Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bican Pakzad
Bijən Pakzad (4 aprel 1944, Tehran, İran - 16 aprel 2011, Kaliforniya, ABŞ) — İran əsilli amerikalı dizayner. == Həyatı == Bijən Pakzad 1944-cü ildə Tehranda anadan olub, 1973-cü ildə ABŞ-yə köçüb, Los-Ancelesdə məskunlaşıb. Dizaynerin Malib, Nyu-York, Milan və Florensiyada xüsusi iqamətgahları olub. O, dünyada məşhur olsa da, İrana gəlişi qadağan olunub. Bijən Pakzad dünyanın ən varlı və məşhur kişilərini – ABŞ-nin sabiq prezidentləri Barak Obama, Corc Buş, Ronald Reyqan, Hollivud ulduzları Arnold Şvartsenegger, Tom Kruz, Entoni Hopkins üçün paltarlar hazırlayıb. Bijən Pakzaddan Rusiya Prezidenti Vladimir Putin, Bruney Sultanı, Böyük Britaniya şahzadəsi Çarlz və "Microsoft" şirkətinin qurucusu Bill Qeyts pencəklər alıblar.
Bican bəy
Bican bəy (Rüstəm xanın oğlu) — gürcü mənşəli Səfəvi məmuru və qulam. Bican bəy Saakadze — gürcü Saakadze nəslindən olan bir Səfəvi sərkərdəsi, məmuru və şah qulamı.
Bican bəy (bəylərbəyi)
Bican bəy (Bezhan, Bizhan) — gürcü mənşəli Səfəvi məmuru və qulam. Şah Süleyman Səfəvi (1666–1694) dövründə Təbriz bəylərbəyliyinin qubernatoru vəzifəsini daşımışdır. Bican Saakadze nəslinin bir fərdi olan keçmiş sepahsalar ( baş komandan) Rüstəm xan Sipəhsaların (1588 - 1 mart 1643) oğlu və sonrakı sepahsalar və divanbəyinin (kansler, baş ədliyyə) Rüstəm xanın əmisi idi. Bican bəy babasının adını daşıyırdı. Qardaşı Səfiqulu xan (vəfatı 1679-cu il) Səfəvi sıralarında da nüfuzlu vəzifələr tuturdu. İtalyan səyyahı Qemelli Karerinin sözlərinə görə Bicanın ailəsi həmişə şahın sevimlilərindən biri olmasına baxmayaraq, Bicanın özü baş vəzir Şeyxəli xan Zəngənəin (1669-1689) hakimiyyəti dövründə "rüsvayçılığa" məruz qalmışdı. Şeyxəli xan onu "dəli" və "sərxoş" olduğunu iddia edərək Şah Süleymanı "şübhəli" etdi. Kareri əlavə edir ki, yalnız güclü qardaşı oğlu Rüstəm xanın vasitəçiliyi ilə şah nəhayət ağlı başında olduğuna əmin ola bildi. == İstinadlar == == Mənbələr == Maeda, Hirotake. "On the Ethno-Social Background of Four Gholām Families from Georgia in Safavid Iran".
Bican bəy Saakadze
Bican bəy Qorci (Bejan, Bizhan) olaraq da bilinən Bican bəy — gürcü Saakadze nəslindən olan bir Səfəvi sərkərdəsi, məmuru və şah qulamı. I Şah Abbasın (1588-1629) ən erkən hakimiyyətində ən nüfuzlu və ən yaxın xidmətçilərindən biri idi. == Tərcümeyi-hal == Bican karyerasının əvvəlində kral I Luarsabın xidmət etdiyi Kartlinin zadəganlarından (aznauri) idi. Bundan sonra, 1562-ci ildə Qəzvində Səfəvi sarayına gedəndə Kartli çarı XI Davidi (Davud xan) I Şah Təhmasibə (1524-1576) təhvil verərkən müşayiət etdiyi görünür. XI David bu bununla İslamı qəbul edərkən Bican bəy də yeni dini qəbul etdi. 1578-1590-cı illərdəki Səfəvi-Osmanlı müharibəsində Osmanlı İran və Qafqazı fəth etdikdən sonra Bican Davud xanın (ya Baqrat ya da Xosrov) bir oğlunu və digər zadəganları Səfəvi sarayına tərəf apardı və orada qərarlı şəkildə yerləşdi. Bican daha sonra uzun illər Səfəvi şahı Abbasa (1588-1629) qulluq etdi və şah qulam korpusuna daxil oldu. Şah Abbasın hakimiyyətinin ilk illərində 1590-cı ildə, bir neçə il tutacağı vəzifəyə,yəni İsfahan şəhərinin darğası təyin etdi. Bu, onun gələcəkdəki Səfəvi paytaxtının idarəçiliyinə həvalə olunduğu üçün onun yüksək vəzifəli mövqeyini və hakim olan Səfəvi şahı ilə sıx əlaqəsini şərtləndirirdi. Tarix-e-Rostam-da ("Rüstəmin tarixi") Abbasın Fars bəylərbəyliyində Yaqub xanın üsyanını yatırtdıqdan sonra Bicana şah sarayını mühafizə etməsini əmr etdiyi bildirilir.
Bican bəy (Rüstəm xanın oğlu)
Bican bəy (Bezhan, Bizhan) — gürcü mənşəli Səfəvi məmuru və qulam. Şah Süleyman Səfəvi (1666–1694) dövründə Təbriz bəylərbəyliyinin qubernatoru vəzifəsini daşımışdır. Bican Saakadze nəslinin bir fərdi olan keçmiş sepahsalar ( baş komandan) Rüstəm xan Sipəhsaların (1588 - 1 mart 1643) oğlu və sonrakı sepahsalar və divanbəyinin (kansler, baş ədliyyə) Rüstəm xanın əmisi idi. Bican bəy babasının adını daşıyırdı. Qardaşı Səfiqulu xan (vəfatı 1679-cu il) Səfəvi sıralarında da nüfuzlu vəzifələr tuturdu. İtalyan səyyahı Qemelli Karerinin sözlərinə görə Bicanın ailəsi həmişə şahın sevimlilərindən biri olmasına baxmayaraq, Bicanın özü baş vəzir Şeyxəli xan Zəngənəin (1669-1689) hakimiyyəti dövründə "rüsvayçılığa" məruz qalmışdı. Şeyxəli xan onu "dəli" və "sərxoş" olduğunu iddia edərək Şah Süleymanı "şübhəli" etdi. Kareri əlavə edir ki, yalnız güclü qardaşı oğlu Rüstəm xanın vasitəçiliyi ilə şah nəhayət ağlı başında olduğuna əmin ola bildi. == İstinadlar == == Mənbələr == Maeda, Hirotake. "On the Ethno-Social Background of Four Gholām Families from Georgia in Safavid Iran".
Əliqulu xan (Bican bəy Saakadzenin oğlu)
Əliqulu xan (vəfatı 1667) — Səfəvi məmuru, qulam və ardıcıl üç Səfəvi şahı olan I Şah Səfi (1629-1642), II Şah Abbas (1642-1666) və Şah Süleyman Səfəvinin (1666-1694) dövründə xidmət etmiş gürcü mənşəli yüksək dərəcəli hərbi komandir. Saakadze nəslinin nümayəndəsi olan Bican bəy Saakadzenin oğlu, Rüstəm xan (vəfatı 1644) və İsa xanın (vəfatı 1654) qardaşı idi. Əlli il sürən "əlamətdar karyerası" ilə tanınan Əliqulu bəy gələcəkdə xan, kansler / baş ədliyyə (divanbəyi), baş komandan (sepahsalar) və Təbriz bəylərbəyliyinin bəylərbəyi kimi yüksək vəzifələri tutdu. 1654-cü ildə Əliqulu xan o zamankı şah II Abbasın lehinə dəstək oldu. Babası I Şah Abbasdan (1588-1629) sonra ən bacarıqlı Səfəvi hökmdarı olduğu bilinən II Abbas Səfinin hakimiyyətindən sonra ortaya çıxan bir çox məsələdə, o cümlədən hərbi idarədə təsiri oldu. Əsgərlərin şikayətlərindən sonra Əliqulu xanın davranışı II Abbas tərəfindən araşdırıldı,nəticədə o, vəzifəsindən uzaqlaşdırıldı. Sonralar II Abbasın oğlu və varisi Süleyman I hakimiyyəti dövründə Əliqulu xanın fəaliyyəti bərpa edildi, Süleyman isə onu sepahsalar olaraq təyin etdi. Floor, Willem. Safavid Government Institutions. Costa Mesa, California: Mazda Publishers.
Süleyman bəy Bicanoğlu
Süleyman bəy Bicən oğlu (? -1492) - Ağqoyunlu sərkərdəsi. 1480-ci ildə Ağqoyunlu torpaqlarına soxulmuş Misir sultanı Qait bəyi (1468-96) məğlub etmiş və Diyarbəkirdə möhkəmlənmişdi. Baysunqur Mirzənin hakimiyyəti dövründə əmir əl–ümərə (əmirlər əmiri) kimi ölkəni idarə etməyə başlamışdı. 1492-ci ildə Rüstəm Mirzənin qoşunları ilə Bərdə yaxınlığında baş vermiş döyüşdə məğlub olan Süleyman bəy Bicən oğlu Diyarbəkirə qaçmış, orada öldürülmüşdür.
Abican
Abican (fr. Abidjan) — Kot-d'İvuarda şəhər. Atlantik okeanının Ebriye sahilindədir. == İstinadlar == == Xarici keçidlər == VikiSəyahətdə Abidjan haqqında səyahət məlumatları var.
Bicar
Bicar şəhəri (az.-əski. بایجار Baycar‎, fars. بیجار‎, kürd. Bîcar) — İranın qərbində yerləşən şəhər. Kürdüstan ostanında yerləşən Bicar şəhristanının inzibati mərkəzi. .2006-cı ilin siyahiyəalınması əsasında bu şəhərin 46.156 nəfər ahalisi var.
Biran
Biran Kubanın Olqin əyalətindəki kənd, Fidel və Raul Kastronun doğulduğu yer. Onların atasının 23.000 akr (93 km²) plantasiyası olub. == Tarixi == 1976-cı il bələdiyyə islahatına qədər kənd qonşu Mayari bələdiyyəsinin bir hissəsi idi. == Tanınmış şəxsləri == Fidel Kastro- Kuba inqilabçısı, 1959-2008-ci illərdə Kuba lideri. Raul Kastro-Kuba inqilabçısı.
Biyan
Biyan (lat. Glycyrrhiza) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. Biyan qiymətli texniki bitkilərdən biridir. Biyan latın dilində "qlisseraza" adlanır,"şirin kök" mənasını verir. Biyan bitkisinin dünyada 18 növü yayılmışdır. Azərbaycanda onun 8 növünə təsadüf olunur. Şirinbiyan Azərbaycan çöllərində heç bir qulluq, qayğı görmədən külli miqdarda yetişir. Bu bitki Azərbaycanın Kür-Araz, Samur-Dəvəçi ovalıqlarında, Xəzərsahili düzənliklərdə, Muğanda, Qobustanda, Abşeronda, Alazan-Əyriçay vadisində, Kürdəmirdə, Ucarda,Qazaxda, Bərdədə, Böyük Qafqazın şimal-şərqində, Kiçik Qafqazın mərkəzi və cənub hissələrində, Naxçıvanın düzənliklərində yayılmışdır. == Sinonimləri == === Heterotipik sinonimləri === Clidanthera R.Br. Liquiritia Medik.
Gican
Gican — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Gican oyk, düz. Qusar r-nunun Düztahir i.ə.v.-də kənd. Qafqaz silsiləsinin yamacındadır. Gecan variantında da qeydə alınmışdır. Oykonim gic (sərt tirə, dərin yarğan, burulğan) sözündən və -an (məkan bildirir) şək.-sindən ibarət olub, "sərt tirələrdən, dərin yarğanlardan ibarət yer" mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 543 nəfər əhali yaşayır.
Kican
Ballıqaya (əvvəlki adı: Kican, daha əvvəl rusdilli mənbələrdə: Ballukaya) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Sırxavənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Kiçan kəndi Ağdam rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Ağdam rayonunun Kican kəndi Ballıqaya kəndi adlandırılmışdır. 1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ballıqaya kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il sentyabrın 19–20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Ballıqaya kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. == Tarixi == 1992-ci Ağdərə rayonu ləğv edilib ərazisi qonşu rayonlar arasında bölüşdürüldükdən sonra kənd Ağdam rayonunun ərazisinə düşüb. 5 dekabr 2023-cü ildə yenidən Ağdərə rayonunun tərkibinə daxil edilib.
Mican
Mican — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində mövcud olmuş kənd. Ləğv edildikdən sonra ərazisi İsmayıllı şəhərinə qatılmışdır. Rayon mərkəzindən 1 km şimal qərbdə, İsmayıllı-Qəbələ avtomobil yolunun kənarında, Qovdağ silsiləsinin cənub ətəyində yerləşir. Əhalisi əsasən əkinçilik, tütünçülük və heyvandarlıqla məşğul olur. Vaxtı ilə kənddə heyvandarlıq və quşçuluq kompleksləri fəaliyyət göstərirdilər. Hal-hazırda Micanda orta məktəb, klub və kitabxana fəaliyyət göstərir. 13 dekabr 2011-ci ildə Mican kənd inzibati ərazi dairəsi tərkibindəki Mican kəndi ləğv edilərək Dövlət reyestrindən çıxarılmışdır. Ləğvindən sonra kəndə aid olmuş 11.70 km² təşkil edən ərazisi bu Qanuna əlavə edilmiş xəritəyə uyğun olaraq, İsmayıllı şəhər inzibati ərazi dairəsi tərkibindəki İsmayıllı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir. 1859–1864-cü ilə olan məlumata əsasən Mican kəndində 68 evdə 201 nəfəri kişilər, 179 nəfəri isə qadınlar olmaqla 380 nəfər şiə təriqətli müsəlman Azərbaycan tatarı yaşayırdı. Əhalisi 3090 nəfərdir ki onunda 1501 nəfəri kişi, 1589 nəfəri qadındır.
Fəthabad (Bicar)
Fəthabad və ya Qara Saqqal (az.-əski. قاراساققال‎, fars. فتح آباد‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 121 nəfər yaşayır (23 ailə). Əhalisini azərbaycan türkləri və kürdlər təşkil edir.
Gərgin (Bicar)
Gərgin (fars. گرگين‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 272 nəfər yaşayır (72 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Gəvəndağ (Bicar)
Gəvəndağ (fars. گوندگ‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 65 nəfər yaşayır (15 ailə). Əhalisini kürdlər təşkil edir.
Hacıabad (Bicar)
Hacıabad (fars. حاجی‌آباد‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 59 nəfər yaşayır (12 ailə). Əhalisini kürdlər təşkil edir.
Hümayun (Bicar)
Hümayun (fars. همايون‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 438 nəfər yaşayır (84 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Hüseynabad (Bicar)
Hüseynabad (fars. حسين آباد‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 151 nəfər yaşayır (33 ailə). Əhalisini kürdlər təşkil edir.
Hüseynxan (Bicar)
Hüseynxan (fars. حسين خان‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 93 nəfər yaşayır (25 ailə). Əhalisini kürdlər təşkil edir.
Keçəgünbəd (Bicar)
Keçəgünbəz (fars. كچه گنبد‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 449 nəfər yaşayır (97 ailə). Əhalisini kürdlər təşkil edir.
Kolehzan (Bicar)
Kolehzan (fars. كله زان‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 94 nəfər yaşayır (20 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Konamar (Bicar)
Konamar (fars. كنامار‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 110 nəfər yaşayır (28 ailə). Əhalisini kürdlər təşkil edir.
Külçə (Bicar)
Külçə (fars. كلوچه‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 87 nəfər yaşayır (21 ailə). Əhalisini kürdlər təşkil edir.
Kürkürə (Bicar)
Kürkürə (fars. كوركوره‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 338 nəfər yaşayır (71 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Gavdanəzar (Bicar)
Gavdanəzar (fars. گاودانه زار‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 73 nəfər yaşayır (14 ailə). Əhalisini kürdlər təşkil edir.
Köhül (Bicar)
Köhül (fars. كهل‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 58 nəfər yaşayır (14 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Bıçaq
Bıçaq — əsas hissəsi kəsici tildən və sapdan ibarət olan alətdir. Kəsici hissə çox vaxt bərk materialdan hazırlanır və iki və daha artıq tilə malik olur. Bıçağın uc hissəsi biz olur. Bıçağın geniş yayılmış konstruksiyalarında sap (dəstək) və til nəzərə çarpır. == Tarixi == Qədim bıçaqlar Paleolit dövründən məlumdurlar. İlk bıçaqlar daşdan hazırlanırdı. Sonradan bıçaqlara ağacdan dəstək bağlanmağa başlayırlar. Obsidian kimi dağ suxurlarından istifadə daha iti tilə malik bıçaqların hazırlanmasına imkan yaradır. Sümükdən, bambuk ağacından hazırlanmış bıçaqlar da geniş yayılmışdır. Təxminən 5 min il öncə insanlar metalın emalını mənimsəyir və bıçaqları bürünc və misdən hazırlamağa başlayır.
Siçan
Ev siçanı (cins)