Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Camaat
Camaat Dövlətə xərac verən ayrıca kənd icması və ya kənd icmaları ittifaqı; Kənd icmasının istifadəsində və ali sahibi dövlət olan torpaqlar; İbadət etmək üçün bir araya gələn müsəlman birlikləri.
LaManş
La Manş (fr. La Manche) və ya İngilis kanalı (ing. English Channel) — Fransa ilə İngiltərə arasında boğaz. 1994-сü ildən La-Manş boğazının altından uzunluğuna görə dünyada üçüncü olan yeraltı dəmiryol tuneli – Avrotunel çəkilmişdir. == Coğrafi mövqeyi == Pa-De-Kale boğazı ilə birlikdə Şimal dənizi ilə Atlantik okeanını birləşdirir. Uzunluğu 578 km, qərbdə eni 250 km, şərqdə eni 34 km, minimal dərinliyi 23,5 m-dir.
Laman
Laman (Lerik) — Azərbaycanın Lerik rayonunda kənd. Laman (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd.
Alamana döyüşü
Alamana döyüşü ― Yunanıstan İstiqlaliyyət müharibəsi zamanı 22 aprel 1821-ci ildə yunanlar və Osmanlı imperiyası arasında baş verən döyüş. == Döyüş == 1 aprel 1821-ci ildə Levadiya şəhərinin Afanasios Diakos və Vasilis Busqosun başçılıq etdiyi yunan döyüşçülərindən ibarət kontingentə təslim olandan sonra Hurşid Ahmed Paşa Fessaliyadan olan iki ən səriştəli komandirləri Ömər Vrioni və Köse Mehmedi 8000 nəfər ordu ilə Rumeli üsyanının yatırılmasına və daha sonra Peloponnesə keçərək Tripoli mühasirəsinin dağıdılmasına göndərdi.Dimitrios Panuryas və Yannis Dyovuniotisin döyüşçüləriylə gücləndirilən Afanasios Diakos və dəstəsi osmanlıların Rumeliye irəliləməsini dayandırmaq üçün Fermopillər yaxınlığında müdafiə mövqeləri tutmağı qərar verdi. 1500 nəfərlik yunan qüvvələri üç hissəyə bölündü: Divuniotis Qorqopotamos körpüsünü, Panurgias Halkomata təpəsini və Diakos Alamana körpüsünü qorumalı idi.Lamiya şəhəri yaxınlığında Lianokladidəki düşərgələrini tərk edən osmanlılar qısa müddətdə qüvvələrini böldülər. Əsas güc Diakosa yollandı, digəri sürətlə darmadağın edilən Divuniotisa hücum etdi, Panurgias yaralanandan sonra isə onun adamaları təslim oldular. Yunan qüvvələrinin əksəriyyəti qaçdı, osmanlılar hücumlarını Diakosun Alamana körpüsündəki mövqeyinə yönəltdilər. Məğlubiyyətin zaman məsələsi olduğunu görən Diakosla birlikdə döyüşən Busqos yalvarırdı ki, onunla təhlükəsiz yerə getsin. Diakos qalmağı və bir neçə saat ərzində 48 nəfərlə vuruşmağı seçdi Diakos yaralandı və qılıncının qırılmasından sonra əsir düşdü. === Diakosun vəfatı === Afanasios Diakos Ömər Vrioninin qarşısına gətirildi və ona türk ordusunda zabit rütbəsi təklif olundu. Diakos imtina edərək və cavabında "mən yunan doğuldum və yunan kimi öləcəm" cavabını verdi. Vrioni Diakosu payaya keçirməyə əmr etdi.
Flamand əfsanələri
Flamand əfsanələri — Şarl de Koster bu əsərini XVI əsrə aid olan arxaik fransız dilində yazmış, bununla da bu əsərə xüsusi bir kolorit vermişdir. Bu əsərdə nağıl aləmi real varlığın fonunda təsvir edilmişdir. Bu əsərdə folklor fantastikası məişət hadisələri ilə qaynayıb-qarışaraq xalqın gündəlik həyatının real təsvirini ifadə etmişdir. E.Deşanel bu əsəri çox yüksək qiymətləndirmişdir: "O, orta əsrləri necə varsa eləcə təsvir edib: kobud, sərt, qəmli, kələkbaz, eyni zamanda da, uşaq kimi sadədil. O özündən personajlarına, onlara məxsus olmayan nə bir fikir, nə bir instinkt, nə də bir hiss əlavə etməmişdir". "Flamand əfsanələri" əsərinə dörd əfsanə daxil edilmişdir. Onlar məzmununa və ovqatına görə bir-birindən fərqli olmasına baxamayaraq, müəllif onları ümumi bir ideya, vahid bir əqidə ətrafında birləşdirə bilmişdir. Bu topluda verilən "Şişman sifətin qardaşlığı", "Blanka, Klara və Kandida", "Sir Halevin" və "Smetse Smeye" tədricən yaranmışdır.
Jeanne Calment
Jeanne Calment (21 fevral 1875, Arl, Fransa – 4 avqust 1997[…], Arl, Fransa) — tarixdə dünyanın ən uzunömürlü sakinlərindən biri. Jeanne Calment 122 il 164 gün yaşayıb. Dünyada ən çox yaşamış insan adını alan Jeanne Calment vəfatına qədər siqaret və içkidən də istifadə edib. O, uzunömürlü olmasının sirrini zeytun yağından istifadə etməkdə görürmüş. Zeytun yağından həm yeməklərdə, həm içki, həm də bədən yağı kimi istifadə edirmiş.
Camaat namazı
Camaat namazı — camaatla birlikdə qılınan namazdır. Camaatla qılınan namazın furada qılınan namazdan üstün olması haqqında çoxlu hədislər gəlmişdir. Cümə namazı camaatla qılınır. Şiə məzhəbində vacibi namazlar və meyyit namazı (ərəb dilində "saləh" sözünun çoxmənalı olmasına rəğmən, əslində duadır) camaatla qılına bilər. == Camaat namazının hökmləri == İmama iqtida etmək istəyən şəxs, niyyət etdiyi zaman imamını təyin etməlidir. Amma onun adını bilməsi lazım deyildir. Əgər "hazırkı imama iqtida edirəm" deyə niyyət edərsə, namazı səhihdir. Mə`mum gərək Həmd və surədən başqa namazın bütün sözlərini özü oxusun. Amma əgər mə`mumun birinci, yaxud ikinci rük`əti, imamın isə üçüncü və ya dördüncü rük`əti olsa, gərək Həmd və surəni oxusun. Əgər məmum sübh, şam və xiftən namazının birinci və ikinci rükətində imamın Həmd və surəsinin səsini eşitsə, kəlmələri ayırd edə bilməsə də, gərək Həmd və surəni oxumasın.
Camaat torpaqları
Camaat torpaqları — dövlətin mülkiyyətində olub kəndlilərin istifadəsində olan torpaqlar idi. Bu torpaqlardan elliklə istifadə edən camaat bunun müqabilində dövlətə torpaq vergisi – xərac verirdi.
İmam-camaat
İmam-camaat (yaxud pişnamaz) — camaat namazında öndə namaz qılan, digərlərinin isə ona iqtida edərək namaz qıldığı şəxs. İmam-camaat gərək baliğ, aqil, adil, halalzadə və namazı düz qılan olsun. Əgər məmum (imama iqtida edən) kişidirsə, onun imamı da gərək kişi olsun. İmam-camaat zahirən vacibləri yerinə yetirib, haramları tərk edən olmalıdır. Şiə məzhəbində imam-camaatın on iki imam şiəsi olması da əsas şərtlərdən biridir. == Əlavə şərtlər == Məmun adil bildiyi bir imamın indi də adil olub-olmadığında şəkk etsə, ona iqtida edə bilər. Ayaq üstə namaz qılan bir şəxs, oturan və ya uzanan halda namaz qılan şəxsə iqtida edə bilməz. Oturan halda namaz qılan bir şəxs də, uzanaraq namaz qılan şəxsə iqtida edə bilməz. Oturan halda namaz qılan şəxs, oturan halda namaz qılana iqtida edə bilər, amma uzanan halda namaz qılanın iqtida etməsi mütləq şəkildə işkallıdır, istər imam ayaq üstə olsun istər oturan halda istərsə də uzanan halda. Əgər imam camaat bir üzrə görə nəcis libas ilə, yaxud təyəmmüm ilə və ya cəbirə dəstəmazı ilə namaz qılsa, ona iqtida etmək olar.
Laman (Lerik)
Laman — Azərbaycan Respublikasının Lerik rayonunun Şingədulan inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 524 nəfərdir. == Toponimiyası == Oykonim şahsevənlərin laman tirəsinin adı ilə bağlıdır. Mənbələrin məlumatına görə, XVIII əsrin axırlarında Ərdəbilli Təvabi Məhəmmədxan özünə məxsus şahsevən ailələri ilə birlikdə Qubalı Fətəli xanın (1762-89) icazəsi ilə Quba xanlığına gələrək Şabran və Müşkür mahallarında Çaxmaqlı, Xisun, Cığatay, Hacılı, Xırmandalı, Gəbəli, Ustaclı, Laman və Qaradağlı kəndlərini bina etmişdir.
Laman (Xaçmaz)
Laman — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Kənd Qaraçay və Caqacuq çaylarının arasında yerləşir. Qaraçayın cənubunda Caqacuq çayının şimal hissəsində yerləşir. Kəndin içərisindən, mərkəzdən şərqdə Bakı-Yalama dəmir yolu keçir. Laman kəndinin cənub-şərqində kəndə məxsus meşə yer alır. Qaraçay Laman kəndini Ustacəlli kəndindən, Caqacuq çayı isə Laman kəndini Çarxı kəndindən ayırır. Kəndin şərq hissəsində Laman kənd məscidi yerləşir. Əhalisini azərbaycan türkləri təşkil edir və kəndin əhalisinin böyük çoxluğu şiə müsəlmandır. Laman kəndinin tarixi dəqiq bilinmir. Laman kənd qəbirsanliğında qədim dövrlərə aid məzarlar aşkar edilmişdir.