Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aladdin’s Magic Carpet Racing
Aladdin’s Magic Carpet Racing — "Nintendo" videooyun kompaniyası tərəfindən 2008-ci ildə yaradılan macəra oyunudur.
Sarpet xardalı
Sarpet xardalı (lat. Brassica juncea) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. == Sinonimləri == Brassica argyi H.Lév. Brassica arvensis var. juncea (L.) Kuntze Brassica besseriana Andrz. ex Trautv. Brassica cernua (Thunb.) Matsum. Brassica cernua (Thunb.) F.B. Forbes & Hemsl. Brassica cernua var. chirimenna Makino Brassica chenopodiifolia Sennen & Pau [Invalid] Brassica integrifolia (H.West) Rupr.
Keyt Caret
Keyt Caret (ing. Keith Jarrett,) 22 may, 1945, Allentaun doğumlu — Amerikalı musiqiçi caz, pianoçu və bəstəkar. == Haqqında == Allentaunda (Filadedfiya ştatı) musiqiçilərin böyük ailəsində dünyaya gəlmiş Carret fortepianoda çalmağı öyrənməyə başlayanda onun cəmi üç yaşı vardı. Carretin yeddi yaşı tamam olanda isə o artıq solo konsertlər verirdi. Sonradan zərb alətlərində, soprano-saksofonda və vibrofonda da çalmağı öyrənmişdi. Dərsdən kənar vaxtlarda o, peşəkar ifaçı kimi, müntəzəm olaraq çoxsaylı konsertlərdə çıxış edirdi. 1962-ci ildə Bostona köçüb gedən Carret orada bir il Berkli Kollecində oxuyandan sonra öz triosunu yaratdı və Bostonda peşəkar ifaçılıqla məşğul olmağa başladı. 1965-ci ildə o, Nyu-Yorka köçüb getdi. Carret burada xeyli çalışandan sonra, nəhayət, onun ifaçılıq məharəti Art Bleykinin diqqətini cəlb etdi. Elə həmin ilin dekabr ayında o, Art Blakey's Jazz Messengers qrupuna daxil olub bir neçə ay orada çalışdı, 1966-cı ilin yazında isə Çarlz Lloydun yaratdığı kvartetə qoşuldu.
Con Mott
Con Reley Mott (ing. John Raleigh Mott; 25 may 1865[…], Nyu-York, Nyu-York ştatı – 31 yanvar 1955[…]) — yevangelist və Dünya Xristian Tələbələr Birliyi(YMCA) və Dünya Tələbə Xristian Federasiyasının (WSCF) rəhbəri. 1946-cı ildə Nobel sülh mükafatını,dünyanı sülhə təşviq etmək üçün çalışan Beynəlxalq Protestant Xristian Tələbə təşkilatlarının qurulması və gücləndirilməsindəki işinə görə aldı. Mükafatı Emili Qrin Bolç ilə bölüşdü. 1895-1920-ci illərdə Mott Dünya Tələbə Xristian Federasiyasının baş katibi oldu. 1948-ci ildə Ümumdünya Kilsələr Şurasının yaradılmasında yaxından iştirak edən bu qurum onu ömürlük fəxri prezident seçdi. Ən çox tanınan kitabı,Bu nəsildə dünyanın müjdələnməsi (ing. The Evangelization of the World in this Generation) XX əsrin əvvəllərində missioner şüarı oldu. == Həyatı == Mott,25 may 1865-ci ildə Nyu York,Sallivan dairəsinin,Livinqston yaşayış məntəqəsində anadan olmuşdur. Ailəsi 1865-ci ilin sentyabr ayında Ayova ştatının Postvill şəhərinə köçür.
Eli Roth
Eli Raphael Roth (18 aprel 1972, Nyuton[d], Massaçusets), yəhudi mənşəli ABŞ aktyoru və rejissorudur.
Homalium moto
Homalium moto (lat. Homalium moto) — söyüdkimilər fəsiləsinin homalium cinsinə aid bitki növü.
Motu-Nui
Motu-Nui adası (isp. Motu Nui) — Pasxa adasından cənubda yerləşən kiçik qayalıq ada. Bu ada öz növbəsində dəniz dibindən 2000 m ucalan bir sualtı dağın zirvəsidir. Motu-Nui Çilinin ən ucqar qərb nöqtəsi kimi tanınır. Dununla yanaşı adaya məşhurluq qazandıran digər amil onun xristianlığın gəlişinə qədər müqəddəs yer sayılması idi. Burada Onychoprion fuscatusun mövsümdə ilk yumurta qoyması ilə əlaqədar adət vardı. Bununla yanaşı o yaxınlıqda yerləşən bir neçə ada ilə birlikdə Okeaniyanın əl çatılmayan yeri olan Nemo nöqtəsinə ən yaxın quru parçasıdır. Motu-Nui yaxınlığında (3,9 ha) başqa iki qayalı adacıq vardır — Matu-İti (1,6 ha) və Matu-Kao-Kao (0,1 ha). Adalar yeganə sahinləri dəniz quşlarıdır. == Həmçinin bax == Patrick C. McCoy: The Place of Near-Shore Islets in Easter Island Prehistory.
Motu dili
Motu dili — motuların dili. Papua-Yeni Qvineyanın çoxsaylı dillərindən biri. Digər dillərlə müqayisədə daha yüksək mövqeyə sahibdir və daha geniş arealda — xüsusilə Port-Morsbidə daha çox yayılmışdır. Bəzən picin hiri-motudan (ölkənin digər rəsmi dillərindən biri) fərqləndirmək üçün "əsl motu" və ya "təmiz motu" kimi də adlandırılır.
Myth & Roid
Myth & Roid (ミス アンド ロイド) – Yaponiya musiqi qrupu. Media Factory nəşriyyatı ilə əməkdaşlıq edir. Qrup dörd nəfərdən ibarətdir: Tom-H@ck (Tom Oşima), hotaru və KIHOW. Qrup 2015-ci ildə buraxdığı "L.L.L." adlı sinql ilə debüt etmişdir. Qrupun mahnıları "Overlord", "BBK/BRNK", "Saga of Tanya the Evil" və "Re:Zero -Starting Life in Another World-" kimi animelərdə səsləndirilmişdir. == Adı == Qrupun rəsmi saytına görə qrupun adı iki hissədən ibarətdir: "myth" keçmişi, "android" isə gələcəyi simvolizə edir. Qrupun fikrincə bu iki aspekt "yeni dünya"nın yaradılmasında kömək edəcək. == Tarix == Qrup 2015-ci ildə buraxdığı "L.L.L." ("Leashed Luminous Love") adlı sinql ilə debüt etmişdir. Bu mahnı "Overlord" animesinin bağlanış mahnısı olmuşdur. Sinql Oricon-un həftəlik çartlarında 29-cu yerə qədər yüksəlmişdir və iTunes-in Yaponiya yüklənmə reytinqlərində 3-cü yerə qədər çatmışdır. Qrupun ikinci sinqlı "Anger/Anger" 24 fevral 2016-cı ildə buraxılmışdır.
Xiri-motu
Hiri-motu dili (həmçinin Polis Motu və ya Pidgin Motu kimi tanınır) Papua-Yeni Qvineyanın rəsmi dilidir. Hiri-motu dili, Motu dilinin sadələşdirilmiş bir versiyasıdır və qəti şəkildə nə bir picin və nədə kreol olsa da, hər iki dil növlərinin bəzi xüsusiyyətlərinə sahibdir.
Moh suyu
Moh suyu – Qax rayonu İlisu kəndi ərazisində, Kürmükçayın sol sahilində termal bulaqdır. == Ümumi məlumat == Suyun tərkibi məşhur “İlisu hamamı” ilə (kükürd-rodon tərkibli) eynidir. Suyun temperaturu isə 18-21°-yə qədərdir. Müalicə üçün istifadə edilərkən xüsusi qızdırılmış daşları vannalara salıb suyun temperaturunu artırırlar. Dəri-zöhrəvi xəstəliklərin müalicəsində çox effektlidir. İlisu termal bulaqlar kompleksinə aid edilir. Kəndə yaxın olması (1 km-ə qədər) ilin bütün fəsillərində istifadə edilməsinə imkan verir və bulağın daha qədimdən məlum olması güman edilir. Bəzən Kürmükçaya güclü sel gəldikdə “bulağın gözü” yerini dəyişir.
Hiri-motu dili
Hiri-motu dili (həmçinin Polis Motu və ya Pidgin Motu kimi tanınır) Papua-Yeni Qvineyanın rəsmi dilidir. Hiri-motu dili, Motu dilinin sadələşdirilmiş bir versiyasıdır və qəti şəkildə nə bir picin və nədə kreol olsa da, hər iki dil növlərinin bəzi xüsusiyyətlərinə sahibdir.
Hiri Motu dili
Hiri-motu dili (həmçinin Polis Motu və ya Pidgin Motu kimi tanınır) Papua-Yeni Qvineyanın rəsmi dilidir. Hiri-motu dili, Motu dilinin sadələşdirilmiş bir versiyasıdır və qəti şəkildə nə bir picin və nədə kreol olsa da, hər iki dil növlərinin bəzi xüsusiyyətlərinə sahibdir.
Mott və beyli
Mott və beyli (ing. Motte-and-bailey, fr. Motte, Motte castrale) — xüsusi bir tip erkən orta əsr qalası, bir palisade ilə əhatə olunmuş bir həyət, içəridə və ya yaxınlıqda bir donjon ilə taclanmış höyüd var. Belə qalalar XI-XII əsrlərdə Fransada, 1066-cı il Norman fəthindən sonra İngiltərə, Uels və Şotlandiyada da geniş yayılmışdır. İngilis termininin adı Fr.-nin birləşməsindən yaranır fr. motte — "təpə", və ing. bailey, bir qala həyətini ifadə edən bir söz. Bu tip qalaların əsas üstünlüyü onlardan ibarət idi ki, onların inşası çox vaxt və səy tələb etmirdi, həmçinin müdafiə zamanı taktiki üstünlük verəcək təbii yüksəkliklər qəsrinin inşasını tələb etmirdi (yəni qala "açıq sahədə" inşa edilə bilər). Lakin taxtadan olan bu istehkamlar yanğına həssas idi və mühasirədə çox vaxt yanğın qurbanı olurlar, bununla əlaqədar olaraq XII əsrin sonlarında geniş yayılmış daş qalalarının inşasına başlanılır. == Tarixi == Mott, ya da qala qülləsi, Qərbi Avropadakı feodal qalasının ilk formasıdır.
Norbertine Bresslern-Roth
Norbertin von Bresslern Roz (ing. Norbertine von Bresslern-Roth 13 noyabr 1891[…], Qras – 30 noyabr 1978, Qras) avstriyalı rəssam və çap ustası olub. == Həyatı == Norbertin Roz Qratsda anadan olub və orada böyüyüb. Anası Aloisia Roz Vyanadan olan atçılıq məktəbi sahibinin qızı idi. Norbertinin bədii istedadını ibtidai məktəbdə müəllimi aşkar etmişdir. 1909 və 1910-cu ilin yay aylarında o, Münhen yaxınlığındakı heyvan rəssamlığı məktəbində oxuyub. 1911-ci ildə Norbertin Roz Vyana Gözəl Sənətlər Akademiyasında professor Ferdinand Şmutzerin yanında təhsil almaq üçün Qratsı tərk etdi. Şmutzer gənc rəssamın istedadına o qədər heyran oldu ki, o, cəmi bir ildən sonra onu Akademiyadakı emalatxanasına qəbul etdi. Hələ 1912-ci ildə o, doğma şəhərinin ilk fəxri adı olaraq Qrats şəhərinin gümüş medalını aldı. 1916-cı ildə uğurlu rəsm sərgisindən sonra o, müstəqil rəssam kimi özünü göstərmək üçün Qratsa qayıtdı.
Natan Styüart-Carret
Neytan Lloyd Stüart-Carrett (ing. Nathan Lloyd Stewart-Jarrett, 4 dekabr 1985) — Böyük Britaniya aktyoru. "Misfits" serialında canlandırdığı Curtis Donovan roluna görə tanınır. == Karyerası == Natan 1985-ci ildə anadan olub. Gənc yaşlarında incəsənət ilə maraqlanıb. Daha sonradan akytorluq ilə məşğul olmağa başlayıb. 2006-cı ildə London şəhərində yerləşən Nitq və Drama Mərkəzi Məktəbi universitetinin məzunu olub. Bundan sonrakı illərdə teatrlarda çalışıb. 2007-ci ildə televiziyada ilk rolunu BBC One telekanalında yayımlanan Casuality verilişində alıb. Daha sonradan daha bir neçə verilişdə işləyən Natan 2009-cu ildə Misfits serialında çəkilməyə başlayır.
Neytan Stüart-Carret
La-Mott-Sen-Marten
La-Mott-Sen-Marten (fr. La Motte-Saint-Martin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38266. Kommunanın 1999-cu il üçün əhalisi 339 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 486 ilə 1 712 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 510 km cənub-şərqdə, Liondan 115 km cənub-şərqdə, Qrenobldan 27 km şimal-qərbdə yerləşir.
La-Mot-an-Şansor
La-Mot-an-Şansor (fr. La Motte-en-Champsaur, oks. La Mota de Champsaur) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Sen-Bonne-an-Şansor kantonuna daxildir. INSEE kodu — 05104. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 185 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 101 yaş arasında (15-64 yaş arasında) 81 nəfər iqtisadi cəhətdən fəal, 20 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 80,2%, 1999-cu ildə bu 68.0%). Fəaliyyət göstərən 81 nəfərdən 75 nəfər (43 kişi və 32 qadın) işləyir, 6 nəfər işsizdir (2 kişi və 4 qadın).
La-Mot-d'Aveyan
La-Mot-d'Aveyan (fr. La Motte-d'Aveillans) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38265. Kommunanın 2006-cu il üçün əhalisi 1752 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 637 ilə 1 617 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 510 km cənub-şərqdə, Liondan 115 km cənub-şərqdə, Qrenobldan 25 km şimal-qərbdə yerləşir.
La-Mot-dyu-Ker
La-Mot-dü-Ker (fr. La Motte-du-Caire, oks. La Mota dau Caire) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. La-Mot-dü-Ker kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04134. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 507 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 293 yaşda olan (15-64 yaş arasında) 204 nəfər iqtisadi fəal, 89 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 69.6%, 1999-cu ildə 73.3%). Fəal 204 nəfərdən 173 nəfəri (94 kişi və 79 qadın), 31 nəfəri işsizdir (16 kişi və 15 qadın).
La-Mot-dü-Ker
La-Mot-dü-Ker (fr. La Motte-du-Caire, oks. La Mota dau Caire) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. La-Mot-dü-Ker kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04134. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 507 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 293 yaşda olan (15-64 yaş arasında) 204 nəfər iqtisadi fəal, 89 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 69.6%, 1999-cu ildə 73.3%). Fəal 204 nəfərdən 173 nəfəri (94 kişi və 79 qadın), 31 nəfəri işsizdir (16 kişi və 15 qadın).
This Town Ain't Big Enough for Both of Us
This Town Ain't Big Enough for Both of Us (azərb. Bizim üçün bu şəhər kifayət qədər böyük deyil‎)— amerikalı Sparks rok-qrupun "Kimono My House" albomunun birinci mahnısıdır. 1974-ci ilin martında ("Barbecutie" ilə o biri tərəfində) sinql kimi buraxılmışdır. O, "UK Singles Chart"- da #2 (#5 — Hollandiya, #12 — Almaniya) yerə qalxmışdı və tarixdə qalan "öz dövrun ən orijinal sinqllardan biri" ləqəbi almışdı (Deyv Tompson, Allmusic).
Lota lota
Lota lota (lat. Lota lota) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin treskakimilər dəstəsinin lotidae fəsiləsinin lota (balıq) cinsinə aid heyvan növü.
Cartel
Cartel — 1995-ci ildə Almaniyada yaradılmış məşhur Türk rep qrupudur. Qrupun əsası Almaniyada qoyulmuş, 7 üzvdən ibarət olmuşdur. Cartel qrupunun albomu ilk dəfə Avropada buraxılmışdır. Tezliklə MTV musiqi kanalında Avropada kütləvi informasiya vasitələrinin diqqətini cəlb edən qrupla bağlı müsahibələr dərc edilib. Türk musiqisinin səsini dünyaya çatdıran nadir ansambllardan biri ola bilmiş qrup Türkiyədə də böyük məşhurluq qazanmağı bacarmışdır. İndiyədək İstanbulda Beşiktaş İnönü Stadionunda çıxış edən ilk və yeganə türk rap qrupudur. Radio və televiziya təşkilatları tərəfindən ilk həftə ərzində 100.000 disk satıldığında "Qızıl Kaset", 250.000 disk satıldığında isə "İkili Platinum" mükafatlarına layiq görülmüşlər. İngilis, alman, ispan dilində yazılmış musiqiləri bu türk rep qrupunun dil zənginliyini bir daha nümayiş etdirir. Cartel CD-diskini Türkiyədə yayınlanmasından qabaq Almaniyada 29.000 ədəd satmışdı. Türkiyədə ümumilikdə 543.000 ədəd satmış və türk rep tarixində ən çox satılan qrup olmuşdur.
Harput
Harput Elazığda olan bir antik şəhərdir. E.ə. XX əsrdən qalıqlar var. Antik Harput yaşayış sahəsi, bir açıq hava muzeyi kimidir. Muzeyi, qalası, məscidləri , kilsəsi və buzlu mağarasıyla indiki vaxtda bir turizm mərkəzidir. == Türk hökmranlığından əvvəl == Harput, Altınova adlanan Elazığ düzünə baxan bir nöqtədə, yaxşı müdafiə oluna bilən və hərəkətli yolların üzərində və cənubda sıldırım qayalarla kəsilmiş təpənin üzərində yerləşir. Burada məskunlaşan ilk məlum sivilizasiya e.ə. 2000-ci illərdə Hurrilər olmuşdur. İranın qərbindən Şərqi Aralıq dənizinə qədər bölgədə yayılan hurrilər, e.ə. 2-ci minillikdə ən güclü dövrlərinə çatmışdılar.
Karpat
Karpat dağları — Mərkəzi Avropada dağ sistemi. Slovakiya, Macarıstan, Polşa, Ukrayna, Rumıniya, Serbiya və bir qədər də Avstriya ərazisində yerləşir. Karpat dağlarının yaşı 1,2 milyard ilə yaxındır. O, qədim dağlara aid olunur. == Geologiyası == Karpat dağları Alp dağlarının şərqə davamı hesab edilir. Bu dağlar Dunayın sol sahilində yerləşən Kiçik Karpatlarla başlayaraq, Şərqi Serbiya dağlarına qədər, oraq formasında, təxminən 1300 km məsafədə uzanır. Şərqi Avropa platforması ilə Pannon qurusunun arasında yerləşməsi Karpat dağları zonasında tektonik hərəkətlərin Alp dağlarına nisbətən bir qədər başqa formada baş verməsi ilə nəticələnmişdir. Karpat dağlarında qırışıq əmələgəlmə hadisəsi Alp dağlarına nisbətən bir qədər tez, yəni hələ mezozoy erasının ikinci yarısından başlamışdır. Bu sahədə qüvvətli qırışıqlı tektonik hərəkətlər paleogenin əvvəllərində başa çatmışdır. Neogen və dördüncü dövrdə orogenik hərəkətlər və qalxma amplitudu Karpat dağlarında Alplara nisbətən zəif getmişdir.
Scarlet
Scarlet — Belçikada bir İnternet provayderi və sabit və mobil telefon provayderi kimi fəaliyyət göstərən bir telekommunikasiya şirkətidir.Lüksemburq, Curaçao, Aruba və Sint Maartendə kiçik əməliyyatları var.Daha əvvəl Hollandiyada fəaliyyət göstərmişdi. Belgacom Group, 15 fevral 2008-ci ildə, Antitrust səlahiyyətlilərinin razılığı ilə, Scarlet NA / SA'nın satın alınmasını açıqladı.Belgacom, Belçikalı və beynəlxalq müştərilər üçün Scarlet'in əsas aşağı qiymətli sabit və mobil telefoniya və İnternet məhsulları ilə öz təkliflərini artırmağı hədəfləyir. == Niderland == Scarlet, 1992-ci ildə Hollandiyada müstəqil internet və telefon xidməti provayderi olaraq quruldu.2008-ci ildə Belgacom Group tərəfindən əldə edilmişdir. 2014-cü ilin iyun ayından etibarən rəhbərliyin satın alınmasından sonra Stipte (Hollandiyada "Dəqiqlik") adlandırıldı. == Belçika == Şirkət 1997-ci ildən bəri Belçikada müstəqil telefoniya xidməti provayderi kimi fəaliyyət göstərir. Scarlet 2004-cü ilin sonunda Tiskali Belçikalı şöbəsini satın aldı. == Proximus TV avadanlıqlarını istifadə edərək IPTV == Scarlet də əsas şirkət Proximus'un IPTV xidmətindən istifadə edərək HD televiziya xidmətlərini təklif edir. Bunu etmək üçün istehlakçılar Triplay İnternet, televiziya və sabit rabitə xidməti kimi tanınan "Trio" paketini qəbul etməlidirlər.
Bath
Bat (İngiltərə)
Botë
Botë və ya digər adı ilə World (azərb. Dünya‎) — Albaniyanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Lindita "World" mahnısı ilə Albaniyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Mahnının musiqisi Alban bəstəkar Klodian Kafoku, sözləri isə ifaçı Lindita və Big Bastaya aiddir.
Foto
Bir fotoşəkil (Cənubi azərbaycanda əks, ing.Photograph), işığa həssas bir səthə, ümumiyyətlə fotoşəkil filminə və ya bir CCD və ya CMOS çipi kimi elektron görüntü sensoru üzərinə düşən bir görüntüdür. == Tarix == Fotoqrafiya (yunan dilində foto — işıq, qrafo — yazıram, çəkirəm deməkdir) sənətinin tarixi qədim dövrlər aiddir.. Xüsusi zəhmət çəkmədən və tez zamanda istənilən rəsmi çəkmək, insanın, mənzərənin və s. əksini əldə etmək həmişə insanları maraqlandırmışdır. Hələ uzun illər öncə insanların diqqətini çəkən məqamlardan biri də kiçik deşikdən qaranlıq otağa süzülən günəş şüasının yaratdığı effekt, bu işıqda əşyaların proporsiya və rəng baxımından əks olunması idi. İşığın qaranlıq otaqda yaratdığı bu effekt hələ e.ə. IV əsrdə yaşamış qədim yunan alimi Aristotelə məlum idi. Aya Sofiya məbədinin tikintisində iştirak edən Bizans riyaziyyatçısı və arxitektoru Trallı Anfimiya (474–558) məbədin daxilindəki güzgülərin yerləşmə sxemini lahiyələşdirərkən kamera obskuranın iş metodundan istifadə etmişdi.
FƏTH
Əl-Fətih (Hərəkat əl-Tahrir əl-Vətəni əl-Fələstini, Fələstin Milli Qurtuluş Hərəkatı), Yasər Ərafatın öndərliyində 1959-da qurulan Fələstin mənşəli müqavimət təşkilatı və Fələstin Milli Rəhbərliyindəki iqtidar partiyası. 1968-ci ildəki Karaməh müqavimətiylə önə çıxan və Fələstin Qurtuluş Təşkilatı içində təsirli olan təşkilatdır. El-Fətihin içindən 1971-də Əbu Əli Əyadın öldürülməsi üzərinə qopan Qara Sentyabr adındakı qrup, 1972-ci ildə edilən Münhendə keçirilən Olimpiada Oyunlarında əsir götürdükləri 11 İsrailli idmançı Almaniyanın səhv əməliyyatı əsnasında ölmüşdür.
GOTO
GOTO - (azərb. GOTO deyimi‎, ing. GOTO statement, rus. оператор GOTO) — Fortran, BASIC və başqa proqramlaşdırma dillərində: idarəetməni proqramın başqa bir hissəsinə ötürən idarəedici deyim. Məsələn, BASIC dilindəki aşağıdakı proqram 1000 dəfə “Hello” kəlməsini çap edir: 10 LET X=0 20 PRINT “HELLO” 30 LET X=X+1 40 IF X<1000 THEN GO TO 20 Proqramlaşdırmanın bir çox nəzəriyyəçiləri və praktikləri proqramlarda GOTO deyimindən istifadə etməməyi məsləhət görürlər, bəzi proqlamlaşdırma dillərində isə (məsələn, Modula-2) belə deyim ümumiyyətlə yoxdur. Bu ona görə edilir ki, GOTO deyimi bir tərəfdən proqramın daha əyani olan bloklu quruluşunu pozur, digər tərəfdən kompilyatorun optimal kod generasiya etməsini çətinləşdirir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Got7
Got7 (koreyaca: 갓세븐) JYP Entertainment tərəfindən qurulan Cənubi Koreya-lı oğlan qrupudur. Qrup yeddi üzvdən ibarətdir: Cey B, Mark, Cekson Van, Cinyounq, Younqce, BamBam və Yugyom. Got7, 2014-cü ilin yanvarında Gaon Music Chart-da ikinci, Billboard’s World Albums Chart-da bir nömrəyə yüksələn ilk albumları olan EPGot It? debüt etdilər. Qrup, həmçinin tez-tez martial arts tricking və küçə rəqsləri elementlərini ehtiva edən canlı çıxışları ilə də diqqət çəkdi. 2014-cü ilin sonlarında Got7 Sony Music Entertainment Japan ilə müqavilə bağladı və Yapon dilində debüt sinqlı “Around The World”-u çıxartmaq üçün Yaponiya bazarına çıxdı. Onlar bir ay sonra Cənubi Koreyaya qayıdıb, ölkənin hit-paradlarına başçılıq edən ilk tammetrajlı studiya albomu olan Identify çıxartdılar. 2015-ci ildə Got7, “Just Right” və “Mad” EP’lərini çıxartdırlar, bununla da, kommersiya baxımından “Just Right” ən uğurlu sinqlları oldu. 2016-cı ildə onlar, Oricon Albums Chart-a üçüncü olaraq daxil olan, tammetrajlı studiya albumu Moriagatteyo ilə Yaponiya bazarına yönəldilər. Onların beşinci Koreya albumu EP Flight Log: Departure və ikinci tammetrajlı studiya albumları Flight Log: Turbulence hər ikisi də siyahılarda lider idi və 2017-ci ildə Flight Log seriyasının sonuncu EP Flight Log: Arrival-ı onların ilk 300.000-dən çox nüsxə satan albumu oldu.