Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yazışma komitələri
Yazışma komitələri — ABŞ İstiqlal müharibəsi başlamazdan əvvəl, Britaniya Parlamentinə qarşı müxalifəti və daha sonra ABŞ-nin müstəqilliyinə dəstəyi koordinasiya etməyə çalışan ABŞ siyasi təşkilatları toplusu. Bostondan olan patriot Samuel Adamsın ideyası olan komitələr məktublar yazmaqla On üç koloniyadakı patriot liderləri arasında yeraltı rabitə şəbəkəsi yaratmağa çalışırdılar. Komitələr Filadelfiyada keçirilən Birinci Kontinental Konqresin yaradılmasında mühüm rol oynamışdılar. == Funksiyası == Komitələrin funksiyası müəyyən bir koloniyanın sakinlərini Britaniya tacının gördüyü tədbirlər barədə xəbərdar etmək və şəhərlərdən kəndlərə məlumat yaymaqdan ibarət idi. Xəbərlər adətən atda və ya gəmilərdə kuryerlər tərəfindən daşınan əl ilə yazılmış məktublar və ya çap edilmiş broşürlər vasitəsilə yayılırdı. Komitələr bu xəbərin fikirləri düzgün əks etdirməsinə cavabdeh idi və lazımi qəbul edən qruplara göndərildi. Bir çox müxbirlər müstəmləkə qanunvericilik məclislərinin üzvləri idi. Onlardan digərləri də "Azadlıq oğulları" və Gerb Aktı Konqresində fəal idilər. Komitələr patriotizmi və evdə istehsalı təşviq edir, amerikalılara dəbdəbədən çəkinməyi və daha sadə həyat sürməyi tövsiyə edirdi. Komitələr Amerika ictimai həyatının bir çox aspektləri üzərində öz səlahiyyətlərini tədricən genişləndirmişdilər.
Maska (yarışma)
Maska — Munhwa Broadcasting Corporation-a məxsus beynəlxalq Masked Singer formatının Azərbaycan versiyası. Layihə çərçivəsində müxtəlif məşhurlar kimliklərini gizlədərək qeyri-adi geyimlərdə çıxış edirlər. == Qaydalar == Məşhurlar, münsiflər heyəti və tamaşaçılar qarşısına şəxsiyyətlərini tamamilə gizlədən müxtəlif maskalar altında çıxırlar. Müsabiqə iştirakçılarının əsl səsi yalnız mahnıların ifası zamanı və əsl simasını üzə çıxan zaman eşidilir. Qalan vaxtlarda onların səsləri təhrif edilmiş formada səslənir. Çıxışdan əvvəl sirli iştirakçının öz imicindən danışdığı, real şəxsiyyəti ilə bağlı ipuçlarını paylaşdığı video nümayiş etdirilir. Çıxışlardan sonra tamaşaçılar arasında səsvermə keçirilir və bir maska gözləmə zalına göndərilir. Hər buraxılışın sonunda bir məşhur öz maskasını açır. Layihədə finala 4 məşhur qalana qədər hər buraxılışda bir iştirakçı yarışmanı tərk edir. == İstehsal == Yarışmanın Azərbaycan versiyası İctimai Televiziya tərəfindən istehsal olunub.
Özünüzlə səslə danışmaq
Özünüzlə səslə danışmaq — insanın digər insanların yanında da daxil olmaqla, özü ilə ucadan danışdığı psixoloji vəziyyət. İnsanın özü ilə davamlı daxili ünsiyyətinin psixoloji prosesi ilə əlaqələndirilir. Özünüzlə yüksək səslə danışmaq şəxsiyyətin inkişafında müsbət rol oynayır. Bəzi insanlar bunu psixi pozuntu kimi qəbul edirlər, lakin öz-özünə danışmaq həmişə psixi pozuntunun əlaməti deyil. == Uşaqların öz-özünə danışmağı == 2-7 yaş arasında uşaqların öz-özünə danışdıqlarını müşahidə etmək olar. Onların danışıqları səsli olsa da, nə başqaları üçün nəzərdə tutulub, nə də onlara yönəlib. Tədqiqatçılar uşaqların öz-özü ilə danışmalarından istifadə etmələri ilə onların tapşırıqların icrası və nailiyyətləri arasında müsbət korrelyasiya olduğunu qeyd ediblər. Bu faktı daha əvvəl Vıqotski qeyd etmişdir. Uşaqlar məktəbə getdikdən sonra onların öz-özünə danışıqları azalır və “gizli” olur. == Özünüzlə yüksək səslə danışmağın koqnitiv əhəmiyyəti == Banqalor Universitetinin alimləri Mery–Beffa Paloma və Aleksander Kirkheim tədqiqatlar nəticəsində sübut ediblər ki, tapşırıqları yüksək səslə söyləmək onların icrasına nəzarəti yaxşılaşdırır..
Qapışma (film, 2000)
Qapışma (ing. Snatch) — 2000-ci ildə rejissor Qay Ritçi tərəfindən çəkilmiş cinayət-komediya filmi. == Məzmun == Filmdə əsas obrazlar anası ve atası təyyarədə tanış olduğu üçün Türk (Ceyson Stetem) adını alan bir ingilis və silahları çox sevən dostu və Tommidir. Onlar qanunsuz boks görüşləri təşkil edir, bu boks üçün Kərpic Sifət (Alan Ford) adında böyük bir mafiyadan kömək istəyirlər. O da, Türk ve Tommi üçün lazım olanı edir. Ancaq bir gün bu ikisinin boksçusu Möhtəşəm Corc (Bred Pitt) adında bir qaraçıya uduzur. Türk ilə Tommi boksçularını dəyişdirmək məcburriyətində qalırlar ve elə bu səbəbdən onlar Mikini özlərinə yeni boksçu götürürlər. Kərrpic Sifətin onlardan istəyi dördüncü raundda Mikinin uduzmasıdır. Ancaq buna əməl etmir və bunun nəticəsində boksçunun anası öldürülür. Həmçinin qumarbaz Dört Barmaq ləqəbli Frenki (Benisio del Toro) indi Əmioğlu Avi (Denis Ferina) adındakı öz bossu üçün almaz oğurlayacaqdır.
Seksi idarə etmək (yarışma, 2020)
Too hot to handle — Böyük Britaniya istehsalı teleşou. Şouda iştirakçılara mövsüm müddətində əməl etmələri lazım olan qaydaları "Lana" adlı virtual köməkçi deyir.
Too hot to handle (yarışma, 2020)
Too hot to handle — Böyük Britaniya istehsalı teleşou. Şouda iştirakçılara mövsüm müddətində əməl etmələri lazım olan qaydaları "Lana" adlı virtual köməkçi deyir.
Kükürd qazından təmizlənmə üsulları
Kükürd qazından təmizlənmə üsulları — Sənaye müəssisələrində atmosfer havasına buraxılan tullantı qazları ayrı-ayrı zərərli kimyəvi birləşmələrdən təmizlənməsi üçün hər bir maddənin kimyəvi xassələri ilə şərtlənən spesifik üsuldur. == Kükürd qazı == Atmosferi kükürd qazı (SO2)ilə ən çox çirkləndirən mənbələr əlvan metallurgiya, istilik-energetika və sulfat turşusu istehsal qurğularıdır. == Qrupları == Havaya buraxılan qazları kükürd-4-oksiddən təmizləməyin üsullarını 2 qrupa bölmək olar: Sonradan sərbəst halda çıxarmadan təmizləmə; Utilləşdirmək məqsədilə sonradan sərbəst halda çıxarılmaqla təmizləmə. Kükürd qazından təmizlənən tullantı qazlar seçilən üsuldan asılı olaraq öncədən təmizləyici qurğunun işinə mane olan bərk hissəciklərdən, hidrogen-sulfiddən, nəmdən, oksigendən və başqa maddələrdən ayrılmalıdır. == Kükürd qazını zərərsizləşdirməyin üsulları == Kükürd qazını zərərsizləşdirməyin mühüm üsulları aşağıdakılardır: Maqnezit üsulu Əhəng üsulu Ammonyaklı tsiklik proses Ammonyak turşu üsulu Quru ammonyak üsulu Manqan-oksid üsulu İonitlərlə SO2-nin təmizlənməsi == Maqnezit üsulu == Burada tərkibində SO2 olan qazlar maqnezium-oksid suspenziyasından keçirilərək maqnezium-sulfitə çevrilir. == Əhəng üsulu == Bu üsulda qazlar əhəngli suspenziyadan keçirilir. Üsul ucuzdur və udulma tam gedir. == Ammonyaklı tsiklik proses == Burada qazlar ammonyak məhlulu ilə alçaq temperaturda absorbsiya edilir, sonra qızdırılaraq ondan sərbəst şəkildə ayrılır. Absorbsiya prosesində ammonium-sulfit və ammonium-hidrosulfit əmələ gəlir. == Ammonyak turşu üsulu == Bu üsulda kükürd qazı ammonium-sulfit məhlulu ilə udulur, sonra H2SO4 əlavə edilməklə ondan ayrılır.