Kədərimiz... Vüqarımız...
Kədərimiz… Vüqarımız… — 1998-ci il Azərbaycan istehsalı bioqrafik və musiqili janrında film.
== Məzmun ==
1994-cü il martın 19-da Bakı metropoliteninin "20 Yanvar" stansiyasında keçirilmiş terror aktı nəticəsində Azərbaycanın xalq artisti bəstəkar Rafiq Babayev həlak olmuşdur.
Film musiqi sənətimizin görkəmli xadimi, Azərbaycanın xalq artisti, gözəl caz və estrada bəstəkarı, oranjımançı Rafiq Babayevin xatirəsinə həsr olunmuşdur.
Film-düşüncə həyatdan vaxtsız, faciəvi şəkildə getmiş bir sənət adamının həyat yoluna, ürəkləri fəth edən gözəl musiqisinə nəzər salır. Yaxın dostları, musiqini dərindən bilən adamlar onun haqqında xatirələrini söyləyir.
Rafiq Babayev yaradıcılığının çiçəkləndiyi dövrdə həyatı tərk etdi. Lakin nə qədər ki, bu gözəl musiqiçinin əsərləri səslənir o, bizimlədir. Bu mənada filmin proloqu və epiloqu rəmzi məna daşıyır.
== Film haqqında ==
Filmdə Rafiq Babayevin musiqisindən və vokalizindən istifadə olunmuşdur.
Filmdə "Gecə söhbəti", "1001-ci qastrol", "Rəşid Behbudov", "Bir axşam…" (titrlərdə yoxdur), "Şeytan göz qabağında" (titrlərdə yoxdur), "Gümüşü furqon" (titrlərdə yoxdur) filmlərindəki kadrlardan istifadə olunmuşdur.