Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Küləcə
Küləcə — belə qədər düz, ətəyi büzməli olan qadın üst geyimi.Yaxası açıq olan küləcənin uzunluğu dizə qədər, qolu isə dirsəkdən aşağı olur. Küləcə əsasən, məxmər və tirmədən tikilir. Yaxasına, bel kəsiyinə, ətəyinə və qollarının ağzına çox vaxt güləbətin, muncuq, pilək və məlilə ilə tikmə tikilir. Azərbaycanlı qadının geydiyi tumanın uzunluğu, Naxçıvan—Ordubad zonasından başqa, topuğa qədər olur. Naxçıvan—Ordubad zonasında qadınlar nisbətən qısa tuman geyirlər. Tuman 10–12 taxta müxtəlif naxışlı ipək və ya yun parçalardan tikilir. Üst tumandan başqa onun altından geyilən tumanlara ara tumanı və alt tumanı deyilir. Tumanlar büzməli yaxud qırçınlı olub lifəsinə tumanbağı keçirilir. Keçi sapından toxunmuş tumanbağının iki baş tərəflərində rəngli ipək və güləbətin saplardan hazırlanmış qotazları olur. Tumanlar çitdən tutmuş tirməyə qədər hər cür parçadan tikilir.
Yuri Bulıçev
1982-ci il oktyabrın 12-də anadan olan ukraynalı orta xətt oyunçusu karyerasına Xarkov "Arsenal"ında başlayıb. Ardından şəhərin 1 nömrəli komandası "Metallist"ə keçən Yuri burada iki mövsüm forma geyindikdən sonra Roman Pokoranın rəhbərlik etdiyi "Aleksandriya" ilə müqavilə bağlayıb. 2006-cı ilin sonlarında məşqçisinin dəvəti ilə "Simurq"a gələn Bulıçev Zaqatalada şanssızlıqla üzləşib və ağır zədə alaraq, bir müddət futboldan kənarda qaldığından "Simurq"dan ayrılıb. 2008/2009 mövsümündə isə formasını bərpa edərək "Aleksandriya"ya qayıdıb, oradan isə Ukrayna yüksək liqa təmsilçisi "Krivbass"a transfer olunub. Futbolçu qarşıdakı 1 il ərzində – 2009/2010 mövsümündə yenidən "Simurq"un şərəfini qoruyacaq.
Bülcəg (Maku)
Bülcəg (fars. بلجك‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Maku şəhristanının Poldəşt bölgəsinin Sarı Subasar kəndistanında, Poldəşt qəsəbəsindən 36 km cənub-qərbdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 281 nəfər yaşayır (57 ailə).
Corc Albert Bulencer
Corc Albert Bulencer (ing. George Albert Boulenger; 19 oktyabr 1858 – 23 noyabr 1937) – Belçika-Britaniya zooloqu və ixtioloqu. == Bulencerin təsnif etdiyi taksonlar == Suda-quruda yaşayanlarAllobates femoralis 1884 Allobates kingsburyi 1918 Allobates ranoides 1918 Allobates trilineatus 1884 Ansonia muelleri 1887 Aromobates alboguttatus 1903 Arthroleptis spinalis 1919 Arthroleptis taeniatus 1906 Arthroleptis xenochirus 1905 Arthroleptis xenodactylus 1909 Astylosternus batesi 1900 Atelopus elegans 1882 Atelopus erythropus 1903 Atelopus oxyrhynchus 1903 Atelopus pulcher 1882 Atelopus spurrelli 1914 Atelopus tricolor 1902 Bombina maxima 1905 Bombina orientalis 1890 Breviceps macrops 1907 Bufo blanfordii 1882 Bufo dodsoni 1895 Bufo gracilipes 1899 Bufo latifrons 1900 Bufo lemairii 1901 Bufo luetkenii 1891 Bufo microtympanum 1882 Bufo parietalis 1882 Bufo superciliaris 1888 Bufo vittatus 1906 Cardioglossa elegans 1906 Cardioglossa escalerae 1903 Cardioglossa gracilis 1900 Cardioglossa leucomystax 1903 Ischnocnema ramagii 1888 Leptodactylodon albiventris Leptodactylodon ventrimarmoratus Leptopelis brevipes 1906 Leptopelis calcaratus 1906 Leptopelis christyi 1912 Leptopelis gramineus 1898 Leptopelis millsoni 1895 Leptopelis ragazzii 1896 Leptopelis vannutellii 1898 Leptopelis vermiculatus 1909 Mannophryne collaris 1912 Nyctibates corrugatus 1904 Scotobleps gabonicus 1900 Trichobatrachus robustusBalıqlarToxotes blythii 1892SürünənlərCuora yunnanensis 1906 Homopus femoralis 1888 Indotestudo travancorica 1907 Lamprophis fiskii 1887 Lamprophis fuscus 1893 Psammobates tentorius trimeni 1886 Terrapene carolina yucatana 1895 == Seçilmiş əsərləri == 1894 Catalogue of the Snakes in the British Museum (Natural History) . Volume II. British Museum of Natural History London 1895 Catalogue of the Perciform Fishes in the British Museum. Centrachidae, Percidae and Serranideae. British Museum of Natural History London 1896 Catalogue of the Snakes in the British Museum (Natural History). Volume III. British Museum of Natural History London 1897 The Tailless Batrachians of Europe . Parts I & II. The Ray Society London 1903 Batraciens de la Guinee Espagnoles. Madrid 1905 A contribution to our knowledge of the varieties of the wall-lizard (Lacerta muralis) in Western Europe and North Africa. Transactions of the Zoological Society of London London 1910 Les batraciens et principalement ceux d'Europe.