Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Birhədli
Birhədli - ədəd, dəyişənlər və ya onların müəyyən natural üstlü qüvvətlərinin hasilindən ibarət olan ifadəyə deyilir. Məsələn, 7 {\displaystyle 7} , a {\displaystyle a} , 3 x {\displaystyle 3x} , − 2 a 2 {\displaystyle -2a^{2}} , 1 3 x ∗ ( − 2 x y ) {\displaystyle {\frac {1}{3}}x*(-2xy)} , − 7 a 2 ∗ 0 , 4 b 3 c {\displaystyle -7a^{2}*0,4b^{3}c} ifadələri birhədlilərdir. Tərifə görə ədəd də, dəyişən də ayrılıqda birhədlidir. Məsələn, − 2 {\displaystyle -2} , 0 {\displaystyle 0} , a {\displaystyle a} , x {\displaystyle x} , y {\displaystyle y} , m {\displaystyle m} və s. də birhədlidir. Birinci vuruğu ədəd olmaqla, müxtəlif dəyişənlərin müəyyən qüvvətlərinin hasili şəklində yazılmış birhədliyə onun standart şəkli deyilir. 7 x 3 {\displaystyle 7x^{3}} , 0 , 3 a 4 b {\displaystyle 0,3a^{4}b} , 7 a b 4 c 2 {\displaystyle 7ab^{4}c^{2}} , 3 m 6 n 4 {\displaystyle 3m^{6}n^{4}} ifadələri standart şəkildə yazılmış birhədlilərdir. Vurmanın və qüvvətin xassələrindən istifadə etməklə istənilən birhədlini standart şəkildə yazmaq olar. Məsələn, ( 3 a 2 b ) 2 ∗ 5 a b 7 = 9 a 4 b 2 ∗ 5 a b 7 = ( 9 ∗ 5 ) ∗ ( a 4 ∗ a ) ∗ ( b 2 ∗ b 7 ) = 45 a 5 b 9 {\displaystyle (3a^{2}b)^{2}*5ab^{7}=9a^{4}b^{2}*5ab^{7}=(9*5)*(a^{4}*a)*(b^{2}*b^{7})=45a^{5}b^{9}} , ( a 3 b 4 ) 7 ∗ ( 2 c 9 b 3 ) 2 = a 21 b 28 ∗ 4 c 18 b 6 = 4 a 21 b 34 c 18 {\displaystyle (a^{3}b^{4})^{7}*(2c^{9}b^{3})^{2}=a^{21}b^{28}*4c^{18}b^{6}=4a^{21}b^{34}c^{18}} , ( 3 a 4 b 2 ) 3 ∗ 1 3 a b 4 c 3 = 27 a 12 b 6 ∗ 1 3 a b 4 c 3 = 9 a 13 b 10 c 3 {\displaystyle (3a^{4}b^{2})^{3}*{\frac {1}{3}}ab^{4}c^{3}=27a^{12}b^{6}*{\frac {1}{3}}ab^{4}c^{3}=9a^{13}b^{10}c^{3}} və s. Standart şəkildə yazılmış birhədlinin ədədi vuruğu birhədlinin əmsalı, birhədlinin dəyişənlərinin qüvvət üstlərinin cəminə birhədlinin qüvvəti(dərəcəsi) deyilir: 45 a 5 b 9 {\displaystyle 45a^{5}b^{9}} birhədlisinin əmsalı 45, dərəcəsi 5+9=14; 4 a 21 b 34 c 18 {\displaystyle 4a^{21}b^{34}c^{18}} birhədlisinin əmsalı 4, dərəcəsi 21+34+18=73; 9 a 13 b 10 c 3 {\displaystyle 9a^{13}b^{10}c^{3}} birhədlisinin əmsalı 9, dərəcəsi 13+10+3=26; − 0 , 7 a 8 b {\displaystyle -0,7a^{8}b} birhədlisinin əmsalı -0,7, dərəcəsi 8+1=9-dur.Dəyişən iştirak etməyən, məsələn, − 7 {\displaystyle -7} , 1 7 {\displaystyle {\frac {1}{7}}} , 5 {\displaystyle 5} kimi birhədlilərin dərəcəsi 0 {\displaystyle 0} -ra bərabərdir.
Bitdili
Yeniabad (əvvəlki adı: Bitdili) — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Kənd əhalisi 1789 nəfərdir ki, onunda 897 nəfəri kişi, 892 nəfəri isə qadınlar təşkil edir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir. == İstinadlar == == Xarici keçidlər == CIRTDANLARIN tarixi: FIRILDAQ necə dönüb "xalq hərəkatı" oldu.
Birili
Birili Tiflis quberniyasının Qori qəzasında kənd adı. == Toponimkası == Birili- Tiflis quberniyasının Qori qəzasında kənd adı. İndi Brili şəklində Xaşur, Sxinvali və Şuaxevi rayonlarında üç kənd adıdır. İrəvan quberniyasının İrəvan qəzasında Birəli, Batum əyalətində Artvin dairəsində Brili, Şimali Qafqazda Vladiqafqaz dairəsində Biracenq, Bakı quberniyasının Cavad qəzasında Biralambek, Zəngəzur qəzasında Biriulu toponimləri ilə eynidir. Altay-türk dillərində birə "kiçik çay" sözündəndir. Amur çayının Böyük Bira və Kiçik Bira qolları vardır (yenə orada). Naxçıvanda (Şərur rayonu) Birəliçay da bu sıradandır. Lakin 1593-cü ilə aid mənbədə Gəncə sancağının Ahiştabad dairəsində bir tayfanın adı Peyrəlu kimi yazılmışdır. Qazax bölgəsində bir çay Pərili adlanırdı. Ola bilsin ki, Birili tayfa adıdır.
Birəli
Birəli — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. == Tarixi == Kəndin başqa adı Pirli olmuşdur. Rayon mərkəzindən 32 km məsafədə, Xaçdağının ətəyində yerləşir. 1590-cı il tarixli "İrəvan əyalətinin müfessəl dəftəri"ndə Pirilər formasında, 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri" ndə Yuxarı Pirli, Qafqazın 5 verstlik xəritəsində Birəli kimi qeyd edilmişdir. == Toponimi == Birəli toponimi Pirilər toponiminin dəyişdirilmiş formasıdır. Kəndin qədim, ilkin adlarına (Pirilər, Pirli) istinad edib bu qənaətə gəlirik ki, toponim pirilər//pirli etnonimi əsasında forlmalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3. VII.1968-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Lancar qoyulmuşdur.
Mirəlili (Meşkinşəhr)
Mirəlili (fars. ميرعليلو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 170 nəfər yaşayır (65 ailə).
Pirəlili (Meşkinşəhr)
Pirəlili (fars. پيرعليلو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 68 nəfər yaşayır (16 ailə).
Cənub çuğundur birəciyi
Cənub çuğundur birəciyi (lat. Chaetocnema breviuscula) — Tünd metal rənglidir. Uzunluğu 1,5–2 mm-dir. == Quruluşu == Tünd metal rənglidir. Uzunluğu 1,5–2 mm-dir. == Yayılması == Kələm aqrosenozlarında geniş yayılmışdır. Azərbaycanın Şəki-Zaqatala, Quba-Xaçmaz, Abşeron, Dağlıq Qarabağ, Lənkəran-Astara zonalarında yayılmışdır. == Zərər vurması == Çuğundur əkilən təsərrüfatlar üçün qorxulu zərərvericidir. Onları əsasən kələm, turp, şəkər çuğunduru bitkilərinin üzərində görmək olar. Birəciklər aprelin əvvəllərində alaq otlarının, sonra isə mədəni bitkilərin üzərində görünür.
Qara xaççiçək birəciyi
== Quruluşu == Rəngi qara və ya metal parıltısına bənzəyir. Uzunluğu 2–3 mm-dir. Bu birəciklər nəmliyi az olan yerlərdə yaşayırlar. == Yayılması == Başqa birəciklərə nisbətən onlar respublikamızda geniş yayılmışdılar və daha çox zərər verirlər. Respublikanın Quba-Xaçmaz, Abşeron, Gəncə-Daşkəsən, Lənkəran-Astara zonalarında daha geniş yayılmışdır. == Qışlaması == Azərbaycan şəraitində onlar erkən fevralın axırı və martın əvvələrində qışlamadan çıxırlar. == Qidalanması == Qışlamadan çıxandan sonra əvvəlcə alaq otları, sonra isə mədəni bitkilərlə qidalanırlar. əlavə qidalanma hava şəraitindən asılı olaraq bir aya qədər davam edir. == Nəsilvermə == əlavə qidalanmadan sonra yumurtaqoyma və cütləşmə başlayır. Bu proses aprelin ikinci yarısından may ayına qədər davam edir.
Bredli Geym
Bredli Geym (8 noyabr 1995) — Avstraliyalı peşəkar kişi BMX velosipedçisi. Bredli Geym Avstraliyanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Bredli Geym 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 48.438 saniyəlik nəticəsi ilə 86-cı yeri tutdu.
Bredli Kuper
Bredli Kuper (5 yanvar 1975, Filadelfiya, Pensilvaniya) — ABŞ teatr, serial və kino aktyoru. "Alias" serialındakı rolu onu dünyaya tanırdırdı. Kuper "Çağırılmamış qonaqlar" (2005), "Həmişə "Hə" de" (2008), "Söz vermək evlənmək demək deyil" (2009), "Uşaq Veqasda" (2009), "A komandası" (2010), "Qaranlıqlar məmləkəti" (2011), və "Mənim sevgilim dəlidir" filmlərində əhəmiyyətli rollarda iştirak etdi. "Mənim sevgilim dəlidir" filmindəki rolu ilə 2011-ci ildə Qızıl Qlobus Mükafatına namizəd göstərildi. People jurnalı tərəfindən həyatda olan ən seksual kişi seçildi. == Həyatı == Kuper Filadelfiya , Pensilvaniya, da doğuldu, JENKINTOWN da böyüdü . Anası Gloria İtalyan -Amerikan , atası Charles J. Cooper ( 2011-ci ildə 71 yaşında vəfat etmişdir) İrlandiya - amerikandır və Merill Lynch da borsacıdır . Holly adında bir bacısı vardır. Katolik olaraq yetişdirilmişdir. Kuper GERMANTOWN ACADEMY davam edərkən eyni zamanda Filadelfiyada Gündəlik Xəbərlər də çalışdı.
Bredli Vinsent
Bredli Vinsent (30 noyabr 1991) — Mavritaniyalı üzgüçü. Bredli Vinsent Mavritaniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Bredli Vinsent birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 50.89 saniyəlik nəticəsi ilə 49-cu yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Devid Bredli
Devid Bredli (aktyor, Böyük Britaniya) — Böyük Britaniya aktyoru. Devid Bredli (aktyor, ABŞ) — ABŞ aktyoru. Devid Bredli (mühəndis) — peşəkar İT mühəndisi.
Bredli Stiven Perri
Bredli Stiven Perri (23 noyabr 1998, Nyu Cersi) — aktyor. Ən məşhur rolu orijinal Disney Channel serialı Uğurlar, Çarli!dəki Qeyb Dankan, "Şarpeyin göz qamaşdıran səyahəti"ndəki Rocer Ellistondur. == Karyera == Perri 2007-ci ildə "Kornoru seçin" və "Əzəmətli Maks" kimi filmlərdə kiçik rollarla kariyerasına başladı və professionallaşmağa başladı. Növbəti il, o İzsiz Sİ-Bİ-ES cinayət dramında qonaq baş rol ilə onun televiziya debütünü etdi. . Gələn il boyunca, Perri Mallar: Çətin yaşayın, Çətin Satın, Əks Gün və Qoca İtlər kimi belə filmlərdə kiçik komik rollarda meydana çıxmağa davam etdi.
Devid Bredli (mühəndis)
Devid Bredli (ing. David Bradley; 4 yanvar 1949, Sietl, Vaşinqton) — peşəkar İT mühəndislərdən biri. O, "IBM PC" kompüteri üzərində çalışan on iki mühəndisdən biri olub. Bredli kompüteri yenidən yükləmək üçün istifadə edilən "Control+Alt+Delete" düymələr kombinasiyasının yaradıcısı kimi tanınır. "IBM" şirkətinin aparıcı mühəndisi olan Devid Bredli şirkətin bir çox əsas layihələrində iştirak edib və onun karyerasının böyük hissəsi "IBM"lə bağlı olub. D.Bredli "PowerPC" prosessorları əsasında işləyən kompüterlərin istehsalçılar qrupuna da rəhbərlik edib. O, 7 ixtira üçün patent alıb. == Həyatı == Devid Bredli 1949-cu il yanvarın 4-də ABŞ-nin Sietl şəhərində dünyaya gəlib. Orta məktəbdə oxuyarkən ən çox texniki fənlərlə maraqlanır, bu sahədə istedadı ilə digərlərindən fərqlənir. Bredli 1971-ci ildə Deyton Universitetində bakalavr dərəcəsi alıb.
Emi Morris Bredli
Emi Morris Bredli (Tam adı: ing. Amy Morris Bradley; 12 sentyabr 1823 – 15 yanvar 1904, Uilminqton[d]) — ABŞ-nin Men ştatından olan müəllim, Mərkəzi Amerikada ilk ingilis dilli məktəbin qurucusu. O, ömrünün 30 ildən çoxunu Vilminqtonda ödənişsiz məktəblərin yaradılmasına həsr etmişdir. == İlk illəri == Emi 12 sentyabr 1823-cü ildə Men ştatının Şərqi Vassalboro qəsəbəsində anadan olmuşdur. Amerika inqilabının əsgərlərindən Eysa Bredlinin nəvəsidir.Altı yaşında anası vəfat edib və çoxuşaqlı ailəni təkbaşına qoyub. Emi ailənin yaşca ən kiçik fərdi idi. == Fəaliyyəti == 1840-cı ildə qəsəbə məktəblərində dərs deməyə başlayıb. Dörd il sonra Qardinerdə gimnaziyalardan birinin rəhbəri təyin edilmişdir. 1846-cı ildə Çarlztaunda Vinztrop gimnaziyasında, daha sonra Şərqi Kembricdə Patnem gimnaziyasında müəllim köməkçisi kimi işləyir. Sətəlcəm xəstəliyinə tutulan Emi 1849-cu ilin payızınadək dərs deyə bilir və xəstəliyi səbəbilə daha mülayim iqlimi olan şəhər axtarmağa məcbur qalır.