Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çarlz Brokden Braun
Çarlz Brokden Braun (d. 17 yanvar 1771, Filadelfiya - 22 Fevral 1810) — ABŞ-lı romançı və qəzet yazarı. Ədəbiyyatla məşğul olmaq üçün vəkil işindən əl çəkdi.Fransız inqilabına və V.Qodvini inqilabi əsərlərinə böyük heyranlıq bəslədi.Esse və siyasi yazılarla bərabər bir sıra romanlar yazdı.Qadın haqlarını müdafiə edən "Alkuinin dialoqu"(The Dialogue of Alcuin)(1797) əsərindən sonra "Vieland və ya dəyişmə" (Wieland or the Transformation)(1798) əsəri ilə böyük uğur qazandı. Bəzi cəhətləri ilə C.F.Kuper,E.A.Po və Hautornenin öncülü sayılır.Davranışları və sosial nəzəriyyələrinə görə "Amerikanın Qodvin"i olaraq xatırlanır.
Baden-Baden
Baden-Baden (alm. Baden-Baden‎) — Almaniyanın Baden-Vürtemberq torpağının Karlsruhe inzibati dairəsində şəhər. Sahəsi 140.18 km2, əhalisi 54581 nəfərdir (2005). Şvarsvald dağlarının ətəklərində, 700 m hündürlükdə balneoloji və iqlim kurortudur. Əsas təbii müalicə amili natrium xloridli, radonlu termal (68 °C-yədək) bulaqlar dır; oynaq, həzm sistemi orqanları, ürək-damar, periferik əsəb sistemi xəstəlik ləri müalicə olunur. İqlimi yumşaq (ortaillik temp-r 9,7 °C), mülayim rütubətlidir (ortaillik nisbi rütubət 79%). Sanatoriyalar, müalicə otelləri, mineral su hovuzları, içməli su qalereyaları var. Üzüm müalicəsi (avqust–oktyabr) tətbiq edilir. Hələ 3 əsrdə burada Sivitas-Aureliya-Akvenzis kurortunun əsasını qoymuş romalılar Baden-Badenin bulaqlarından müalicə məqsədləri ilə istifadə etmişlər. Baden-Badendə beynəlxalq şahmat turnirləri (1870, 1925, 1981) keçirilir.
Baden
Baden — Almaniyanın cənub-qərbində region. Mərkəzi Karlsruedir. Beden paytaxtdan cənubda 25 km-də Vyana meşələrinin, çöllərinin və üzüm bağlarının yaşıl təpəlikləri arasında yerləşir. Faydalı kükürd mənbələri ilə zəngin olan bu kurort mərkəzi II əsrdə Roma düşərgələri buraya yerləşdiyi vaxtdan-Antik Roma dövründən məşhur idi. Mark Avreliy həyatının son illərini burada keçirmişdir. 1804–1834-cü illərdə bu şəhər yayda imperiya iqmətgahı olmuşdur, bütün zadəganlar və incəsənət xadimləri bura toplanardılar. Badenin mineral suları bu gün də çimmək, içmək və revmatik xəstəliklərin, artirozun bel sütunu və oynaq xəstəlilərinin qarşısının alınması və həmçinin ümümi sağlamlıq məqsədilə istifadə olunur. İmperatriça Maria Terezanın şərəfinə1792-ci ildə yaradılmış eqzotik bitki kolleksiyası olan "Terezienband"(Tereza hamamı) və Tereziengarten(Tereza bağı) kimi yerlərə də səyahət etmək lazımdır. Baden parkları ayrıca görməli yerlədir. Bu kurort parkında hər gün orkestra çalır " Bethoven məbədi"-nin çardağı , Ştraus və Lannerunun şərəfinə gül saatları və heykəlləri var və iyunun sonundan sentyabrın əvvəlinə qədər burada "yay arenasına"dair operetta festivalı keçirilir.
Bronven Knox
Bronven Knox (16 aprel 1986, Brisben) — Avstraliyanı təmsil edən su poloçusu. Bronven Knox, Avstraliya yığmasının heyətində 2008-ci ildə baş tutan XXIX Yay Olimpiya Oyunlarına və 2012-ci ildə baş tutan XXX Yay Olimpiya Oyunlarına qatılıb və 2 dəfə bürünc medal qazanıb. Bronven Knox, 2008-ci ildə Avstraliya yığması ilə birgə XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Macarıstan yığmasını 9:9 (3:2 penaltilər seriyasında) hesabı ilə məğlub edən Avstraliya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu. Bronven Knox, 2012-ci ildə Avstraliya yığması ilə birgə XXX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Macarıstan yığmasını 13:11 hesabı ilə məğlub edən Avstraliya yığması, XXX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu və Olimpiya Oyunlarının bürünc medalını qazandı.
Kori Brokken
Kori Brokken (3 dekabr 1932, Breda[d], Şimali Brabant – 31 may 2016) — holland müğənni. 1956 Avroviziya Mahnı Müsabiqəsində Niderlandı "Voorgoed voorbij" mahnısı ilə təmsil etmişdir. Brokken növbəti il də Niderlandı Avroviziyada təmsil etmək hüququ qazanmışdır. Onun 1957-ci ildə keçirilən müsabiqədə ifa etdiyi "Net als toen" mahnısı 31 xalla qalib olmuşdur. Kori Brokken həmçinin 1976 Avroviziya Mahnı Müsabiqəsinin aparıcısı olmuşdur.
Borden adası
Borden adası (ing. Borden Island) — Kanada Arktik arxipelaqının bir hissəsidir. Adada hazırda yaşayış yoxdur (2012). Borden adası Kraliça Yelezaveta adalarının ən qərbində yerləşən Praym Minister Qrupu kimi tanınan üç adadan ibarət qrupun ən şimalıdır. Uilkins boğazında, 18 km cənubda bu qrupun ən böyüyü olan Makkenzi-Kral adası və 34 km cənub-qərbdə ən kiçiyi olan Brok adası yerləşir. Daha böyük qonşusu 100 km şərqdə yerləşən Ellef-Rinqnes adasıdır. Adanın şimal-qərb sahili Şimal Buzlu okean tərəfindən yuyulur. Sahəsi 2794 km² olan ada ərazisinə görə dünyada 172-ci, Kanadada isə 30-cu yerdədir. Ada inzibati cəhətdən Şimal-Qərb əraziləri (ən çox) və Nunavut arasında bölünür. Sərhəd 110-cu qərb meridianı boyunca keçir.
Borden yarımadası
Borden yarımadası — Baffin Torpağının şimalında yerləşən yarımada. Kanadanın Nunavut vilayəti ərazisinə daxildir. Lankaster boğazının cənubunda qərarlaşır. Yarımadanın şimal-şərq ərazisində Sirmilik Milli Parkı təşkil olunmuşdur. Yarımada 225 km şimala, 169 km şərqə uzanır. Şimala rayonu, o cümlədən Hras dağları kövrək qayalardan ibarətdir. Burada hündürlük 914 mertrə çatır. Admiraliti buxtası yarımadanın qərb sahillərini, Admiraliti Soveti buxtası isə onun şərq sahillərini təşkil edir. Şərqdən Baylot adasından buxta ilə ayrılır. Yarımadanın qərb sahillərində inuitlərə aid Arktik-Bey adlı kənd vardır (823 nəf.
Brayen Piterman
Brayen Piterman (ing. D. Brian Peterman) – ABŞ Hərbi Dəniz Qüvvələrinin sabiq vitse-admiralı.
Broken Source
Broken Source - Xorvatiyada çalışan azərbaycanlı musiqiçi Dj Sineddin ikinci studiya albomudur. 2011-ci ilin aprel ayında Xorvatiyada bürünc statusu alıb. 1 dekabr 2012 tarixinə olan məlumatlara görə albomun 72000 nüsxəsi satılıb. Broken Source albomunun təqdimatı 10 oktyabr 2010-cu ildə Bakı şəhərində Face klubda keçirildi. Albom 11 (10+1) trek daxil oldu. Dj Sinedd öz ikinci studiya albomu üzərində yenidən Ejay-Studio Records nişanı ilə çalışdı. Albomda Sineddin il ərzində yazdırdığı remikslər və 5 yeni mahnı yer alıb. Dj Sinedd öz rəsmi saytında avqust ayının 28-i yeni albomun trek-siyahısını və üzlüyünü nümayiş etdirdi. Albom 10 oktyabr tarixində işıq üzü gördü və qısa bir zaman ərzində Azərbaycan dance chartinda ilk pilləyə qalxdı. Xorvatiya üzrə satışları 15 mini keçdiyinə görə bu ölkədə albom "gümüş status"unu, Avropa üzrə isə satışları 25 min nüsxəni keçdiyinə görə "bürünc statusu"nu alıb.
Fernan Brodel
Fernan Brodel ( fr. Fernand Braudel ; 24 avqust 1902 — 27 noyabr 1985 ) — fransız tarixçi. O, tarixi prosesin təhlilində iqtisadi və coğrafi amillərin nəzərə alınması təklifi ilə tarix elmində inqilab etmişdir. Sosial elmlərdə tarixi hadisələrin hərtərəfli tədqiqi ilə məşğul olan "Annallar" fransız tarixşünaslıq məktəbinin görkəmli nümayəndəsidir. Kapitalist sisteminin mənşəyini araşdıraraq dünya sistemi nəzəriyyəsinin banilərindən biri olmuşdur. Lotaringiyada Almaniya sərhədi yaxınlığındakı kiçik Lumevil-an-Ornua kəndində riyaziyyat müəllimi ailəsində anadan olub. Onun dünyagörüşünün formalaşmasında kəndli uşaqlığının rolu olmuşdur . 1909-cu ildə Parisin ətrafındakı Meriel qəsəbəsindəki ibtidai məktəbə daxil oldu, burada gələcək aktyor Jan Qabinlə , sonra Parisdəki Volter Liseyində oxudu. Ali təhsilini Sorbonnanın humanitar elmlər fakültəsində almışdır . “O dövrün bütün solçu tələbələri kimi” , onu da Fransız İnqilabı cəlb etdi və dissertasiyasının mövzusu kimi o, doğma diyarına ən yaxın olan Bar-le-Duc şəhərindəki inqilabi hadisələri seçdi.
Mikania bradei
Mikania bradei (lat. Mikania bradei) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Baden-Vürtemberq
Baden-Vürtemberq (alm. Baden-Württemberg) – Almaniyanın parlamentar idarəolunan yarım-suveren federal əyalətdir. Əyalət Almaniyanın cənub qərbində yerləşir və Fransa ilə ölkənin cənub sərhəddini təşkil edir. Paytaxtı əyalətin ən böyük şəhəri olan Ştutqart-dır. O, 1952-də müharibədən sonrakı qısa ömürlü Vürtemberq-Baden,(Cənubi-)Baden və Vürtemberq-Hohenzolern əyalətlərinin (bu əyalətlər koalisiya ölkələri tərəfindən qədim Baden və Vürtemberq əyalətlərinin işğal bölgələrinə ayrılmasından yaranmışdı) birləşməsindən qurulmuşdur. Əyalətin Ştutqartdan sonrakı böyük şəhərləri Karlsrue və Manhaym-dır. Başqa şəhərlərinə Frayburq-im-Braysqau, Haydelberq, Haylbron, Pfortshaym, Roytlingen, Tübingen və Ulm şəhərləri daxildir. Sahəsi 35 751,65 km², əhalisi 10 747 479 nəfər, əhali sıxlığı 1 km²-ə 300 nəfərdir. Almaniyanın ən böyük üçüncü əyalətidir. Baden-Vürtemberq Almaniyanın ən çox məhsul ixrac edən (2018), ikinci ən az işsizliyə (Oktyabr, 2019), dördüncü ən yüksək adambaşına düşən ÜDM-a (2019) və eləcə də ən çox adambaşına düşən patentlər sayına (2018) malik əyalətidir.
Baden-Württemberg
Baden-Vürtemberq (alm. Baden-Württemberg) – Almaniyanın parlamentar idarəolunan yarım-suveren federal əyalətdir. Əyalət Almaniyanın cənub qərbində yerləşir və Fransa ilə ölkənin cənub sərhəddini təşkil edir. Paytaxtı əyalətin ən böyük şəhəri olan Ştutqart-dır. O, 1952-də müharibədən sonrakı qısa ömürlü Vürtemberq-Baden,(Cənubi-)Baden və Vürtemberq-Hohenzolern əyalətlərinin (bu əyalətlər koalisiya ölkələri tərəfindən qədim Baden və Vürtemberq əyalətlərinin işğal bölgələrinə ayrılmasından yaranmışdı) birləşməsindən qurulmuşdur. Əyalətin Ştutqartdan sonrakı böyük şəhərləri Karlsrue və Manhaym-dır. Başqa şəhərlərinə Frayburq-im-Braysqau, Haydelberq, Haylbron, Pfortshaym, Roytlingen, Tübingen və Ulm şəhərləri daxildir. Sahəsi 35 751,65 km², əhalisi 10 747 479 nəfər, əhali sıxlığı 1 km²-ə 300 nəfərdir. Almaniyanın ən böyük üçüncü əyalətidir. Baden-Vürtemberq Almaniyanın ən çox məhsul ixrac edən (2018), ikinci ən az işsizliyə (Oktyabr, 2019), dördüncü ən yüksək adambaşına düşən ÜDM-a (2019) və eləcə də ən çox adambaşına düşən patentlər sayına (2018) malik əyalətidir.
Boden (göl)
Boden (alm. Bodensee‎) Almaniya, İsveçrə və Avstriya sərhədlərində yerləşən üç: Yuxarı (alm. Obersee‎), Aşağı (alm. Untersee‎) və Reyn hövzələrindən ibarət göl. Boden gölünün yatağı dəniz səviyyəsindən 395 m hündürlükdədir və sahəsi 536 km², uzunluğu 63 km, dərinliyi 254 m-dir. sahilləri təpəlik, lakin cənub şərq hissədə qayalıqdır. Gölün sahəsində bir neçə qoruq mövcuddur. bu göl Reyn çayı üçün həm mənsəb həm də mənbə sayılır. Göl yalnız sərt qışda donur. Bu gölün Almaniya sahilində Konstans və Fridrixhafen , Avstriya sahilində Bregens şəhərləri yerləşir.
Boden gölü
Boden (alm. Bodensee‎) Almaniya, İsveçrə və Avstriya sərhədlərində yerləşən üç: Yuxarı (alm. Obersee‎), Aşağı (alm. Untersee‎) və Reyn hövzələrindən ibarət göl. Boden gölünün yatağı dəniz səviyyəsindən 395 m hündürlükdədir və sahəsi 536 km², uzunluğu 63 km, dərinliyi 254 m-dir. sahilləri təpəlik, lakin cənub şərq hissədə qayalıqdır. Gölün sahəsində bir neçə qoruq mövcuddur. bu göl Reyn çayı üçün həm mənsəb həm də mənbə sayılır. Göl yalnız sərt qışda donur. Bu gölün Almaniya sahilində Konstans və Fridrixhafen , Avstriya sahilində Bregens şəhərləri yerləşir.
Jan Boden
Jan Boden (1530, Anje, Fransa krallığı – 1596[…], Lan, Fransa krallığı) — Fransanın siyasi mütəfəkkiri, hüquqşünas. "Tarixin asan öyrənilməsinin metodu", "Dövlət haqqında altı kitab" adlı əsərlərində o tarixi prosesin gedişini, eyni zamanda müxtəlif coğrafi və iqlim şərtlərində dövlət institutlarının yaranmasını və qurulmasını nəzərdən keçirmişdir. Boden siyasi fikir tarixində ilk dəfə suverenliyi dövlətin ən vacib əlaməti kimi dəyərləndirişdir. Onun iddiasına görə suverenlik, və ya qanunları yaradıb həyata keçirmək hüququ, müəyyən edilmiş şəkildə dövlətə aiddir. Dövlət həm öz ölkəsi daxilində, həm də xarici ölkələrlə münasibətdə ali siyasi hakimiyyətin sahibidir. Suveren hakimiyyətin daşıyıcından yuxarda ancaq allah və təbiətin qanunları vardır. Suverenlik qanunların adil olub-olmamasından deyil, onların gücündən və yaradılması imkanlarından asılıdır. Boden suverenliyin beş fərqli cəhətini ayırırdı. Bunlardan birincisi istisnasız hər təbəə və dövlət idarəsinə ünvanlanmış qanunların çıxarılmasıdır. İkincisi – hərb və sülh məsələlərin həlli.
Ogüst Roden
Ogüst Roden (tam adı: Fransua Ogüst Rene Roden , fr. François-Auguste-René Rodin; 12 noyabr 1840[…], Paris – 17 noyabr 1917[…], Mödon[d]) — fransız heykəltaraş. Roden müasir heykəltaraşlığın əsasını qoyanlardan biri hesab edilsə də, lakin keçmiş ənənələrə qarşı çıxmamışdır. O daima sənəti üzərində çalışsa da, lakin heç vaxt Paris incəsənət məktəbinə qəbul olmamışdır. O mürəkkəb, qabarıq səthə malik unikal heykəltaraşlıq nümunələri yaratmasına baxmayaraq, onun bütün məşhur əsərləri kəskin tənqidlə üzləşmişdir. Buna səbəb işlərinin ənənəvi dekorativ, tematik mövzuda olan heykəltaraşlıq nümunələrinə zidd olması idi. Roden orijinal işlərini yaradarkən ənənəvi mifologiya və alleqoriya mövzularından yararlanmış, insan orqanizminin fərdi xarakteri və fiziki göstəricilərini verməyə çalışmışdır. O, işlərinə qarşı olan mübahisələrə həssas yanaşırdı. Bununla belə, öz üslubunu dəyişməkdən imtina edirdi. Sonrakı işləri hökumət və rəssamlıq cəmiyyəti tərəfdən ona xeyir gətirmişdir.
Dilan O'Brayen
Dylan Rouds O'Brayen (26 avqust 1991, Nyu-York, Nyu-York ştatı) — Amerikalı aktyor və rejissor. MTV serialı "Gənc qurd"daki Stiles rolu ilə tanınır. İlk filmi "High Road"dur. 2012-ci ildə Jon Kasdan rejissorluğunda, Britt Robertson və Victoria Justice ilə birlikdə The First Time filmində baş rolda çəkilmişdir. O'Brien New York mənşəlidir. Atası kamera operatoru, anası keçmiş aktrisadır. 2011 istehsalı olan "Teen Wolf" serialındakı "Stiles" rolunu canlandırıb. Bu rol ilə tanınmış və çox sevilmişdir. Serialdakı aktyorluq bacarığını "The First Time" adlı filmdə də göstərmiş və özünü tanıtmışdır. Ən yaxın dostu "Teen Wolf" serialında tanış olduğu Scott rolundakı Tyler Posey-dir.
Bitches Broken Hearts
"Bitches Broken Hearts" — amerikalı müğənni Billi Aylişin mahnısı. Mahnı Ayliş və prodüserlər Emmit Fenn və Finneas O'Konnell tərəfindən yazılıb. İlk dəfə 10 noyabr 2017-ci ildə SoundCloud üzərindən buraxılıb, sonradan 30 mart 2018-ci ildə sinql kimi bütün platformalar üçün yenidən yayımlanıb. Mahnı "You Should See Me in a Crown" sinqlının 7 düymlük vinil formatında B tərəfi kimi yer alıb. Mahnı həmçinin Aylişin ilk mini-albomu "Don't Smile at Me"nin genişləndirilmiş versiyasında və 2019-cu ildə buraxılmış studiya albomu "When We All Fall Asleep, Where Do We Go?"nun delüks versiyasına daxil edilib.
Aax (Baden-Vürtemberq)
Aax (Baden-Vürtemberq) (alm. Aach‎) — Almaniyanın Baden-Vürtemberq torpağının Hegau inzibati dairəsində şəhər. Sahəsi 10.69 km2, əhalisi 2 161 nəfərdir (2013).
Cəhənnəm qapıları (Roden)
Cəhənnəm qapıları (fr. La Porte de l'Enfer) – Fransız heykəltaraş Ogüst Rodenin italyan şair Dante Aligyerinin poeması "İlahi Komediya"nın ilk hissəsi olan "Cəhənnəm"dən bir səhnəni təsvir edən monumental əsərdir. Heykəlin hündürlüyü 6, eni 4, dərinliyi isə 1 metrdir. Əsərin üzərində 180 fiqur var. Fiqurların tutduğu sahə 15 santimetrdən 1 metrə qədər dəyişir. Onların bir neçəsi Roden tərəfindən qəlibləşdirilib. 1880-ci ildə Roden özünün başlıca sifarişini – məşhur “Cəhənnəm qapıları”nı yaratmaq tapşırığını aldı. Bu həlledici an idi – sifariş sübut edirdi ki, fransız rəsmi dairələri heykəltaraşlıqdakı yaradıcı cəhdlərə o qədər də düşmən deyildir. Bu özünü həmçinin rəssamlıqda da dəfələrlə göstərmişdi. Ona verilən tapşırıq Dantenin “İlahi komediyası” mövzusunda dekorativ həllin dizaynını vermək idi.
Lord Baden-Powell
1857-ci il 22 fevral tarixində Böyük Britaniyanın paytaxtı olan London şəhərində məşhur bir ailədə dünyaya göz açmışdır.Onun babası Robert Stefenson paravozun ixtirası ilə bütün dünyada məşhur olmuş Corc Stefensonun oğludur. O, Oksford Universitetinin professoru, keşiş Baden Pauellin ailəsinin on uşağından sayca səkkizincisi idi. B.P-nin üçyaşı tamam olarkən atası vəfat etmişdir. Əziz uşaqlar və gənclər, əgər siz skaut ədəbiyyatında BP işarəsinə rast gəlsəniz, təəccüblənməyin- bütün dünyada Baden Pauelli nəvazişlə belə adlandırırlar. Baden-Pauell uşaqlıqdan həvəslə yeniliyi öyrənməyə çalışırdı və buna asanlıqla nail olurdu. Kiçik yaşlarından pianino və skripkada ifa etməyi öyrənmiş, aktyor kimi tamaşalarda çıxış edirdi. Uşaqlıq illərinin çox hissəsini kənd yerində keçirdiyi üçün təbiətdə olmağı və açıq havada oyunları çox xoşlayırdı. O, asudə vaxtını hədər yerə sərf etmirdi. İmkan yaranan kimi qardaşları və yaxın dostları ilə birgə yeni macəralar axtarmaq məqsədilə İngiltərənin dəniz sahillərinə və Temza çayı ilə qayıq səyahətlərinə çıxardı. Bu səyahətlərdə onlar çadırlarda gecələyər, ocaqda hazırlanmış yeməklə qidalanardılar.
A Flower's Broken
A Flower's Broken – Sabrina Salernonun çıxardığı albomdur.
A Flower's Broken (albom)
A Flower's Broken – Sabrina Salernonun çıxardığı albomdur.