Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Caucasian Knot
Kavkazskiy Uzel (rus. Кавказский узел; ing. Caucasian Knot), bəzi azərbaycandilli mənbələrdə Qafqaz Düyünü — Qafqaz regionu haqqında ingilis və rus dillərində xəbərlər yayımlayan onlayn xəbər saytı. 2001-ci ildə yaradılan saytın baş redaktoru Qriqori Şvedovdur. Sayt siyasətə və insan hüquqları məsələlərinə, o cümlədən mətbuat azadlığına xüsusi diqqət yetirir. == Tarixi == 2001-ci ildə sayt "Memorial" hüquq müdafiə təşkilatı ilə əlaqəli layihə kimi fəaliyyətə başlamış, lakin daha sonra müstəqil jurnalistika saytına çevrilmişdir. 2003-cü ildə ingilis dilli versiyası açılıb. Sayt ABŞ və Qərbi Avropadakı bir sıra xeyriyyə təşkilatları tərəfindən maliyyələşdirilir. 2011-ci ildə aylıq təxminən 1,8 milyon oxucusu var idi. == Komanda == Saytın təhlükəsizlik səbəblərinə görə redaksiyası yoxdur.
Caucasian Review of International Affairs (jurnal)
Caucasian Review of International Affairs (azərb. Beynəlxalq Münasibətlərin Qafqaz İcmalı‎) — Almaniyada nəşr edilən qeyri-kommersiya akademik onlayn-jurnaldır. Jurnal 2006-cı ildən ingilis dilində nəşr olunur. Jurnalda Qafqaz və beynəlxalq münasibətlər mövzularında tədqiqatlar çap olunur.
Capra caucasia
Qafqaz dağ keçisi (lat. Capra caucasia) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin dağ keçisi cinsinə aid heyvan növü.
Karschia caucasia
Karschia caucasica — Karschia cinsinə aid hörümcək növü. Azərbaycanın endemik canlısıdır. The species name is Karschia caucasica, NOT "caucasica" The misspelling "caucasica" is in old databases. This wiki needs moving to a modified filename == Ədəbiyyat == L. Koch, 1878 : Kaukasische Arachniden. Naturwissenschaftliche Beitrèage zur Kenntniss der Kaukasuslèander : auf Grund seiner Sammelbeute / herausgegeben von Oscar Schneider.
Felis silvestris caucasia
Qafqaz çöl pişiyi, və ya Qafqaz meşə pişiyi (lat. Felis silvestris caucasica) — Çöl pişikləri növünə daxil olan yarımnöv. Əsasən Qafqaz və Türkiyə ərazilərində yayılmışdır. == Xüsusiyyətləri == Qafqaz çöl pişikləri xarici görünüş baxımından Ortaavropa çöl pişiklərinə bənzəyirlər. Kütlələri 4-11 kq arasında dəyişir. Erkəkləri iri olmaqla yanaşı daha ağır çəkiyə sahib ola bilirlər. Erkəklərdə uzunluq 63—75 sm, dişilərdə isə 52—63 sm təşkil edir. Bu yarımnöv çöl pişikləri arasında ən iriləridir. Yumru başa və böyük cəzbediçi gözə sahibdirlər. Dişiləri cəlb etmək məqsədi ilə aşağı tonlu səslər çıxarırlar.
Fumaria caucasica
Juniperus caucasica
Adi ardıc (lat. Juniperus communis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü. Hündürlüyü adətən 5–10 m, gövdəsinin diametri 0,2 m olan, çətiri möhkəm, konusşəkilli və ya yumurtaşəkillidir. Qabığı boz-qonur, lifli, zoğları qırmızı-qonurdur. İynəyarpaqları üç hissəli, ucu biz, uzunluğu 1,5 sm, eni 0,1–0,2 sm-dir, yaşıl, üst tərəfdən ağ zolaqlı və çöküntülüdür, budaqlarda 4 ilə qədər qalır. Mayda çiçəkləyir, erkək çiçəkləri sarı, dişi çiçəkləri yaşıldır. Qozaları yumru, diametri 0,6–0,9 sm-dir, yetişmiş meyvəsi göyümtül-qara, çöküntülüdür. Yavaş böyüyür. İllik boy artımı 10–15 sm-dir. 200 ilə qədər yaşayır.
Knipowitschia caucasica
Qafqaz xulu (lat. Knipowitschia caucasica) — Knipoviç xulları cinsinin nümayəndəsidir. Qara dəniz, Azov dənizi, Xəzər dənizi sahillərində dərinliyi 2 m olan sularda yaşayır. Erkəklər kürünü müdafiə etmək üçün ərazidə qalır. Bu növ uzunluğu 5 sm təşkil edir == Morfoloji əlamətləri == Bədəni gödəlmişdir. Gözləri yanlara yönəlmişdir. Qapaq sümüyünün üstündəki kanal bu cinsin başqa növlərinə nisbətən zəif inkişaf etmiş, bəzən isə olmur. Bədəni sıx piqmentləşdir. Dişilər erkəklərdən daha açıq rəngdədir. Birinci bel üzgəcində çoxsaylı tünd xallar var.
Lonicera caucasica
Qafqaz doqquzdonu (lat. Lonicera caucasica) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü. == Təbii yayılması == İlk dəfə Qafqazda təsvir edilmiş, Kiçik Asiyada qeydə alınmışdır. == Botaniki təsviri == Hündürlüyü 3,5 m-ə çatan, dikduran gövdəli, alçaqboylu ağac və ya koldur. Yarpaqları uzunsov-oval və ya yumurtavarı-ovalşəkillidir, yarpaq damarları 4–13 cüt olub, aydın seçilir. Çiçəkləməsi yarpaqlamadan sonra baş verir. Dişiciyi 2 və ya 5 yuvalıdır. Erkəkciyi 5-dir. Çiçəkləri yarpaq qoltuğunda cüt və ya dəstə ilə yerləşir, ziqomorfdur, ikidodaqlıdır, üst dodağı 4, alt dodağı isə birləçəklidir. May ayında çiçəkləyir.
Phlomis caucasica
Phlomis orientalis (lat. Phlomis orientalis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin bozaqgülü cinsinə aid bitki növü.
Rosa caucasica
Həmərsin (lat. Rosa canina) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Hündürlüyü 1,5-2,5 m ə çatan koldur. Budaqları qövsşəkilli əyilən, bəzən demək olar ki, düz budaqlı koldur; tikanları bərkdir, oraqşəkilli əyilmişdir, əsas budaqlarda tikanlar demək olar ki, düzdür, uzərində çiçək formalaşan budaqlarda isə həmişə qarmaqşəkilli dartılmış formada olub, coxsaylıdır. Orta yarpaqların uzunluğu 7-9 sm olub, çılpaqdır, yalnız əsas ox boyunca bəzən qısa tükcüklər yerləşmişdir. Yalançı zoğlar çox zaman ensiz olur, kənarları vəzili-kirpikciklidir və sivri qulaqcıqlıdır. Yarpaqcıqları 7 ədəd, nadir hallarda 5 və ya 9 ədəd olur, hər iki tərəfdən həmişə çılpaq və hamardır, çox hallarda ellipsvari qısa sivriləşmiş uca malikdir, uzunluğu 2-2,5 sm, eni 1-1,5 sm-dir, ümumiyyətlə, iti-mişarvaridir, çox vaxt dişcikləri vəziciklə sonlanır. Çiçəkləri çiçək qrupunda 3-5 ədəd, bəzən isə tək olur, və ya çiçək qrupu çox çoxçiçəklidir; çiçək saplağı 12–18 mm uzunluqda olub, çox vaxt yetişmiş meyvənin ölçüsünə bərabər olur. Nadir hallarda isə ondan uzun və ya qısa olur, adətən tükcük və vəzilərdən məhrum olur. Ləçəkləri ağımtıl-çəhrayı rəngdə olur və kasa yarpaqlarından qısadır.
Sabanejewia caucasica
Qafqaz ilişgəni (lat. Sabanejewia caucasica) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çöprələr fəsiləsinin i̇lişgən cinsinə aid heyvan növü. Uzunluğu 4-9 sm, maksimal isə 10,6 sm təşkil edir. Öndağlıq və düzənlik çaylarında müşahidə edilir. Bentos, zooplankton və bəzən isə yosunlarla qidalanır. İyul-avqust ayları kürüləmə dövrüdür. Xəzər dənizinin hövzəsinə daxil olan çaylarda (Terek, Kuma, Sulak, Şura-ozen), həmcinin Kuban çayının yuxarı axarlarında yayılmışdır. Təsərrüfat əhəmiyyəti yoxdur. Rusiyanın Qırmızı Kitabına (2001) nadir və az araşdırılmış bir növ olaraq daxil olmuşdur. Məhdud bir ərazidə yayılmışdır.
Scabiosa caucasica
Qafqaz lomeloziyası (lat. Lomelosia caucasica) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin lomeloziya cinsinə aid bitki növü. Çoxillik bitkidir. Gövdəsi 20-60 (80) sm hündürlükdə, adətən tək, sadə, demək olar ki, çılpaq, çox vaxt yuxarı hissədə xırda tükcüklü, aşağı hissədə az saylı tükcüklüdür. Gövdə ətrafı yarpaqlar tam, uzun saplaqlı, dar lansetvari, lansetvari və ya uzunsov ellipsvari; gövdə yarpaqları oturaq, əsasında tam və ya iridişli və ya lələkvaridir. Başcıqlar tək, iri, çiçəkləmə dövründə diametri 3-8 (10) sm, uzun çiçək saplağındadır. Sarğı yarpaqcıqları lansetvari və ya uzunsovlansetvari, itiləşmiş, sıx qısa tükcüklüdür. Tacı mavi (bəzən ağ) və ya göy, içəridə boztükcüklü, ikidodaqlıdır. BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında subalp və alp qurşağında yayılmışdır. Çəmənlərdə bitir.
Senecio caucasica
Senecio caucasica (lat. Senecio caucasica) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Sorbus caucasica
Qafqaz quşarmudu (lat. Sorbus caucasica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. Quşarmudu Cənubi Qafqazda, o cümlədən Azərbaycanda geniş yayılmışdır. Quşarmudunu eyni zamanda bağlarda və parklarda da becərirlər. Dərman məqsədilə meyvələrindən istifadə olunur. Bunu meyvələri şaxta düşəndən sonra toplanır. Tibbdə həm mədəni becərilən, həm də yabanı halda yayılan quşarmudu bitkisinin meyvələrindən çox vaxt təzə dərilən kimi, yaxud qurudandan sonra istifadə olunur. Qurudulmuş meyvələri "vitamin yığıntısı"nın tərkibində, yaxud ayrıca çay kimi dəmləyərək avitaminoz zamanı və qaraciyər xəstəliklərində istifadə edilir. Bundan başqa təzə dərilmiş meyvələrindən şərbət, mürəbbə hazırlayıb, qanazlığında və qaraciyər xəstəlikləri zamanı, eləcə də qənnadı sənayesində işlədirlər. Quşarmudu qiymətli bitki olduğundan bağlarda və parklarda da becərilir.
Ferula caucasica
Qafqaz ilankölgəsi (lat. Ferula caucasica) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin i̇lankölgəsi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısna göre növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir, prioritet növüdür. Regional IUCN Statusu: VU D2. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir, gövdənin boyu 50 sm-dir. Kökətrafı yarpaqları enli-rombvaridir, üçərbölümlüdür, son ayaları bölünmüş iti dişciklidir, uzunluğu 2 sm-dir. Ləçəkləri sarı, uzunsov-yumurtavaridir, çılpaqdır, uzunluğu 2,5 mm-ə yaxındır. Kənarları qanadlı olan meyvələri nisbətən nazikdir. Mərkəzi çətir qısasaplaqlı, 4-9 şüalıdır.
Fritillaria caucasica
Qafqaz zanbaqcası (lat. Fritillaria caucasica) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin zanbaqca cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməkdə olanlar" kateqoriyasına aiddir - EN A1c; B1ab (iii). Azərbaycanın endemik növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir, soğanağı xırdadır. Gövdəsi çılpaq, zəif, 25 sm hündürlükdədir. Yarpaqlar azsaylıdır, uzunsov və ya uzunsov-lansetşəkillidir, alt yarpaqlar bir qədər enli, üst yarpaqları çox ensiz, dar-neştərşəkilli və ya xətvaridir. Alt yarpaqlar 2 sm-ə qədər enindədir. Çiçəkləri təkdir. Çiçək yatağı zəngvarı, konusşəkilli, 2,5 sm uzunluğunda, göyümtül, bənövşəyidir.
Lomelosia caucasica
Qafqaz lomeloziyası (lat. Lomelosia caucasica) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin lomeloziya cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillik bitkidir. Gövdəsi 20-60 (80) sm hündürlükdə, adətən tək, sadə, demək olar ki, çılpaq, çox vaxt yuxarı hissədə xırda tükcüklü, aşağı hissədə az saylı tükcüklüdür. Gövdə ətrafı yarpaqlar tam, uzun saplaqlı, dar lansetvari, lansetvari və ya uzunsov ellipsvari; gövdə yarpaqları oturaq, əsasında tam və ya iridişli və ya lələkvaridir. Başcıqlar tək, iri, çiçəkləmə dövründə diametri 3-8 (10) sm, uzun çiçək saplağındadır. Sarğı yarpaqcıqları lansetvari və ya uzunsovlansetvari, itiləşmiş, sıx qısa tükcüklüdür. Tacı mavi (bəzən ağ) və ya göy, içəridə boztükcüklü, ikidodaqlıdır. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında subalp və alp qurşağında yayılmışdır. Çəmənlərdə bitir.
Viola caucasica
Qafqaz bənövşəsi (lat. Viola caucasica) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B 2ab(ii,iii,iv). Azərbaycanın nadir növüdür. Qafqaz endemikdir. Çoxillik ot bitkisidir, kökümsov nazik, sürünən, əyri və ya horizontaldır. Kökyanı yarpaqlar 12 sm uzunluğunda dairəvi tumurcuqlu, gövdə yarpaqları yumurtavari, əsasda oyuqlu və ya dərin ürəkvaridir, kənardan dişiciklidir, üst tərəfdə seyrək, alt tərəfdə çox tükcüklüdür. Çiçəklər iri, 6 sm uzunluğundadır. Kasacıqlar xətvari-lansetvari, çılpaq və ya seyrək tükcüklüdür. Ləçəklər sarı və ya açıq-sarı, qəhvəyi rəngli damarlar ilə uzunsov və ya rnli, tərs-yumurtavari, 1,5 sm uzunluğundadır.
Iris caucasica
Qafqaz süsəni (lat. Iris caucasica) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir –NT. Azərbaycanın nadir, Qafqazın endemik növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir, soğanağı yumurtaşəkilli və ya uzunsov, 2-2,5 (3,5) sm enində, tünd-qəhvəyi, tutqun pərdəvari qınla örtülmüşdür. Gövdə 7-15 (20) sm hündürlükdə, 1-3 çiçəklidir. Yarpaqlar boz-yaşıl, göyümtül, qılıncvari, tədricən sivriləşmiş, oraqvari əyilmiş, kənarları ağ xətlə haşiyələnmiş, sıx, qısa kirpikciklidir, çiçəkyanlığının borucuğu 4-5 dəfə yumurtalıqdan uzundur. Çiçəkyanlığı 3,5 -4,5 (5) sm uzunluğunda, yaşılımtıl və ya mavitəhər sarı, qolğun, qıfvari, xarici hissədən enli, uzunsovdur, sütuncuğun hissələri çiçəkyanlığının xarici hissələrindən bir qədər qısa, enli, kütdür, qutucuq 3 sm uzunluğunda, silindrik, uzunsov, qısa buruncuqludur. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləmə, meyvə əmələ gətirmə dövrü aprelin ikinci yarısı - may aylarıdır.Mezokserofit, işıqsevəndir. Kökümsovlarla və toxumla çoxalır. Müxtəlifotlu qruplaşmalar əmələ gətirir.
Ophrys caucasica
Xarıbülbül (lat. Ophrys caucasica) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin ofris cinsinə aid bitki növü. Bəzi ədəbiyyatlara görə bu bitki ayrıca növ deyil, O.sphegodes və ya O.mammosa növünün yarımnövüdür. Azərbaycanda el arasında Xarıbülbül adlanan bitki əsas Ophrys caucasica növü olsa da çox güman ki, ofris bitkisinin bütün növləri xalq arasında Azərbaycanda bu adla adlanır. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu ""Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B1ab(iii)+2ab(iii). Endemik növdür. İsimdir,fars dilindəki xar-tikan və bülbül sözlərinin birləşməsindən yaranıb. Xarıbülbül çoxillik ot bitkisidir. Gövdə 20–40 sm hündürlükdədir. Soğanaqları şarvari və ya xırda-ellipsvaridir.
Astracantha caucasica
Astragalus caucasicus (lat. Astragalus caucasicus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Astracantha caucasica (Pall.) Podlech Tragacantha caucasica (Pall.) Steven === Heterotipik sinonimləri === Astragalus caucasicus var. boissieri Širj. Astragalus caucasicus var. laxus Fisch.
Cacalia caucasica
Caucasalia macrophylla (lat. Caucasalia macrophylla) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin caucasalia cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Adenostyles macrophylla (M.Bieb.) Czerep. Cacalia macrophylla M.Bieb. Pojarkovia macrophylla (M.Bieb.) Askerova === Heterotipik sinonimləri === Adenostyles rhombifolia (Willd.) Pimenov Cacalia caucasica Hoffm. Cacalia rhombifolia Willd. Cineraria caucasica Hoffm. Senecio platyphyllus DC. Senecio platyphyllus var. glandulosus V.A.Matthews Senecio rhombifolius (Willd.) Sch.Bip.
Cineraria caucasica
Caucasalia macrophylla (lat. Caucasalia macrophylla) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin caucasalia cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Adenostyles macrophylla (M.Bieb.) Czerep. Cacalia macrophylla M.Bieb. Pojarkovia macrophylla (M.Bieb.) Askerova === Heterotipik sinonimləri === Adenostyles rhombifolia (Willd.) Pimenov Cacalia caucasica Hoffm. Cacalia rhombifolia Willd. Cineraria caucasica Hoffm. Senecio platyphyllus DC. Senecio platyphyllus var. glandulosus V.A.Matthews Senecio rhombifolius (Willd.) Sch.Bip.
Lactuca caucasica
Lactuca saligna (lat. Lactuca saligna) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin süddəyən cinsinə aid bitki növü.
Matricaria caucasica
Qafqaz üçqabırğacığı (lat. Tripleurospermum caucasicum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin üçqabırğacıq cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Chamaemelum caucasicum (Willd.) Boiss. Matricaria caucasica (Willd.) Poir. Pyrethrum caucasicum Willd. Tanacetum caucasicum (Willd.) Sch.Bip.
Salix caucasica
Qafqaz söyüdü (lat. Salix caucasica) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. Azərbaycanın nadir bitkisidir. NT. Böyük və Kiçik Qafqaz, Acariya İmeretiya vadisi, Şafşet vadisi, Dağıstan və Türkiyədə təbii аrеаllаrı vаrdır. Quba rayonu ərazisində yuxarı meşə və subalp qurşaqda meşə açıqlıqlarında və kənarlarında, çay kənarlarında və rütubətli yerlərdə təbii haldа yаyılmışdır. Təbii halda yuxarı meşə və subalp qurşaqda meşə açıqlıqlarında və kənarlarında, çay kənarlarında və rutubətli yerlərdə rütubətli yerlərdə yayılmışdır. Azərbaycanda arealı geniş deyildir. Hündürlüyü 1–2 m оlаn və yа kiçik аğаcdır. İllik budаqlаrı tünd-qоnur rəngdə оlub, çılpаqdır. Yаrpаqаltıqlаrı böyrəkvаrıdır, yаnlаrа diş-dişdir, аğаcdа qаlаndır.