1. Quşların yumurtlayıb bala çıxarmaq və onları saxlayıb böyütmək üçün çör-çöpdən və s.-dən düzəltdikləri yer. Qaranquş yuvası. Sərçə yuvası.
// Arı şanı.
// Heyvanların düzəltdikləri yer, məskən. Siçan yuvası. İlan yuvası. Ayı yuvası.
2. məc. Ev, məskən, ev-ocaq mənasında. Yuvası dağılmaq. İsti yuvasından məhrum olmaq.
□ Yuva salmaq – 1) yurd salmaq, məskən salmaq, yaşamaq üçün şərait yaratmaq; özünə yer düzəltmək.
2) məc. Yer tutmaq, yaşamağa başlamaq.
3. xüs. Maşın, alət, qapı, pəncərə, kilid kimi şeylərin hissələrinin girib işləməsinə və ya birləşməsinə məxsus oyuq, çuxur, dəlmə. Rəzə yuvası.
// Bir şeyin içində yerləşmiş olduğu oyuq. Diş yuvası.
4. məc. Bir şeyin törədiyi, intişar etdiyi yer; mənbə.
// məc. Yurd, vətən mənasında.
// Xana-xana bölünmüş şəkildə olan şey. Toxum şahmat üsulu ilə, yuvalarla iki və ya bir cərgədə əkilir.
5. məc. Bir şeyin çox olduğu yer. Oğru yuvası. Canilər yuvası.