Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Adapter
Adapter (ing. adapter,lat. adapto — uyğunlaşdıran,uyğunlaşdırıcı ) — hər hansı sonuncu qurğunu və ya detalı, başqa birləşmə yolu olmadığından əvvəlki ilə əlaqələndirmək üçün nəzərdə tutulmuş qurğu. Bəziləri güc və ya siqnal atributlarını dəyişdirir, digərləri isə sadəcə bir konnektorun fiziki formasını digərinə uyğunlaşdırır. Avropa ilə əlaqəli bir çox ölkələr müxtəlif dəyişən cərəyan üçün taxıc yuvalarından 230 volt, 50 Hz AC şəbəkə gərginliyindən istifadə edir. == Ümumi məlumat == Hesablama texnikasında – kompyuterin kənar qurğularla (çap qurğusu, displey, skaner və s.) əlaqəsini uzlaşdıran qurğu. Məs., displeyin ekranına simvollarla işarələnən və ya qrafik informasiyanı çıxarmaq üçün işlədilən Adapter rəqəmi siqnalı analoq siqnala çevirir. Elektron sxem və ya mikrosxem şəklində düzəldilir, əməli yaddaşa, ixtisaslaşdırılmış prosessora malikdir. Elektrotexnikada – dəyişən cərəyan (220 V) şəbəkəsinin gərginliyini sabit gərginliyə (1,5–15 V) çevirən qurğu; pleyerlərin, mobil telefonların, rəqəmli ölçmə cihazlarının, daşınan radioqəbuledicilərin və s. akkumulyatorlarının yüklənməsi üçündür.
Chester Dewey
Çester Dyui (ing. Chester Dewey, 25 oktyabr 1784 – 15 dekabr 1867) — Amerika botaniki, professor təbiətşünası, riyaziyyat, fizika, kimya geologiya və botanika müəllimi, pedaqoq və nazir == Bəzi əsərləri == Families and Natural Orders of Plants. History of the Herbaceous Plants of Massachusetts. The True Place of Man in Zoology. An Examination of some Reasoning's against the Unity of Mankind.
Euthanasia Coaster
Evtanaziya lunapark qatarı sərnişinlərini öldürmək üçün dizayn edilmiş dəmir sürət qatarı konsepsiyadır. 2010-cu ildə elmlər doktoru namizədi Culicanas Urbanas tərəfindən London Kral Sənət Kollecində dizayn edilib miqyaslı modeli düzəldildi. Əyləncə parkında çalışmış Urabans öz lunapark sürət qatarının yaradılmasın hədəfi insan canını "eyforiya və zərifliklə" alması olduğunu dedi. Dizaynının praktik tətbiqlərinə gəldikdə, Urbanas "evtanaziya" və ya "edam" olduğundan bəhs etdi. Filadelfiya Toboqqan Şirkətində başçı vəzifəsində xidmət göstərən Con Allen Urbanası "sonuncu" lunapark sürət qatarı odur ki, "24 adam göndərir və hamısı ölü olaraq geri qaytarır." açıqlaması ilə ilhamlandırdı. == Dizaynı == Sxemin dizayn konsepsiyasına əsasən yuxarı doğru dik dərəcə ilə 510 metrə qədər 24 sərnişini qatar liftlə çəkir. 510 metr yüksəkliyə çatana qədər hər hansı sərnişin geri qayda bilər. Bundan sonra yeddi kolotoidə və qatarın inversiyasına qədər(Eyler spiralı) saatda 360 kilometrə yaxın bir sürətdə aşağı düşür, özünün terminal sürətinə yaxındır. Qatar sürətini itirərkən , hər inversiyada diametr daha da kiçilir və 10g qüevəsini qoruyur. Kəsgin sağ dönüşdən sonra qatar yeni sərnişinləri almaq cəsədləri boşaldmaq üçün düz istiqamətdə başladığı yerə geri qaydır.
Howard Carter
Houard Karter (9 may 1874[…], Kensinqton və ya London – 2 mart 1939[…], London) — İngilis arxeoloq və Misirşünas. Misirin Luksor şəhərindəki məşhur Krallar vadisində firon Tutanxamon türbəsini kəşf etməsi ilə məşhur olmuşdur. Buna baxmayaraq Misirdən uzaqda ölmüş və cənazəsində yalnız Xanım Evelyn iştirak etmişdir. == Bioqrafiyası == Houard Karter 1874-cü ildə İngiltərənin paytaxtı Londonun Kensington regionunda anadan olub. Atası istedadlı bir sənətçi Samuel Karter, anası Marta Coys (Sands) olmuşdur. Uşaqlığının çox hissəsini Norfolkun Suafhem şəhərində keçirmişdir. Misirdə arxeoloji tədqiqatlar aparan və F. Petrienin "Tell el-Amarna" qazıntılarında (1892) iştirak edən Houard Karter, Misir hökuməti tərəfindən antik abidələrin müdiri olaraq təyin edilmişdir. Thebes qazıntılarında iştirak etmiş (1910) və Misir kraliçası Hatshepsutun türbəsinin kəşf edilməsində mühüm rol oynadıqdan sonra, Thebesdəki Krallar vadisini tədqiq etmək üçün Lord Carnarvon ilə əməkdaşlıq etmiş və uşaq kral olan Tutanxamonun məzarını kəşf etmişdir (1922). Ancaq bu kəşfdən sonra bir sıra xoşagəlməz hallarla üzləşdi. Misir mətbuatı Times jurnalına verdiyi imtiyazlara görə onu sevmirdi.
Şirin Hanter
Şirin Hanter və ya Şirin Təhmasib-ABŞ-nin Cənubi Qafqaz və Yaxın Şərq siyasəti üzrə analitik və Corctaun Universitetinin professoru olan İran azərbaycanlısı elm xadimi. 2019-cu ilə qədər Prince Şahzadə Əlvaled İbn Təlal Müsəl-Xristian Anlaşma Mərkəzinin araşdırmaçı-professoru idi. O, burada 2005-ci ildən çalışmaqda idi. O, 2019-cu ildən burannı fəxri araşdırmaçısı oldu. == Fəaliyyəti == Pəhləvi sülaləsinin hakimiyyəti dövründə, 1965-ci ildən 1979-cu ilə qədər Şirin İran XİN-də diplomat kimi fəaliyyət göstərmişdir. 1983-cü ildən 2005-ci ilə kimi Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində çalışmış, İslam Proqramının direktoru, Orta Şərq Proqramının direktor müavini (1983-2002) olmuşdur. Həmçinin o, Corc Mason Universitetində və Vaşinqton Kollecində dərslər vermişdir. O, Carnegie Korperasiyasının akademik araşdırmaçısı olmuşdur.1993-cü ildən 1997-ci ilə qədər Şirin Brüsseldə yerləşən Avropa Siyasət Araşdırmaları Mərkəzində qonaq araşdırmaçı olmuş və Aralıq Dənizi Proqramını icra etmişdir. Bundan başqa o, Brookings İnistitutunda qonaq müəllim kimi, Harvard Universitetinin Beynəlxalq Araşdırmalar Mərkəzində araşdırmaçı kimi çalışmışdır.O, fəaliyyəti boyunca 16 kitab və monoqrafiya yazmış, 12 kitabın nəşrinə yardım etmişdir. Bundan başqa, o, 100-dən çox kitabın fəslinin və jurnal məqaləsinin müəllifidir.
Cucumis chate
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Hanter Stokton Tompson
Hanter Stokton Tompson (ing. Hunter Stockton Thompson; 18 iyul 1937[…], Luisvill, Kentukki – 20 fevral 2005[…]) — amerika yazıçısı. == Həyatı == Amerikalı məşhur jurnalist və yazıçı Hanter Tompson 20 fevral 1937-ci ildə doğulub. “Qonzo” jurnalistikasının yaradıcısı hesab olunan Tompson alkoqol və narkotik aludəçisi idi. “Qonzo” jurnalistikasının əsas xüsusiyyəti bundan ibarət idi ki, jurnalist burada klişe söz və ifadələrdən tamamilə imtina edir. Obyektiv olmaq məcburiyyəti yoxdur. Əksinə, jurnalist gördüyü hadisələri subyektiv formada nəql edir. Çoxu siyasi mövzuda olan məqalələrdə klişe ifadələr yerinə, daha səmimi, daha dürüst və daha əyləncəli ifadə tərzi seçilmişdi. Söyüşdən, jarqondan, ironiyadan, lağlağıdan da bol-bol istifadə edilirdi. Hadisələrin mərkəzində jurnalist özü dayanırdı.
Billi Hanter (futbolçu)
Uilyam Braun (2 aprel 1885 – 2 yanvar 1937, Nyu-York, Nyu-York ştatı) Şotlandiyalı peşəkar futbolçu və menecer. Hollandiya millisini,Avstriyanın “Hakoah Vyana” klubunu,İsveçrənin “Lozanna Sports” klubunu,Türkiyə millisini və “Qalatasaray”ı idarə edib. == Futbol karyerası == 1904-cü ildə İngiltərə komandalarından biri olan Millwall FC- də oynadı. İngiltərənin cənub-qərb liqası olan Qərb Futbol Liqasında iki titul qazandı. Uğurlu nəticələrdən sonra 1909-cu ildə Bolton Uonderersə transfer olundu. Burada o,ilk liqa təcrübəsini yaşadı. İlk mövsümdə ikinci liqaya düşsələr də, növbəti mövsümdə yenidən ikinci liqanın ikincisi kimi yüksəldilər. Hunter birinci liqada daha bir mövsüm oynadı və onlar liqada dördüncü yeri tutdular. 1912-ci ildə futbolu tərk etdi. == Məşqçilik karyerası == O,ilk məşqçilik təcrübəsinə 1912-ci ildə futboldan ayrıldığı il başlayıb.
EGA (Enhanced Graphics Adapter)
EGA (ing. Enhanced Graphics Adapter – Təkmilləşdirilmiş qrafiki adapter) — öz xarakteristikasına görə (rəngli) CGA və VGA arasında yerləşən, IBM PC üçün monitor və videoadapterlərin standartıdır. IBM firması 1984-cü ilin avqustunda IBM PC/AT fərdi kompüterinin yeni modeli üçün EGA standartını buraxıb. EGA videoadapteri 16 rəng və 640×350 keyfiyyətini dəstəkləyir. Videoadapter MC6845 Motorolasının videokontrolleri və BİOS-un qrafiki funksiyalarının genişləndirilməsi üçün 16kB PZU ilə təchiz olunub. EGA adapteri 640×350 keyfiyyətini dəstəkləməsi zamanı mümkün 64 rəngdən (hər biri 2 bit olmaqla qırmızı, yaşıl və göy tərkibli) 16-nı eyni vaxtda istifadə etməyə imkan verir. EGA həmçinin qrafiki dəstəkli, 16 rəng keyfiyyətli CGA-in 640×200 və 320×200 keyfiyyətini dəstəkləyir; bu zaman yalnız CGA palitrasındakı rənglərdən istifadə etmək olar. EGA standartı CGA ilə tam uyğunlaşmasa da, CGA-in ilkin rejimləri EGA tərəfindən dəstəklənir. EGA şəkilləri MDA monitorlarında ekrana çıxara bilər, bu imkan platadakı dəyişdiricilərin köməyilə əldə olunur, bu vaxt yalnız 640×350 keyfiyyət rejimi mümkündür.EGA platası ISA şininə 8 bit variantından başlayaraq qoşulur. EGA versiyasının bazası 64kB videoyaddaşa malik idi ki, bu da rəngli qrafiki 640×200 və 320×200 rejimlərində monoxromatik qrafik üçün kifayət edir.
Lucky Dime Caper
Lucky Dime Caper — 1991-ci ildə Sega oyun şirkəti tərəfindən yaradılan videooyun. Həcmi 8 bitdir. == Süjet == Bu oyun Donald Dak, onun bacısı oğlanları Hyui, Dyui və Lui və dayısı Skrucun macəralarından söhbət açır. Onlar Skrucun bankındakı kabinetində toplaşırlar. Skruc öz ilk 10 sentini göstərir. Sən demə, Magika de Spell hamısını güdürmüş. Onun ən böyük arzusu həmin qəpiyi ələ keçirmək idi. Onun qarğa görkəmli qardaşı Poe gəlib uşaqları oğurlayır. Daha sonra isə bacı oğlanlarını xilas etmək üçün Donald dünya səyahəti missiyasına göndərilir.
Cucumis sativus var. chatte
Adi xiyar (lat. Cucumis sativus) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. Xiyar həm açıq torpaqda və həm də istixanalarda yetişdirilir. Xiyarın kal meyvələri 8–12 günlüyündə dərilir. Ondan təzə halda, turşudulmaq, duza və sirkəyə qoymaq üçün istifadə edilir. Xiyarın keyfiyyətində onun iri və ya xırdalığının böyük əhəmiyyəti var. Xırda, toxumları sütül xiyarlar daha keyfiyyətli hesab olunur. Standarta əsasən, duza qoyulacaq xiyarlar xırda (50 mm-ə qədər) və iri (51–70 mm) kornişonlara, xırda (71–90 mm), orta iri (91–120 mm) və iri xiyarlara (121–140 mm) bölünür. 140 mm-dən iri xiyarları duza və sirkəyə qoymaq olmaz. Xiyarın tərkibində 94–96% su, 1,8–2,5% şəkərlər, 0,6% azotlu maddə, 0,5% sellüloza, 0,2% üzvi turşular, 0,38–0,53% mineral maddələr, 4–10 mq% C vitamini, az miqdarda B1, B2, PP, karotin, biotin və pantoten turşusu vardır.
Cucumis melo subsp. chate
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Cucumis melo var. chate
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
The Classical Music of Azerbaijan: Chamber Volume 6
The Classical Music of Azerbaijan: Chamber Volume 6 - Azərbaycan klassik musiqi bəstəkarlarının əsərləri seriyasından yayımlanmış altıncı və sonuncu albomdur. Adından da göründüyü kimi bu alboma Azərbaycan bəstəkarlarının müxtəlif janrlarda olan simfonik əsərləri daxil edilmişdir. Ümumilikdə alboma səkkiz Azərbaycan bəstəkarı - Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Vasif Adıgözəlov, Aqşin Əlizadə, Qəmbər Hüseynli, Azər Rzayev və Həsən Rzayevin on bir əsəri daxil edilmişdir. Əsərlər Azərbaycan Dövlət Simfonik Orkestrı, Ramiz Quliyev və Oleq Qreçko tərəfindən ifa edilmişdir. == Alboma daxil olan əsərlər == Üzeyir Hacıbəyov (1885-1948)Arazbari (1928) Aşıqsayağı (1931)Qara Qarayev (1918-1982)Fortepiano üçün prelüd I (1950) Fortepiano üçün prelüd II (1950) Fortepiano üçün prelüd III (1950)Fikrət Əmirov (1922-1984)Nizami (1947)Vasif Adıgözəlov (1936-2003)Qərənfil (1959) (tarda Ramiz Quliyev)Aqşin Əlizadə (d. 1937)Cəngi (1982) (qoboyda Oleq Qreçko)Qəmbər Hüseynli (1916-1961)İlk Məhəbbət (1952) (tarda Ramiz Quliyev)Azər Rzayev (d. 1930)Qaytağı (1994) (tarda Ramiz Quliyev)Həsən Rzayev (d.
Çarter uçuşu
Çarter (ing. charter – gəmini və ya təyyarəni icarə etmək) – hava nəqliyyat vasitələrinin fraxtedilmə müqaviləsi, hava gəmilərinin bütün tutumunun və ya hissəsinin fraxt edilməsini nəzərdə tutur.