CIRCIRAMA

is. zool. Əlvan qanadları uçarkən cır-cır səsi verən uzungövdəli cücü.
Cırcırama yaz, bahar; Nəğmə oxur biqərar. A.Səhhət.
Xoş sükut içində yalnız cırcıramaların aramsız, yeknəsəq səsi eşidilirdi. İ.Əfəndiyev.

□ Yayın cırcıramasında – yayın ən isti çağında.
[Çiçək:] Bilmirəm yayın cırcıramasında bu nə kurs idi? B.Bayramov.

Etimologiya

  • CIRCIRAMA Bəzi türk dillərində cır sözü “nəğmə” anlamında işlədilir. Cırcırama –“nəğmə oxuyan” (cır-cır edən) deməkdir
CIR-CINDIR
CIRDIRMA
OBASTAN VİKİ
Cırcırama
Sisəklər (lat. Gryllidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin düzqanadlılar dəstəsinə aid heyvan fəsiləsi. == Ümumi məlumat == Sisəklər orta və ya iri ölçülü cücülər olub, bədəni nisbətən yastılaşmışdır. Pəncələri üç buğumludur. Qanadlı formalarla yanaşı, qanadsız formaları da olur. Erkək fərdlərin qanadüstlüyündə iri cırıldama orqanı vardır. Dişi fərdlərdə nizəşəkilli, uzun yumurtaqoyan vardır. Adətən gecə həyat tərzi keçirirlər. Əksər hallarda torpağın səthində, qisməndə ağac və kolluqlarda yaşayırlar. Əsas nümayəndələri çöl sisəyi (Melanogryllus desertus (Pallas, 1771)), tarla sisəyi (Gryllus campestris Linnaeus, 1758), ev sisəyi (Acheta domesticus (Linnaeus, 1758)) və s.
Cırcıramakimilər
Cırcıramakimilər (lat. Cicadinea) — buğumayaqlılar tipinin həşəratlar sinfinin bərabərqanadlılar dəstəsinə aid olan yarımdəstə. == Xarici quruluşu == Cırcıramakimilər kiçik və iri ölçülü (3 65 mm.) həşəratdır. Qısa 3 buğumlu bığcığı, mürəkkəb gözləri və 2-3 gözcüyü vardır. Dal ayaqları tullanıcı tipdədir. Pəncələri 3 buğumludur. Qanadları uzununa və eninə damarlanmaya malikdir. Qarın 10 buğumludur. Dişilərdə yumurtaqoyan vardır. İri növlərin erkək fərdləri ucadan cırıldayır.

Digər lüğətlərdə

барбо́с вдре́безги го́стюшка обёрточный пасси́вно пачку́н са́ечник сквозно́й сорта́ментный спать невдомёк пустозво́н сетчатокры́лые состыко́вка станко... телемеханиза́ция экваториа́льная раса враг шалабурда шовола Chartism nu body красоваться ливанец пятнать