Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cığalı təcnis
Cığalı təcnis – qoşma qəlibi üzərində yaradılan, lakin hər bəndin ikinci misrasından sonraya cığa kimi cinas bayatı əlavə olunan təcnis növü. Cığalı təcnis aşıq poeziyasının mürəkkəb və son dərəcə melodik şəkillərindən biridir. Təcnisin ilk iki misarasından sonra çığa gəlir. "Cığa" burada yaraşıq, bəzək mənasında işlədilir. Cığalı təcnisin uyğun bəndindəki ilk iki misra hansı cinasın üzərində qurulursa, oraya daxil edilən cığa-bayatı da həmin cinas üstündə olmalıdır. Cığa vəzifəsi yerinə yetirən cinas bayatı arasına daxil olduğu təcnis bəndinin məzmunu ilə yaxından səsləşməli, oradakı poetik qənaəti daha da qüvvətləndirməlidir. Cığa-bayatının qafiyələri də təcnisin qafiyələri kimi cinas olur. Əsas mətnlə cığa arasında qafiyə fərqi olsa da, məna, məzmun baxımından onlar bir-birini davam etdirir və tamamlayırlar. Bir sıra hallarda təcnislə cığanın qafiyələri də eyni olur. Məsələn: Azərbaycan aşıqları arasında cığalı təcnislərə daha çox Aşıq Alının, Aşıq Ələsgərin, Həsən Xəyallının, Sərraf Şiruyənin yaradıcılığında rast gəlinir.
Qazan xan (Cığataylı)
Qazan xan(?—1347)—(1342—1346)-cı illərdə Cığatay xanlığının hökmdarı. == Həyatı == Qazan xan Yasavurun (?-1320) oğludur. Türkmənlər tərəfindən dəstəklənirdi. Qazan xan 1342-ci ildə Məhəmməd Poladın ölümündən sonra Cığatay xanlığının başına keçdi.Paytaxtı Qarşı şəhərinə daşıdı. Qazan xan 1346-cı ildə Türkmən əmiri Qazaqan tərəfindən döyüşdə öldürüldü. Qazan xanın Saraymülk xanım adlı qızı vardı. == Ədəbiyyat == Бартольд В. В., Сочинения. т.2 часть 1. М., 1963 Шараф ад-Дин Йазди.
Çinarlı
Qəsəbələr Çinarlı (Şəmkir) — Şəmkir rayonunda qəsəbə. Kəndlər Çinarlı (Biləsuvar) — Biləsuvar rayonunda kənd. Çinarlı (Xocavənd) — Xocavənd rayonunda kənd Çinarlı (Qax) — Qax rayonunda kənd. Çinarlı — Tiflis quberniyasının Borçalı qəzasında, indi Şəmşəddin rayonunda kənd.
Qaralı
Yaşayış məntəqələri Azərbaycanda Qaralı (Sabirabad) — Sabirabad rayonunda kənd. Oxşar toponimlər Birinci Qaralı — Neftçala rayonunda kənd. İkinci Qaralı — Neftçala rayonunda kənd. İranda Qaralı (Bukan) — Qaralı (Meşkinşəhr) — == Həmçinin bax == Qaralılar — Beyləqan rayonunda kənd.
Aleksandr Çaqareli
Aleksandr Antoniviç Çaqareli (1844—1929) — Gürcü yazıçısı və filoloqu və ali təhsilli müəllimi. == Həyatı == 1844-cü ildə keşiş ailəsində anadan olub. Mənşəyinə görə gürcüdür. 1865-ci ildə Tiflis Ruhani Seminariyasını bitirdikdən sonra Birinci Tiflis Kişi Gimnaziyasının son VII sinfinə daxil oldu. 1866-cı ildən iki il Sankt -Peterburq Universitetinin Tarix və Filologiya fakültəsində mühazirələrə qatıldı. Sonra Çaqareli ağır xəstələndi və həkimlər ona paytaxtı tərk etməyi tövsiyə etdilər. Təhsilini 1868-ci ilin payızında Münhen Universitetinin Fəlsəfə Fakültəsinin Filologiya Bölməsində davam etdirdi. 1869-cu ilin yazında Tübingen Universitetinə keçdi, burada filologiyadan əlavə professor Rotun rəhbərliyi altında şərq dillərini- erməni, ərəb, fars və ən sıx şəkildə Sanskrit dilini öyrəndi. 1870-ci ildən əvvəlki fənlərə (Zaxau və Müllerdən) türk və gürcü dillərinin əlavə olunduğu Vyana Universitetində oxudu. 1871-ci ildə Rusiyaya qayıdaraq Sankt-Peterburq Universitetinin Şərq Dilləri fakültəsinin gürcü-erməni kateqoriyasında imtahan verdi və "Tarix və şeirdə Amazonlar" tezisini təqdim edərək elmlər namizədi alimlik dərəcəsi aldı.
Evklides (Meqaralı)
Meqaralı Evklides (yun. Εὐκλείδης ὁ Μεγαρεύς, m. ö. 450 – 360) — qədim yunan filosofu, Sokratın öyrəncisi, Meqara məktəbinin yaradıcısı. Diogenes Laertiusa görə, Aristippus üç hissədən ibarət olan “Liviyanın tarixi” və bir çox dialoqların müəllifi olmuşdur. Evklides zamanımıza çatmayan dialoqların yazarı olmuşdur. Onun çoxlu tələbələri var idi. == Fəlsəfəsi == Euklides hesab edirdi ki, dünyada yalnız Xeyir vardır, ona Həqiqət, Ağıl, Tanrı da deyilir. İnsan həyatının ən yüksək məqsədi onu dərk etməkdir. Dünyadakı bütün başqa şeylər və olaylar əslində yoxdur, onların var olması aldadıcıdır.
Çinarlı (Biləsuvar)
Çinarlı (əvvəlki adı: Novoqrajdanovka) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Çinarlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Biləsuvar rayonunun Kirovka kənd Sovetindəki Novoqrajdanovka kəndi Çinarlı kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Biləsuvar rayonunun Çinarlı kəndi Kirovka kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Çinarlı kənd Soveti yaradılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi XIX əsrin sonlarında Rusiyanın mərkəzi quberniyalarından köçürülmüş rus ailələrinin məskunlaşması nəticəsində yaranmışdır. Kənd əvvəllər Velikoknyazevka, bir qədər sonra Novoqrajdanovka adlandırılmışdır. Ərazisindəki çinar ağaclarının çoxluğuna görə 1991-ci ildən Çinarlı adı rəsmiləşdirilmişdir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Muğan düzündə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə Çinarlı kənd kitabxana filialı və Çinarlı Poçt Şöbəsi (AZ1314) fəaliyyət göstərir. == Təhsil == Kənddə Çinarlı kənd tam orta məktəbi fəaliyyət göstərir.
Çinarlı (Qax)
Çinarlı — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. Çinarlı kəndi Fıstıqlı, Süskənd və Qum kəndləri ilə birlikdə Qum kənd ərazi dairəsini əmələ gətirir. Bu inzibati ərazi vahidi Qum bələdiyyəsi tərəfindən idarə edilir. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Qax rayonunun Qum i.ə.v.-də kənd. Baş Qafqaz silsiləsinin yamacındadır. Yaşayış məntəqəsi XVII əsrdə Dağıstanın Saxur mahalından köçüb gəlmiş əhalinin Çinarlı adlanan yerdə məskunlaşması nəticəsində yaranmış və salındığı ərazinin adı ilə adlandırılmışdır; == Əhalisi == Kənd əhalisi əsasən etnik saxurlardan ibarətdir və saxur dilində danışır. 13-22 aprel 2009-cu il Azərbaycan əhali siyahıyaalınmasına əsasən Qum kənd ərazi dairəsinə daxil olan yaşayış məntəqələrində 2881 nəfər (1422 nəfəri kişilər, 1459 nəfəri qadınlar) əhali yaşayırdı. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən Çinarlı kəndində 128 təsərrüfatda hər iki cinsdən toplam 398 nəfər əhali yaşamaqdadır.
Çinarlı (Qəzvin)
Çinarlı (fars. چنارلو‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə neçə nəfərin yaşaması naməlumdur.
Çinarlı (Xocavənd)
Çinarlı (əvvəlki adı: Vəng) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Hadrut qəsəbə inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 oktyabr 2020-ci il tarixli, 190-VIQ saylı Qərarı ilə Xocavənd rayonunun Hadrut qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Vəng kəndi Çinarlı kəndi adlandırılmışdır. 1992-ci ildən 20 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Çinarlı kəndi 20 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == == Tarixi == === Tarixi abidələri === Çinarlı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Çinarlı (Şəmkir)
Çinarlı (əvvəlki adları: Yelenendorf (1888-1931); Georgiyevsk (1931-1941); Leninfeld (1941–1962); Lenin (1962–29 dekabr 1992) — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati-ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Şəmkir rayonunun Lenin qəsəbəsi Çinarlı qəsəbəsi adlandırılmışdır. == Tarixi == Yaşayış məntəqəsini 1888-ci ildə Yelenendorf kolonistlərindən 80 ailə tərəfindən qurulub və onu hersoq George Alexandrovich Romanovun şərəfinə Georgsfeld adlandırıblar. 1917-ci ilə qədər Yelisavetpol quberniyasının, Yelisavetpol qəzasının, Georgsfeld (Georgiyevsk) volostunun tərkibində olmuşdur. Quberniya hakimiyyətinin 9 fevral 1916-cı il tarixli fərmanı ilə Rusiya ilə Almaniya arasında gedən müharibəni nəzərə alaraq 1932-ci ildə Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin qərarı ilə Georgsfeld kəndinin adı dəyişdirilərək Leninfeld adlandırıldı. 1942-ci ildə burada yaşayan almanlar İkinci dünya müharibəsi zamanı məcburi olaraq başqa yerlərə köçürülmüş və 1947–49-cu illərdə Ermənistandan zorla qovulmuş Azərbaycanlı ailələr burada yerləşdirilmışdır. Almanlar çıxarıldığı tarixdən 1962-ci ilə kimi kənd Leninkənd, 1962-ci ildə isə qəsəbə statusu verildikdən sonra Lenin adlandırıldı. 1992-ci ildən Çinarlı adı ilə rəsmiləşdirilmişdir. Rəmzi məna daşıdığı güman edilir. Şəmkir çayının kənarında yerləşən bu qəsəbədə bəzi qədim qalaların da qalıqları mövcuddur.
Çinarlı bələdiyyəsi
Çinarlı bələdiyyəsi (Biləsuvar) — Biləsuvar rayonunda bələdiyyə. Çinarlı bələdiyyəsi (Qax) — Qax rayonunda bələdiyyə. Çinarlı bələdiyyəsi (Şəmkir) — Şəmkir rayonunda bələdiyyə.
Birinci Qaralı
Birinci Qaralı — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kəndin adı əvvəllər Qaralı olmuşdur. Sonralar İkinci Qaralı kəndi yarandıqdan sonra Birinci Qaralı adlandırılmışdır (1917). Etnotoponimdir. == Coğrafiyası və iqlimi == Kənd Salyan düzündə yerləşir. == Din == Kənddə "İmam Əli" məscidi dini icması fəaliyyət göstərir.
Qaralı (Bukan)
Qaralı (fars. قرالي‎) — İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 192 nəfər yaşayır (35 ailə).
Qaralı (Meşkinşəhr)
Qaralı (fars. قره لو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 228 nəfər yaşayır (47 ailə).
Qaralı (Sabirabad)
Qaralı — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Qaralı oyk., sadə. Sabirabad r-nunun Surra i.ə.v.-də kənd. Kürün sahilində, Şirvan düzündədir. Ehtimal olunur ki, yaşayış məntəqəsini Qəzvin mahalından köçüb gələnlər salmışlar. Kənd XIX əsrdə Birinci Qaralı Qəzvinli adlanırdı. Xalq arasında Qaralu kimi də işlənir. Oykonim “Qaralı nəslinə mənsub yaşayış yeri” mənasındadır.
Çığalı (Məlikan)
Çığalı (fars. چغالو‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 485 nəfər yaşayır (115 ailə).
İkinci Qaralı
İkinci Qaralı — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Yaşayış məntəqəsi rayonun ərazisində məskunlaşmış qaralı tayfasının saldığı kəndlərdən biridir. == Coğrafiyası və iqlimi == Kənd Cənub-Şərqi Şirvan düzündədir.
Çinarlı bələdiyyəsi (Biləsuvar)
Biləsuvar bələdiyyələri — Biləsuvar rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Çinarlı bələdiyyəsi (Qax)
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Çinarlı bələdiyyəsi (Şəmkir)
Şəmkir bələdiyyələri — Şəmkir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarix == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Yeni Azərbaycan Partiyası == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Gitaralı qız (film, 1958)
Gitaralı qız — rejissor Aleksandr Faynsimmerin 1958-ci ildə "Mosfilm" kinostudiyasında çəkdiyi sovet bədii filmi. == Məzmunu == Musiqili mağazanın ən yaxşı satıcılarından olan Tanya Fyodosova (Lüdmila Qurçenko) aktrisa olmağı arzulayır, lakin həmişə çoxlu alıcıları olur. Lakin, o qiymətli işçiləri itirməkdən qorxduğu üçün direktoru acıqlandırır. O, Tanyanın karyerasına qarışmaq, aktrisa olmasına mane olmağa çalışır. Lakin, qızla tanış olan gənc bəstəkar ona arzsunun həyata keçməsinə kömək edir. == Film haqqında == Moskvadakı Beynəlxalq gənclər və tələbələr festivalına həsr olunmuş ilk filmdir. Film görkəmli aktyor, SSRİ xalq artisti Yuri Nikulinin kinoda ilk işidir.
Çonqaralı-i Pul (Urmiya)
Çonqaralı-i Pul (fars. ‎‎چنقرالوي پل‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.637 nəfər yaşayır (436 ailə).
Çonqaralı-i Yekan (Urmiya)
Çonqaralı-i Yekan (fars. ‎چنقرالوی یکان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.403 nəfər yaşayır (428 ailə).
Qonaq-Qaralı Ev (1992)
== Məzmun == Kinolentdə "Moskva" mehmanxanasında aparılan yenidənqurma işlərindən söhbət gedir. == Film haqqında == Film "Moskva" mehmanxanasının sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Akif Rüstəmov Ssenari müəllifi: Akif Rüstəmov Operator: Ələkbər Muradov Səs operatoru: Marat İsgəndərov == Sponsor == "Moskva" mehmanxanası == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 321.