Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Robber Şuman
Robber Şuman (fr. Robert Schuman) — Fransanın xarici işlər naziri (1948-1952) == Həyatı == R.Şuman 1886-cı ilin 29 iyununda Lüksemburqda anadan olub. Onun ailəsi 1871-1918-ci illərdə Almaniya imperiyasının tərkibində olan Lüksemburq sərhədində yerləşən Lotaringiyanın Evranj şəhərindən idilər. R.Şumanın ana dili lüksemburq dili idi və fransız dilini yalnız məktəbdə öyrənmişdi. Onun alman təbəəliyi var idi və I Dünya Müharibəsi zamanı Almaniyada mülki xidmətdə idi. Səhhəti ilə əlaqədar olaraq o hərbi çağırışa cəlb olunmamışdı. 1918-ci ildə Lotaringiya Fransaya keçəndən sonra o, Fransa vətəndaşlığını qəbul etdi. R.Şumanın siyasi karyerası Fransa Parlamentinə Mozeldən deputat seçildikdən sonra başlayıb. 1946-47-ci illərdə Bido və Ramadyenin hökumətlərində Maliyyə naziri postunu tutub. 1947-ci ilin noyabrından 1948-ci ilin iyuluna və 1948-ci ilin avqust-sentyabr aylarında baş-nazir vəzifəsində olub.
Allophylus cobbe
Allophylus cobbe (lat. Allophylus cobbe) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin allophylus cinsinə aid bitki növü.
Ronja, the Robber's Daughter
Sanzoku no Musume Ronja (山賊の娘ローニャ) — Qoro Miyadzakinin Astrid Lindqrenın eyniadlı əsərinin əsasında çəkilmiş anime-serialı.Premyerası 2014-cü ilin oktyabrın 11-də baş tutub.Polygon Pictures və Studio Ghiblinin birgə layihəsi. == Keçidlər == Sanzoku no Musume Ronja MyAnimeList.net saytında.
Çiqblər
Tarix elmində Saxurlar alban tayfasi olan "cigbi" (yıxbı) tayfasi ilə eyniləşdirilir. Bu da saxurların yerli xalq olduğunu göstərir. Sonrakı tarixi dövrlərdə isə müxtəlif işğallar zamanı daxili miqrasiyalar nəticəsində saxurlar gah dağ ərazilərinə, gah da Böyük Qafqaz dağlarının cənub ətəklərinə köç etmiş və məskunlaşmışdılar. Bundan əlave çar hökuməti Daniyal sultanı Dağ mahalı kəndlərinin dəstəyindən məhrum etmək üçün bir sıra kəndlərin əhalisini 1852-1855 illərdə düzən əraziyə, Car-Balakən dairəsi ərazisinə, Ləzgi Kordon xəttinə yaxın köçürmüşdür. Bununla yanaşı, tədqiqatlarımız müxtəlif türk tayfalarının da bu bölgədə yaşadığını sübut etməyə imkan verir. Türklərin burada məskunlaşması dörd tarixi mərhələdə baş vermişdir: kimmer-skif-sak, hun-bulqar-qipçaq-sabir,oğuz-səlcuq, monqol dövrü. Ümumiyyətlə bu bölgədə yaşayan xalqları yerli ve gəlmələrə bölmək yanlışdır. Bu konsepsiya XIX əsrdə rus müəllifləri tərəfindən irəli sürülmüşdür (konsepsiyaya göre burada yaşayan saxurlar, avarlar ve muğallar gəlmə, "gürcülər" (əslində ingiloylar) isə yerli xalq kimi qələme verilirdilər) və onun məqsədi Azərbaycanın şimal-qərb torpaqlarını guya tarixi gürcü torpaqlar olduğunu sübut etmək idi. Təəssüf ki, bu konsepsiya sonrakı dövrlərdə də müxtəlif formalarda inkişaf etdirilmişdi.
Çöllər
Çöl — əsasən düzənlik və alçaq təpəliklərdən ibarət olmaqla Yerin meşə zolağından cənuba doğru başlayır. Əsasən kserofil və mezokserofil ot bitkilərindən ibarət meşəsiz ərazidir. Çöllər üçün qara və şabalıdı torpaq səciyyəvidir. Çöllərin bitkiləri başlıca olaraq ağ ot, dovşanotu və s. dənli bitkilərdən ibarətdir. Heyvanlardan çöllərdə gəmiricilər daha çox yayılmışdır. Çöl əsasən mülayim qurşaqlarda yerləşir.Bu ərazilərin əsas heyvan növlərinə mülayim və subtropik enliklərdə antilop,dəvə,sürünənlərdən kərtənkələ,ilan,həşəratlardan isə əqrəb aiddir.Çöllərdə ot örtüyü üstünlük təşkil edir..
Yarımsəhra və quru çöllər iqlimi
Yarımsəhra və quru çöllər iqlimi — əsasən Mərkəzi çöl vilayəti (dəniz səviyyəsindən 400 m hündürlüyə qədər), Samurçaydan Qızılağac körfəzinə qədər dəniz sahili zona, Naxçıvan MR-nın Arazboyu düzənliklərində yayılmışdır. Həmçinin Lənkəran vilayətində Qızyurdu zirvəsindən şimalda qapalı dağ çökəkliklərində ( dəniz səviyyəsindən 1000 m-dən yuxarıda ) də rast gəlinir. Bu iqlim zəif rütubətlənmə (illik yağıntı miqdarının mümkün buxarlanmanın 15-50%-ni təşkil edir) və əsasən isti qışı ilə səciyyələnir. 10º-dən yuxarı orta sutkalıq temperatur cəmi 4000º-dən çox olub , Kür-Araz ovalığında 4400-4700º təşkil edir. Respublikanın ovalıq-çöl və sahil zonalarında yay xüsusilə qızmar olur. Bunu demək kifayətdir ki, yay mövsümünün ayrı-ayrı günlərində havanın temperaturu tez-tez 36-40º-yə çatır, bəzən isə daha yuxarı olub, isti-quru küləklərin yerli tipləri ilə ( ağ yel, qara yel) bağlı çox qızmar və quru hava hökm sürür. Belə hava aydın, sakit, günəşli günlərdə yerli hava kütlələrinin həddindən artıq qızması və yenidən formalaşmasının nəticəsidir. Bundan başqa belə quru və qızmar hava həm də bizim əraziyə (ümumiyyətlə - Cənubi Qafqaz ölkələrinin ərazisinə) cənubdan tropik havanın daxil olması, cənub siklonlarının qərbdən şərqə - Aralıq dənizi - Qara dəniz - Şimali Qafqaz istiqamətində keçməsi, həm də əlverişli sinoptik şəraitdə qızmar və quru Orta Asiya havasının şərqdən Xəzər dənizi üzərindən ərazimizə daxil olmasının nəticəsidir. Beləliklə, bəzən yay aylarında Azərbaycan özündə Xəzərin şərq sahilindəki səhraların isti və qızmar nəfəsini hiss edir.