Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dördyol
Birinci Dördyol
Birinci Dördyol
Birinci Dördyol — Azərbaycan Respublikasının Ağdam rayonunun Birinci Dördyol qəsəbə inzibati ərazi dairəsində qəsəbə.
Dördyol məhəlləsi
Dördyol məhəlləsi — Gəncənin mühüm sənətkarlıq məhəllələrindən biri. Dördyol məhəlləsi Şah Abbas meydanından dəmiryol stansiyasına aparan Vağzal şossesi ilə Nizami Gəncəvi prospektinin qovşağında yerləşdiyinə görə məhəlləyə belə ad verilmişdir. Dördyol məhəlləsi də Şahsevənlər məhəlləsi ilə həmyaşıd olub, Gəncənin nisbətən cavan məhəllələrindən idi. Məhəllə XVII əsrin əvvəllərindən XX əsrin əvvəllərinə kimi mövcud olub. == Haqqında == Gəncənin Dördyol məhəlləsi XVII əsrdə cənubdan Şah Abbas meydanı, şimaldan Bağlar, qərbdən Sofulu, şərqdən Şamlı və İmamlı məhəllələri ilə dövrələnmişdir. XIX əsrin sonu XX əsrin əvvəllərində yeni məhəllə və basalaqların salınması nəticəsində məhəllə ərazicə böyümüş, əhalisinin sayı artmağa başlamışdır. 1916-cı ildə məhəllədə 537 ailə yaşadığı qeydə alınmışdır. Məhəllədə Bıçaqçılar basalağı yaranmış, Dəmirçilər məhəlləsi isə ayrı bir yaşayış məhəlləsi kimi yer tutmuşdur. Çox da qədim tarixə malik olmayan məhəllə sakinləri bəzzazlıq, baqqallıq, sərraclıq, zərgərlik, şərbaflıq və digər sənətlərlə məşğul olurdular. Artıq məhəllə şərqdən Molla Cəlilli, qərbdən Sofulu, cənubdan Əttarlar, Şah Abbas meydanı, şimaldan Nainsaf oğlu Məmmədəlinin, Cuvar oğlunun taxıl və üzüm bağları ilə əhatə olunmuşdur.
İkinci Dördyol
İkinci Dördyol — Azərbaycan Respublikasının Ağdam rayonunun İkinci Dördyol qəsəbə inzibati ərazi dairəsində qəsəbə.
Dordon
Dordon (fr. Dordogne, oks. Dordonha) — Fransanın Yeni Akvitaniya inzibati rayonunda, Dordona çayı ərazisindən keçdiyinə görə adı - Dordon adlandırılmışdır. İbtidai insanların kəşf edilmiş yerlərinin yüksək sıxlığı səbəbindən Dordona əvvəllər "Bəşəriyyət beşiyi" adlanırdı. == Coğrafiyası == Dordona, Akvitaniyanın inzibati bölgəsinin bir hissəsidir və Fransanın (Fransanın Avropa hissəsində) departamentləri arasında üçüncü yeri tutur. Departamentin ərazisin 45%-i meşəlik, bu göstərici üçün Dordona da Fransa departamentləri arasında 3-cü sırada iştirak edir Dordona Yuxarı Vyenna, Korrez, Lo, Lo və Qaronna, Jironda, Maritime Şaranta və Şaranta departamentləri ilə məhdudlaşır. Dordonanın ən yüksək binaları kommunada yerləşir. == İqlimi == Dordona iqlimi mülayim okeanik, mülayim qış və isti yay ayları hökm sürür. Departamentin şimal-şərq və cənub-qərb istiqamətlərində temperaturda əhəmiyyətli dərəcədə dəyişkənlik olur ki, bu da 5 °C-ə çatır. == İqtisadiyyatı == Dordonada ikinci ən çox iş yeri meşə və ağac sənayesi sektorudır.
Oryol
Oryol — Rusiyada şəhər. == İstinadlar == == Xarici keçidlər == Official website of Oryol Arxivləşdirilib 2009-01-02 at the Wayback Machine (rus.) Unofficial website of Oryol (rus.) The murder of the Jews of Oryol during World War II, at Yad Vashem website.
Oryol güllələnməsi
Oryol güllələnməsi və ya Medvedev güllələnməsi — 11 sentyabr 1941-ci ildə XDİK əməkdaşları tərəfindən Oryol şəhərinin şimalında yerləşən Medvedev meşəsində, Oryol həbsxanasının siyasi məhbuslarının güllələnməsi. Güllələnmə zamanı İkinci (Valentin Arnold, Mixayıl Stroylov) və Üçüncü (Xristian Rakovski, Sergey Bessonov, Dmitri Pletnyov) Moskva proseslərinin iştirakçıları, Mariya Spiridonova, Pyotr Petrovski, Olqa Kamenyova, Varvara Yakovleva, alman riyaziyyatçı Frits Noser, Azərbaycan SSR Xalq Poçt-Teleqraf və Rabitə Yolları komissarı Cəmil bəy Vəzirov, azərbaycanlı şair, orta əsr əlyazmalarının kolleksiyaçısı Salman Mümtaz ilə birlikdə 157 nəfər dövlət və elm xadimi güllələnib. Güllələnmə SSRİ Xalq Daxili İşlər Komissarlığının xalq komissarı Lavrenti Beriya tərəfindən İosif Stalinin rəhbərlik etdiyi SSRİ Dövlət Müdafiə Komitəsi tərəfindən sanksiyalaşdırılıb. Güllələnənlər "məğlubiyyət təbliğatını aparmaqda, yeni təxribatları törətmək üçün qaçış planı hazırlamaqda" günahlandırılırdılar. 1980-ci illərin axırında Oryol ətrafında güllələnənlərin əksəriyyəti bəraət qazanırlar. 1990-cı ildə isə güllələnmiş 108 nəfərin ittihamı ləğv edilir. == Güllələnmə haqqında qərarın qəbul edilməsi == SSRİ Ali Sovetinin 22 iyun 1941-ci ildə verdiyi göstərişə əsasən SSRİ-nin qərb bölgələrində eləcə də Orlovsk bölgəsində hərbi vəziyyət elan edildi. X.Rakovskinin qohumu L.Tinevanın xatirələrinə əsasən "Almanlar Oryol şəhərinə yaxınlaşanda siyasi məhbusları yerində saxlayıb, bütün cinayətkarları daha uzaq düşərgələrə göndərdilər. 5 sentyabr 1941-ci ildə SSRİ Xalq Daxili İşlər Komissarlığının xalq komissarı Lavrenti Beriya və onun müavini Boqdan Kobulovun göstərişi ilə, I xüsusi bölmə SSRİ XDİK həbsxana rəhbərliyi ilə birgə, əksinqilabi cinayətdə günahlandırılan və Oryol həbsxanasında cəza çəkən 170 nəfərin siyahısını tərtib etdilər. I xüsusi bölmə rəisi L. Baştakovun və həbsxana rəhbəri M.Nikolskinin imzası ilə təsdiqlənmiş siyahıda məhbuslar haqqında qısa məlumatlar yer alıb.
Dordoy Bişkek FK
Dordoy Bişkek FK — Qırğızıstanın Bişkek şəhərini təmsil edən futbol klubu. == Tarixi == 2007-ci il martın 3-də tarixində ilk rəsmi matçın onilliyini qeyd edən komanda dağılmış paytaxt klubu "Semetey"in oyunçularından qurulmuşdu.[mənbə göstərin] Biznesmen Askar Salımbekovun təsis etdiyi klub birinci dəstədə "Alqa-SKA"nı 1:0 yenməklə debüt etdi. İkinci cəhddən elita arzusu gerçəkləşən Narın təmsilçisi 1999-cu ildə güclülər sırasında debütünü 5-ci yerdə bitirdi. Əslən Narın şəhərindən olan ölkə çempionatları tarixinin ən yaxşı qolçusu Zamirbek Jumaqulovun 2000-ci ildə komandaya gəlişi heç nəyi dəyişmədi – 6-cı yer. Qolçular sırasında üçüncü olan forvard növbəti mövsüm həm özü bu pillədə qaldı, həm də "Dordoy" ilk mükafatına – "bürünc"ə qovuşdu. 2002 və 2003-cü illərdə Mixail Tyaqusovun rəhbərliyi altında daha iki bürünc qazanıldı. Hər iki mövsümdə ikinci qolçu olan Zamirbek isə 2002-nin ən yaxşı futbolçusu da seçildi. İldən-ilə heyəti güclənən komanda həm də irəli addımlayırdı. 2004-cü il əlamətdar hadisələrlə başladı. Hələ SSRİ dönəmində Əlcəzairdə çalışdırdığı klubu çempion edən Boris Podkorıtov komandaya dəvət olundu.
Oryol i Reşka
"Oryol i Reşka" (ukr. Орел і Решка) — 2011-ci ildən yayımlanan Ukrayna televiziya səyahət televiziya verilişidir.Veriliş ilk yayımlardan bəri Ukraynanın "İnter" telekanalında yayımlanıb. Sonradan təkrar yayımları "K1" (Ukrayna), "Pyatniça!" (Rusiya)," Yeddinci Kanal" (Qazaxıstan)," TTV "(Polşa)," Belarus 2 "(Belarus),"3+" (Estoniya) kanallarında yayımlanıb. == Təsviri == Hər həftəsonu iki aparıcı dünyanın müxtəlif şəhərlərinə göndərilir. Proqramın qaydalarına əsasən, onlardan biri şənbə və bazar günlərini 100 dollar ilə yaşamalıdır, ikincisi isə "qızıl" bank kartında saxlanılan limitsiz vəsait sərf edə bilər. Veriliş çərçivəsində aparıcılardan biri şəhərin əsas görməli yerləri ilə tanış olur, digəri, "Qızıl Bank Kartının" sahibi isə adətən otellərin adlarını təklif edir və ya digər xidmətlərin dəyərlərindən, qiymətlərindən bəhs edir.