ALVER (ticarət işi) [Səba:] Məni əcnəbi məmləkətlərindən gələn tacirlərin alver etdiyi bazar tərəfmə apara bilərsənmi? (M.S.Ordubadi); ALIŞ-VERİŞ Yelkənçi: Onların hamısında da əcnəbi tacirləri alış-veriş edir (M.S.Ordubadi); ALĞI-SATQI Məşədi İman: Sənətimiz alğı-satqıdır (Ə.Haqverdiyev); SÖVDƏ Səba: Əlverişli bir sövdə düzəldərsək, sizin üçün de, mənim üçün də dəyərli bir pay düşər (M.S.Ordubadi); TİCARƏT ..23-cü ildə yenə əli-qolu açıldı, ticarəti genişləndi (M.Hüseyn); VERAL Bu rəmazanlıqda nə ver-aldı bu? Ax! Nə qəzetdi, bu nə jurnaldı bu (S.Ə.Şirvani); BİZNES.