Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hugo Boss
Hugo Boss AG Kişi və qadın geyim mövzusunda ixtisaslaşmış, Metzingen mərkəzli xalqa açıq hazır geyim istehsalçısıdır. Adını qurucusu moda dizayneri Hugo Bossdan almışdır. Hugo Bossun hal-hazırda 110 ölkədə ən az 6100 satış nöqtəsi vardır. Hugo Boss AG 1,000 dən çox mağaza və fəaliyyət dükanı ilə təxminən 330 pərakəndə mağazalarına malikdir. 2008-ci ildən bu yana, Hugo Boss cib telefonları və əlaqədar aksesuarları inkişaf etdirməkdə və eyni zamanda Boss markası altında bir uşaq moda kolleksiyası başlatmışdır. Samsung Electronics və HTC Corporation ilə bir razılaşması olmuşdur. Hugo Boss, 1924-ci ildə Stuttgartın kiçik bir qəsəbəsi olan Metzingendə geyim firması olaraq işə başladı. Ancaq zamanın Almaniyasında iqtisadi böhran səbəbiylə, 1930-ci ildə iflasa məcbur oldu və yeni bir iş qurmaq məqsədi ilə 1931-ci ildə Nasist partiyasına üzv oldu. SA, SS, Hitler Gəncliyi, NSKK və digər partiya təşkilatlarına lisenziyalı forma (rəsmi tədarükçüsü) etdi. 1933-ci ildə Adolf Hitlerin yüksəlişi ilə birlikdə, Bossun işi də inkişafa başladı.
Böyük boss (film, 1971)
Böyük Boss (ing. The Big Boss, mandarincə: 唐山大兄 — Tang shan da xiong) — 1971-ci ildə Brüs Linin iştirakı ilə çəkilən Honkonq filmidir. == Məzmun == Çenq (Brüs Li) kasıb, işsiz bir gəncdir. Dayısı ilə birlikdə Çində yerləşən Quandun vilayətindən Tailanda gəlir. Dostu çalışdığı buz fabrikində ona iş tapır. Fabrikdəki baş usta və onun adamları digər bütün çalışanlara pis davranmaqdadır. Bir gün çalışanlardan iki şəxs yoxa çıxır. Onları axtarıb tapmaq üçün fabrikada işləyənlərdən Hsu Çien və Ah Pei fabrikin sahibi olan "Böyük Boss" ləqəbli Hsiao Minin evinə gedirlər. Hsiao Mi bu hadisədən xəbəri olmadığını bildirsə də, onlar şübhə ilə yanaşırlar. Bu zaman Hsiao Minin heyəti ilə döyüşərək, öldürülürlər.
Bossa-nova
Bossa nova — Braziliya musiqi üslubudur, özündə müxtəlif yerli ritmlərlə (bayan və ilk növbədə, samba) kul-cazın özünəməxsus qarışığını ehtiva edir.
Bossekia nutkana
Rubus parviflorus (lat. Rubus parviflorus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. == Sinonimləri == Bossekia nutkana Greene Bossekia parviflora (Nutt.) Greene Rubacer parviflorum (Nutt.) Rydb. Rubus natkanus G.Don [Spelling variant] Rubus nutkanus Mo‡. ex Ser. Rubus nutkanus var. nuttallii Torr. & A.Gray Rubus nutkanus var. parviflorus (Nutt.) Focke Rubus nutkanus var. parvifolius A.Gray Rubus parviflorus var.
Bossekia parviflora
Rubus parviflorus (lat. Rubus parviflorus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. == Sinonimləri == Bossekia nutkana Greene Bossekia parviflora (Nutt.) Greene Rubacer parviflorum (Nutt.) Rydb. Rubus natkanus G.Don [Spelling variant] Rubus nutkanus Mo‡. ex Ser. Rubus nutkanus var. nuttallii Torr. & A.Gray Rubus nutkanus var. parviflorus (Nutt.) Focke Rubus nutkanus var. parvifolius A.Gray Rubus parviflorus var.
Bossiko
Bossiko (it. Bossico), İtaliyada, Lombardiya bölgəsinin Berqamo vilayətində kommuna. Əhalisi 997 nəfərdir (2008), əhalinin sıxlığı 142 nəfər / km²-dir. Sahəsi 17 km² ərazini əhatə edir. Poçt kodu — 24060. Telefon kodu — 035. Yaşayış məntəqəsinin himayədarı Müqəddəs Pyotr və Həvvari Paul hesab olunurlar.
Euphorbia bosseri
Euphorbia bosseri (lat. Euphorbia bosseri) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
OSS/BSS
OSS/BSS — telekommunikasiya sahəsində əməliyyatlara dəstək sisteminə və biznesə dəstək sisteminə aid edilən termin. Bu fərqləndirmə şəbəkə əməliyyatlarının saxlanılması və bu şəbəkənin ətrafında qurulduğu biznes arasında narahatlıqların ayrılmasını vurğulayır. Rabitə xidməti təminatçıları öz OSS/BSS ilə geniş çeşidli xidmət və funksiyaları dəstəkləyir. BSS ilk növbədə sifarişin tutulması, müştərilərlə əlaqələrin idarə edilməsi və telekommunikasiya fakturasından ibarətdir. Bundan başqa, OSS sifarişlərin idarə edilməsi, şəbəkə inventarının idarə edilməsi və şəbəkə əməliyyatlarını əhatə edir. == Tarixi == Əvvəllər OSS və BSS daha aydın şəkildə ayrı-ayrı qurumlar idi, lakin OSS/BSS (və ya bəzən BSS/OSS) termini ən azı 2000-ci ildən istifadə olunur. Məsələn, sifarişi tutan BSS ilə onu yerinə yetirən OSS arasındakı interfeys olduqca sadə ola bilər. İndiki dövrdə daha mürəkkəb, fərqləndirilmiş məhsul və xidmətlərin təklif edilməsi ilə ikisi arasında daha sıx əlaqə tələb olunur. Məsələn, sifarişin işlənməsi müştərinin artıq sahib olduğu xidmətlər, istifadə etdiyi şəbəkə və hazırda mövcud resurslar haqqında məlumat tələb edə bilər.Azərbaycanda "Aztelekom" MMC müştəri təcrübələrinin yüksəldilməsi, həllərin çevikliyinin təmin edilməsi və bazara daha aktual xidmətlərin təqdim edilməsi məqsədilə 2022-ci ilin dekabr ayında "Suntech SA" Global OSS/BSS provayder şirkəti ilə müqavilə imzalamışdır. Müqavilə şərtlərinə əsasən, "Suntech SA" şirkəti "Aztelekom" MMC üçün BSS/OSS proqram təminatı yaratmalıdır.
Boks
Boks — iki adamın müəyyən qaydalar çərçivəsində, hücum və müdafiə məqsədi ilə yumruqlarından istifadə edərək bir-birinə həmlə etdikləri bir idman növüdür. Boks qarşılaşmaları dünyanın çox ölkəsində maraqla izlənilir. Amma şiddət ehtiva etməsi səbəbiylə bu idmanın qadağan edilməsi lazım olduğunu düşünənlər də vardır. Boks qarşılaşmaları rinqdə keçirilir. Rinq, üç sıra kəndirlə bağlı və yerdən yüksəkdə kvadrat formasında bir sahədir. Peşəkar boksda rinqin böyüklüyü 5–6 m², həvəskar boksda isə ən az 3–6 m²dir. Boks qarşılaşmalarında, hər iki boksçu da eyni çəkidə (ağırlıqda) olmalıdır.Məşq üçün "armud" adlı alətdən istifadə olunur. Peşəkar və həvəskar boksun qaydaları bir-birindən fərqlidir. Həvəskar boksçular 227 qr ağırlığında, peşəkar boksçular isə ağırlığı 170–283 qr arasında dəyişən əlcəklər istifadə edirlər. Peşəkar boksçular yalnız şort, həvəskar boksçular isə şort və atlet geyirlər.
BİSS
BİSS (Basic Interoperable Scrambling System; ümumiyyətlə BISS olaraq bilinər) — Avropa Yayım Birliyi tərəfindən inkişaf etdirilən bir nəşr şifrləmə sistemidir. Bu sistem inkişaf etdirilməyə əvvəl, keçici davamlı nəşrlər, peyk Xəbər keçişləri hər hansı bir şifrləmə olmadan peykə çatdırılırdı. Bu da uyğun əkibməyinlər istifadə hər kəsin nəşr məzmununu izləməsini icazə verirdi. BISS ilə nəşrlər 12 xanalı iclas açarı ilə qorunur. Bu açar həm görünüş mesajçıların (encoder), həm görünüş həll edici cihaza (decoder) girilər, və encoderdeki açar ilə decoderdeki girilmiş açar eynidirsə yayım siqnalı həll edilmiş olar. Avropa Yayım Birliyinə üzv ölkələr ümumiyyətlə bu sistemi istifadə edir. Məsələn AZTV şifrləmə tələb edən bir çox nəşrində (məsələn matç nəşri və s.) BISS şifrləmə sistemini istifadə edir.
Fridrixs Boşs
Fridrixs Boşs (7 fevral 1887 — 12 fevral 1950) — Latviyalı keçmiş peşəkar velosiped yarışçısı. Fridrixs Boşs Rusiyanı 1912-ci ildə V Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Fridrixs Boşs birinci dəfə Olimpiya Oyunlarına 1912-ci ildə qatıldı. O, Stokholmda baş tutan V Yay Olimpiya Oyunlarında iki yarışda iştirak etdi. Yarışı sona qədər başa vura bilmədi.
Bos
Əsl öküz (lat. Bos) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi.
Oss
Oss — (nid. Oss) - Niderlandda yerləşən kiçik şəhərdir.
36 Boys
36 Boys (azərb. 36-nın oğlanları‎) — Almaniyanın paytaxtı Berlin şəhərində türk miqrantlar tərəfindən yaradılmış küçə bandası. Küçə dəstəsinin yaradılmasının əsas səbəblərindən biri 1980-ci illərdən etibarən Almaniyada türkofobiyanın genişlənməsi və neonasizm hərəkatlarının çoxalması olmuşdur.36 Boys Almaniya Daxili İşlər Nazirliyi tərəfindən uzun müddət kriminal qruplaşma olaraq qəbul edilmişdir və əsas fəaliyyət məkanları kimi Kottbusser Tor metrostansiyasının ətrafı, Naunynstraße və Waldemarstraße arasındakı yaşayış sahələri və Görlitzer Bahnhof'a qədər uzanan küçələr müəyyənləşdirilmişdir.Qrupun adındadkı 36 rəqəminin mənası, təşkilatın əsas mərkəzinin yerləşdiyi Berlin şəhərinin Kreuzberg rayonunu işarət etməkdədir. Belə ki, Kreuzbergin poçt indeksi 36-dır və küçə dəstəsidə əsasən bu bölgədə fəaliyyət göstərmişdir. Bandaya bu adın verilməsi 2003-cü ildə təqaüdçü tərəfindən qətlə yetirilmiş, berlinli rep ifaçısı Atilla Murad Aydının fikri olmuşdur. == Məlumat == İkinci Dünya müharibəsində Almaniyanın məğlub olmasından sonra ölkədə ciddi işçi qüvvəsinə ehtiyac yaranmışdır. Uzun müddət ərzində bu problem həllini tapmadığına görə 1961-ci ildə Türkiyə ilə Müddətli işçi müqaviləsi adlı razılşama imzalanmışdır. Müqaviləyə əsasən Türkiyənin müxtəlif bölgələrində yaşayan insanlar yüngül və ağır sənaye sahələrində işləmək üçün Almaniyaya göndərilməsi nəzərdə tutulmuşdu. İlkin mərhələdə 600 mindən çox şəxs qonaq işçi kateqoriyası əsasında Almaniyaya yollanmışdır, 1973-cü ilin məlumatlara görə isə ölkədə 1 milyondan çox etnik türk yaşamqda idi. Ölkəyə gələn türklər bir-birlərinə yaxın ərazilərdə məskunlaşmağa üstünlük vermiş və beləliklə Almaniyanın müxtəlif şəhərlərində türk gettoları yaradılmışdır.
Backstreet Boys
Backstreet Boys (daha çox qısa şәkildә BSB dә deyilir), 1993-cü ildə Florida,Orlando şəhərində yaradılan Amerikan vokal qrupudur. Qrup üzvlәri Nick Carter, Howie Dorough, AJ McLean, Brian Littrell və Kevin Richardson'dan ibarətdir. == Qrupun tarixi == === 1993–95: Qrupun yaradılması və ilk illər === 1992-ci ildə Lou Pearlman vokal qrup yaratmaq üçün Orlando Sentineldə reklam elanı yerləşdirdi. Elanla bağlı Pearlmanın yanına gәlәn McLean qrupun ilk üzvü oldu. 1992-ci ilin sonu -1993-cü ilin mart ayı arasında Pearlman açıq kastinq keçirdi vә yüzlərlə gənc ifaçı kastinqdә iştirak etdi. Nәhayәt, 1993-cü ilin martında Carter, Dorough və Richardson, Pearlmanın ümidlərini doğrultduqdan sonra qrupa seçildi. 20 aprel 1993-cü ildә Littrell kuzeni Richardsonun telefon zəngindәn sonra qrupa rəsmi olaraq qoşulmaq üçün Kentukidən Orlandoya uçdu. Beləliklə, 20 aprel qrupu yaranma tarixi oldu. Pearlman, gәnclәrin tez tez әylәndiyi mәjan olan vә Orlandoda yerlәşәn Backstreet Marketin şәrәfinә qrupu Backstreet Boys adlandırmağa qərar verdi. Backstreet Boys qrupunun ilk performansları 8 May 1993-cü ildə SeaWorld Orlandoda baş tutdu.
Bass boğazı
Bass boğazı — Sakit okeanı Hind okeanı ilə birləşdirən coğrafi boğaz. Avstraliya materikini Tasmaniya adasından ayırır. Boğazın eni 240 km, orta dərinliyi isə 50 m təşkil edir. Boğazın əmələ gəlməsi 10,000 il bundan əvvələ təsadüf edir. Belə ki, Tasman adası materikin bir hissəsi olmuşdur. Suyun qalxması nəticəsində Tasman adası əmələ gəlmişdir. Adına gəldikdə isə onu ilk dəfə üzüb keçən Metyu Flinders tərəfindən gəmi həkimi Corc Bassın şərəfinə vermişdir (1798). 21 oktyabr 1978-ci ildə boğazın üzərindən uçan Federik Valentik səssiz-səmirsiz itkin düşmüşdür.
Bess (İzer)
Bess (fr. Besse) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Le-Bur-d'Uazan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38040. Kommunanın 1999-cu il üçün əhalisi 130 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 1228 до 3122 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 520 km cənub-şərqdə, Liondan 130 km cənub-şərqdə, Qrenobldan 38 km şərqdə yerləşir.
Bess Trumen
Bess Trumen (ing. Bess Truman; 13 fevral 1885[…], İndependens[d], Missuri – 18 oktyabr 1982[…], İndependens[d], Missuri) — ABŞ-nin 45-ci Prezidenti Harri Trumenin həyat yoldaşıdır.
Blake Ross
Blake Aaron Ross (12 iyun 1985, Mayami, Florida) — Dave Hyatt ilə birlikdə Mozilla Firefoxun yaradıcısı kimi tanınan, Amerikalı proqramçı. 2005-ci ildə Sergey Brin, Lary Peyc kimi məşhurları geridə qoyaraq, Wired jurnalının verdiyi Rave mükafatına layiq görülüb. 2007-ci ildən 2013-cü ilə qədər Facebookda işləyib.
Bob Ross
Bob Norman Ross (d. 29 oktyabr 1942, Daytona Sahili, Florida, ABŞ - ö. 4 iyul 1995, Orlando, Florida, ABŞ) — ABŞ rəssam və televiziyaçısı. == Həyat == Bob Ross, yarım saat ərzində təbiət rəsmlərinin yaradıldığı uzun illər davam edən "Şəkil Sevinci" proqramıyla tanınmışdır. Orijinal adı "The Joy of Painting" olan proqram çox populyar olmuşdur. Rəssam tutulduğu limfa bezi xərçəngi səbəbiylə 1995-ci ildə həyatını itirmişdir. Hazırladığı televiziya proqramları hələ də bir çox ölkənin TV kanallarında yayımlanmaqdadır.
Bosa nova
Bossa nova — Braziliya musiqi üslubudur, özündə müxtəlif yerli ritmlərlə (bayan və ilk növbədə, samba) kul-cazın özünəməxsus qarışığını ehtiva edir.
Boso yarımadası
Boso yarımadası (yap. 房総半島) Honşu adasının şərqində yerləşən yarımada. Yarımada ərazisinin böyük hissəsində Tiba prefekturası yerləşir. Tokio körfəzini Yapon dənizindən ayırır. Yarımadanın sahəsi 5034 km²-dir. Ən hündür nöqtəsi Ataqo dağıdır (408.2 m).Şimal-qərbində Tiba şəhəri yerləşir. Yarımadada yerləşən Kisaracu şəhəri Kavasaki ilə 14 km uzunluğa malik körpü-tunellə birləşir. Yarımadanın şimal-şərqində Suika-Tsukuba Milli parı yerləşir.
Bost (kommuna)
Bost (fr. Bost) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Şimali Kyusse kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03033. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 179 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 111 nəfər (15-64 yaş) arasında 98 nəfər iqtisadi fəal, 13 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 88.3%, 1999-cu ildə 70.7%) idi. Fəal olan 98 nəfərdən 95 nəfər (48 kişi və 47 qadın) işləyir, 3 qadın işsizdir. Aktiv olmayan 13 nəfər arasında şagird və ya tələbə, 6 nəfər təqaüdçü, 3 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Ceyms Ross
Ceyms Klark Ross (ing. James Clark Ross; 15 aprel 1800[…] – 3 aprel 1862[…]) — britaniyalı hərbi dənizçi, qütb rayonlarının araşdırmaçısı, Kral Coğrafiya Cəmiyyətinin (ing. Fellow of the Royal Society) üzvü. == Bioqrafiya == Ceyms Ross 15 aprel 1800-cü ildə Londonda anadan olmuşdur. Milliyyətcə şotland olmuşdur. Donanmaya hələ 12 yaşında daxil olmuşdur. O, ilk dəfə əmisi Con Rossun gəmisinə minmişdir. 18 yaşında əmisinin "İzabela" gəmisində Baffin Torpağına səfər etmişdir. 1820-ci illərdə Şimal-Qərb keçidini tapmaq məqsədi ilə Vilyam Parrinin təşkil etdiyi üç ekspedisiyada iştirak etmişdir. 1829–1833 illərdə isə Arktika rayonununa əmisinin təşkil etdiyi ekspedisiyada olmuşdur.
Dayana Ross
Dayana Ross (26 mart 1944[…], Detroyt, Miçiqan), Amerikalı müğənni və aktrisa. == Həyatı == Fəhlə bir ata ilə müəllim bir ananın uşağı olaraq dünyaya gələn Dayana Ross uşaqlığını Alabamada keçirdi. 14 yaşındaykən ailəsiylə birlikdə Detroyta köçdülər. Yanvar 1962-ci ildə Ross, "Cass Technical High School"dan məzun oldu. Eyni illərdə musiqi karyerasını da cəmləşdirməyə başlayan sənətçi qonşuları olan Mary Vilson, Florens Ballard, və sonradan Supreyms və The Temptations adlarını alacaq olan Betti McGlovn ilə yerli icmaların meydana gətirib soul üslubunda sıxlaşan bir çox musiqi işlərinə imza atdı. Albomları The Beatlesdan sonra ən çox satan ikinci albom oldu. 1959-cu ildə başlayan Supremes macərasından sonra 1970-ci illərdə solo işlərinə başladı. 1972-ci ildə özünə Oskar namizədliyi gətirən Lady Sings the Blues adlı filmdə rol aldı. Yayımladığı bir çox albom və bir çox mahnı həftələrcə siyahı başında qaldı. İşləriylə müxtəlif mükafatlar qazanan Ross, 1971-ci ilin avqustunda meneceri Robert Ellis Silberstein ilə evləndi.
Desmond Doss
Desmond Doss (ing. Desmond Thomas Doss; 7 fevral 1919 – 23 mart 2006) — İkinci Dünya Müharibəsi veteranı, ABŞ-nin ən yüksək hərbi mükafatı - Şərəf medalı ilə təltif edilən üç vicdanlı hərbi xidmətdən imtina edən şəxsdən birincisi. Təltif edildiyi qəhrəmanlıq hərəkətləri zamanı o, ABŞ ordusunda 77-ci piyada diviziyasının 307-ci alayının tibb hissəsinə təyin edilmiş kapral olmuşdur. == Həyatı == Desmond Doss 7 fevral 1919-cu ildə Linçburqda dülgər Uilyam Tomas Dossun və adi ayaqqabı fabrikində işləyən Berta Edvard Oliver Dossun ailəsində anadan olub. O, Yeddinci günün adventistlərinin prinsiplərinə uyğun olaraq böyümüş və 21 yaşında artıq kilsədə diakon və həmçinin vegetarian idi. Hərbi xidmətə götürülməzdən əvvəl o, Newport News Shipbuilding-də işləyib. İmanın təsiri ilə o, vicdanlı şəkildə hərbi xidmətdən imtina etdi - özünə silah gəzdirməyi və üstəlik, insanlara münasibətdə ondan istifadə etməyi özünə qadağan etdi. Ondan hərbi xidməti təxirə salmağı xahiş etdilər, lakin o, rədd etdi, çünki o, müharibə və qətllərin əleyhinə olsa da, inancının icazə verdiyi qədər vətənə xidmət etmək istəyirdi. Nəhayət, hərbi rəhbərliyin xahişindən sonra o, 77-ci Piyada diviziyasının 307-ci Piyada alayına komandir təyin edildi. Silah gəzdirməkdən imtina etdiyinə görə, Doss tez-tez həmkarları tərəfindən ələ salınır və hücuma məruz qalır, rəsmi vəzifəsini yerinə yetirməməkdə günahlandırılır.
Edvard Moss
Edvard Moss (ing. Edward Moss; d. 11 iyul 1977, Los-Anceles, Kaliforniya) — ABŞ aktyoru.
Foss (Fransa)
Foss (fr. Fosses) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament — Val-d'Uaz, rayon — Sarsel, kanton — Lüzarş. Əhalisi — 9.998 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 29 km şimalında, Serji bələdiyyəsinin 32 km şərqində yerləşir.
Frans Boas
Frans Boas (Tam adı: alm. Franz Uri Boas‎; 9 iyul 1858[…] – 21 dekabr 1942[…], Nyu-York, Nyu-York ştatı) — amerikan dilçisi,etnoqraf və antropoloq.Eskimoslar və Şimali Amerikanın şimal qərb sahillərində yaşayan hindilərin dil və mədəniyyəti sahəsində mütəxəsis. Boas Amerika Dilçilik Cəmiyyətinin banisi və prezidenti olmuşdur(1928). Amerikanın antropologiya və arxeologiyasına dair əsərlərinin böyük əhəmiyyəti olmuşdur. Boas irqçilik nəzəriyyəsini ifşa edirdi. O, konkret ictimai hadisələrin təhlilində çox zaman kortəbii materializm mövqeyində dayanırdı. Boas antifaşist kimi də məşhurdur.
Gina Bass
Gina Bass (3 may 1995, Toubakouta[d]) — Qambiyanı beynəlxalq yarışlarda təmsil edən sprinter. O, 2016 Afrika Çempionatında bürünc medal qazanmışdır. Bass 2016 Yay Olimpiya Oyunlarında təsnifat mərhələsində iştirak etmiş və Qambiyanın bayraqdarı olmuşdur.Bass 2016 Yay Olimpiya Oyunlarında qadınlar 200 m məsafəyə qaçış yarışlarının təsnifat mərhələsində 52-ci yeri tutmuş və yarımfinala vəsiqə qazana bilməmişdir. Bass 100 və 200 m məsafəyə qaçış yarışlarında hal-hazırkı Qambiya rekordçusudur.
Borş
Borş (İngiliscə tələffüz: /ˈbɔːrʃ, ˈbɔːrʃt/) — Daha çox Şərqi Avropa və Şimali Asiyada yayılmış şorba. Ukrayna mənşəli bir yeməkdir. Rusiya imperiyası dövründə Rusiyadan Azərbaycan mətbəxinə daxil olan xörək. Rusiyadan başqa borşun müxtəlif növləri Ukrayna, Polşa, Litva, Moldova, və Şərqi Avropanın başqa ölkələrində də bişirilir. Borşun tərkibində olan tərəvəzlər sümüklü mal ətinin suyunda bişirilir. Borşa rəng verən tərəvəz çuğundurdur. Bəziləri borşa az çuğundur qatır ki, bu da borşun rəngini qırmızı deyil, sarı edir. Borşu bişirdikdən sonra bir neçə saatlıq kənara qoyduqda dadlar bir-birinə qarışır və daha da ləziz olur. == Ərzaqlar == 6 porsiya üçün nəzərdə tutulub 1 kq iri tikələrə bölünmüş sümüklü mal əti 5 xörək qaşığı kərə yağı və ya duru yağ 1 baş soğan 1 ədəd orta boy çuğundur (300 qr) 2 ədəd yerkökü (300 qr) 2 xörək qaşığı tomat 3–4 dəfnə yarpağı (rusca: lavroviy list) 1 ədəd orda boy kələm (700 qr) 3 ədər kartof 2 stəkan xırda-xırda doğranmış cəfəri zövgə görə duz zövgə görə istiot == Hazırlanma qaydası == İri qazana mal ətini qoyub, üstünə təxminən 20 stəkan su töküb qaynadın. Tez-tez kəfini alın.