Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Blind Channel
Blind Channel — Fin rok qrupu. Finlandiyanı 2021 Avroviziya Mahnı Müsabiqəsində Dark Side mahnısı ilə təmsil edəcək.
Channel 3
Channel 3 (tay สถานีโทรทัศน์ไทยทีวีสีช่อง 3 (ช่อง 3 เอชดี ช่อง 33)) — 26 mart 1970-ci ildə Taylandın ilk ticari televiziya kanalı olaraq fəaliyyətə başlayan bir Tay sərbəst televiziya şəbəkəsidir. Channel 3, BEC World Public Company Limited şirkətinin törəmə şirkəti olan BEC Multimedia Company Limited ("BECM") tərəfindən idarə olunur. Şəbəkənin mənzil-qərargahı Banqkokun Maleenond Towers-da yerləşir.
Channel 7
Channel 7 (tay สถานีโทรทัศน์สีกองทัพบกช่อง 7) — 27 noyabr 1967-ci ildə istifadəyə verilmiş Tayland sərbəst televiziya şəbəkəsidir. Ankara Cənub-Şərqi Asiyada ilk rəngli televiziya yayımıdır. Analoq ötürmədə Tayland Kral Ordusuna məxsus idi. Baş ofisi Banqkok, Mo Chit, Chatuchak-da yerləşir.
Discovery Channel
Discovery Channel Con Hendricks tərəfindən qurulmuşdur. Sənədli proqramlarıyla məşhur olan kanal ümumiyyətlə elm, texnologiya və tarix haqqında da verlişlər yayınlamaqdadır. == Xarici keçidlər == Discovery Communications Inc.
Disney Channel
Disney Channel — ABŞ-dən 24 saat yayımlanan televiziya kanalı. Kanal cizgi film və seriallar yayımlayır. Hədəf kütləsi ilk qurulduğunda 7 yaş qrupu uşaqlar olsa da zamanla dəyişmiş; proqramların məzmunu dəyişdikcə, izləyənlərin də yaş həddi də artmışdır. Kanalın sahibi Volt Disney şirkətidir.
History Channel
«History» (əvvəlki adı: «The History Channel») — beynəlxalq çoxdilli kabel və peyk teleşəbəkəsi. Teleşəbəkənin sahibi «Hearst Communications» ilə «Walt Disney Company» şirkətinin mülkü olan «Disney–ABC Television Group» şirkətinin birgə müəssisi olan «A&E Networks» şirkətidir. Teleşəbəkənin baş qərargahı ABŞ-nin Nyu-York ştatının eyniadlı şəhərində yerləşir. Teleşəbəkənin flaqman telekanalından başqa «History en Español» (ispan dilində) və «Military History» kimi qardaş kanalları da var. Teleşəbəkə ilkin olaraq tarixi mövzuları əhatə edən sənədli televerilişləri və teleserialları nümayiş etdirirdi. Teleşəbəkə son illərdə Pawn Stars və Ax Men kimi realiti televerilişlərini yayımlamağa başlamışdır. Teleşəbəkə Qədim yadplanetlilər, UNO ovçuları və Nostradamus effekti kimi fərziyyə sənədli filmləri yayımladığına görə bir çox alim və tarixşünaslar tərəfindən tənqidə məruz qalmışdır. 2015-ci ilin fevral ayında teleşəbəkənin flaqman kanalının ABŞ-də təqribən 96.149.000 abunəçisi (ümumi televiziya sahibləeinin 82.6%-i) var idi. Teleşəbəkənin ABŞ, Kanada, Skandinaviya, Latın Amerikası, Şərqi Avropa və Asiya variantları var. Teleşəbəkənin ilk Avropa variantı «Viasat» tərəfindən 1997-ci ildə Skandinaviyada təsis edilmişdir.
Science Channel
Science Channel texnologiya, elm və planetlər ilə əlaqədar sənədli filmləri yayımlayan kanal.
Discovery Channel HD
Discovery Channel HD Discovery Communications'un yüksək keyfiyyətli kanalının beynəlxalq adıdır. Discovery Channel HD ilk olaraq, Fevral 2005-ci ildə Koreyada yayıma başlamışdır. Dekabr 2005-ci ildə, Discovery Channel HD Yaponiya və Discovery Channel HD Kanada yayıma başlamışdır.
Discovery Channel Russia
Discovery Channel Russia — Rusiya və MDB ölkələrində yayımlanan telekanal. İzləmə üzrə aparılan bir araşdırmaya görə 2009-cu ilin əvvəlində "Discovery" ən böyük yayım sahəsinə malik ikinci qeyri-ümumdünya telekanal idi. == Tarixi == 2007-ci ilin axırlarında "Discovery" bütün Rusiyada, eləcə də Mərkəzi Asiya dövlətlərində yayım edən ABS 1 süni peykindən istifadə etməyə başlamışdır. 1 dekabr 2007-ci ildən telekanalın reklamları yayımlanmağa başlamışdır. "Discovery" telekanalının Rusiyadakı reklam satışlarının məsulu "Video International" idi.2006-cı ilə qədər "Discovery" telekanalı Rusiya və MDB ölkələrində Zone Vision tərəfindən təmsil olunurdu. Bu əməkdaşlıq "Discovery" "Media Broadcasting Group Limited" şirkətini öz nümyandəsinə çevirəndən sonra sona çatmışdır. "MBG" Rusiyadakı bütün 7 "Discovery" yayımlanmasından məsuldur. == İstinadlar == == Xarici keçidlər == Discovery Channel – MBG saytında.
Disney Channel serialları siyahısı
Bu Disney Channel-də yayımlanan orjinal serial və cizgi filmlərin siyahısıdır. İndi və keçmişdəki serial və cizgi filmlərdən ibarətdir. * ilə işarətlənmiş olanlar artıq Disney Channeldə yayımlanmır. == Disney Channel cizgi filmləri == === 1983 === Sabahın Xeyir, Mikki (televiziya serialı) Puh Kornerə xoş gəlmişsiniz! (1983) * Çox incə ixtira (1983) * EPCOT Maqazin (1983 – 1999) * Donald Dak (1983) * Sənin və mənim uşağım (1983-1986) * === 1984 === Simvol (cizgi film) (1984–1992) * === 1985 === Dumbonun sirki (1985–1988) * === 1986 === Uşaqlar Daxil etdi (1986–1993; əvvəlcədən sindikatda birləşmədə 1984–85) * === 1987 === Videopolis (1987 – 1989) * === 1989 === Mikki Maus Klubu (1989–1996) * Sabahın xeyir, Mis Blis (1989) * === 1990 === Avonliyə yol (7 yanvar, 1990 – 31 mart, 1996) * === 1991 === Möcüzələr adasında məcaralar (1991–1995) * == Disney Channel orjinal serialları == === 1995 === Timon və Pumba (8 sentyabr, 1995 – 1999) * === 1996 === Spellbinder (1996 – 1997) * Flash Forward (September 7, 1996 – 1999) * === 1997 === Gələcəyə Müraciət Edin (1997–1999) * === 1998 === Məşhur Cet Cekson (25 oktyabr 1998 – 22 iyun 2001) * Böcək şirəsi (28 fevral 1998–2001) * === 1999 === Belə Dünyada (18 yanvar 1999 – 28 sentyabr 2001) * Cörsi (24 senyabr 1999 – 23 mart 2003) * === 2000 === Even Stivens (17 iyun 2000 – 2 iyun 2003) * Ürək döyünəndə (26 avqust 2000 – 25 mart 2001) * === 2001 === Lizzi Makquayr (12 yanvar 2001 – 14 fevral 2004) * Məğrur ailə (15 sentyabr 2001 – 19 avqust 2005) * === 2002 === Kim Possibl (7 iyun 2002 – 7 sentyabr 2007)* === 2003 === Bu Reyvenin işidir (17 yanvar 2003 – 10 oktyabr 2007) * Lilo və Stiç (20 sentyabr 2003 – iyul 23 2006) * === 2004 === Deyv Barbar (23 yanvar 2004 – 22 iyul 2005) * Fil Zaman Dövrəsində (18 iyun 2004 – 19 avqust 2006) * Brendi və Cənab Viskers (21 avqust 2004 – 25 avqust 2006) * === 2005 === Gənc Əjdaha (21 yanvar 2005 – 1 sentyabr 2007) * Zak və Kodinin əla Həyatı (18 mart 2005 – 1 sentyabr 2008) * Meqqidə Uğuldama (17 iyun 2005 – 27 may 2006) * === 2006 === İmperatorun Yeni Məktəbi (27 yanvar 2006 – 20 oktyabr 2008) * Hanna Montana (24 mart 2006 – 16 yanvar 2011) * Mübadilə (8 sentyabr 2006 –30 mart 2009) * === 2007 === Kori ağ evdə (12 yanvar 2007 – 12 sentyabr 2008) * Veyverli Pleysin sehrbazları (12 oktyabr 2007 – 6 yanvar 2012) === 2008 === Finis və Förb (1 fevral 2008– günümüzədək) Zak və Kodinin gəmidəki macəraları (26 sentyabr 2008 – 6 may 2011) * === 2009 === Sanniyə imkan verin (8 fevral 2009 – 2 yanvar 2011) * Jonas L.A. (2 may 2009 - 3 oktyabr 2010) * Zik və Lüter (10 iyun 2009 - 2 aprel 2012) * === 2010 === Uğurlar, Çarli! (4 aprel 2010 – günümüzədək) Balıq Tilovu (24 sentyabr 2010 – günümüzədək) Göstər özünü (7 oktyabr 2010 – günümüzədək) === 2011 === Təsadüfə bax! (5 iyun 2011 – 25 Mart 2012) Bacarıq Ferması (17 iyun 2011 – günümüzədək) Zarafatcıl Ulduzlar (15 iyun 2011 – günümüzədək) Cessi (30 sentyabr 2011 – günümüzədək) Ostin və Elli (4 dekabr 2011 - günümüzədək) Dayəm Vampirdir (15 oktyabr 2011 - günümüzədək) === 2012 === Zəng Vurulanda (23 aprel 2012- günümüzədək) Ağırlıq qüvvəsi dartılması (29 iyun 2012) === Müzakirə üçün pilot === Medison Yüksəkliyi (2012) == Oyun evi Disney orjinal cizgi filmləri == === 1997 === Ayı Böyük mavi evdə (20 oktyabr 1997 – 28 aprel 2006) * === 1998 === PB və J susamuru (5 mart 1998 – 24 sentyabr 2000) * Roli, Poli, Oli (4 oktyabr 1998 – 1 avqust 2004) * Qutudan çıxan (5 oktyabr 1998 – avqust 2004) * === 2001 === Puhun Kitabı (22 yanvar 2001 – 1 oktyabr 2002) * Stenli (serial) (15 sentyabr 2001 – 26 oktyabr 2004) * === 2003 === Jojonun sirki (28 sentyabr 2003 – 14 fevral 2007) * === 2004 === Yüksək şəhər qəhrəmanları (12 sentyabr 2004 – 7 yanvar 2008) * === 2005 === Ayı ilə səhər yeməyi (2005–2006) * Conni və Elflər (9 oktyabr 2005 – 4 yanvar 2009) * Kiçik Eynşteynlər (9 oktaybr 2005 – 30 oktyabr 2009) === 2006 === Çarli və Lola (19 mart 2004 – 27 noyabr 2008) * Mikki Maus Klub evi (5 may 2006 – günümüzədək) Çevik Menni (16 sentyabr 2006 – günümüzədək) === 2007 === Dostlarım Puh və Pələng (12 may 2007 – 9 oktyabr 2010, 12 may - günümüzədək) * Dovşan balası şəhəri (3 oktyabr 2007–2009) * === 2008 === Təxəyyül Təkançıları (6 sentyabr 2008 – günümüzədək) === 2009 === Xüsusi Agent (4 aprel 2009 – günümüzədək) Anbar siçanı haradadır? (23 avqust 2009 – günümüzədək) Cəngəllik Birləşməsi (26 sentyabr 2009 – günümüzədək) === 2010 === Ağır melodiya (sentyabr 2010 – günümüzədək) == Disney Gənc orjinal cizgi filmləri == === 2011 === Ceyk və olmayan ölkənin piratları (14 fevral 2011-günümüzədək) Hissə-hissə nağıllar (14 fevral 2011-günümüzədək) Babar və Batonun macəraları (14 fevral 2011-günümüzədək) İt və pişiyin bloq söhbəti (19 oktyabr 2011-günümüzədək) === 2012 === Həkim Seusun Vubbouls dünyası (yalnız 2.
Fibre Channel over Ethernet
Fibre Channel over Ethernet (FCoE; azərb. Ethernet üzərindən fiber kanal‎) — Ethernet şəbəkələri üzərindən fiber kanal çərçivələrini əhatə edən kompüter şəbəkəsi texnologiyası. Bu, fiber kanal protokolunu qoruyan zaman fiber kanala 10 Gigabit Ethernet şəbəkələrindən (və ya daha yüksək sürətlərdən) istifadə etməyə imkan verir. Spesifikasiya 2009-cu ildə nəşr olunmuş İnformasiya Texnologiyaları Standartları üzrə Beynəlxalq Komitəsinin T11 FC-BB-5 standartının bir hissəsi idi. == Funksionallıq == FCoE Ethernet ötürmə sxemindən asılı olmayaraq fiber kanalı birbaşa Ethernet üzərindən nəql edir. FCoE protokol spesifikasiyası fiber kanal yığınının FC0 və FC1 qatlarını Ethernet ilə əvəz edir. Əsl fiber kanal konstruksiyalarını saxlamaqla FCoE mövcud fiber kanal şəbəkələri və idarəetmə proqramı ilə inteqrasiya etməyi nəzərdə tutur. Məlumat mərkəzləri TCP/IP şəbəkələri üçün Ethernet və saxlama sahəsi şəbəkələri (SAN) üçün fiber kanaldan istifadə edirdilər. FCoE ilə fiber kanal ənənəvi internet protokolu (IP) trafiki ilə yanaşı, Ethernet üzərində işləyən başqa bir şəbəkə protokoluna çevrilir. FCoE, TCP və IP üzərində işləyən iSCSI-dən fərqli olaraq, şəbəkə protokolu yığınında birbaşa Ethernet üzərində işləyir.
Consumer News and Business Channel
«CNBC» (tələffüzü: si-en-bi-si) — kabel və peyk vasitəsilə yayımlanan ABŞ biznes xəbərləri telekanalı. Telekanal «Comcast» şirkətinin sahibi olduğu «NBCUniversal» şirkətinin bir mülküdür və baş qərargahı ABŞ-nin Nyu-Cersi ştatındakı Enqlvud Klifs borosunda yerləşir. Telekanal əsasən ABŞ və beynəlxalq iqtisadiyyatlarını əhatə edirdi, ancaq artıq daha çox biznes-mövzulu sənədli filmlər və realiti şoular yayımlayır. Telekanal 17 aprel 1989-cu ildə «NBC» ilə «Cablevision» şirkətlərinin birgə müəssisəsi olaraq «Consumer News and Business Channel» adı altında təsis edilmişdir. 1991-ci ildə telekanal əsas rəqibini — «Financial News Network» şirkətini satın almış, öz distribusiyasını və işçi gücünü artırmışdır. Daha sonra «Cablevision» telekanalda sahibi olduğu səhmləri «NBC» şirkətinə satmışdır. 2015-ci ilin fevral ayında telekanalın 93.623.000 abunəçisi (ABŞ-dəki ümumi televiziya sahiblərinin 80.4%-i) var idi. Dəyəri 4.000.000.000 ABŞ dolları olan telekanal 2007-ci ildə ABŞ-dəki ən dəyərli 19-cu kabel ilə yayımlanan telekanal olmuşdur.Əsas telekanal ABŞ-də yayımlansa da, «CNBC» telekanalının müxtəlif regionlara və ölkələrə xidmət göstərən lokal variantları da fəaliyyət göstərir. Bu variantların çoxunun sahibi və ya səhmlərinin sahiblərinsən biri – «NBCUniversal».
Disney Channel orijinal filmlərinin siyahısı
Bu məqalə Disney Channel orjinal filmləri haqqındadır.
2channel
2channel – (2ちゃんねる ni channeru, qısaca 2ch) Yapon textboard saytıdır. Təkcə 2007-ci ildə 2.5 milyon post yazılmışdır. 1999-cu ildə açılan bu sayt yapon internet aləmində böyük bir kütləyə xitab etmiş və Avropa və Amerikadada böyük bir fanat ordusu qazanmışdır. 2008-ci ildə bu sayt 100 milyon yendən çox xeyir gətirmişdir. Vebsayt 2009-cu ildən 2014-cü ilə qədər Packet Monsters. İnc tərəfindən idarə edilmişdir. Pakmon Sinqapurda hostinq şirkətidir. Yaponiyanın ən məşhur saytı kimi tanınır. 2017-ci ildə 2channel adını 5channelə dəyişdirmişdir.
Chanel
Chanel S. A. (fr. [ʃaˈnɛl]; azərb. Şanel‎) — XX əsrin əvvəlində Parisdə moda dizayneri Koko Şanel tərəfindən təsis edilmiş dəbdəbəli geyim firması. Sonralar Koko Şanel kimi tanınan Qabriel Bonyor Şanel 1913-cü ildə Aşağı Normandiya bölgəsinin kiçik Dovil şəhəində özünün ilk "Chanel" kiçicik butik geyim mağazasını açmışdır. 2013-cü ildə "Chanel" butikinin 100 illik yubileyi qeyd edilmişdir. Hal-hazırda ən sanballı, dəbdəbəli və dünya geyim dəbinin bayraqdarı sayılan "Chanel modalar evinin" mənzil gərargahı Parisin O-dö-Sen departamentində yerləşir. "Chanel Evi" qadın geyim və bəzək əşyalarından başqa kişilərin də zövqünə oxşayan geyim, qol saatları, eynəklər, kəmərlər və s. kimi aksessualar təqdim etməkdədir. Forbes juranalının yazdığına görə, Koko Şanelin iş ortağı Piyer Vertheimerin (1888–1965) nəvələri, Alayn Vertheimer (* 1949) və Jerard Vertheimer (* 1950) "Chanel"in sahibləridirlə. == Tarixi == Dərziliyi öyrənmiş Koko Şanel 1909-cu ildə şlyapa atelyesi açır.
Chanel No.5
Chanel No.5 - məşhur Chanel markasının ətiri, 1921-ci ildə ətriyyatçı Ernest Bo tərəfindən yaradılmışdır. == Tarixi == Deyilənə görə, Koko Şanel cənab Ernest Bodan "Qadın ətrinin gələ biləcəyi, süni qadın ətrini" yaratmasını xahiş eləmişdir. Chanelin ilk ətirini yaradan Bo sintetik rəngli iyi olan (Cucumis sativus) - aldeqidlərdən istifadə etmişdir. Bo- çar sarayının keçmiş ətriyyatçısı, 1917-ci il İnqilabından sonra Rusiyadan qaçaraq dünyada ilk dəfə aldeqid molekulları əsasında mükəmməl bir ətir yaratmışdır. Ətriyyaçı mademuazel Şanelə seçim üçün 10 ətir təqdim edir, lakin Koko Şanel bunlardan beçincini seçir və buradan şedevrin adı yaranmışdır. "Beş" Koko Şanelin sevimli rəqəmi idi. Chanel No.5 aşağıdakı ətriyyat notlarından ibarətdir: Yuxarı notlar: aldeqidlər, nerollar, ilan-ilanq, berqamot, limon Ürəyin notları: iris, bənövşə kökü, jasmin (çiçək), inciçiçəyi, qızılgül Əsas notlar: ətir, səndəl ağacı, paçuli, müşk, viverra, vanil, palıd mamırı, vetiverƏtirin təkcə özü inqilabi deyildi, onun təqdimatı da inqilabi olmuşdur. İndiyə qədər fabrikantlar, onlardan ən məşhuru olan Rene Lalik bu ətirin flakonlarını hazırlamaq üçün ən müxtəlif formalar və ən əcaib ornamentlərlə təkmilləşdirməyə çalışmışlar. Bu cür flakonların hazırlanması fikrinə əks çıxan Şanel asketizm və sadəlik ideyasını dəstəkləyərək, içərisində qızılı məhlul olan parallelepiped formasında olan sadə flakon ideyasını təklif etmişdi. Onu bəzəməyin yeganə izləri 1924-cü ilə adi edilir.
Jaklin Kennedinin çəhrayı Chanel kostyumu
Jaklin Buvye Kennedinin çəhrayı Chanel kostyumu (ing. Pink Chanel suit of Jacqueline Bouvier Kennedy) — Jaklin Kennedinin əri prezident Con Kennedi 22 noyabr 1963-cü ildə Dallasda, Texasda sui-qəsd nəticəsində öldürüldükdə geyindiyi çəhrayı kostyum. O, həmin gün günorta yeni prezident Lindon Consonun and içməsi zamanı və Vaşinqtona qayıdarkən onun qanına boyanmış kostyumu geyinməkdə israr etmişdi. Jaklin Kennedi dəb ikonası idi və bu kostyumun onun geyim əşyaları arasından ən çox istinad ediləni olduğunu demək olar. == Sui-qəsd == Avtomobil Dallasda yerli küçələrlə hərəkət edərkən Jaklin Kennedi üstü açıq prezident limuzininin arxa oturacağında prezidentin sol tərəfində oturmuşdu. Odur ki, Con Kennedi başından vurulduqdan dərhal sonra onun qanı Jaklinin kostyumuna sıçramışdı. Xəstəxanada Kennedi qana bulaşmış kostyumu geyinməyə davam etmi., lakin papağını çıxartmışdı. Bu gün papağın harada olduğu bilinmir və ona sahib olduğu məlum olan sonuncu şəxs - Jaklinin şəxsi katibi Meri Qallaqer 2022-ci ildə ölümündən əvvəl onun yerini açıqlamaqdan imtina etmişdir. Bir neçə nəfər Kennedidən kostyumunu dəyişmək istəyib-istəmədiyini soruşsa da, o, imtina etmişdi. Con Kennedinin həkimi, admiral Corc Burklinin məsləhətinə baxmayaraq o, həmin kostyumu and içmə mərasimi zamanı vitse-prezident Consonla yanaşı geyinmişdir.
Çannel-Aylends
Normand adaları (fr. îles Anglo-Normandes) və ya Çannel-Aylends (ing. Channel Islands) — La-Manş boğazında, Fransa sahilləri yaxınlıqlarında adalar qrupu. Birləşmiş Krallığa məxsusdur. Sahəsi 196 km²-dir. İki böyük (Cersi və Gernsi) və bir neçə kiçik adadan ibarətdir. Qranik və qneyslərdən təşkil olunmuşdur. Bostançılıq, heyvandarlıq və balıqçılıqla məşğul olunur. Əsas şəhəri Sent-Heliyerdir. Adaların ümumi əhalisi 2018-ci ildə 170,499 nəfər idi.
Çannel adaları
Kaliforniya Çannel adaları və ya sadəcə Çannel adaları — ABŞ-nin Kaliforniya ştatının cənubunda 8 adadan ibarət arxipelaq. Adaların beşi Çannel Adaları Milli Parkının bir hissəsidir.
Kaliforniya Çannel adaları
Kaliforniya Çannel adaları və ya sadəcə Çannel adaları — ABŞ-nin Kaliforniya ştatının cənubunda 8 adadan ibarət arxipelaq. Adaların beşi Çannel Adaları Milli Parkının bir hissəsidir.
Cannes
Kann (fr. Cannes) — Fransanın şərqində 70 min əhalisi olan şəhər. Şəhərin əsası liqurlar tərəfindən Napul körfəzinin sahilində salınmışdır. Bu şəhər Lacivərd sahilin ən məşhur kurortlarından hesab olunur. == Tarixi == Bu şəhərin salınma tarixi dəqiq məlum deyil. 1834-cü ildə ingilis kansler Lord Breqxem İtaliya səfəri zamanı dəhşətli vəba səbəbindən səfərini yarımçıq qoyaraq bu şəhərdə məskən salmalı olur. Digər ingilis aristokratlar da bundan sonra burada məskunlaşmağa başlayırar. == Şəhəri məşhur edənlər == Kann şəhəri hər il keçirilən Kann kinofestivalı və "Kann şirləri" beynəlxalq reklam festivalına görə məşhurdur. Kannda həmçinin Avropanın əsas mobil rabitə texnologiyası yarmarkası - 3GSM World Congress keçirilir.
Chantal Quesnel
Şantal Kvesnel (ing. Chantal Quesnelle, 1971, Ottava) — Kanadalı aktrisa. Kanadalı Teletoon kanalında yayımlanan cizgi filmi Zeromanda səsləndirərək tanınıb.
Cohannes Heesters
Yohannes Hesters (1903-2011) — Tanınmış aktyor və estrada müğənnisi (tenor). == Həyatı == Yohannes Hesters 1903-cü ildə Hollandiyada doğulub.O, dünyada fəaliyyətini davam etdirən ən yaşlı aktyor və müğənni sayılır. Amma onun 90 illik karyerası ziddiyyətli dövrləri ilə də yadda qalıb. Karyerasının əvvəlində bir sıra operetta və musiqili filmlərdə rollar ifa edən Heesters 1935-ci ildə ailəsi ilə birlikdə Almaniyaya köçür. 30-40-cı illərdə Almaniyadakı fəaliyyəti onun ulduzunun parlaması, məşhurlaşması dövrü olur. Heesters nasist diktatoru Adolf Hitlerin sevimli müğənnisi idi. O, təkcə Hitler, Gerinq kimi nasist liderlərinin qarşısında çıxışlar etməyib, həm də müharibə dövründə davamlı şəkildə nasist ordusunun əsgərlərinə baş çəkib, onlar qarşısında çıxışlar edib. Hətta iddialara görə, o, nasistlərin yaratdıqları Daxau düşərgəsinə də gedib. Amma sənətçinin özü heç zaman həbs düşərgələrində qatil nasistlər qarşısında çıxış etmədiyini bildirir. Heestersin bir sıra yüksək vəzifəli SS rəsmiləri ilə də dostluq etdiyi faktdır.
Cohannes Müller
Cohannes Müller (alm. Johannes Müller‎ lat. Argoviensis, fr. Jean Muller d'Argovie; 9 may 1828 – 28 yanvar 1896, Cenevrə) — İsveçrə botaniki və mikoloqu. == Şərəfinə adlandırılmış taksonlar == Ranunculus argoviensis W.Koch Psychotria argoviensis Steyerm. Typha argoviensis Hausskn. ex Asch. & Graebn.. == Ədəbiyyat == Dictionary of the Fungi (9th edition). Brummitt RK; Powell CE. 1992.
Feri Cansel
Feri Cansel (7 iyul 1944, Lefkoşa – 2 sentyabr 1983, İzmir) – Türkiyə aktrisasıdır. Erotik filmlərdə populyarlıq baxımından Zerrin Egeliler, Arzu Okay, Zerrin Doğan, Figen Han kimi aktrisalar sırasındadır. Feri Cansel aktrisa olan Zümrüt Canselin anasıdır. == Həyatı == Feri Cansel 7 iyul 1944-cü ildə Türkiyənin Lefkoşa (Nikosiya) şəhərində doğulmuşdur. Bir müddət sonra ailəsi ilə birgə Böyük Britaniyaya köçmüşdür. Türkiyəyə gələndən sonra asan iş tapmaq üçün saxta evlilik edir. 1960-cı illərin sonu 1970-ci illərin əvvəllərində bir sıra filmlərə rol aldıqdan sonra bir çox erotik məzmunlu filmlərdə iştirak edərək populyarlıq qazanır. Əsasən, bu janrlı filmlərdə 1974-1978-ci illər arası iştirak edir. Feri Cansel 1983-cü ildə nişanlısı Melik Ük tərəfindən öldürülmüşdür.
Fəri Cansel
Feri Cansel (7 iyul 1944, Lefkoşa – 2 sentyabr 1983, İzmir) – Türkiyə aktrisasıdır. Erotik filmlərdə populyarlıq baxımından Zerrin Egeliler, Arzu Okay, Zerrin Doğan, Figen Han kimi aktrisalar sırasındadır. Feri Cansel aktrisa olan Zümrüt Canselin anasıdır. == Həyatı == Feri Cansel 7 iyul 1944-cü ildə Türkiyənin Lefkoşa (Nikosiya) şəhərində doğulmuşdur. Bir müddət sonra ailəsi ilə birgə Böyük Britaniyaya köçmüşdür. Türkiyəyə gələndən sonra asan iş tapmaq üçün saxta evlilik edir. 1960-cı illərin sonu 1970-ci illərin əvvəllərində bir sıra filmlərə rol aldıqdan sonra bir çox erotik məzmunlu filmlərdə iştirak edərək populyarlıq qazanır. Əsasən, bu janrlı filmlərdə 1974-1978-ci illər arası iştirak edir. Feri Cansel 1983-cü ildə nişanlısı Melik Ük tərəfindən öldürülmüşdür.
Çannel Adaları Milli Parkı
Çannel Adaları Milli Parkı (ing. Channel Islands National Park) — ABŞ-nin Kaliforniya ştatının cənub sahillərində yerləşən 8 Çannel adasının 5-ni əhatə edən milli park. Milli parkın sahəsi 1 009,94 km²-dır və ABŞ Milli Park Xidməti tərəfindən idarə olunur. == Tarixi == Çannel adaları Kaliforniyanın Sakit okean sahillərində yerləşən 8 adasıdır. Bu adalar yaşayış məskənlərinə yaxın olsalar da dəniz yolunun çətin olması və kimsəsiz olmaları səbəbi ilə inkişaf göstərməmişdirlər. 26 aprel 1938-ci ildə ABŞ prezidenti Franklin Ruzveltin bir qərarnaməsi ilə bu adalar "milli abidə" elan edilmiş və bu adalardakı təbii qoruma federal dairə-büro Milli Park Xidmətinə verilmişdir. Amma bu qoruma ancaq 8 adadan 5-nə tədbiq edilmişdir. Həmçinin o zaman 100,994 hektar sahəsi olan Çannel Adaları Milli Abidəsinin ərazisinin ancaq 31,978 hektarı federal dövlət sahibliyi altında olmuşdur. Bu adalar arasında ən böyüyü olan Santa Kruz adasının 76 %-i Təbiət Qorunağı quruluşu sahibliyi altında olub bu quruluş tərəfindən idarə olunmaqdadır. Bu milli abidə 1976-cı ildə Milli Biokürə Qoruğu elan edilmişdir.
Hannes Halldorsson
Hannes Halldorsson (27 aprel 1984, Reykyavik) — İslandiyalı kinorejissor, Qarabağ Futbol Klubunda keçmişdə və İslandiya millisində çıxış edən professional qapıçıdır. == Klub karyerası == === İslandiyada === Hannes İslandiyada Leyknir Reykyavik, Afturelding, Styarnan, Fram və KR Reykyavik klublarında çıxış edib. === Avropada === 28 mart 2012-ci ildə Norveç klubu olan Brannın heyətində icarə əsasında qısamüddətli iştirak etdi. 2013-cü ilin dekabrında Hannes Xorvatiya millisi ilə oynanacaq Dünya Kuboku play-off mərhələsinə hazırlaşmaq məqsədilə Sandnes Ulf klubunda çıxış etməyə başladı.6 iyul 2015-ci ildə Hollandiya klubu N. E. K ictimaiyyətə Hanneslə 2 illik müqavilə imzalandığını elan etdi.3 iyul 2018-ci ildə Halldorsson Qarabağla iki illik müqavilə imzaladı. "Qarabağ"la iki illik müqavilə bağlayıb. O, cari mövsümdə cəmi 8 oyunda (4 Premyer Liqa, 4 avrokubok) meydanda olub. Təcrübəli qapıçı mövsüm başa çatmamış 2019-cu ildə Ağdam təmsilçisi ilə yollarını ayırıb. Hannes Halldorsson karyerasını "Valur" klubunda davam etdirəcək. Onunla 2022-ci ilədək müqavilə bağlanılıb. Sözləşməyə əsəsən, Halldorsson klubun aşağı yaş qrupları üzrə komandalarında qapıçılar üzrə məşqçi kimi də fəaliyyət göstərəcək.
Hannes İqnatius
İohann Ferdinand "Hannes" İqnatius (8 oktyabr 1871, Helsinki – 3 mart 1941, Helsinki) — Finlandiyalı əsgər və Finlandiya müstəqilliyinin görkəmli dəstəkçisi. == Bioqrafiyası == İqnatius fennoman senat Karl Ferdinand İqnatius və Amanda Kristina Berqmanın oğlu idi. İqnatius hərbi təhsilini 1885–1892-ci illərdə Hamina kadet məktəbində, daha sonra 1896–1899-cu illərdə Sankt-Peterburqdakı general heyəti akademiyasında almışdır. === Hərbi xidməti === İqnatius 1892-ci ildən 1901-ci ilə qədər Finlandiya Əjdaha Alayında xidmət etmişdir. O, 1900-cü ildə kapitan vəzifəsinə yüksəldi. Finlandiya knyazlığının ordusu ləğv edildikdən sonra o, 1901–1917-ci illər aralığında biznes fəaliyyəti ilə məşğul olmağa başladı. İqnatius Birinci Dünya müharibəsi ərzində Finlandiya müstəqilli üçün çalışan hərbi komitənin tanınmış üzvü oldu və ilk olaraq polkovnik, daha sonra 1918-ci ildə general mayor rütbəsinə yüksəldi. İqnatius Finlandiya vətəndaş müharibəsi dövründə 1918-ci il 18 fevraldan 6 maya qədər Ağ Finlandiyanın Maddi-Texniki Təchizat Generalı, eyni ilin mayından iyununa qədər ordunun aparat rəhbəri vəzifəsini tutdu. Qış müharibəsində İqnatius yenidən ordu rəhbəri vəzifəsinə gəldi.İqnatius Suomen Vapaussota 1918 (Finlandiya istiqlaliyyət müharibəsi) nəşriyyat komitəsinin sədri idi. O, 1918-ci ildə Qustav Mannerheym kitabını yazdı.
Zümrüt Cansel
Zümrüt Cansel (23 mart 1963, Böyük Britaniya) – Türk aktrisasıdır. Anası aktrisa Feri Cansel olub. Zümrüt Canselin əsl adı "Zümrüt Vedjhi"dir. Zümrüt Canselin ilk iştirak etdiyi film "Hababam Sınıfı Dokuz Doğuruyor" adlı komediya janrlı filmdir. Onun həyat yoldaşı Eser Özaltınderendən üç övladı vardır.
Pak Çhanyol
Park Chanyeol (27 noyabr 1992, Seul) — Cənubi Koreyalı müğənni, rapçi və artistdir. Cənubi Koreya-Çin oğlan qrubu EXO, alt qrubu EXO-SC və EXO-K'nın üzvüdür. == Həyatı == Park Chanyeol 27 noyabr 1992-də Seul, Cənubi Koreyada anadan olub. Seuldakı Hyundai Məktəbinə gedib. MBC Nəşr Stansiyasında serverlik eləyən Park Yoora adında bir bacısı var. Ana və atasının Seuldə "Viva Polo" adında İtalyan restorantları var. Chanyeol 16 yaşında olanda bir serverlik qurumundan dərslər almağa başladı. Burada Block B qrubundan P.O. ilə yaxın dost oldu. Hal-hazırda qrup üzvləri Baekhyun və Suho ilə Kyung Hee Cyber Üniversitetində "Mədəniyyət və Sənət rəhbərliyi" bölümündə oxuyur.
Çanneld-Skablends
Çanneld-Skablends (ing. Channeled Scablands) — Şimali Amerikanın Kolumbiya platosu ərazisində yerləşir. Nəhəng su axınları və buz gölünün fəaliyyəti nəticəsində yaranmışdır. İnzibati cəhətdən ABŞ-nin Vaşınqton ştatı ərazisində yerləşir. == Adının tarixi == «Çanneld-Skablends» adını missul axınlarının təstiqləyən Con Harlet vermişdir (ing. J. H. Bretz). Belə ki, bu bu coğrafi obyektlərin vadi ilə eyni morfologiyaya malik olmaması ilə əlaqədar Kolumbiya platosunda olan bu yataqları «kanal» olaraq adlandırmışdır. Bundan sonra ərazi «The Channeled Scabland» adlandırılmışdır. Bu tip coğrafi obyektlər Altayda da aşkarlandığından Skeblend termini leksikona daxil olmuşdur. Bu hadisəni həmcinin V. R. Beyker, Q. Komasu və digərləridə araşdırmışdır == İstinadlar == == Ədəbiyyat == Rudoy A.N. Glacier-Dammed Lakes and geological work of glacial superfloods in the Late Pleistocene, Southern Siberia, Altai Mountains // Quaternary International.