Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Eray Canbərk
Eray Canbərk (1940, İstanbul) — şair, tərcüməçi. == Həyatı == 1940-cı ildə İstanbulda doğulub. 1958-ci ildə Heydərpaşa Liseyini bitirib. Bir müddət İstanbul Universitetinin ədəbiyyat fakültəsində, daha sonra Müəllimlər Institutunun fransız dili və ədəbiyyatı fakultəsində təhsil alıb. Təhsilini başa vurmadan hərbi xidmətə gedib və daha sonra müxtəlif dərgilərdə, qəzetlərdə çalışıb. İlk şeirləri 1960-cı illərin əvvəllərində "Yelkən" dərgisində dərc olunub. Esselər, hekayələr də yazıb, lakin şairlik onun üçün əsas təşkil edib. Şeir kitabları: "Lal sular"(1969), "Lal sular"(genişlədilmiş variantı — 1979), "Ürəyim sınan zaman"(1983), "Köhnəlmiş tənhalığa"(Seçmə şeirlər)(1992), "Əbrular"(1997) Sosialist dünya görüşünə bağlı şeirlər yazsa da, insanın daxili dünyasını müəyyən edən incə duyğuları qoruyaraq səsini heç yüksəltmədən şeir yazmağa davam eləyib.
Canıbəy xan
Canıbəy xan — Özbək xanın 3-cü oğlu idi. Anası Taydulanın köməyi ilə taxta çıxmışdı. Tacqoyma mərasimi Saraycıq şəhərində baş tutmuşdu. == Hakimiyyəti == 1345-ci ildə Feodosiya şəhərini mühasirəyə alan xan ordusunda taun xəstəliyinin yayıldığını gördü və bundan istifadə etmək istədi. Ölmüş əsgərləri katapultla şəhərə tullayan xan Genuyalıların xəstələnməyinə səbəb oldu. Genuyalılar gəmilərə minərək İtaliyaya üzdülər və beləliklə Qara ölüm epidemiyası Avropanı ələ keçirməyə başladı. Həmin vaxt Azərbaycanda Məlik Əşrəf Sulduzun zülmündən cana doymuş sənətkarlar, kiçik feodal və ruhanilər Şirvanşahlar dövlətinə gəlirdilər. Belə qaçqınlardan biri də Qazi Məhiyyəddin Bərdən idi. O, Şirvanşah Kavusla razılığa gəldikdən sonra Qızıl Orda dövlətinə gedərək Canıbəylə görüşdü və Azərbaycandakı vəziyyəti ona bildirdi. 1357-ci ildə xan 100 minlik hərbi qüvvə ilə Təbrizə yaxınlaşdı və Məlik Əşrəfin 17-18 minlik hərbi qüvvəsini pərən-pərən saldı.
Canıbəy Gəray
Canıbəy Gəray (1568 və ya təq. 1568 – 1636, Rodos) — XVIII Krım xanı.Krım xanı I Dövlət Gərayın nəvəsi, nurəddin Mübarək Gərayın (ö. 1593) oğludur. Əmisi II Qazi Gərayın hakimiyyətə gəlişinin ardından atası bütün ailəsiylə birlikdə Şimali Qafqaza qaçdı və burada vəfat etdi. Atasının vəfatının ardından qardaşı Dövlət Gərayla birlikdə əmiləri Fateh Gəray və Səlamət Gərayın himayəsində böyüdüldü. 1609-cu ildə kalqay Mehmed Gəray və nurəddin olan qardaşı Şahin Gəray (II Səadət Gərayın oğlanları) ayaqlandılar və bu səbəblə vəzifədən alındılar. Onların yerinə Canıbəy Gəray kalqay, qardaşı Dövlət Gəray isə nurəddin təyin edildilər. Bu vəzifədə ikən Moskva knyazlığı üzərinə tərtiblənən səfərlərdə iştirak etdilər. 1610-cu ildə əmisi Səlamət Gərayın vəfatıyla Canıbəy taxta çıxdı. Kiçik qardaşı Dövlət Gərayı kalqay, mərhum əmisinin oğlu Əzəmət Gərayı isə nurəddin təyin etdi.