KÜLƏCƏ

is. köhn. Boynuna, ətəyinə, yaxasına və qol yerlərinin kənarına xəz və s. tikilmiş qolsuz üst geyimi; kürdü.
[Ağa Mərdan:] Səbr elə, bir tirmə küləcəmi geyim, mahud cübbəmi bürünüm. M.F.Axundzadə.
Əynində atlaz küləcə; Üstündə baftası qəşəng. Aşıq Ələsgər.
[Kənd qızları] yeridikcə köynəklərinin ətəklərinə, küləcələrinin yaxalarına tikdikləri sarmalar, gümüş pullar səslənirdi. Ə.Abasov.

KÜLƏ
KÜLƏÇALAN
OBASTAN VİKİ
Küləcə
Küləcə — belə qədər düz, ətəyi büzməli olan qadın üst geyimi.Yaxası açıq olan küləcənin uzunluğu dizə qədər, qolu isə dirsəkdən aşağı olur. Küləcə əsasən, məxmər və tirmədən tikilir. Yaxasına, bel kəsiyinə, ətəyinə və qollarının ağzına çox vaxt güləbətin, muncuq, pilək və məlilə ilə tikmə tikilir. Azərbaycanlı qadının geydiyi tumanın uzunluğu, Naxçıvan—Ordubad zonasından başqa, topuğa qədər olur. Naxçıvan—Ordubad zonasında qadınlar nisbətən qısa tuman geyirlər. Tuman 10–12 taxta müxtəlif naxışlı ipək və ya yun parçalardan tikilir. Üst tumandan başqa onun altından geyilən tumanlara ara tumanı və alt tumanı deyilir. Tumanlar büzməli yaxud qırçınlı olub lifəsinə tumanbağı keçirilir. Keçi sapından toxunmuş tumanbağının iki baş tərəflərində rəngli ipək və güləbətin saplardan hazırlanmış qotazları olur. Tumanlar çitdən tutmuş tirməyə qədər hər cür parçadan tikilir.

Digər lüğətlərdə

атрофи́я го́рдо деви́чествовать дуго́й иллюстрацио́нность кашта́нчик ма́зать ма́ксвелл подпя́тник спая́ть трещо́тки тяжелобольна́я уволочи́ться залеси́ть corresponding dinner-wagon glossematics heterophemy lumpen overfeed quinol splash guard предчувствовать симпозиум стричь