Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Baccharis calvescens
Baccharis calvescens (lat. Baccharis calvescens) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Miconia calvescens
Miconia calvescens (lat. Miconia calvescens) — melastomakimilər fəsiləsinin mikoniya cinsinə aid bitki növü.
Erigeron calvus
Erigeron calvus (lat. Erigeron calvus) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid biki növü.
Bruno Alves
Bruno Alves (27 noyabr 1981) — Fənərbaxça PFK-da forma geyinən müdafiəçi.
Daniel Alves
Daniel Alves — Braziliya futbolçusu. == Həyatı == Daniel Alves 6 may 1983-cü ildə Braziliyanın Juazeyroda şəhərində anadan olub. O, öz peşəkar futbolçu karyerasına Braziliya klubu "Bahia"da başlayıb. 2002-ci ildə Alves 6 aylıq Sevilya klubuna icarəyə verilib. 2003-cü ildə Alves gənclərin dünya çempionatında iştirak edib, bu turnirdə Daniel özünü yaxşı cəhətdən göstərib. Braziliya millisi bu turnirin qalibi olub, Alves isə turnirin ən yaxşı uç oyunçusundan biri seçilib. Çempionatda göstərdiyi gözəl oyundan sonra, Sevilya klubu Alveşi birdəfəlik heyətinə cəlb edib. 2006-cı ilin dekabrında Alveş Sevilya ilə 2012-ci ilə qədər müqavilə imzalayıb. 2008-ci ilin 7 iyununda Daniel Alves Barselona klubuna transfer olunub. Burada onun əsas işi, Milana keçmiş Canluka Zambrottanı əvəz etməkdir.
Dioqo Alves
Dioqo Alves (ing. Diogo Alves; 1810 - 19 fevral 1841, İspaniya, Qalisiya, Samos (Luqa) — ispan əsilli portuqaliyalı seriyalı qatil. 1836-1840-ci illər arasında yetmiş nəfəri öldürdü. Onun törətdiyi cinayətlər hamısı Aqua Livres su kəməri ərazisindəydi və bununla da “Su kəməri cinayətkarı” adını qazandı. 19 fevral 1841-ci ildə edam cəzasına məhkum edildi və asıldı. Qatilin başı bədəndən ayrılmış və elmi məqsədlər üçün bir qabda yerləşdirilmişdir, indi turistik bir yerdir. == Bioqrafiya == Qalisiyada bir kəndli ailəsində anadan olan Alves gənc yaşda olarkən ailə atından yıxıldı, başını vurdu və Pankada (“zərbə”) ləqəbini qazandı. On doqquz yaşındaykən valideynləri onu Lissabona işləməyə göndərdilər. Bir neçə iş dəyişdikdən sonra o, valideynlərinə məktub yazmağı dayandırdı, içki içməyə, qumar oynamağa başladı və mehmanxanaçı Mariya “Parreyrinya” Gertrudeslə tanış oldu. Bu əlaqənin Alvesi öldürməyə təhrik etdiyi güman edilir.
Rejiane Alves
Regiane Kelly Lima Alves (31 avqust 1978, Santo André) — Braziliya aktrisası. == Filmoqrafiya == === Televiziya === 1998 - Fascinação .... Ana Clara Gouveia Prates1998 - Meu Pé de Laranja Lima .... Lili2000 - A Muralha .... Rosália Olinto2000 - Laços de Família .... Clara2001 - Sítio do Picapau Amarelo .... Branca de Neve2001 - Brava Gente .... Gigi2001 - Brava Gente .... Branca Luz2002 - Desejos de Mulher .... Letícia Miranda Moreno2003 - Mulheres Apaixonadas ....
Rodrigues Alves
Fransisku di Paula Rodrigis Alvis (7 iyul 1848 — 16 yanvar 1919) — Braziliyanın ilk maliyyə naziri və beşinci prezidenti. 1887-ci ildə San-Paulu icra başçısı seçildi. 1902-ci ildə Braziliya prezidenti seçildi və 1906-cı ilə qədər vəzifədə qaldı. Bu müddət ərzində paytaxt Rio-de-Janeyronu yenidən bərpa etdirdi və bu şəhər islahatları 1904-cü il "Peyvənd üsyanı"na qədər davam etdi. 1918-ci ildə keçirilən ön seçimlərdə qalib gəldi, ancaq vəzifəsinin icrasına başlamadan 16 yanvar 1919-cü ildə epidemik olaraq yayılan İspaniya qripinə yoluxdu və vəfat etdi.
Aylton Sezar Cunior Alves da Silva
Aylton Sezar Cunior Alves da Silva (18 Noyabr 1994 – 28 Noyabr 2016) — Sadəcə Aylton Kanela kimi də tanınan, Şapekoense klubunda çıxış etmiş Braziliya futbolçusudur. O, klubda hücumçu mövqeyində çıxış edirdi. 28 noyabr 2016-cı ildə Aylton Kanela Şapekoense klubunun xidməti heyəti ilə birlikdə LaMia Hava Yolları reys 2933 ilə uçarkən təyyarənin Kolumbiyanın La Yunion şəhərinin Serro-Qordo kəndində qəzaya uğraması nəticəsində həlak olmuşdur.
Huqo Çaves
Uqo Rafael Çaves Frias (isp. Hugo Rafael Chávez Frías 28 iyul 1954, Sabaneta, Barinas, Venesuela — 5 mart 2013, Karakas, Venesuela) — Venesuela dövlət və hərbi xadimi, 1999-2013-cü illərdə Venesuela prezidenti, Venesuela Vahid Sosialist Partiyasının rəhbəri (2007-2013). == Həyatı == Uqo Rafael Çaves Frias 28 iyul 1954-cü ildə Venesuelanın Barinas ştatının Sabaneta şəhərində anadan olub. 1992-ci ildə yarı-hərbçi kimi Çaves sonradan prezident olan Karlos Andres Peresə qarşı uğursuz hərbi çevrilişə başçılıq edib. Lakin çevriliş baş tutmamış və o 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. Çavesin sonradan siyasətdə bəxti gətirib. 1998-ci ildə populist seçki platforması, eləcə də yoxsulluğa və korrupsiyaya son qoymaq vədləri ilə Çaves neftlə zəngin Venesuelada prezident seçilib. 2002-ci ildə hərbi çevriliş nəticəsində iki günlük hakimiyyətdən kənarlaşdırılsa da, onu dəstəkləyən hərbçilərin əks çevrilişi nəticəsində yenidən hakimiyyətə qayıtmışdır. Gəncliyində peşəkar beysbol oyunçusu olmaq istəyən Çaves, əvəzində böyük siyasətə daxil olmuşdu. Xarici siyasətdə ABŞ əleyhinə çıxışları ilə tanınan Çaves, eyni mövqedə duran digər dövlət başçıları — Fidel Kastro, Mahmud Əhmədinejad və Muəmmər Qəddafi ilə dost münasibətlərə malik idi.
Karlos Çaves
Karlos Çaves (əsl soyadı və adı Padua Çaves-i-Ramires Karlos Antonio de; (13.6.1899, Mexiko yaxınlığındakı Kalsado-de Takula – 2.8.1978, Mexiko) — Meksika bəstəkarı, dirijor, pianoçu, pedaqoq və ictimai xadim. == Həyatı == P.L. Oqason və M. Ponsedən fortepianoda çalmaq dərsləri almış, kompozisiyanı müstəqil surətdə öyrənmişdir. 1925–26-cı illərdə Mexikoda müasir musiqidən ibarət konsertlər təşkil etmişdir. 1928-ci ildə Mexiko simfonik orkestrini yaratmış (sonralar Milli simfonik orkestr) və 1949-cu ilə qədər ona rəhbərlik etmişdir. Milli Konservatoriyanın direktoru (1928–34), Meksika musiqi nəşriyyatını yaradanlardan biri (1945), “Nuestra Musica” jurnalının təsisçisi (1946), Zərif Sənətlər Milli İnstitutunun baş direktoru (1947–52) olmuşdur. Meksika və Latın Amerikası bəstəkarlarının yaradıcılığını təbliğ edərək, dirijor kimi Amerika və Avropa ölkələrində konsertlər vermişdir. Musiqi tənqidçisi kimi mətbuatda çıxış etmişdir. == Fəaliyyəti == Bir çox xarici akademiya və institutların fəxri üzvü seçilmişdir. S. Revueltasla bərabər Meksika müasir bəstəkarlıq məktəbinin banisi, Latın Amerikası aparıcı bəstəkarlarından olmuşdur. 20–30-cu illərdə yaratdığı əsərlərdə Meksika xalq musiqisinin, hindi musiqisinin elementləri (asteklərin həyatından götürülmüş süjetlərə yazılmış baletlər, “Hindi simfoniyası”) üstünlük təşkil edirdi.
Uqo Çaves
Uqo Rafael Çaves Frias (isp. Hugo Rafael Chávez Frías 28 iyul 1954, Sabaneta, Barinas, Venesuela — 5 mart 2013, Karakas, Venesuela) — Venesuela dövlət və hərbi xadimi, 1999-2013-cü illərdə Venesuela prezidenti, Venesuela Vahid Sosialist Partiyasının rəhbəri (2007-2013). == Həyatı == Uqo Rafael Çaves Frias 28 iyul 1954-cü ildə Venesuelanın Barinas ştatının Sabaneta şəhərində anadan olub. 1992-ci ildə yarı-hərbçi kimi Çaves sonradan prezident olan Karlos Andres Peresə qarşı uğursuz hərbi çevrilişə başçılıq edib. Lakin çevriliş baş tutmamış və o 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. Çavesin sonradan siyasətdə bəxti gətirib. 1998-ci ildə populist seçki platforması, eləcə də yoxsulluğa və korrupsiyaya son qoymaq vədləri ilə Çaves neftlə zəngin Venesuelada prezident seçilib. 2002-ci ildə hərbi çevriliş nəticəsində iki günlük hakimiyyətdən kənarlaşdırılsa da, onu dəstəkləyən hərbçilərin əks çevrilişi nəticəsində yenidən hakimiyyətə qayıtmışdır. Gəncliyində peşəkar beysbol oyunçusu olmaq istəyən Çaves, əvəzində böyük siyasətə daxil olmuşdu. Xarici siyasətdə ABŞ əleyhinə çıxışları ilə tanınan Çaves, eyni mövqedə duran digər dövlət başçıları — Fidel Kastro, Mahmud Əhmədinejad və Muəmmər Qəddafi ilə dost münasibətlərə malik idi.
Cannes
Kann (fr. Cannes) — Fransanın şərqində 70 min əhalisi olan şəhər. Şəhərin əsası liqurlar tərəfindən Napul körfəzinin sahilində salınmışdır. Bu şəhər Lacivərd sahilin ən məşhur kurortlarından hesab olunur. == Tarixi == Bu şəhərin salınma tarixi dəqiq məlum deyil. 1834-cü ildə ingilis kansler Lord Breqxem İtaliya səfəri zamanı dəhşətli vəba səbəbindən səfərini yarımçıq qoyaraq bu şəhərdə məskən salmalı olur. Digər ingilis aristokratlar da bundan sonra burada məskunlaşmağa başlayırar. == Şəhəri məşhur edənlər == Kann şəhəri hər il keçirilən Kann kinofestivalı və "Kann şirləri" beynəlxalq reklam festivalına görə məşhurdur. Kannda həmçinin Avropanın əsas mobil rabitə texnologiyası yarmarkası - 3GSM World Congress keçirilir.
Valdes
Valdes (ing. Valdez) — Amerika Birləşmiş Ştatlarının Alyaska ştatında yerləşən şəhər.
Alces alces
Alces alces (lat. Alces alces) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin alces cinsinə aid heyvan növü. Fəsiləyə daxil olan ən iri növ hesab olunur. Erkəyinin bədəninin uzunluğu 3 metrdək, süysününün hündürlüyü 2,3 metrədək, kütləsi 570 kq-dək olur. Dişisi erkəkdən nisbətən kiçikdir. Ayaqları uzun, dırnaqları ensiz və itidir. Başı uzun, burnu donqar, ətli üst dodaqı sallaqdır. Quyruqu qısadır. Erkayinin kürəşəkilli buynuzu var. Dişisi buynuzsuzdur.
Calea
Kaleya (lat. Calea) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Sinonim == Aschenbornia S.Schauer Brasilia G.M.Barroso Geissopappus Benth. Mocinna Lag.
Cavea
Cavea (lat. Cavea) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Cavea tanguensis (J.R.Drumm.) W.W.Sm. & J.Small === Sinonim === Saussurea tanguensis J.R.Drumm.
Fales
Fales (yun. Θαλής; təq. e.ə. 625[…], Milet – ən geci e.ə. 548 və ən geci e.ə. 545[…], Milet) — Qədim yunan filosofu, Miletli (Kiçik Asiya) riyaziyyatçı. Milet (İon) fəlsəfə məktəbinin yaradıcısı, riyaziyyatçı, fizik, astronom. Fales Aristotelin zamanından etibarən ilk yunan filosofu hesab edilir. Onun "Yeddi yunan müdriklərdən" biri olduğunu iddia edənlər də var. == Həyatı == Falesin əslən haralı olması bir qədər mübahisə doğurur.
Valve
Valve Corporation — videooyunlar yaradan və nəşr edən ABŞ şirkətidir. 1996-cı ilin noyabrında buraxılan Half-Life oyununu yaratdıqdan sonra bütün dünyaya məşhur oldu. Mərkəzi ofisi Belvyu, Vaşinqtonda yerləşir. == Tarix == === Yaranma və Half-Life === Microsoft şirkətində işlədikdən sonra Qeyb Nyuell və Mark Harrinqton 1996-cı ildə Valve Software şirkətini təsis edirlər. Quake mühərrikinə lisenziya aldıqdan sonra onlar Quiver (Half-Life-ın işçi adı) oyununun yaradılmasına başlayırlar. Ssenari üzərində işləmək üçün peşəkar yazıçı, fantast Mark Leydlou dəvət edilmişdir.Oyun ilk dəfə 1997-ci ildə E3-də nümayiş etdirilib və nümayiş etdirildiyi andan əsil hitə çevrilmişdir. Oyunu 1997-ci ildə buraxmaq planlaşdırsalar da reliz 31 oktyabr 1998-ci ildə oldu. Oyun bəyənildi və yaradıcılara məşhurluq gətirdi. Half-Life çıxdıqdan sonra Valve uzun müddət heç nə buraxmırdı. Bestseller üçün əlavələr isə Gearbox Software tərəfindən yaradılırdı.
Alces
Alces (lat. Alces) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan cinsi.
Bulbophyllum calvum
Bulbophyllum calvum (lat. Bulbophyllum calvum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum calvum növü Nigeriyadan Kameruna qədər yayılmışdır.
Calvin Klein
Calvin Klein – geyim və ətir firması. Firma 1968-ci ildə Nyu-Yorkda Barri Şvars və dostu Kelvin Kleyn tərəfindən yaradılıb. 1978-ci ildə Kleyn dünyada ilk dəfə cinsləri podiumda nümayiş etdirməklə və dizaynlı cinsləri satışa çıxarmaqla moda aləmində sözün həqiqi mənasında dizayn dönüşü edir. Geyimlərlə yanaşı "Calvin Klein" kişi və qadınların ürəyini riqqətə gətirən ətirləri ilə də məşhurdur. 3 dəfə "Coty" mükafatına, 4 dəfə mili "American Fashion Awards"-a layiq görülən "Calvin Klein" ən çox satılan elit parfüm və kosmetika brendi kimi tanınır. Brendin ilk ətiri 1981-ci ildə istehsal edilib. İndiyə qədər 61 adda ətir təqdim edilib.
Carvis adası
Carvis adası – ABŞ-nin Sakit okeanda yerləşən qeyri-məskun adası. Ümumi sahəsi 4,5 km²-dır.
Charlie Callas
Çarli Kallas — ABŞ aktyoru, komediyaçı.
Con Dalles
John Foster Dulles (25 fevral 1888[…], Vaşinqton – 24 may 1959[…], Vaşinqton) — ABŞ-lı vəkil və siyasət adamı. == Həyatı == Prezident Dwight D. Eisenhower dövründə ABŞ xarici işlər naziri (1953–1959). II Dünya Müharibəsini izləyən soyuq müharibə dövründə ABŞ-nin xarici siyasətinin müəyyən edilməsində əhəmiyyətli rol oynamışdır. Müvafiq olaraq B. Harrison və T. V. Vilson administrasiyalarında dövlət katibləri olmuş C. U. Fosterin nəvəsi, R. Lansinqin qardaşı oğlu, A. U. Dallesin qardaşıdır. İxtisasca hüquqşünasdır. Prinston Universitetində, Sorbonnada, C. Vaşinqton Universitetində təhsil almışdır. 1911-ci ildə ABŞ-nin, həmçinin Almaniya, İsveç, Belçika və digər ölkələrin aparıcı sənaye və maliyyə korporasiyalarına, o cümlədən H. Fordun konserninə, "International Telephone and Telegraph", Chase Manhattan Bank, İ. G. Farbenindustriyə xidmət edən "Sullivan & Cromwell" adlı iri hüquq firmasında (1927-ci ildən onun rəhbəri) peşəkar fəaliyyətə başlamışdır. "International Nickel Company" transmilli korporasiyasının direktoru, New York City Bankının idarə heyətinin üzvü, Rokfeller fondunun qəyyumlar şurasının sədri olmuşdur. == Fəaliyyəti == İlk diplomatik iş təcrübəsini 1907-ci ildə 2-ci Haaqa konfransında ABŞ nümayəndə heyətinin katibi vəzifəsində qazanmışdır. Paris sülh konfransında (1919–20) ABŞ nümayəndə heyətinin müşaviri idi; sonrakı illərdə Təzminat komissiyasında və Ali İqtisadi Şurada ABŞ-ni təmsil etmiş, 1923–24-cü illər də Daues planının işlənib hazırlanmasında əhəmiyyətli rol oynamışdır.
Damnxanthodium calvum
Damnxanthodium (lat. Damnxanthodium) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Damnxanthodium calvum (Greenm.) StrotherSinonimPerymenium calvum Greenm.
Galium calvipes
Galium murale (lat. Galium murale) — boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü. == Sinonim == Aparinanthus muralis (L.) Fourr. Aparine minima All. ex DC. Aspera muralis (L.) Lowe Aspera nutans Moench Galium apsheronicum Pobed. Galium calvipes Pau Galium filiforme (Aiton) Roem. & Schult. Galium fragile Pourr. ex DC. Galium minimum Roem. & Schult.
Os calcis
Daban sümüy (lat. calcaneus), (lat. os calcis) — ayaq daraqarxası sümüklərinin ən böyüyü olub ayağın dal və alt hissəsində boylama istiqamətdə yerləşmişdir. Bunun geriyə çıxan hissəsinə daban qabarı — lat. tuber calcanei deyilir. Daban sümüyünün üstündə aşıq sümüyü ilə birləşməyə məxsus üç oynaq səthi vardır: ön oynaq aşıq səthi — lat. facies talaris anterior (facies articularis anterior — BNA) ən kiçiyidir; orta oynaq aşıq səthi — lat. facies articularis talaris media (facies articularis media — BNA) əvvəlincidən bir az böyük olub aşıq sümüyü dayağı — lat. sustentaculum tali adlanan və içəri doğru çıxmış çıxıntı üzərində yerləşmişdir. Bu çıxıntının altında baş barmağı bükən uzun əzələnin vətərinə məxsus şırım — lat.
Perymenium calvum
Damnxanthodium (lat. Damnxanthodium) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Damnxanthodium calvum (Greenm.) StrotherSinonimPerymenium calvum Greenm.
Valdes yarımadası
Valdes yarımadası (isp. Península Valdés) — Argentinanın Atlantik okean sahillərində yerləşən yarımadası. Sahəsi — 3625 km² təşkil edir. Yarımada materiklə Karlos-Ameqino bərzəği ilə birləşir. Şimalda San-Xose, cənubda isə Qolfo-Nuevo körfəzləri onun sahillərini yuyur. Yarımadanın böyük hissəsi məskunlaşılmanışdır. Bir sıra duzlu göllərə malikdir. Onlardan biri 40 metr dəniz səviyyəsindən aşağıda yerləşir. Bu Cənubi Amerikanın ən çökək yeridir. 1999-ci ildən yarımada özünün zəngin bitki örtüyünə görə UNESCO Ümumdünya İrsi siyahısına daxil edilmişdir.
Valles Marineris
Valles Marineris (lat. Mariner vadisi) — Mars planetində yerləşən Günəş sisteminin ən böyük dərinliyi. Valles Marineris 4 min kilometr uzunluğa, 200 kilometr enə və 7 kilometr dərinliyə sahibdir. Kanyon ölçülərinə görə Arizona ştatında yerləşən Böyük Kanyondan 10 dəfə böyükdür.
Çaldaş
Çaldaş (Gədəbəy)
Çalus
Çalus — İranın Mazandaran ostanının şəhərlərindəndir. Həm də Çalus şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 44,618 nəfər və 12,791 ailədən ibarət idi.
Çavuş
Çavuş və ya serjant — bir çox dövlətlərin silahlı qüvvələrində aşağı komanda heyətində rütbə. Azərbaycan Silahlı Qüvvələrində kiçik komandir rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə ikinci starşina rütbəsidir.İlk dəfə XV əsrdə Fransa ordusunda meydana çıxmışdır. Rusiya ordusunda XVII əsrdən, Sovet Ordusunda 1940-cı ildən tətbiq olunmuşdur. == Etimologiya == "Çavuş" sözü birbaşa qədim türk dilindən gəlmiş, "bağırqan" deməkdir. Bu, qədim dövrlərdə türk ordularında müxtəlif hərbi və inzibati zabitlərə verilən ad idi. Bu söz qədim türkcədə yazılı nümunəsi olmayan "*çav-" – "çağırmaq, səslənmək" kökündən və qədim türkcədə "+Iş" şəkilçisi ilə əmələ gəlmişdir. Kaşğari "Divanü Lüğat-it-Türk" əsərində sözün izahını "döyüşdə qoşunları nizam-intizamda saxlayan və onların əldən çıxmasının qarşısını alan zabit" kimi vermişdir.Serjant sözü fransız dilindəki "sergent" sözündən gəlmişdir. Bu söz də öz növbəsində latınca "xidmətçi" mənasını verən "serviens" sözündən törəmişdir.