Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cırcırama
Sisəklər (lat. Gryllidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin düzqanadlılar dəstəsinə aid heyvan fəsiləsi. == Ümumi məlumat == Sisəklər orta və ya iri ölçülü cücülər olub, bədəni nisbətən yastılaşmışdır. Pəncələri üç buğumludur. Qanadlı formalarla yanaşı, qanadsız formaları da olur. Erkək fərdlərin qanadüstlüyündə iri cırıldama orqanı vardır. Dişi fərdlərdə nizəşəkilli, uzun yumurtaqoyan vardır. Adətən gecə həyat tərzi keçirirlər. Əksər hallarda torpağın səthində, qisməndə ağac və kolluqlarda yaşayırlar. Əsas nümayəndələri çöl sisəyi (Melanogryllus desertus (Pallas, 1771)), tarla sisəyi (Gryllus campestris Linnaeus, 1758), ev sisəyi (Acheta domesticus (Linnaeus, 1758)) və s.
Cırcıramakimilər
Cırcıramakimilər (lat. Cicadinea) — buğumayaqlılar tipinin həşəratlar sinfinin bərabərqanadlılar dəstəsinə aid olan yarımdəstə. == Xarici quruluşu == Cırcıramakimilər kiçik və iri ölçülü (3 65 mm.) həşəratdır. Qısa 3 buğumlu bığcığı, mürəkkəb gözləri və 2-3 gözcüyü vardır. Dal ayaqları tullanıcı tipdədir. Pəncələri 3 buğumludur. Qanadları uzununa və eninə damarlanmaya malikdir. Qarın 10 buğumludur. Dişilərdə yumurtaqoyan vardır. İri növlərin erkək fərdləri ucadan cırıldayır.
Çırçıra (Çaroymaq)
Çırçıra (fars. چرچرا‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 122 nəfər yaşayır (17 ailə).