Sesili Sekund
Kiçik Plini və ya tam adı ilə Qay Plini Sesili Sekund (lat. Gaius Plinius Caecilius Secundus; təq. 61, Komo – ən tezi 113 və ən geci 114, Vifiniya) —Qədim Roma dövlət xadimi, yazıçısı və hüquqşünası. O, b.e. 100-cü ildə konsul-suffekt vəzifəsini tutmuşdur. Kiçik Plini Böyük Plini tərəfindən övladlığa götürülmüşdür.. == Həyatı == Romada Kvintiliandan ritorika öyrənmişdir. O, Domisianın hakimiyyəti dövründə, 81-ci ildə Suriyada hərbi tribun olmuş, burada Yevfrat və Daldidalı Artemidorla görüşmüşdür. B.e. 88-ci ildə Romaya qayıtmış, "cursus honorum" uğrunda çalışmış və 100-cü ildə, Trayanın hakimiyyətində konsulluq aldı.