Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Energy Star
Energy Star – ABŞ hökumətinin Ətraf Mühitin Mühafizəsi Agentliyinin (Environmental Protection Agency, EPA) 1992-ci ildə "Energy Star" adı ilə dərc etdirdiyi tövsiyələrə uyğun olaraq monitorların və fərdi kompüterlərin enerji sərfi. Bu tövsiyyələrə görə fərdi kompüter "yatma" rejimində 30 vattdan artıq enerji sərf etməməlidir. Bu proqramda iştirak könüllüdür. Bu tövsiyələrə əməl edən şirkət öz məhsullarını xüsusi işarə ilə damğalamaq (markalamaq) hüququ qazanır.
Hell Energy
Hell Enerji (ing. Hell Energy) — ilk növbədə Avropa və Asiyada yayılmış məşhur bir enerji içki markasıdır. Hell Enerji MMC, 2006-cı ilin aprel ayında xüsusi bir şirkət olaraq quruldu. Üç ildən sonra isə Macarıstanda bazar lideri oldu. Brendin populyarlığı üçün əhəmiyyətli dönüş nöqtəsi isə AT&T Williams Martini Formula 1 Yarış Komandası ilə iki illik sponsorluq müqaviləsi oldu. Burada, Hell Energy, Formula 1 Yarışında iştirakçılara sponsorluq etmiş olan ikinci enerji içkisi olmuşdur. Hell Energy, Rumıniya, Bolqarıstan, Slovakiya, Kipr və Azərbaycanda bazar lideridir və dünyanın 40-dan çox ölkəsində satış etməkdədir. Hell Energy'nin Macarıstan, Türkiyə, Rumıniya, Böyük Britaniya, Rusiya və Kiprdə mərkəzi ofisləri vardır. Hell Energy bir qutusunun kofein miqdarı 90 mg / 250 ml (32 mg / 100 ml) təşkil edir. Bu bir fincan qəhvə ilə eynidir.
Tesla Energy
Tesla Energy — baş ofisi Kaliforniya ştatının Frimont şəhərində yerləşən fotovoltaik sistemlər, batereya enerjisinin saxlanması məhsulları, eləcə də yaşayış, ticarət obyektləri üçün digər əlaqəli məhsul və xidmətlər istehsal edən, satan və quraşdıran avtomobil istehsalçısı Tesla Motors-un törəmə şirkəti. 2021-ci ildə şirkət 2020-ci ilə nisbətən 68% artımla 345 meqavatlıq (MVt) günəş enerji sistemləri istehsal edirdi. Şirkət 30 aprel 2015-ci ildə Tesla Motors-un icraçı direktoru İlon Mask tərəfindən qurulmuşdur. Tesla 2016-cı ilin noyabr ayında SolarCity-ni aldı və Tesla Energy ilə birləşdirdi.
Cherry Bomb
Cherry Bomb — amerikalı repçi Tyler, the Creator-un üçüncü studiya albomu. 13 aprel 2015-ci ildə Odd Future Records tərəfindən buraxılıb.
CERGE-EI
CERGE-EI (Center for Economic Research and Graduate Education – Economics Institute) Nyu-York Dövlət İdarə Heyətinin imtiyazıyla Amerikan üslublu İqtisadiyyat üzrə Master və Doktorantura, həmçinin Tətbiqi İqtisadiyyat üzrə Master (MAE) proqramları və Mərkəzi Avropa Elmləri üzrə bakalavr tələbə proqramı təchiz edən akademik institutdur. CERGE-EI həmçinin nəzəri və tətbiqi siyasi iqtisadiyyat üzrə tədqiqatlar da həyata keçirir. CERGE-EI Çarlz Universitetinin İqtisadi Tədqiqatlar və Aspirantura Təhsili üzrə Mərkəzinin və Çex Respublikasının Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun birgə səyi nəticəsində ərsəyə gəlmişdir. Mərkəz 1991-ci ildə Jan Švejnar və Jozef Zieleniec tərəfindən post-kommunist ölkələrindən yeni nəsil iqtisadiyyatçıların yetişdirilməsi məqsədilə yaradılmışdır. Hal-hazırda CERGE-EI-yə təhsil üçün Mərkəzi və Şərqi Avropadan, Rusiyadan və keçmiş Sovet respubliklarından, Mərkəzi Asiya və digər ölkələrdən tələbələr gəlirlər. == CERGE-EI-nin akademik icması == İnstitutun tələbə icması dünyanın 30 ölkəsindən, əsasən də Mərkəzi və Şərqi Avropa və post-Sovet ölkələrindən gələn təxminən 120 tələbədən ibarətdir. CERGE-EI nin daimi müəllim heyətini müxtəlif ölkələrdən olan 19 alim təşkil edir. Əsas heyət üzvləri iqtisadiyyat üzrə PhD dərəcəsini tanınmış ABŞ və Qərbi Avropa universitetlərində almışlar. Yeni müəllim heyətinin üzvləri akademik iqtisadiyyatçıların beynəlxalq bazarı vasitəsilə cəlb edilir. İnstitutun iş dili İngilis dilidir.
Leroy Corc
Leroy Corc (nid. Leroy George; d. 21.04.1987, Paramaribo, Surinam) — Surinam əsilli hollandiyalı futbolçu. Göztəpə klubunun şərəfini qoruyur. == Karyerası == Leroy 2006-2010-cu illərdə "Utrext" klubunda çıxış edib və 73 oyunda 8 qol vurub. 2010-cu ildə Niymegenə keçən forvard bu komandada 81 oyuna 11 dəfə fərqlənib. Leroy Corc Hollandiyanın U-20 və U-21 yığmalarında oynayıb.
Leroy Sane
Leroy Sane (11 yanvar 1996, Essen, Şimali Reyn-Vestfaliya) — Almaniya futbolçusu.
CenterPoint Energy Plaza
CenterPoint Energy Plaza — Hyustonda yerləşən 226 m hündürlüyü olan 47 mərtəbəli binadır. Qüllənin tam tikilməsi 1996-cı ildə başa çatdırılmışdır.
Devon Energy Tower
Devon Energy Tower (başqa adı Two Allen Center) — 159 metr hündürlüyü olan ABŞ-nin Hyuston şəhərində yerləşən göydələn. Tikintisi 1978-ci ildə başa çatmışdı, binada 36 mərtəbə var. Hündürlüyünə görə şəhərdə 25-ci yeri tutur.
Reliant Energy Plaza
Reliant Energy Plaza - Texasın Hyuston şəhərində yerləşən göydələndir. Hündürlüyü 158 metrdir, binanın sahəsi 74,000 m². Bina 2001-ci ildən 2003-cü ilə qədər tikinirdi. Göydələndə 36 mərtəbə var, hündürlüyünə görə şəhərdə 27-ci yeri tutur.
Coca-Cola Cherry
Coca-Cola Cherry (orijinal satış adı və hələ də tanındığı adı ilə Cherry Coke) — Koka-Kolanın albalı dadlı versiyası. İçki The Coca-Cola Company tərəfindən istehsal olunur. == Tarixi == Bir çox restoran, kinoteatr və apteklər içki 1985-ci ildə mağazalarda rəsmi olaraq təqdim edilməzdən çox əvvəl Koka-Kolaya albalı siropu əlavə edərək onun qeyri-rəsmi versiyasını təqdim etmişdilər. The Coca-Cola Company ilk dəfə 1982-ci ildə Tennessi ştatının Noksvill şəhərində keçirilən Ümumdünya Sərgisinə gələn tamaşaçılara digər dadlarla birlikdə Kola-nın rəsmi albalı dadlı versiyasını da təqdim edərək içkinin sınaqdan keçirməyə başladı. "Cherry Coke" 1985-ci ilin yayında ABŞ-də əsas istehsala daxil oldu. 2007-ci ilə qədər ABŞ-də və bəzi digər ölkələrdə Coca-Cola Cherry olaraq adlandırılan Cherry Coke, o dövrdə Coca-Cola-nın üçüncü variasiyası idi. == Beynəlxalq paylanma == Coca-Cola Cherry bir sıra müxtəlif ölkələrdə paylanmışdır. İçki hal-hazırda ABŞ-dən başqa İsveç, Albaniya, Çin, Ukrayna, Böyük Britaniya, İrlandiya Respublikası, Finlandiya, Almaniya, Belçika, Danimarka, Fransa, Macarıstan, Çexiya, Hollandiya, Polşa, Slovakiya, Xorvatiya, Latviya, Litva, Cənubi Afrika, Cənubi Koreya, Bolqarıstan, Yunanıstan, Rumıniya və Peruda mövcudur. İçki Yaponiyada da mövcuddur və burada hələ də "Cherry Coke" kimi tanınır. Coca-Cola Cherry Yeni Zelandiyada bəzi supermarketlərdə tapıla bilər (adətən Böyük Britaniya və ya ABŞ-dən gətirilir).
Bluetooth Low Energy
Bluetooth Low Energy, həmçinin Bluetooth LE, əvvəllər Bluetooth Smart — səhiyyə, fitness, mayaklar, təhlükəsizlik və ev əyləncəsi sahələrində yeni tətbiqlərə yönəlmiş, "Bluetooth Special Interest Group" (Bluetooth SIG) tərəfindən dizayn edilmiş və bazara çıxarılmış simsiz şəxsi şəbəkə texnologiyası. Klassik "Bluetooth"dan müstəqildir və uyğunluğu yoxdur, lakin "Bluetooth Basic Rate/Enhanced Data Rate" (BR/EDR) və LE birlikdə mövcud ola bilərlər. Orijinal spesifikasiya "Nokia" tərəfindən 2006-cı ildə "Wibree" adı altında işlənib hazırlanmışdır. 2009-cu ilin dekabrında "Bluetooth Low Energy" adı ilə "Bluetooth 4.0"a inteqrasiya edilmişdir. Klassik "Bluetooth" ilə müqayisədə "Bluetooth Low Energy" oxşar rabitə diapazonunu qoruyur. Bu, əhəmiyyətli dərəcədə azaldılmış enerji istehlakı və xərci təmin etmək üçün nəzərdə tutulmuşdur. iOS, "Android", "Windows Phone" və "BlackBerry", həmçinin "macOS", "Linux", "Windows 8", "Windows 10" və "Windows 11" daxil olmaqla mobil əməliyyat sistemləri lokal olaraq "Bluetooth Low Energy"ni dəstəkləyirlər. == Uyğunluq == "Bluetooth Low Energy" əvvəlki (çox vaxt "klassik" adlanır) "Bluetooth Basic Rate/Enhanced Data Rate" (BR/EDR) protokolundan fərqlidir, lakin iki protokolun hər ikisi bir cihaz tərəfindən dəstəklənə bilər. "Bluetooth 4.0" spesifikasiyası cihazlardan hər hansı birini, ya da LE və BR/EDR sistemlərinin hər ikisini həyata keçirməyə icazə verir. "Bluetooth Low Energy" klassik "Bluetooth" ilə eyni 2,4 GHz radio tezliklərindən istifadə edir.
Leroy Lansinq Ceyns
Leroy Lansinq Ceyns (ing. Leroy Lansing Janes; 1838, Ohayo – 1909) – Meyci dövrünün ilk illərində Yaponiyada fəaliyyət göstərmiş ABŞ pedaqoqu. == İlk illəri == Leroy Lansinq Ceyns 1838-ci ildə ABŞ-nin Ohayo ştatında doğulmuş, ABŞ Hərbi Akademiyasında təhsil aldıqdan sonra ABŞ Vətəndaş müharibəsində iştirak etmişdir. == Yaponiyada fəaliyyəti == 1871-ci ildə Yaponiyada missionerlik edən Quido Verbek tərəfindən Yaponiyaya dəvət edilmişdir. O, təklifi qəbul edərək Kumamotoda yerləşən Qərb məktəbində dərs vermək üçün Yaponiyaya gəlmişdir. Ceyns yapon dilini bilməməsinə və bu dili öyrənmək istəməsə də, tədris proqramı onun tam ixtiyarına verilmişdir. O, riyaziyyat, tarix və təbiətşünaslıq dərslərini ingilis dilində vermişdir. Lakin birinci tədris ilindəki fəaliyyəti oxu və yazı ilə məhdudlaşmışdır. O, əxlaqi tərbiyə ilə də məşğul olmuşdur. Ceyns tədrisin ilk üç ilində tələbələri ilə xristianlığı müzakirə etməkdən çəkinmişdir.
El Paso Energy Building
El Paso Energy Building - 153 metr hündürlüyü olan Texasın Hyuston şəhərində göydələn. Tikintisi 1963-cü ildə bitmişdi, binada 33 mərtəbə var. Əvvəlcə binanın adı Tenneco idi. Bu göydələn Hyuston şəhərində hündürlüyünə görə 28-ci binadır.
Cərgə
Sıra — bir neçə mənası vardır: Sıra — eyni situasiyada və statusda olan insanların, eyni tipli əşyaların bir sırada düzülüşü. Sıra — hansısa halın bir-birinin ardınca müəyyən qaydada düzülüşü. Sıra — ardıcıllıq. Sıra (riyaziyyat) — sonsuz sayda toplananların cəmi. Sıra (hərb) - hərbiçilərin çiyin-çiyinə bir xətt üzrə düzülüşü.
Lərgə
Lərgə (lat. Vicia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. == Əhəmiyyəti == Bu bitkini ərzaq, yem və texniki məqsədlər üçün becərirlər. Yem məqsədi üçün onun dənindən, yaşıl kütləsindən və küləşindən istifadə edilir. Toxumun tərkibində 23-34% zülal, 24-45% sulu karbonlar, 0,5-0,7% yağ, 4,0-4,6% sellüloza və 2,0-2,5% kül vardır. Lərgə dəni dad keyfiyyətinə və həzm olunmasına görə noxud və mərcimək dənindən geri qalır. Ondan sənayedə yüksək keyfiyyətli kazein kleyi alırlar. Faner, parça və plastmas alınmasında istifadə olunur. Yaşıl kütləsində 20% xam zülal, 2,9% yağ, 42,8% azotsuz ekstraktiv maddələr var. Küləşində 6,8% protein və 15,4% azotsuz ekstraktiv maddələr olur.
Cərgə taktikası
Cərgə taktikası ya Xətt taktikası - XVII - IX əsrlərdə döyüş aparmaq üçün mövcud olmuş seçilən nəzəri və praktik taktika. Bu zaman sərəncamda olan ordunun ya donanmanın tərkibindəki hərbi qüvvə: canlı qüvvə və hərbi gəmilər bərabər qaydada nizamla cərgələrə sıra ilə düzülür. Cərgə taktikası Avropada XVI əsrin sonlarında XVII əvvəllərində Niderland piyada qoşununda formalaşmışdır. Bu zaman dördbucaqlı sıraları xətti cərgələr əvəzləmişdir. Bu taktiki düzülüşü ilk dəfə olaraq holland Morits van Oranye və onun əmisi oğlanları Vilhelm Lüdviq (Nassau-Dillenburq), VII Yohann (Nassau-Ziegen) orduda tətbiq etmişdir. Bununla Morits van Oranye nizam intizamı saxlamaq, zabit hazırlığının keyfiyyətini artırmaq məqsədi güdürdü. Cərgə taktikası İsveçdə II Qustav Adolfun ordusunda 1618—1648 ci illərdə Otuzillik müharibədə tam olaraq tətbiq olunduqdan sonra bütün Avropa ölkələrində tətbiq olunmağa başlanılmışdır. Bu zaman piyadalar bəzən cəbhə boyu bir və iki sıralı cərgədə bir düz xətt boyunca düzülmüş olurlar. Hərbir xətti cərgələr arasında müvafq miqdarda məsafələr saxlanılırdı ki, top mərmilərinə kütləvi şəkildə tuş gəlməsinlər. Hər cərgədə iki sıranın olması isə muşket atıcılığından irəli gəlirdi ki, Bu zaman öndəki muşket atıcıları atəş açdıqdan sonra silahı doldurmaq üçün və ikinci sıranın atəş açmalarına imkan yaratmaq üçün onları önə buraxırdılar.
Qara lərgə
Qara lərgə (lat. Vicia nigricans) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin lərgə cinsinə aid bitki növü. Ervum nigricans (Hook. & Arn.) Alef. Vicia nigricans var. gigantea (Hook.) Broich Vicia nigricans var.