BİREVLİ

sif. Çox yaxın, bir ailə kimi mehriban (adətən “kimi” qoşması ilə). Birevli kimi yaşamaq. Onlar birevli kimidirlər.
– Çünki onlar ilə başdan, binadan; Birevli kimisiz ata-babadan. Q.Zakir.
Sabah-axşam çayını da Rozanın anası verir, birevli kimi yaşayırıq. H.Cavid.

BİREVCİKLİK
BİREVLİLİK

Digər lüğətlərdə