YEKUN

is. müh. Bir neçə ədədin cəmindən əldə edilən say, hesabın məcmusu.
// məc. Bir şeyin nəticəsi. Xalq təsərrüfatı inkişafının yekunları. İşin yekunları.
□ Yekun vurmaq1) bax yekunlaşdırmaq. Gəlirin yekununu vurmaq;
2) son vermək, tamamlamaq.
Şəmsi yenə vaxtın azlığını xatırlayıb söhbətə cırıq dəftərnən məhkəmə quracağam! – deyə yekun vurmağa çalışdı. M.Hüseyn.
Mən bu [Abbas əmi] təhkimçi ilə söhbətinə yekun vurmuşdum. İ.Hüseynov.

Yekun vurulmaq – bax yekunlaşdırılmaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YEKUN nəticə — tamamlama
YEKTƏRƏF
YEKUNLAŞDIRILMAQ
OBASTAN VİKİ
Yekun diaqnoz (roman)
Yekun Dövlət İmtahanı
Yekun Dövlət İmtahanı (rus. Единый государственный экзамен, ЕГЭ) – Rusiyada keçirilən bir imtahan. Bu, hər bir şagirdin orta məktəbi bitirdikdən sonra universitetə və ya peşə kollecinə daxil olmaq üçün verməli olduğu bir sıra imtahanlardan ibarətdir. 2009-cu ildən etibarən YDM Rusiyada orta məktəblərdə yekun imtahanın yeganə forması və universitetlərdə ilkin qəbul imtahanlarının əsas formasıdır. Şagirdlər YDM-i rus dili, riyaziyyat, xarici dillər (ingilis, alman, fransız, ispan, çin), fizika, kimya, biologiya, coğrafiya, ədəbiyyat, tarix, ictimai elmlər və informatika fənlərindən verə bilərlər. Rus dili və riyaziyyat üzrə YDM məcburidir; bu o deməkdir ki, hər bir şagird bu fənlərdən lazımi nəticələr əldə etməlidir ki, Rusiyada hər hansı bir universitetə daxil ola bilsin və ya orta məktəb diplomu ala bilsin. == Tarix == Yekun Dövlət İmtahanı (YDM) ilk dəfə Rusiyada 2001-ci ildə təhsil eksperimenti kimi tətbiq edilmişdir və əvvəlcə Rusiyanın bir neçə regionunda keçirilmişdir: Çuvaşıstan, Mari El, Yakutiya, habelə Samara və Rostov vilayətlərində. İlk sınaq imtahanı yalnız səkkizinci siniflər üçün təşkil olunmuşdu. 2002-ci ildə bu eksperiment Rusiyanın 16 regionunda davam etdirildi, 2003-cü ildə isə 47 regiona genişləndirildi. 2006-cı ildə Rusiyada təxminən 950 min məktəb məzunu bu imtahanda iştirak etdi.

Digər lüğətlərdə