Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Carin (Xudabəndə)
Carin (fars. جرين‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,110 nəfər yaşayır (248 ailə).
Kill chain
Öldürmə zənciri (ing. Kill chain) termini hücumun strukturunu müəyyən edən hərbi anlayışdır. O, ibarətdir: hədəfin müəyyənləşdirilməsi (Detect) qüvvələrin hədəfə göndərilməsi (Deliver) hədəfə hücumun başlaması (Decide) hədəfin məhv edilməsi (Kill) Rəqibin öldürmə zəncirini "qırmaq" ideyası müdafiə və ya qabaqlayıcı hərəkət üsuludur. == Hərbi == === F2T2EA === Bir hərbi "öldürmə zənciri" modeli aşağıdakı mərhələləri özündə cəmləşdirən "F2T2EA"dır: Tapın: hədəfi müəyyənləşdirir. Müşahidə və ya kəşfiyyat məlumatları daxilində və ya kəşfiyyat vasitələri ilə hədəfi tapır. Düzəlt: Hədəfin yerini düzəldin. Mövcud məlumatlardan və ya əlavə məlumat toplamaqla hədəf üçün xüsusi koordinatlar əldə edin. Track: Hədəfin hərəkətinə nəzarət edin. Hədəflə əlaqə qurmamaq barədə qərar qəbul edilənə və ya hədəf uğurla nişanlanana qədər hədəfi izləyin. Hədəf: İstədiyiniz effektləri yaratmaq üçün hədəfdə istifadə etmək üçün uyğun silah və ya aktiv seçin.
Acherontia atropos charon
Acherontia atropos (lat. Acherontia atropos) — acherontia cinsinə aid kəpənək növü.
Çağrı
Davud Çagrı bəy Mikayıl bəy oğlu (989-1060) — Oğuz elinin Qınıq boyundan, Səlcuqlu sultanı. == Həyatı == Davud Çağrı bəy Mikayıl bəy oğlu 989-cu ildə anadan olmuşdu. Ömrünün çoxunu türklərin zəfərlər qazanmasına və yeni torpaqların fəthinə sərf edən Çağrı bəy 1060-cı ilin martında Səraxs şəhərində 70 yaşında ikən vəfat etdi. O, dünyasını dəyişərkən böyük oğlu Alp Arslan Xorasanda atasının yanında idi və onun yerinə ölkəni idarə edirdi. Çağrı bəyin digər oğlanları Qavurt bəy Kirmanda, Yakut bəy isə Azərbaycanda baş vali idilər. Çağrı bəyin digər arvadından olan oğlu Süleyman isə çox gənc olduğu üçün ona hər hansı bir vəzifə tapşırılmamışdı. Çağrı bəy vəfat edəndən sonra ölkəni idarə edən Sultan Toğrul bəy onun övladlarının hamısını öz vəzifələrində saxladı == Ailəsi == Oğulları Alp Arslan bəy Kavurd bəy Yaquti bəy Süleyman bəy == Yürüşləri == Urfalı Matvey (Matheos/Mattew) adlı bir erməni keşişi özünün salnaməsində Böyük Səlcuq İmperatorluğunun iki banisindən biri olan Çağrı bəyin (digəri onun qardaşı Toğrul bəydir) 1016-1021-ci illərdə Orta Asiyadan Anadoluya tərtib etdiyi hərbi səfəri qeyd edərkən deyirdi: "Həmin il bizim ölkəmizə yel kimi uçan atlarının üstündə, əllərində uzun nizələri, çiyinlərində oxları və yayları olan və qadın kimi uzun saçları olan cəngavər bir qövm (millət) gəldi. Aman ya Rəbb, onlar nə qədər qorxunc idilər". Həmin vaxta qədər heç türk döyüşçüsü ilə qarşılaşmamış erməni ordusunda, üstlərinə yağış kimi yağan oxların yatdığı dəhşət səbəbi ilə, başlayan panika ağır məğlubiyyətə səbəb olmuşdu. Bəli, erməni keşiş Matveyin dediyi bu "qorxunc" millət Çağrı bəyin oğuzları idi və 3000 nəfərlik oğuz süvarisi erməni Vaspurakan çarlığının ərazisini cəmi bir gün ərzində fəth etmişdilər.
Haqqin.az
Haqqin.az, bəzən Haqqın.az kimi qeyd olunur — Azərbaycan informasiya-analitik portalı. == Tarixi == Sayt 29 sentyabr 2011-ci il də jurnalist Eynulla Fətullayev yaradılmış və Azərbaycan Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmışdır. Saytda insan hüquqları problemləri ilə bağlı məlumat və təhlillər, Azərbaycanda və dünyada baş verən mühüm hadisələrə baxış və şərhlər, tematik müsahibələr, ekspert rəyləri, o cümlədən sual-cavab mövzulu məzmun dərc olunur. Xarici KİV-lərdə "Azərbaycan hakimiyyətinə tərəfli", "Azərbaycan müxalifət partiyalarını tənqid edən", "aqressiv" və "Azərbaycanın təhlükəsizlik xidmətləri ilə bağlı sayt" kimi xarakterizə edilmişdir. "Eurasianet"in jurnalisti Coşua Kuçera qeyd etmişdir ki, sayt Azərbaycan Prezidenti İlham Əliyevin dövlət müşaviri Fuad Ələsgərov tərəfindən maliyyələşdirilir və "Bakının rusdilli elitasına yönləndirilmişdir".
Rubeus Haqrid
Rubeus Haqrid (6 dekabr 1928) — Harri Potter romanlar seriyasının qəhrəmanlarından biri. Yarı div yarı insandır. == Romanlarda == === Harri Potter və Fəlsəfə Daşı === Rubeus Haqrid ilk dəfə "Harri Potter və Fəlsəfə Daşı" romanının ilk fəslində təqdim edilir. Ceyms və Lili Potterlərin öldürülməsindən sonda Dambldor evdə qalmış bir yaşlı Harrini götürməyi Haqridə tapşırır. Minerva MakQonoqal Dambldora nəyə görə belə məsuliyyətli bir işi Haqridə tapşırdığını soruşanda, Dambldor hətta həyatını da Haqridə etibar edə biləcəyini bildirir. On il sonra Dambldor Haqridə Fəlsəfə Daşınıı Qrinqotsdan Hoqvartsa gətirməyi tapşırır və Haqridin üç başlı iti Tüklünü gözətçi qoyur. Haqridə həm də Harrini sehrbazlar dünyası ilə tanı etmək və məktəb üçün lazım olan əşyalar almaq həvalə olunur. Haqrid Hoqvarts işçilərindən ilk adam olur ki, Harri ilə ünsiyyət qurur. Sonradan o, Ron və Hermiona ilə də dostlaşır. Sonradan kapişonlu naməlum bir adam (Professor Kvirell) Haqridə əjdaha yumurtası verir və söhbət əsnasında ondan Tüklünün sirrini öyrənir.
Pyotr Çaqin
Pyotr İvanoviç Çaqin - Azərbaycan KP MK-nın ikinci katibi "Krasnaya qazeta"-nın baş redaktoru P.İ.Çaqin idi. O,bu vəzifəyə ÜK(b)P-nın Moskvada 1925-ci ildə, 18-31 dekabr aralığında keçirilən 14-cü qurultayında təyin edilmişdi.
Çağrı bəy
Davud Çagrı bəy Mikayıl bəy oğlu (989-1060) — Oğuz elinin Qınıq boyundan, Səlcuqlu sultanı. == Həyatı == Davud Çağrı bəy Mikayıl bəy oğlu 989-cu ildə anadan olmuşdu. Ömrünün çoxunu türklərin zəfərlər qazanmasına və yeni torpaqların fəthinə sərf edən Çağrı bəy 1060-cı ilin martında Səraxs şəhərində 70 yaşında ikən vəfat etdi. O, dünyasını dəyişərkən böyük oğlu Alp Arslan Xorasanda atasının yanında idi və onun yerinə ölkəni idarə edirdi. Çağrı bəyin digər oğlanları Qavurt bəy Kirmanda, Yakut bəy isə Azərbaycanda baş vali idilər. Çağrı bəyin digər arvadından olan oğlu Süleyman isə çox gənc olduğu üçün ona hər hansı bir vəzifə tapşırılmamışdı. Çağrı bəy vəfat edəndən sonra ölkəni idarə edən Sultan Toğrul bəy onun övladlarının hamısını öz vəzifələrində saxladı == Ailəsi == Oğulları Alp Arslan bəy Kavurd bəy Yaquti bəy Süleyman bəy == Yürüşləri == Urfalı Matvey (Matheos/Mattew) adlı bir erməni keşişi özünün salnaməsində Böyük Səlcuq İmperatorluğunun iki banisindən biri olan Çağrı bəyin (digəri onun qardaşı Toğrul bəydir) 1016-1021-ci illərdə Orta Asiyadan Anadoluya tərtib etdiyi hərbi səfəri qeyd edərkən deyirdi: "Həmin il bizim ölkəmizə yel kimi uçan atlarının üstündə, əllərində uzun nizələri, çiyinlərində oxları və yayları olan və qadın kimi uzun saçları olan cəngavər bir qövm (millət) gəldi. Aman ya Rəbb, onlar nə qədər qorxunc idilər". Həmin vaxta qədər heç türk döyüşçüsü ilə qarşılaşmamış erməni ordusunda, üstlərinə yağış kimi yağan oxların yatdığı dəhşət səbəbi ilə, başlayan panika ağır məğlubiyyətə səbəb olmuşdu. Bəli, erməni keşiş Matveyin dediyi bu "qorxunc" millət Çağrı bəyin oğuzları idi və 3000 nəfərlik oğuz süvarisi erməni Vaspurakan çarlığının ərazisini cəmi bir gün ərzində fəth etmişdilər.
Haqqın Qurbanı (kitab)
Haqqın Qurbanı - şair, görkəmli maarif xadimi Qurban Musayev haqqında yazılmış xatirələr, şeirlər, yaradıcılığından nümumələr toplusudur. Baş redaktor, ideya rəhbəri, tərtibatçı, ön söz və "Qurbannamə" poema-essenin müəllifi Yusif Nəğməkardır. == Kitab haqqında == Kitabın əvvəlində şair Yusif Nəğməkar şair Qurban Musayevin yaradıcılığı ilə bağlı 25 səhifəlik “Ustad şairə ehtiram çələngi” adlı girişlə dəyərləndirmə vermişdir. Forma və mahiyyətcə zəngin olan bu kitabda müəllim-şair Qurban Musayevin öz şeirləri ilə yanaşı, onun ictimai, pedaqoji, şairlik fəaliyyətini dəyərləndirən Yusif Nəğməkar 36 nəfərin şair haqqındakı fikirlərini və xatirələrini vermişdir. Bu xatirə-dəyərləndirmənin (toplunun) içində ən çox diqqəti çəkən, şairin oğlu Məmməd Musayevin sözləridir. Burada Məmməd Musayev atası haqqında xatirələrdən, maraqlı hadisələrdən də bəhs edir. Kitabda xalq şairi Nəriman Həsənzadə də öz eloğlusu haqqında çox səmimi danışır. Əvvəlcə Qurban müəllimlə ilk görüşlərini xatırlayan Nəriman Həsənzadə şairin bəzi şeirlərinin təhlilini də verir. Nəriman Həsənzadə şairi lirik, satirik və vətənpərvər bir şair olaraq oxucuya təqdim edir. Kitabda şairin yaradıcılığı, pedaqoji fəaliyyəti, vətəndaşlıq məziyyətləri bir nəfərin deyil,36 nəfərin dilindən gəlir.
Haqqın nuru (qəzet)
"Haqqın nuru" — Qafqaz Müsəlmanları İdarəsinin həftəlik dini-ictimai qəzeti == Tarixi == İlk nömrəsi 12 mart 2010-cu ildə nəşr olunmuşdur. Qəzet Azərbaycan və rus dillərində nəşr edilmişdir. == Yubiley nömrələri == 300 – 12.02.2016. == Bağlanması == 2016-cı ildə fəaliyyətini dayandırmışdır. Qəzetin fəaliyyətini dayandırmasına səbəb iqtisadi çətinliklər olmuşdur.
Yıldız Çağrı Atiksoy
Yıldız Çağrı Atiksoy (d. 1 aprel 1986; İstanbul, Türkiyə) — Türkiyəli sənətçi.
Haqqın dərgahı (film, 1991)
== Məzmun == Kinolent Qobustandakı daş yaddaşımızla başlanır. Sonrakı kadrlarda atəşgahlar göstərilir, ulularımızın əvvəllər atəşpərətlik əqidəsinə tapındıqları vurğulanır. Daha sonralar xalqımızın islama inamından söhbət açılır. Və gözəl memarlıq abidələri olan islam məscidlərindən danışılır. Filmdə İçəri şəhərin Sınıqqala məscidi, Bakıdakı Təzəpir məsscidi, Əmircandakı Muxtarov məscidi, Balakən və Ağdamdakı məscidlər, onların fəaliyyəti haqqında bəhs olunur. Kinolentdə deyilir ki, inqilabdan əvvəl məscidlərimiz maarifçiliyin inkişafında təsirli rol oynamışdır. == Film haqqında == Film Azərbaycan Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Hatəm Əsgərov Ssenari müəllifi: Məmməd İsmayıl Operator: Rəfael Salamzadə Səs operatoru: Əsəd Əsədov Mətni oxuyan: Rasim Balayev == Sponsor == Azərbaycan Mədəniyyət Nazirliyi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.