Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ada-Boyana
Ada-Boyana (serb. Ада Бојана) — Monteneqro ərazisində, Adriatik dənizi sahilində, Boyana çayı mənsəbində yerləşən ada. Ulsin şəhəri yaxınlığında, Albaniya və Monteneqro sərhəddin yaxınlığındadır. Adanın sahəsi 4,8 km²-dir. Ada-Boyana üçbucaq formaya malik çay adasıdır. Süni şəkildə formalaşan ada 1958-ci ildə "Merito" gəmisinin qəzası sonucunda meydana gəlir. Vaxtı ilə mövcud iki kiçik çay adasının qumla birləşməsindən sonra ortaya çıxır. Yuqoslaviya Sosialist Federativ Respublikası dövründə ada xarixi turistlərə xidmət edən istirahət mərkəzi olmuşdur. Hazırda 1000 nəfər adada sərbəst şəkildə istirahət edə bilir. 1973-cü ildən adada naturizm kənddi vardır.
Boyana Kilsəsi
Boyana kilsəsi — Sofiyanın 8 km. cənubunda, Vitoşa dağının ətəyində yerləşən bolqar ortadoks kilsəsi.
Boyana Popoviç
Boyana Popoviç (20 noyabr 1979, Niş) — Monteneqronu təmsil edən həndbolçu. == Karyerası == Boyana Popoviç Monteneqro yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 26:24 hesabı ilə məğlub olan Monteneqro yığması, London Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Boyana Popoviç Monteneqro yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Monteneqro yığması, Rio-de-Janeyro Olimpiadasını 11-ci yerdə başa vurdu.
Qaranlıqdan boylanan (film, 2012)
"Qaranlıqdan çıxmaq" (ivr. ‏עלטה‏‎, ərəb. ظلام‎, ing. Out in the Dark) — israilli rejissor Mixael Mayerin 2012-ci ildə, dram janrında çəkilmiş filmi. Filmin təqdimatı ilk dəfə Toronto Film festivalında, 2012-ci ilin sentyabr ayında baş tutmuşdu. İsrail kinoteatrlarında film seyircilərə 28 fevral 2013-cü ildə təqdim olunmuşdu. Bu, İsraildə anadan olmuş və hal-hazırda Los Ancelesdə yaşayan rejissor Mixael Mayerin ilk tammetrajlı debüt filmi hesab olunur. Baş rolda Nikolas Yakob (Nimr Məşravi obrazında) və Mixael Aloni (Roy Şefer obrazında) oynamışdırlar. 96 dəqiqə davam edən dram filmi, İsrail-Fələstin münaqişəsinin müxtəlif tərəflərindən olan iki homoseksual kişi arasında baş vermiş romantik əlqələrdən bəhz edir. == Filmin xülasəsi == Nimr xaricdə təqaüd almaq arzusunda olan iddialı Fələstinli psixologiya tələbəsidir.
Borland
Borland Proqram Təminatı şirkəti (Borland Software Corporation) — Proqram təminatı istehsalçısı olan şirkətdir. 2009-cu ildə Böyük Britaniyanın Micro Focus şirkəti tərəfindən alınıb. Şirkət 1981-ci ildə İrlandiyada üç danimarkalı – Nils Yensen (Niels Jensen), Ole Henriksen və Mogens Glad tərəfindən yaradılıb. İlk illər əsas fəaliyyəti CP/M əməliyyat sistemi üçün proqram təminatının işlənib hazırlanması olub. Amerika bazarına çıxmaq üçün şirkət 1983-cü ildə səhmdar cəmiyyətə çevrilmiş və Borland International adlandırılmışdır. Mənzil-qərargahı Ostin (Texas ştatı) şəhərində yerləşirdi. Şirkəti məşhur edən Turbo Pascal proqramlaşdırma aləti olub. 1990-cı illərin əvvəllərində şirkət özünün Quattro Pro elektron cədvəli və 1993-cü ildə aldığı WordPerfect mətn prosessoru ilə ofis paketləri bazarına çıxmağa cəhd edib, fəqət bu proqramlar 1994-cü ildə Novell şirkətinə satılıb, o isə öz növbəsində həmin proqramları iki il sonra Corel şirkətinə satıb. 1994-cü ildə buraxdığı Delphi proqramlaşdırma mühitinin ilk versiyası çox uğurlu alındı. Borland verilənlər bazalarının idarəolunması sistemləri bazarında da özünü sınayıb: Paradox, dBase və InterBase.
Boyaka
Boyaka(isp. Boyacá) — Kolumbiya departamentlərindən biri, ölkənin mərkəzində yerləşir. İnzibati mərkəzi - Tunxa şəhəridir. == Tarixi == 1819-cu ildə indiki departamentin ərazisində, İspaniyanın müstəqilliyi uğrunda, Boyaka çayı yaxınlığında həlledici döyüş baş verdi. Həmin hadisələr nəticəsində Boyaka departamenti qeyri-rəsmi olaraq "Azadlıq torpağı" adlanır. Departamentin ərazisində El Infiernito kimi tanınan, Monkira arxeoloji parkı, tam anlamıyla "kiçik cəhənnəm" və ölkənin ən böyük gölü Tota yerləşir.
Boyama
Boyama — qələm, boya, flomaster və ya başqa bədii vasitələrlə müxtəlif kompozisiyaları rəngləmək üçün nəzərdə tutulmuş kitabdır və ya səhifədir. Kitabda rəsmin bütün konturları artıq çap edilmiş olur, lakin bütün rəsm, qara rəng istisna olmaqla, adətən rəngsiz olur. == Tarix == The Little Folks' Painting Book adını daşıyan ilk boyama kitabı 1880-ci ildə ABŞ-da, McLoughlin Brothers şirkəti tərəfindən hazırlanmışdır. 1907-ci ildə Riçard F. Autkolt (Richard F. Outcault) adlı müəllif boyama üçün komikslərdən ibarət olan Buster’s Paint Book kitabını nəşr etdirmişdir və ondan sonra boyama kitabları populyarlıq qazanmağa başlamışdırlar. 1960-cı illərdə boyama kitablarının “Qızıl vaxtı” başlamışdır və onlar uşaq mağazalarında ən populyar mala çevrilmişdirlər. Boyama kitablarında tozsoranlardan tutmuş avtomobillərə və müxtəlif komikslərin qəhrəmanlarınadək müxtəlif şəkillər təqdim edilirdi. 1980-ci illərdə bir neçə nəşriyyat evi böyüklər üçün maarifləndirici boyama kitabları nəşr etmişdirlər. Onlar rəngli kodlaşdırmanın və ətraflı sxemlərin köməkçi təhsil vasitələri kimi istifadə olunduğu anatomiya və fiziologiya kimi buraxılış ili səviyyəsində olan fənlərin öyrənilməsi üçün nəzərdə tutulmuşdur. Nümunə kimi “Anatomik boyama kitabı”nı (orijinal adı “The Anatomy Coloring Book”) və Uin Kapitin (Wynn Kapit) və Lourens Elsonun (Lawrence Elson) müəllifliyi altında HarperCollins (1990-cı illərdə) və Benjamin Cummings (2000-ci illərdə) nəşriyyat evlərində nəşr edilmiş sonrakı kitab seriyasını göstərmək olar. == Faydalı xüsusiyyətləri == Qələm və ya fırça ilə edilən monoton hərəkətlər insanı rahatlaşdırırlar.
Boyxan
Boyxan - Külüg Bilgə xanın ölümündən sonra hakimiyyətə onun baş naziri Boyxan gəldi. Hakimiyyətinin ilk üç ilini Çin vassalı olaraq yaşayan xaqan sonra ondan müstəqil olaraq hərəkət etməyə başladı. Çinli şahzadə tələb etsə də, Çin imperatoru buna razı olmadı. Xaqan buna görə dəfələrlə Çinə yürüşlər etdi. 821-ci ildə Çinlə sülh imzalamağa ömrü çatmadan öldü. Yerinə Çindexan seçildi.
Soylan
Əzizbəyov, Vayk, Soylan — Ermənistanda şəhər. Paşalı rayonunun inzibati mərkəzi.
Anthemis boveana
Anthemis boveana (lat. Anthemis boveana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin anthemis cinsinə aid bitki növü.
Bilyana Paviçeviç
Bilyana Paviçeviç (12 may 1988, Podqoritsa) — Monteneqronu təmsil edən həndbolçu. == Karyerası == Bilyana Paviçeviç Monteneqro yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Monteneqro yığması, Rio-de-Janeyro Olimpiadasını 11-ci yerdə başa vurdu.
Bilyana adası
Bilyana adası (bolq. остров Биляна, ‘Ostrov Bilyana’ \'os-trov bi-'lya-na\) — Antarktidanın Cənubi Şetland adalarında yerləşən, İngilis boğazının qərb tərəfində yerləşən Aitço adaları arxipelaqına daxil olan buzlaqsız adadır. Adanın uzunluğu 450 m, eni 990 m, səthinin sahəsi isə 10 hektardır. Ada 19-cu əsrdə ağ sənayeçilər tərəfindən kəşf edilmişdir. Bilyana adası Bolqarıstanın musiki folkloruna aid olan Bilyananın adını daşıyır. == Yerləşməsi == Ada 62°23′05″ c. e. 59°45′47″ q. u. koordinatlarında yerləşmişdir.
Boyanka Kostova
Boyanka Kostova — Bolqar əsilli Azərbaycan ağır atletidir. Boyanka Kostova 2015-ci ildə Amerika Birləşmiş Ştatlarının Hyuston şəhərində keçirilən Dünya Çempionatının qızıl medalçısıdır. Boyanka Kostova həmçinin 2012-ci ildə Türkiyənin Antalya şəhərində, 2015-ci ildə Gürcüstanın Tbilisi şəhərində və 2016-cı ildə Norveçin Forde şəhərində baş tutan Avropa Çempionatlarının qızıl medalçısıdır. 2021-ci ildə Moskvada keçirilən Avropa çempionatında da birinci yeri tutan atletin dopinq testinin müsbət çıxması səbəbindən titulu əlindən alınıb. Bu, 29 yaşlı idmançının ikinci anti-dopinq qayda pozuntusu olduğu üçün onun yarış hüququ 8 il müddətinə dayandırılıb. 2022-ci ildə narkotik maddələrin satışında təqsirləndirilərək həbs edilib. == Həyatı == Boyanka Kostova 10 may 1993-cü ildə Bolqarıstanın Plovdiv şəhərində anadan olmuşdur. Ailənin yeganə qız övladı Boyanka Kostova 2008-ci ildən idman ilə məşğul olur. == Karyerası == === 2009 Avropa Çempionatı === Boyanka Kostova birinci dəfə Avropa Çempionatına 2009-cu ildə qatıldı. Aprelin 3-dən 12-nə gədər keçirilən və Rumıniyanın paytaxtı Buxarest şəhərində baş tutan Avropa Çempionatına Boyanka Kostova Bolqarıstan bayrağı altında qatıldı.
Dalbergia boniana
Dalbergia boniana (lat. Dalbergia boniana) — paxlakimilər fəsiləsinin dalbergiya cinsinə aid bitki növü.
Inula royleana
Inula royleana (lat. Inula royleana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü.
Krasnaya Polyana
Krasnaya Polyanaа — Rusiyanın Krasnodar diyarının Soçi şəhərinin Adler rayonuna tabe olan şəhər tipli qəsəbə. Krasnopolyanski qəsəbəsinin inzibati mərkəzi. Soçi kurort şəhəri rayonunun bir hissəsidir. == Coğrafiyası == Krasnaya Polyana Mzımta çayının orta axarında, Qara dəniz sahilindən 38 km məsafədə, dəniz səviyyəsindən təxminən 500 metr yüksəklikdə yerləşir. Mərkəzi Soçidən 64 km cənub-şərqdə yerləşir. Kənd hər tərəfdən yüksək dağlarla əhatə olunub: şimal-qərbdən Açişxo dağı, cənub-şərqdən Aybqa silsiləsi (ən yüksək nöqtəsi Kamennıy Stolb dağı (2509,7 m). Krasnaya Polyanadakı ən yüksək müşahidə meydançası var. Krasnaya Polyanadan 15 km şimalda Baş Qafqaz silsiləsinin su ayrıcı xətti keçir. Qəsəbə üçbucaq şəklində olub bir az maili əraziyə malikdir. Buz dövründə kəndin yerində böyük buzlaqın aşağı ucu var idi.
Oğuz Boyları
Oğuzlar — "Oğuz Xaqan Dastanı"na görə 24 boydan, Mahmud Kaşğarinin Divanü Lüğati-it-Türk əsərinə görə isə 22 boydan ibarət Orta Asiya kökənli ən böyük və ən nüfuzlu türk boyudur. Oğuzlar Xəzər dənizinin şərqindən Ceyhun (Amudərya) çayına qədər olan ərazidə yerləşmişdirlər. Köçəri həyat tərzi yaşayan oğuzlar təxminən 7-ci əsrdən etibarən yer dəyişməyə başladılar və coğrafi baxımdan, Bizans imperiyasının qeydlərinə görə, əvvəlcə Balkanlara yayıldılar. Oğuzlar Türkiyə, Azərbaycan, Türkmənistan, İran, İraq, Suriya, Misir ve Balkanlarda (Bolgarıstan, Rumıniya, Yunanıstan, Kosova, Serbiya) yaşayan türklərin atası sayılır. == Tarix == Dastanlara görə oğuzlar Oğuz xanın altı oğlu və onların hər birinin 4 oğlundan meydana gəlmişdirlər. Meydana gələn bu 24 boyun hər birinin ayrı adı və ünvanı vardır. Bu boyların Bozoxlar və Üçoxlar olmaqla ikiyə bölünməsi isə daha sonra baş vermişdir. Bu iki ana qol arasında baş verən münaqişələr və anlaşmazlıqlar boyların bir qisminin qərbə köç etməsinə səbəb olmuşdur, qalanları isə Göytürk xaqanlığının hakimiyyəti altında qalmışdır. 630-cu ildə ilk Göytürk dövlətinin zəifləyib Çin tabeliyinə keçməsi ilə yenidən birləşməyə çalışsalar da, ikinci Şərqi Göytürk Xaqanlığının yaranması ilə yenidən hakimiyyət altına girdilər. 745-ci ildə Şərqi Göytürk Xaqanlığı da süqut etdikdən sonra qərbə və Çinə köçmüş bir çox Oğuz boyları Ötükənə geri dönərək Qutluq Bilgə Xaqanın qurduğu Uyğur Xaqanlığının bayrağı altında birləşdilər.
Qazax boyları
Juz— (Qazaxca: жуз jüz جٷز, həmçinin "ordu" və "yüz (sayı) deməkdir). Dəşt-i Qıpçaq bölgəsindəki üç əsas qazax icmasının nəzarət etdiyi ərazilər adlanır. Bu ərazilərin əksəriyyəti indiki Qazaxıstanın sərhədlərini əhatə edir. Böyük Juz (Qazaxca: Ұлы жүз / Ulı jüz / ۇلى جٷز) və ya Uysun ordası. Cənubi və Cənub-Şərqi Qazaxıstan, şimal-qərb Çin (Sincan) və Özbəkistan hissələrini əhatə edir. Orta Juz (Qazaxca: Орта жүз / Orta jüz / ورتا جٷز) və ya Argın ordası. Mərkəzi və Şərqi Qazaxıstanı əhatə edən 6 qəbilədən ibarətdir. Kiçik Juz (Qazaxca: Кіші жүз / Kişi jüz / كٸشٸ جٷز)) və ya Alşin ordusu Qərbi Qazaxıstanı əhatə edən üç tayfadan ibarətdir. == Tarixi == Qazax Juzlarının xatırlandığı ilk mənbə XVII əsrə aiddir. Velyaminov Ezernova (1919) görə, juzun yaranmasının səbəbi Daşkənd, Türküstan və Sayram kimi vacib şəhərlərin ələ keçirilməsi idi.
Ageratina solana
Ageratina solana (lat. Ageratina solana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Boyuna eyakulyasiya
Boyuna eyakulyasiya, boyuna boşalma, boyun boşalması — cinsi akt üçün istifadə edilən jarqondur. Kişinin spermasını başqasının boynuna, döşünə, döşünün üstünə, sinəsinə və ya sinəsinin üstünə eyakulyasiya etməsidir. Bu üsul prezervativ taxmamağı üstün tutan insanlar üçün təhlükəsiz seks alternativi kimi seks işçiləri tərəfindən müntəzəm olaraq istifadə edilir.
Soylan rayonu
Paşalı rayonu, Əzizbəyov rayonu, Vayk rayonu — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Dərələyəz mahalı ərazisində rayon. SSRİ dövründə rayona peşəkər Azərbaycan inqilabçısı Məşədi Əzizbəyovun şərəfinə Əzizbəyov adı verilmişdir. Mərkəzi Vayk şəhəridir. == Tarixi == Paşalı rayonu 1931-ci il oktyabrın 15-də yaradılıb. 1956-cı il oktyabrın 12-nə qədər Paşalı rayonu, həmin tarixdən etibarən isə Əzizbəyov rayonu adlandrılıb. 1991-ci ildə adı dəyişdirilərək Vayk rayonu qoyulub. Ərazisi 1173 kv km-dir. Rayon mərkəzi Soylan (dəyişdirilmiş adı Əzizbəyov, Vayk) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 139 km-dir. 1988-ci ilə qədər azərbaycanlıların yaşamaqda davam etdikləri və həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələri: Köçbəy, Leyliqaçan, Axta, Bulaqlar, Gomur, Gabut, İtqıran, Zeytə, Kotanlı, Herher, Səfolar və s.
Soylan körpüsü
Soylan körpüsü — Dərələyəz mahalının Paşalı (19.04.1991-ci ildən — Vayk) rayonunda, Soylan (19.04.1991-ci ildən — Vayk) kəndindən 1 km aralıda, Arpa çayı üstündə körpü. == Haqqında == Uzunluğu 30 metrə çatan körpünün sağ tərəfi Arpa çayının səthindən 32 metr yüksəklikdə olan sıldırım qayanın üstündə, sol tərəfi isə çayın sol sahilində çay səviyyəsindən 12 m yüksəklikdəki sıldırım qayanın üstündə 13,5×4,5 m ölçüdə daş hörgünün üzərində qərar tutmuşdur. Körpünün XVII yüzilin əvvəllərində çayın bu sahilindən o sahilinə ordu keçirmək üçün azəri türkləri tərəfindən inşa edildiyi ehtimal olunur. Körpünün sağ sahilindən baxanda orta sütunun təqribən 8–9 metrliyində ərəb əlifbası ilə yazılmış kitabə mövcud olmuşdur. Soylan kəndi qədimdən Türk-Oğuz boylarının anayurdu olmuş, kəndə ilk ermənilər buradakı Azərbaycan türklərinin 1905–1906-cı il soyqırımından sonra köçürülüb gətirilmişlər.
Anisimova Polyana (Şaran)
Anisimova Polyana (başq. Анисимова Поляна), rus. Анисимова Поляна) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Pisarev kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 22 km, kənd sovetliyindən (Pisarev): 7 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 52 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (86%) üstünlük təşkil edir.
Mövlana
Mövlana Cəlaləddin Bəlxi (fars. مولانا جلال الدین محمد رومی‎ Mevlānā Celāl-ed-Dīn Muhammed Balkhi; 30 sentyabr 1207 – 17 dekabr 1273[…], Konya, Rum Səlcuqlu dövləti) — İslam və təsəvvüf dünyasından olan fars şair, mövləvi yolunun öncülü, vəhdəti-vücud (panteizm) fəlsəfəsinin nümayəndəsi. Molavi, Mövlana və Rumi kimi tanınan Cəlaləddin Məhəmməd Bəlxi (6 Rəbiul-əvl 604 – 5 Cümadi əl-Sani 672 h.) İran farsdilli şairdir. Onun tam adı "Məhəmməd bin Məhəmməd bin Hüseyn Hüseyni Xətibi Bəkri Bəlxi"dir və sağlığında "Cəlaləddin", "Xodavəndgər" və "Mövlana Xədvəndgər" titulları ilə çağırılıb. Sonrakı əsrlərdə (görünür, IX əsrdən) onun üçün “Mülvi”, “Mulana”, “Mülvi Rumi” və “Mula Rumi” titullarından istifadə edilmişdir. == Həyatı == Əsl adı Muhamməd Cəlaləddindir. Xudavəndiyar, Sultanul-Aşiqin (aşiqlər sultanı), Sultanul-Muhibbin (sevgililər sultanı) ləqəbləri ilə də tanınmışdır. Mövlana ləqəbi isə ona hələ gənc yaşlarında ikən Konyada dərs verməyə başladığı zamanlarda verilmişdir. Mövlana ləqəbini ilk dəfə ona Şeyx Sədrəddin Konyəvi vermişdir. Mövlana Cəlaləddin Rumi ("Rumi" ləqəbi ona Anadoluya (o vaxtlar Anadolu "Diyari Rum" adlanırdı) yerləşib orada yaşadığı üçün, "Ağa" mənasına gələn "Mövlana" ləqəbi isə ona qarşı duyulan böyük hörmətin əlaməti olaraq verilmişdir) İranın Xorasan vilayətinin (indiki Əfqanıstanın ) Bəlx şəhərində anadan olmuşdur.
Bolan keçidi
Bolan keçidi (urdu: درہ بولان Dharaa Bolan) — Pakistanla Əfqanıstan arasında dağ keçidi. Keçid, Əfqanıstan sərhədindən təxminən 120 kilometr məsafədə Bəlucistan əyalətinin Kvetta şəhərinin yaxınlığında yerləşir. O Toba karkər silsiləsi ilə 1793 metr hündürlükdə kəsişir.
Boyan Tokiç
Boyan Tokiç (13 yanvar 1981) — Sloveniyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Boyan Tokiç Sloveniyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub. Daha sonra Boyan Tokiç Sloveniyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub. Boyan Tokiç Sloveniyanı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu pillənin sahibi olub.
Mövlana Cəlaləddin Rumi
Mövlana Cəlaləddin Bəlxi (fars. مولانا جلال الدین محمد رومی‎ Mevlānā Celāl-ed-Dīn Muhammed Balkhi; 30 sentyabr 1207 – 17 dekabr 1273[…], Konya, Rum Səlcuqlu dövləti) — İslam və təsəvvüf dünyasından olan fars şair, mövləvi yolunun öncülü, vəhdəti-vücud (panteizm) fəlsəfəsinin nümayəndəsi. Molavi, Mövlana və Rumi kimi tanınan Cəlaləddin Məhəmməd Bəlxi (6 Rəbiul-əvl 604 – 5 Cümadi əl-Sani 672 h.) İran farsdilli şairdir. Onun tam adı "Məhəmməd bin Məhəmməd bin Hüseyn Hüseyni Xətibi Bəkri Bəlxi"dir və sağlığında "Cəlaləddin", "Xodavəndgər" və "Mövlana Xədvəndgər" titulları ilə çağırılıb. Sonrakı əsrlərdə (görünür, IX əsrdən) onun üçün “Mülvi”, “Mulana”, “Mülvi Rumi” və “Mula Rumi” titullarından istifadə edilmişdir. == Həyatı == Əsl adı Muhamməd Cəlaləddindir. Xudavəndiyar, Sultanul-Aşiqin (aşiqlər sultanı), Sultanul-Muhibbin (sevgililər sultanı) ləqəbləri ilə də tanınmışdır. Mövlana ləqəbi isə ona hələ gənc yaşlarında ikən Konyada dərs verməyə başladığı zamanlarda verilmişdir. Mövlana ləqəbini ilk dəfə ona Şeyx Sədrəddin Konyəvi vermişdir. Mövlana Cəlaləddin Rumi ("Rumi" ləqəbi ona Anadoluya (o vaxtlar Anadolu "Diyari Rum" adlanırdı) yerləşib orada yaşadığı üçün, "Ağa" mənasına gələn "Mövlana" ləqəbi isə ona qarşı duyulan böyük hörmətin əlaməti olaraq verilmişdir) İranın Xorasan vilayətinin (indiki Əfqanıstanın ) Bəlx şəhərində anadan olmuşdur.