CIRILDAMAQ

f. Cırıltı səsi çıxarmaq, cırcır eləmək.
Arabanın yağlanmamış təkəri cırıldadığından Tərlan qabaqda gedən oğlanın cavabını eşidə bilmədi. M.Hüseyn.
On beş gündü ki, Cəmilin kasıb daxmasının qapısı cırıldamırdı. Mir Cəlal.
…Pəncərənin qabağında pilləkənin taxtaları ara-sıra cırıldayırdı. İ.Hüseynov.

// Cırcırama haqqında. Cırcırama cırıldayır.
// Cırıltılı səs çıxarmaq.
Nadir Səfərəli müəllimin sualına yavaş, titrək səslə cavab verdi: – Yaxşı müəllim. – Yox, bu olmadı.
Səsin cırıldayır. M.İbrahimov.

CIRILDAMA
CIRILDAŞMA

Digər lüğətlərdə

за́гнутый нетре́бовательность образцо́во оса́днивать поло́вничать устраша́юще шпажо́нка и́збранный ля́згнуть серова́тость стереоаппарату́ра талмуди́стский топо́рно шаба́шный broadcaster camlet carloadings fingerpost geriarchy grand unification nonarable porcupine fish tirocinium write out совращать