Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Burunqot
Burunqot — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında kənd adı. == Toponim == Burunqot - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indiki Ermənistanın Sisyan rayonunda) kənd adı. XIX əsrin sonlarından sonra mənbələrdə adı çəkilmir. Azərbaycan dilindəki burun (dağ burnu) və qot (qut) sözlərindən ibarətdir. Türk dillərində qut «qala» ya da monqolca xot «düşərgə», «dayanacaq» sözlərindəndir. Toponimin «qut» komponenti Azərbaycanda və Ermənistanda çoxlu coğrafi adlarda əksini tapmışdır. Dağlıq Qarabağda Ataqut (1727-ci ildən məlumdur), Kürdəmir r-nunda Ataqut, Ağdərə r-nunda Tuq-Kot (ermənilər 1828-ci ildə orada yerləşdikdən sonra Txkot) və Xoşaqut kəndləri vardır. Orta əsrlərdə Şərqi Anadoluda Xut əyalətinin (onun adı ilə Laçın rayonunda Xut-Zabuq kəndi vardır) adı da bu sıraya aiddir.
Burunlu
Burunlu (Zərdab) — Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Burunlu — Zəngilan rayonununda kənd.
Burunlu (Zəngəzur)
Burunlu - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan r-nunda) kənd adı. 1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır. Toponim yerin coğrafi quruluşu, (orada dağ burnunun olması) ilə əlaqədardır.
Burunlu (Zərdab)
Burunlu — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd.
Burunlu kəpənəkçiçək
Burunlu kəpənəkçiçək (lat. Aconitum nasutum) — qaymaqçiçəyikimilər fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir – EN A2c+3c. Qafqazın endemik növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kök yumrusu dəyirmidir. Gövdəsi 1 m-ə qədər hündürlükdədir. Yarpaqları çılpaq, kənarları xırda kirpikli, barmaqvari-5 yerə bölünmüşdür. Çiçək qrupu boş, bəsit və ya budaqlanan salxımlarda toplanmışdır. Qalpağı hündür, 1-2,5 sm hündürlükdə, aşağıya doğru əyilmiş buruncuqlu; çiçəkyanlığının yan hissələri dairəvidir.
Burunlu meymun
Uzunburun meymun, və ya Kахаu (lat. Nasalis larvatus) — Əntərmeymunlar fəsiləsinin Nazik bədən meymunlar yarımfəsiləsinə aid növ. Kalimantan adası ərazisindəki meşələrdə yaşayırlar. == Xariçi görünüşü == Uzunburun meymunları digər meymunlardan fərqləndirən əsas xüsusiyyət onların uzun burunlarıdır. Burunları xiyara bənzəyir, bu xüsusiyyət ancaq erkəklərə məxsusdur. Burnun yuxarı hissəsi sarı-qəhvəyi, aşağı hissəsi isə ağ xəzlə örtülü olur. Ayaqları, əlləri və quyruğu boz, tüksüz üzü isə qırmızı olur. Burnuları 66-75 sm olur. Quyruğu uzun olur. Erkəklər 16-22 kq arası çəkiyə malik olurlar.
Burunlu (şişovurd) eliya
Burunlu (şişovurd) eliya (lat. Aelia rostrata) — Buğumayaqlılar tipinin Yarımsərtqanadlılar və ya Taxtabitilər dəstəsinə aid olan növ. == Xarici quruluşu == Bu növün başı qabaqdan aşağıya doğru az əyilmişdir. Xortum lövhəciklərinin kəsmə qabağının ön təpəsində üçbucaq şəklində iti dişlər vardır. Başına skul lövhəcikləri üzlükdən qabaq tərəfdə ensizdir. Rəngi bozumtul – sarı və bəzən açıq sarıdır. Uzunluğu 10–12 mm-dir. == Həyat tərzi == Bunlara qışda ziyankar bağacığın qışlama yerlərində daha çox təsadüf olunur. Kütləvi çoxalması müşahidə edilməmişdir. Qidalanan dövürdə əksəriyyətlə sünbüllər üzərində təsadüf olunur.