Burunqot — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında kənd adı.[1]
Tarixi Yelizavetpol (Gəncə) quberniyası əraziləri | |
Burunqot | |
---|---|
Burunqot - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indiki Ermənistanın Sisyan rayonunda) kənd adı. XIX əsrin sonlarından sonra mənbələrdə adı çəkilmir. Azərbaycan dilindəki burun (dağ burnu) və qot (qut) sözlərindən ibarətdir. Türk dillərində qut «qala» ya da monqolca xot «düşərgə», «dayanacaq» sözlərindəndir. Toponimin «qut» komponenti Azərbaycanda və Ermənistanda çoxlu coğrafi adlarda əksini tapmışdır. Dağlıq Qarabağda Ataqut (1727-ci ildən məlumdur), Kürdəmir r-nunda Ataqut, Ağdərə r-nunda Tuq-Kot (ermənilər 1828-ci ildə orada yerləşdikdən sonra Txkot) və Xoşaqut kəndləri vardır. Orta əsrlərdə Şərqi Anadoluda Xut əyalətinin (onun adı ilə Laçın rayonunda Xut-Zabuq kəndi vardır) adı da bu sıraya aiddir.[2]