ZƏRRƏBİN

is. [ ər. zərrə və fars. …bin] Böyüdücü şüşə (ən xırda şeyləri böyük göstərən şüşə); mikroskop.
…Bir daşın qəlbində gizlənən brilyantı zərrəbin vasitəsilə görmək mümkündür. M.S.Ordubadi.
Bu, zərrəbinlə oxunacaq dərəcədə xırda, zərif bir xətt ilə cığara kağızına yazılmış bir məktub idi. M.Rzaquluzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ZƏRRƏBİN zərrəbin bax mikroskop, lupa

Etimologiya

  • ZƏRRƏBİN Zərrə ərəbcədir, bin isə farsca didən (görmək) feilinin qrammatik əsasıdır, “kiçiyi (zərrəni) göstərən” deməkdir
ZƏRRƏ-ZƏRRƏ
ZƏRRƏCƏ

Digər lüğətlərdə