Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Konsern
Konsern — investisiya, maliyyə, təbiəti mühafizə, xarici iqtisadi və digər müştərək fəaliyyətin, elmi-texniki və istehsalın inkişafı funksiyalarının könüllü mərkəzləşməsi əsasında fəaliyyəti və eləcə də müəssisələrin təsərüfat hesablı xidmətlərinin təşkilini həyata keçirən müəssisələr birliyidir. Formal olaraq müstəqil, üzərlərində maliyyə nəzarəti qoymaq yolu ilə bir sıra müəssisələri birləşdirən inhisardır. Burada nəzarət baş firmaya məxsusdur. Konsern adətən müxtəlif sənaye sahələrinin müəssisələrini, ticarət firmalarını, bankları, nəqliyyat və maliyyə kompaniyalarını birləşdirir. Müasir dövrdə trestlərin konsernə çevrilməsi geniş yayılmışdır. XX əsrin 60-cı illərində, xüsusilə ABŞ-də böyük surətlə konqlomeratlar meydana gəlmişdir. Konqlomeratlar bir- biri ilə funksional əlaqəsi olmayan müəssisələrin kompaniyalar tərəfdən udulması yolu ilə yaradılmışdır.
Millionaire Concept
Özləm Conker
Özləm Conker — Türkiyə aktrisası.
Özlem Conker
Özləm Conker — Türkiyə aktrisası.
Millionaire Concept Network
Conen dağı
Conen dağı – Yaponiyada dağ.
Les Concerts en Chine
Les Concerts en Chine 1981-ci ildə yazılmış və 1982-ci ildə Disques Dreyfus tərəfindən buraxılmış Jan Mişel Jarrın canlı konsert albomudur. O, Jarrın 1981-ci ilin payızında Çinə qastrol səfəri zamanı Pekində və Şanxayda verdiyi beş konsertləri zamanı qeydə alınıb. Bu konsertlər həm də Çindəki mədəni inqilabdan sonra qərb dünyasından olan bir sənətçinin Çində verdiyi ilk konsertlər idi. Albomda Çin motivləri və ənənəvi melodiya ilə balanslaşdırılmış qədim kompozisiyalar ("Fishing Junks at Sunset") yer alır. Musiqi canlı yazılar və studiya işi ilə birləşərək tərtib edilib, ən canlı treklər Equinoxe və Magnetic Fields olub.Bu yeni aranjimanlar "Night in Shanghai (Şanxayda gecə)", "Laser harp", "Arpegiator", "Orient Express" və "Souvenir of China (Çin suveniri)"dır.
Cincer və Fred (film, 1986)
"Cincer və Fred" (it. Ginger E Fred) — rejissor Federiko Fellininin filmi. == Məzmun == 1950-ci illərdə rəqqaslar Ameliya Bonetti və Pino Botiçelli səhnədə sevilən duetlərlə çıxış etmişdirlər. Onlar özlərinə əfsanəvi Hollivud step rəqqasları Cincer Rocers və Fred Asterin təxəllüslərini götürmüşdülər. Bu hadisələrdən 30 il keçmişdir. Keçmiş tərəf-müqabillər bir-birilərindən çoxdan uzaqlaşıblar. Hərəsi öz şəxsi həyatını yaşayır. Lakin onlara cavanlıqlarında olan müvəffəqiyyətlərini bir daha yoxlamaq qismət olmamışdır. Elə bu vaxt onlara gözlənilməz şans verilir. Amelio və Pino Yeni İl bayramına həsr olunmuş televiziya şousunda çıxış etməyə dəvət olunurlar.
The Classical Music of Azerbaijan: Concerto Volume 3
The Classical Music of Azerbaijan: Concerto Volume 3 - Azərbaycan klassik musiqi bəstəkarlarının əsərləri seriyasından yayımlanmış üçüncü albomdur. Albomun adından da göründüyü kimi bu alboma Azərbaycan bəstəkarlarının konsert əsərləri daxil edilmişdir. Ümumilikdə alboma iki Azərbaycan bəstəkarının - Vasif Adıgözəlov və Hacı Xanməmmədovun iki əsəri daxil edilmişdir. Əsərlər Yalçın Adıgözəlovun rəhbərliyi ilə Azərbaycan Dövlət Simfonik Orkestrı, pianoda Murad Adıgözəlzadə, tarda Ramiz Quliyev tərəfindən ifa edilmişdir.
Siyka Çonçeva
Siyka Kostadinova Çonçeva (bolq. Сийка Костадинова Цончева; 22 sentyabr 1926 – 17 sentyabr 1971) ― bolqar hərbi pilot. O həm hərbi təyyarə, həm mülki təyyarə, həm hidrotəyyarə, həm də helikopter idarə etmiş yeganə bolqar qadındır. Pilotluq karyerası ərzində o, ən azı 11 növ təyyarə idarə edib. Siyka Çonçeva 22 sentyabr 1926-cı ildə Bolqarıstanın Veliko Tırnovo vilayətinin Dzulunitsa şəhərində anadan olub. O, Qorna-Oryaxovitsa şəhərində orta məktəbi bitirdikdən sonra Varnada tibb bacısı kimi təhsilini davam etdirib. Universitetdə oxuduğu müddətdə Varnadakı aerokluba qoşulmuş və paraşütlə tullanma və üzgüçülük kursları almağa başlamışdır. O, doğulduğu kənddə ilk gimnastika məşqçisi olub. Çonçeva 1948-ci ildə Qraf-İqnatievo kəndində imtahan verərək uçuş sertifikatı almışdır. O, məktəbi bitirdikdən sonra 1949-cu ildə Pleven şəhərindəki "G. Benkovski" aviasiya məktəbinə kursant kimi daxil olub.
Shimoneta: A Boring World Where the Concept of Dirty Jokes Doesn't Exist
Shimoneta: A Boring World Where the Concept of Dirty Jokes Doesn't Exist, Yaponiyada tanınan adı ilə Shimoneta to Iu Gainen ga Sonzai Shinai Taikutsu na Sekai (下ネタという概念が存在しない退屈な世界, azərb. Ədəbsiz zarafatların mövcud olmadığı maraqsız dünya‎) və ya qısaca Shimoseka (下セカ) — Eyto Şimatsukinin rəssamlığı ilə Hirotaka Akaqi tərəfindən yazılmış ranobe seriyası. İlk cildi Shogakukan nəşriyyatı tərəfindən 18 iyul 2012-ci ildə Gagaga Bunko imprinti altında buraxılmışdır. 18 fevral 2016-cı ildə isə sonuncu – 11-ci cildi buraxılmışdır. N' Yuzukinin rəssamlığı ilə istehsal olunmuş "Shimoneta to Iu Gainen ga Sonzai Shinai Taikutsu na Sekai: Man**-hen" adlı manqa 28 mart 2014-ci ildən 5 fevral 2016-ci ilə kimi Mag Garden nəşriyyatının "Monthly Comic Blade" jurnalında nəşr olunmuş və 4 cildi buraxılmışdır. J.C.Staff studiyası tərəfindən anime serialı adaptasiyası çəkilmiş və Yaponiyada 4 iyul 2015-ci ildən 19 sentyabr 2015-ci ilə kimi yayımlanmışdır. Şimoneta (下ネタ) yapon dilindən tərcümədə "ədəbsiz zarafat" deməkdir. Antiutopik bir gələcəkdə Yaponiya hökuməti ölkənin və vətəndaşların əxlaq normasını qorumaq üçün "Sağlam Şəkildə Uşaq Yetişdirmədə İctimai Nizam və Əxlaq Qanunu" qəbul edərək bütün ədəbsiz materialları məhv etmək və insanların ədəbsiz ifadələr işlətməsinə qadağa qoymaq qərarına gəlir. Hətta vətəndaşlar işlətdikləri bütün sözləri və əl hərəkətlərini qeydə alan Peace Makers (PM) adlı xüsusi cihazları geyinməyə məcburdurlar. Nəticədə, Yaponiya dünyanın ən yüksək əxlaq normalarına malik ölkəyə çevrilir.
Shimoneta: A Boring World Where the Concept of Dirty Jokes Doesn’t Exist