Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bircins tənlik
Bircins tənlik f {\displaystyle f} funksiyası bircins funksiya olduqda f ( x 1 , x 2 , … , x n ) = 0 {\displaystyle f(x_{1},x_{2},\dots ,x_{n})=0} şəklində tənlik. Əgər f ( λ x 1 , λ x 2 , … , λ x n ) = λ m ⋅ f ( x 1 , x 2 , … , x n ) {\displaystyle f(\lambda x_{1},\lambda x_{2},\dots ,\lambda x_{n})=\lambda ^{m}\cdot f(x_{1},x_{2},\dots ,x_{n})} olarsa, ( λ ∈ R , m ∈ N ) {\displaystyle (\lambda \in R,m\in N)} f {\displaystyle f} funksiyasına m {\displaystyle m} tərtibli bircins funksiya deyilir. x 1 = x 1 ( t ) , x 2 = x 2 ( t ) , … x n = x n ( t ) , {\displaystyle x_{1}=x_{1}(t),x_{2}=x_{2}(t),\dots x_{n}=x_{n}(t),} olarsa, verilən bircins tənlik birdəyişənli olur. Əgər f {\displaystyle f} funksiyası çoxhədlidirsə,bu çoxhədlinin bütün hədlərinin qüvvətləri m {\displaystyle m} -ə bərabər olur. Məsələn, 3 2 t − 5 ⋅ 6 t + 6 ⋅ 2 2 t = 0 {\displaystyle 3^{2t}-5\cdot 6^{t}+6\cdot 2^{2t}=0} tənliyi x = 3 t {\displaystyle x=3^{t}} və y = 2 t {\displaystyle y=2^{t}} dəyişənlərinə görə 2 tərtibli bircins tənlikdir. == Xarici keçidlər == Г.М. Фихтенгольц. КУРС ДИФФЕРЕНЦИАЛЬНОГО И ИНТЕГРАЛЬНОГО ИСЧИСЛЕНИЯ. ТОМ 1.
Qeyri-bircins sahələrdə boşalma
Qeyri-bircins sahədə bircins sahədən fərqli olaraq sahə aralığının müxtəlif nöqtələrində sahə gərginliyinin qiyməti və istiqaməti müxtəlifdir. Qeyri-bircins sahəyə malik aralıqlara çubuq – çubuq, çubuq – müstəvi, naqil – torpaq və digər real izolyasiya aralıqları aiddir. Şəkil-də elektrik sahə gərginliklərinin çubuq-müstəvi tipli elektrodlar arası məsafədən asılılığı göstərilir. İstənilən kəskin qeyri-bircins sahədə (Kq>4) boşalmanın əsas inkişaf qanunauyğunluqları praktiki olaraq eynidir. Hər hansı bir başlanğıc gərginlik(Ub) aralıqda sel şəklində sərbəst boşalma yaranır, çünki çubuq yaxınlığında sərbəst boşalma formasının yaranmasına uyğun olan sahə gərginliyinin E*b qiymətindən çox olan gərginlik olur . Boşalma bu hissədə lokallaşır, ikinci sellər isə ya qazın həcmində fotoionlaşma hesabına (çubuq müsbət qütblü olduqda), ya da katoddan fotoemissiya vəya avtoelektron (soyuq) emissiya hesabına (çubuq mənfi qütblü olduqda) saxlanılır. Belə boşalma sel formasında tac boşalması adlanır. Tac boşalması yarandıqda elektrodda gərginliyin və cahə gərginliyinin qiyməti sahənin qeyri-bircinslik dərəcəsindən asılıdır. Qeyri-bircinslik dərəcəsi artdıqca çubuq elektrodda sahə gərginliyi artır, tacın yaranma gərginliyi isə azalır. Gərginliyin Ub-dən yuxarı qiymətlərində, elektronların sayı 107– 109 -a çatdıqda sel plazma halına keçir və aralıqda yüksək sahə gərginlikli elektrod yaxınlığında strimer yaranır.
Bircinə
Bircinə (az.-əbcəd بیرجینه‎, fars. پرچینه‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 45 nəfər yaşayır (14 ailə).
Bircənd
Bircənd (fars. بیرجند‎) — İranın Cənubi Xorasan ostanı ostanının və Bircənd şəhristanının mərkəzidir.
Bircənd şəhristanı
Büşruiyyə şəhristanı- İranın Cənubi Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Bircənd şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 221,756 nəfər və 60,240 ailədən ibarət idi.
Ceyn Birkin
Ceyn Birkin(ing. Jane Mallory Birkin; 14 dekabr 1946[…], London, Birləşmiş Krallıq – 16 iyul 2023[…], Parisin 6-cı rayonu[d], Paris, Fransa[…]) —ingilis-fransız əsilli aktrisa. == Həyatı == Ceyn Birkin 14 dekabr 1946-cı ildə London şəhərində anadan olub. Atası hərbçi Devid Birkin, anası aktrisa Cudi Kempell idi. Onun Endri Birkin adlı bir qardaşı da vardı. Sonradan o da həyatını kinoya bağladı. Bir neçə tanınmış filmin rejissorudur. Ceyn Birkin 17 yaşından anasının yolu ilə getmək fikrinə düşdü. Məşqlərə yazıldı və rol aldı. == Filmoqrafiya == 1968 — Hovuz / La Piscine — Penelopa, Harrinin qızı 1978 — Nildə ölüm—Luiza Burje 2010 — Telma, Luiza və Şantal / Thelma, Louise et Chantal == Diskoqrafiya == Studiya albomları 1969 — Je t’aime… moi non plus with Serge Gainsbourg 1971 — Serge Gainsbourg — Histoire de Melody Nelson 1973 — Di doo dah 1975 — Lolita go home 1978 — Ex fan des sixties 1983 — Baby alone in Babylone 1987 — Lost song 1990 — Amours des feintes 1996 — Versions Jane 1998 — Best Of 1999 — À La Légère 2004 — Rendez-Vous 2006 — Fictions 2008 — Enfants d’HiverKonsert albomları 1987 — Jane Birkin au Bataclan 1992 — Integral au Casino de Paris 1996 — Integral a l’Olympia 2002 — Arabesque 2009 — au palace (live) == Xarici keçidlər == Vikianbarda Ceyn Birkin ilə əlaqəli mediafayllar var.
Vircin adaları
Vircin adaları (ing. Virgin Islands) — Karib dənizində olan, bir hissəsi ABŞ, digər hissəsi isə Böyük Britaniyaya aid olan adalar toplusu. ABŞ-yə aid adalar ABŞ Vircin adaları, Böyük Britaniyaya aid adalar isə Britaniya Vircin adaları adlanır.
Biris (Nəmin)
Biris (fars. بريس‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Nəmin bölgəsində, Ərdəbil şəhərindən 22 km şərqdədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,204 nəfər yaşayır (273 ailə).
ABŞ Vircin adaları
Amerika Birləşmiş Ştatları Vircin Adaları — Amerika Birləşmiş Ştatlarının Karib dənizində yerləşən torpağı. == İqtisadiyyatı == === Pul vahidi === Hazırda ölkənin pul vahidi ABŞ dollarıdır.
Britaniya Vircin adaları
Britaniya Vircin adaları — ABŞ Vircin adalarının şimal-şərqində yerləşən 36 ada və adacıqlar qrupu (ümumi sahəsi 153 кm²). Ancaq 16 adası məskunlaşıb. Ən böyük adaları Tortola (55 кm²), Anegada (38 кm²), Vercin-Qorda (21 км²) və Yost-van-Deyk (8 кm²). Paytaxtı Tortola adasında yerləşən Roud Taun şəhəridir. Ərazinin əhalisi 25 min nəfərdir, onun 90 faizi Torontola adasında yaşayır. Britaniya Vircin adaları — Britaniya dəniz ərazilərinə daxildir. Rəsmi dili — ingilis dili. Əhalisinin dini etiqadı: protestantlıq (anqlikan), katolik. Dövlət quruluşu: Böyük Britaniya mülkü. == İqtisadiyyatı == === Pul vahidi === 1959-cu ildən ölkənin pul vahidi ABŞ dollarıdır.
Ononis spinosa subsp. hircina
Tikanlı paxlakolu (lat. Ononis spinosa) — paxlakolu cinsinə aid bitki növü. == Sinonim == Ononis campestris Koch & Ziz Ononis repens subsp. spinosa Greuter Ononis spinosa subsp. spinosa Ononis vulgaris "Rouy, p.p.C" == Növ müxtəlifliyi == Ononis spinosa subsp. antiquorum (L.) Briq. Ononis spinosa subsp. australis (Širj.) Greuter & Burdet Ononis spinosa subsp. austriaca (Beck) Gams Ononis spinosa subsp. hircina (Jacq.) Gams Ononis spinosa subsp.
Andris Berzinş
Andris Berzinş (latış. Andris Bērziņš‎; 10 dekabr 1944) — Latviyalı Dövlət və Siyasət Xadimi. Latviya Respublikasının 8-ci Prezidenti (2011–2015). Sahibkar, milyoner. == Həyatı == === Təhsili === 1958-ci ildə — Nitaur orta məktəbini bitirib. 1971-ci ildə — Riga Politexnik İnstitutunu radio mühəndisi ixtisası ilə bitirib. 1988-ci ildə — Latviya Dövlət Universitetini sənaye planlaşdırma ixtisası üzrə bitirib. === Sovet dövründə karyera === 1970-ci ildən — mühəndis, daha sonra — "Elektron" müəssisəsinin direktoru. Sovet İttifaqı Kommunist Partiyasının üzvü idi. 1988-ci ildən — Latviya SSR Xalq xidmətləri nazirinin müavini.
Uldis Berzinş
Uldis Berzinş (latış. Uldis Bērziņš‎; 17 may 1944, Riqa – 24 mart 2021, Riqa) — latış şair və tərcüməçi. == Həyatı == Uldis Berzinş 1944-cü il may ayının 17-də Latviyanın paytaxtı Riqa şəhərində anadan olub. Latviya Universitetində latış filologiyasını öyrənib. İlk şeirlər toplusu 1980-ci ildə işıq üzü görüb. 1968–1971-ci illərdə Leninqrad Universitetinin Şərqşünaslıq kafedrasında türk dilini öyrənib. Moskva Dövlət Universitetinin Şərqşünaslıq və afrikaşünaslıq şöbəsində (fars və türk dilləri) təhsil alıb. Daşkənd Dövlət Universitetində (özbək dili üzrə), Reykyavik Universitetində (island dili üzrə), eləcə də Çexoslovakiyanın, İsveçin və digər ölkələrin universitetlərində oxuyub. Polyak, rus, qədim island, türk, azərbaycan, türkmən, fars, qədim yəhudi, ərəb dillərindən tərcümələr edir, ivriti, tatar və çuvaş dillərini bilir. Berzinş İncilin tərcüməsi məsələlərinə dair Amsterdam açıq universitetində keçirilən beynəlxalq seminarda, Quranın tərcüməsi məsələlərinə dair Lund universitetində təşkil olunan forumda iştirak edib.
Valeri Borçin
Valeri Viktoroviç Borçin (11 sentyabr 1986, Povodimovo, Mordoviya MSSR[d]) — Rusiya yüngül atleti, Mordoviya idman yerişi məktəbinin nümayəndəsi. Milliyətcə erzyandır. Üçqat Rusiya çempionu (2006, 2008, 2009). 2008 Yay Olimpiya Oyunlarının 20 km məsafəyə idman yerişi üzrə çempionu. Rusiyanın əməkdar idman ustası. == Bioqrafiyası == Gəncliyində ağır atletika və uzun məsafəyə qaçışla məşğul olmşdur. 17 yaşında diz zədəsindən sonra idman yürüşü ilə məşğul olmağa başladı. 2004-cü ildə bölgədəki məşhur məşqçi Viktor Çeginlə tanış oldu və qrupda məşq etməyə başladı. Bir il sonra milli çempionatda 10 kilometr məsafəyə yürüşdə ikinci yeri tutdu. Ancaq dopinq testi zamanı qanında efedrin aşkar olundu və 2005-ci ildən 2006-cı ilədək yarışlarda iştirak etməkdən məhrum edildi.4 avqust 2012-ci il tarixində 20 km məsafəyə qaçışda finiş çatmağa təxminən bir kilometr qalmış Valeri Borçin huşunu itirdi və yarışı başa vura bilmədi.