Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bulama
Bulama — "bulanmaq" sözündən olub, təzə doğan sağmal heyvanların 2-3 gündən sonrakı bir neçə gün ərzində sağılan südüdür. Bulama sözünə Azərbaycan Şifahi Xalq Ədəbiyyatında daha tez-tez rast gəlinir; Heyvanın bala verməsinin 2-3-cü günündən sonra təxminən 4-5 gün ərzində sağılan südündən alınır. Bulama ağuz südündən sonra olan süd məhsuludur. bulama ağuzdan duru, süddən bir qədər qatı olmaqla yanaşı açıq sarımtıl rəngdə olur. Bulamanı bişirərkən qab od üzərinə qoyulduğu andan bişənə qədər oxlovla bulanır (qarışdırılır). Belə edilməsə bulama çürüyər. Elə bu səbəbdən də bu süd məhsulu bulama adlanır və o kətəməz kimi bərkimir. Bulama bişirilərkən ona duz atılmır. Uşaqlar üçün hazırlandıqda azca (zövqə uyğun) şəkər tozu əlavə edilir. Bulamanı süni yolla da hazırlamaq olar.
Bulamac (Xoy)
Bulamac (fars. بولاماج‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 399 nəfər yaşayır (97 ailə). Əhalisini azərbaycanlılar təşkil edir.
Bolaşak
Bolaşak — Qazaxıstandan yüksək nəticə göstərən tələbələrə xaricdə təhsil almaq üçün ödənilən bütün xərclər, məzun olduqdan sonra ən azı beş il işləmək üçün Qazaxıstana qayıtmaq şərti ilə verilən təqaüddür. 1993-cü ildə tətbiq edildiyi vaxtdan bəri 10 mindən çox tələbə təqaüd qazandı. Bu tələbələrin əksəriyyəti ABŞ-yə, eyni zamanda dünyanın başqa yerlərində təhsil almaq üçün səyahət edirlər == Təsviri == "Bolaşak" sözü azərbaycan dilində "Gələcək" olaraq tərcümə olunur. Bu, Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayev tərəfindən 1993-cü ildə təsis edilmişdir. Slate köşə yazarı Yoşua Kucera yazır ki, Prezident Nazarbayev "Qazaxıstan gəncliyini qərb, demokratik dəyərlərlə aşılamaq üçün bir yol kimi təklif etdi." Kucera məqaləsində etiraf edir, lakin , yeni ideyaları və qərb dəyərlərini öyrənmək üçün xaricə göndərildikləri halda, çox vaxt müsbət dəyişiklikləri həyata keçirmək səlahiyyətləri verilmir. Bolaşak məzunlarının çoxu Qazaxıstandakı dövlət və özəl təşkilatlarda əsas vəzifələr tutur. == Tarixi == 1994-cü ildən 2004-cü ilə qədər 785 tələbə Bolaşak təqaüdü aldı. 2017-ci ildə daha 12.046 təqaüd verildi, bu da 2018-ci ilə qədər 12.831 təqaüd təşkil etmişdir. 2005-ci ildə "Bolaşak" proqramına müraciət edənlərin ümumi sayı 6,698 olaraq qeyd edildi. 2004-cü illə müqayisədə müraciət edənlərin sayı 45% artmışdır.
Bulamacı
Bulamacı (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. Bulamacı (Zəncan) — İranın Zəncan ostanının Zəncan şəhristanı ərazisinə daxil olan kənd.
Ulama
Yulaman (Avurğazı)
Yulaman (başq. Юламан, rus. Юламаново) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Talbazı kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 4 km, ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 34 km. 1993—2008-ci illərdə keçmik Yulaman kənd şurasının mərkəzi olmuşdur. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (96%) üstünlük təşkil edir. Aleksandr Sergeyeviç Savelyev-Sas (26 sentyabr 1932) — çuvaş çairi və yazıçısı.
Bulamacı (Xudabəndə)
Bulamacı (fars. بولاماجي‎) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 755 nəfər yaşayır (197 ailə).
Bulamacı (Zəncan)
Bulamacı (fars. بولاماجی‎) - İranın Zəncan ostanının Zəncan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Bəzi mənbələrə görə kəndin əhalisi 1000-ə yaxındır və 200-250 ailənin olduğu təxmin edilir.
Bulyak (Baltas)
Bulyak (rus. Буляк, başq. Бүләк) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Nijnekarışev kənd şurasının tərkibindədir. 2010-cu ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndin əhalisi 20 nəfərdir. == Coğrafi mövqe == Kənd, rayon mərkəzindən 26 kilometr, ən yaxın dəmiryolu stansiyasından isə 95 kilometr uzaqlıqdadır. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (53%) tatarlar (44%) üstünlük təşkil edir.
Dəhən-i Qulaman
Dəhən-i Qulaman — İranın şərqində yerləşən Əhəməni yaşayış mərkəzi və arxeoloji ərazisinə verilən müasir ad. Drangiana satraplığının paytaxtı Zranka/Zarin kimi müəyyən edilmişdir. == Coğrafiyası == Dəhən-i Qulaman (hərf. "Qulların qapısı") kimi tanınan arxeoloji sahə təxminən müasir Zabul şəhərindən 30 km cənub-şərqdə, İran–Əfqanıstan sərhədindəki ən yaxın nöqtədən təxminən 8,5 km məsafədə olan müasir Çanimə su anbarlarından ikisini ayıran ərazidə yerləşir. == İstinadlar == == Əlavə ədəbiyyat == Gnoli, G., "Dahan-e Ḡolāmān," in Encyclopaedia Iranica, vol. 6 (1993), 582–585. Mohammadkhani, K., "Une nouvelle construction monumentale achéménide à Dahaneh-e Gholaman, Sistan, Iran," Arta (2012.1) 1–18. Scerrato, U., "Excavations at Dahaneh-e Gholaman (Sistan-Iran), First Preliminary Report (1962–1963)," East and West, n.s. 16 (1966) 9–30. Schmitt, R., "Drangiana," in Encyclopaedia Iranica, vol. 7 (1995) 534–537.
Bulak xan
Bulak xan (1360 – 1380 və ya 1379) — Qızıl orda xanı. 20 yaşında Mamay xan tərəfindən taxta çıxmış. Dəfələrlə Qiyasəddin Xaqanbəy xan və Urus xan tərəfindən devrilsə də yenə taxta qayıtmışdır. Sonuncu dəfə isə Qiyasəddin Xaqanbəy xan tərəfindən devrilmişdi.
Bulak İyesi
Urta-Bulak
Urta-Bulak — Özbəkistan ərazisində təbii qaz yatağı. SSRİ dövründə aktiv surətdə istismar edilib. 1963-cü ildə Urta-Bulak yatağında təbii qaz partlayışı baş vermiş, alovu üç il (1064 gün) söndürmək mümkün olmamışdır.
Qulaman (Raz və Cərgəlan)
Qulaman- İranın Şimali Xorasan ostanının Raz və Cərgəlan şəhristanının Qulaman bəxşində şəhər. 2016-cı ilin məlumatına görə şəhərdə 2,867 nəfər yaşayır (860 ailə). Əhalisi Xorasan türklərindən ibarətdir və Xorasan-türk dilində danışırlar.
Köhnə əndəmic (Gülaman)
Köhnə əndəmic (Gülaman) — Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Yuxarı Əndəmic kəndindən qərbdə arxeoli abidə. == Tarixi == Divar qalıqlarına əsasən demək olar ki. evlərin tikintisində daş və möhrədən. bəzi evlərdə kvadrat formalı çiy kərpicdən istifadə edilmişdir. Evlər dördkünc formalıdır. Onlar bir, iki, bəzən isə üç otaqlıdır. Yaşayış binaları dağın yamacında yaradılan səkilərdə inşa olunmuşdur. Tədqiqat zamanı Son Orta əsrlərə aid şirli və şirsiz keramika məmulatına rast gəlinmişdir. Araşdırmalara əsasən demək olar ki, yaşayış yerində XIV-XVIII əsrlərdə yaşayış olmuşdur.