Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Concorde
Konkord — orta məsafəli, 4 motorlu, dar gövdəli, supersonik (səsdən sürətli) və yüksək sürətli sərnişin təyyarəsidir. Sovet istehsalı Tu-144 təyyarəsindən sonra dünyanın ikinci supersonik təyyarəsidir. Konkord: Fransız Aérospatiale ve İngilis British Aircraft Corporation (BAC) firmalarının ortaq istehsalıdır. Layihə, Fransa və İngiltərə arasında imzalanan ikitərəfli razılaşma çərçivəsində hazırlanmışdır və təyyarənin adı da bu razılaşmaya ithafən Concorde (az. razılaşma, harmoniya, birlik) olaraq seçilmişdir. Təyyarənin prototip istehsalına 1965-ci ilin fevral ayında başlandı. Konkord’ların 50%-i aliminumdan hazırlanmışdı. İlk sınaq uçuşu 1969-cu il 2 mart tarixində həyata keçirildi. Və yalnız 7 il sonra 1976-cı il 21 yanvar tarixində rəsmi olaraq Konkord istifadəyə verildi. British Airways: London – Bəhreyn Air France: Paris – Rio de Janeyro Maksimum 120 sərnişin ilə satta 2.170 km/s sürətlə 18.300 metr hündürlükdə uça bilən Konkord, Paris – Nyu York arasını 3.5 saata qət edə bilirdi.
INCLUDE direktivi