HEAD

head1

n I 1. baş, kəllə; a nod of the ~ başını yelləmə (razılıq əlaməti); to shake one’s ~ başını bulamaq (inkar, bəyənməmə əlaməti); 2. bir baş boyda, bir az; Tom is taller than Harry by a head Tom Hərridən bir az / bir baş boyda hündürdür: 3. baş, say, hesablama vahidi; a thousand ~ of cattle min baş qaramal; 4. dəstə, qatar, sürü (quş haq.); a large ~ of bird böyük quş dəstəsi; 5. ağıl, zəka, düşüncə, dərrakə, fərasət, qabiliyyət, bacarıq; a clear ~ parlaq zəka; a cool ~ soyuq baş, dərrakəli / düşüncəli adam; a hot ~ qızmış baş, əsəbi / hirsli adam; 6. adam, insan, şəxs; the wiser ~s müdrik insanlar, aqillər

n II 1. yuxarı hissə, yuxarı, kəllə, baş; the ~ of the mountain dağın başı; at the ~ of the page səhifənin başında; 2. çətir; the ~ of the tree ağacın çətiri (baş hissəsi); 3. tib. yetişmiş yaranın / çibanın başı; to come / to draw to a to gather ~ yetişmək (irinlik, yara, çiban haq.); 5. əsas mənbə, çayın başı / yuxarı axan; the ~ waters of the Nile Nil çayının əsas mənbəyi və yuxarı axarları; 8. pl üz tərəf; Heads and tails? “Oryol-reşka?” (püşk atma); 9. köpük, üz; with a ~ on köpüklü; ~ of the milk südün xaması / üzü / köpüyü

n III 1. başçı, rəis; böyük, rəhbər; the ~ of the family ailənin başçısı; the ~ of a department şöbə rəisi; the ~ of Government / State hökumət / dövlət başçısı; 2. aparıcı, rəhbər vəzifə; at the ~ of the whole business bütün müəssisənin / başlanmış işin başında; ~ of water yığılmış suyun müəyyən hündürlük səviyyəsi;

◊ over ~ and ears, ~ over ears in love bir könüldən min könülə vurulmuş, eşq divanəsi olmuş; ~ over ears in debt xirtdəyə / boğaza qədər borc içində olan; from ~ to foot / heel başdan ayağa, təpədən dırnağa; to shake one’s ~ at smth. bir şeydən şübhələnmək / şəkkə düşmək; to lose one’s ~ başını itirmək; to put one’s ~ in a noose başını bəlaya salmaq; to make ~ irəliləmək; to make ~ against baş qaldırmaq, qiyam etmək; to have a cold in the ~ soyuqlamaq, tumov / zökəm olmaq; to stand on one’s ~ başına çıxmaq, to talk smb.’s ~ off bir kəsin başını / baş-beynini aparmaq; to beat smb.’s ~ off darmadağın etmək; to go off / out of one’s ~ dəli / başı Xarab olmaq; to be touched in the ~ ağlı başında olmamaq, gic / ağıldan kəm olmaq; to bury one’s ~ in the sand başını kola soxmaq, straus siyasəti tərəfdarı olmaq; to go about with one’s ~ in the air iddia / təşəxxüs satmaq, özünü çəkmək, lovğalanmaq; to give one’s ~ for the washing acizanə təhqirə dözmək; ~ over heels, heels over ~ 1) kəlləmayallaq, başı / təpəsi üstə (gəlmək); 2) məc. təpədən-dırnağa / başdan-ayağa kimi; tamamilə; to keep / to hold one’s ~ over water güc-bəla ilə dolanmaq, çulunu sudan çıxartmaq; to knock smth. on the ~ bir şeyə son qoymaq; to knock smb.’s ~s together mübahisə edənləri zorla barışdırmaq; to lay / to put ~s together məsləhətləşmək, başbir olmaq, baş-başa vermək; to make ~ or tail of smth. / smb. bir şeyi / kəsi anlamaq, başa düşmək, duymaq, baş çıxarmaq

head2

v 1. başçılıq etmək, başında durmaq (bir işin), öndə dayanmaq / getmək; to ~ an army / procession / a parade orduya / mərasimə / parada başçılıq etmək; 2. istiqamətləndirmək, yönəltmək; to ~ a boat towards shore qayığı sahilə tərəf yönəltmək; 3. istiqamətlənmək, yönəlmək, yön / İstiqamət almaq, yola düşmək; to ~ south cənuba yön almaq; 4. mənbəyini almaq / götürmək; The Potomac heads in the Alleghanies Potomək çayı öz mənbəyini Alleqeniz dağlarından alır / götürür; 5. irinləmək, çirk eləmək; yetişmək (yara, çiban, irinlik haq.) to ~ off a quarrel davanın / mübahisənin qarşısını almaq; to ~ smb. off from the wrong way bir kəsi haqq yoluna döndərmək

HE-GOAT
HEAD-COLD
OBASTAN VİKİ
Head & Shoulders
Head & Shoulders (azərb. Baş və çiyinlər‎)—Procter & Gamble şirkətinə daxil olan, 1961-ci ildə yaradılmış şampun markası. == Tarixi == Procter & Gamble laboratoriyalarında 1950-ci ildən etibarən yeni anti-kəpək şampunun hazırlanması üzərində iş gedirdi. Araşdırmaçıların 10 ilə yaxın müddət ərzində apardıqları araşdırmaların sonunda tərkibində (ing. Zinc pyrithione) maddəsi olan şampun hazırlandı.Laboratoriyalarda mütəxəssislər tərəfindən qarşıya qoyulan əsas məqsəd saçlarda kəpəyə qarşı effektiv ingreditentli şampun markası yaratmaq idi. XX əsrin ortalarında ABŞ-də aparılan rəy sorğuları zamanı kişilərin 65% qədərinin kəpək və buna bənzər problemlərdən əziyyət çəkdiyini göstərmişdi. Hazırlanan yeni məhsul ilk dəfə olaraq mavi-yaşıl şampun formulu adı altında 1961-ci ilin noyabr ayında Amerika Birləşmiş Ştatlarında satışa çıxarıldı. Zamanla çeşitləri və dizaynı dəyişən şampun markası istehlakçılar tərəfindən böyük marağa səbəb oldu. Bazara çıxandan bir necə ay sonra 1961-ci ilin sonlarında adı Head & Shoulders formasında dəyişdirildi. Bu dəyişikliyin ardından isə şampun markasının köhnə rəngləri olan mavi-yaşıl rəng kombinatsiyası daha şəffaf olan ağ rənglə əvəzləndi.
Machine Head
Machine Head — 1991-ci ildə Adam Dyus və Robb Flinn tərəfindən qurulmuş ABŞ musiqi qrupu. == Qrup haqqında == 1994-cü ildə qrupun çıxardığı "Burn My Eyes" albomu metal musiqi dünyasına bomba kimi düşür. Albomdakı hər mahnı o qədər yaxşıdır ki, Slayerin gitaristi Kerry Kingin "Sizcə gəlmiş keçmiş ən yaxşı treş-metal albomu Reign In Blood ola bilər mi?" deyə soruşulduğunda cavabı "Xeyr, amma Burn My Eyes Ola bilər" şəklində olmuşdur. Machine Head'in musiqisini bu qədər üstün edən şey o zamanlar üçün bir az da açıq aşkar nifrət dolu mahnı sözləri, vokaldakı əsəb ilə özünü idarə arasındakı tarazlıq, gitara partisyonlarının yazılımındakı ustalıq və ən əhəmiyyətlisi qrupdakı hər kəsin mahnılar içində göstərdikləri uyğunlaşmadır. Daha sonra Logan Mader daha böyük bir qrupda çalmaq istədiyini deyərək Sepultura'dan ayrılan Max Cavalera'nın qurduğu Soulfly'a keçir. Ardından vurma alətlərin ifaçısı Chris Kontos Konkhra qrupuna qatılır. Kontos'un yerinə Dave McClain gəlir. Qrupun ikinci albomu "The More Things Change" yeni heyətləriylə 1997-ci il 25 mart tarixində çıxır. Çox yaxşı bir albom olmasına baxmayaraq "Burn My Eyes"-ın kölgəsində qalır və o zamanlardakı Nu metal axımındaki artım səbəbiylə çox maraq görmüz. 1999-cu il 10 avqust gitaraya Ahrue Luster gəlir və çıxan "Burning Red" albomunda Robb Flynn artıq rap vokallarından da istifadə etməyə başlamışdır və qrup Nu metal tərzinə doğru yönəlir.
Shake Your Head
Shake Your Head (azərb. Başınızı silkələyin‎) – C. C. Catch tərəfindən 2003-cü ildə ifa edilən mahnıdır. Mahnını istehsal edən ölkə Almaniyadır. Bu mahnı ABŞ qrupu olan "Was (Not Was)" qrupunun ifa etdiyi "Shake Your Head" mahnısının kaver versiyasıdır. Karolina ilk mahnılarının Remiks formalarını çıxardıqdan bir müddət sonra yeni mahnılar yazmağa qərar verir. Karolina 2004-cü ildə Almaniyaya qayıdaraq "Shake Your Head" mahnısını çıxarır. Bu mahnı bir çox hit-paradlarda yaxşı mövqe qazanır. Mahnı İngiltərə Rəqs Hit-Paradında 34-cü, Norveç hit-paradında 8-ci, Belçika hit-paradında 19-cü, Almaniya və Rusiya hit-paradlarında isə 1-ci mövqe tutmuşdur.
Head-up display (geyminq)
Oyun interfeysi və ya "heads-up-display" (head-up – başı əymədən baxmaq, display — indikasiya), həmçinin sadəcə HUD — videooyunun istifadəçi interfeysinin bir hissəsi kimi vizual vasitələrlə oyunçuya məlumat ötürmə üsulu. Adını müasir təyyarələrdə istifadə olunan baş üstü displeylərdən almışdır. "HUD" həmçinin bir çox məlumatın, o cümlədən qəhrəmanın sağlamlığı, obyektlər və oyunda irəliləyişin (məsələn, xal və ya səviyyə) göstərilməsinin bir hissəsidir.
Shake Your Head (C. C. Catch
Shake Your Head (azərb. Başınızı silkələyin‎) – C. C. Catch tərəfindən 2003-cü ildə ifa edilən mahnıdır. Mahnını istehsal edən ölkə Almaniyadır. Bu mahnı ABŞ qrupu olan "Was (Not Was)" qrupunun ifa etdiyi "Shake Your Head" mahnısının kaver versiyasıdır. Karolina ilk mahnılarının Remiks formalarını çıxardıqdan bir müddət sonra yeni mahnılar yazmağa qərar verir. Karolina 2004-cü ildə Almaniyaya qayıdaraq "Shake Your Head" mahnısını çıxarır. Bu mahnı bir çox hit-paradlarda yaxşı mövqe qazanır. Mahnı İngiltərə Rəqs Hit-Paradında 34-cü, Norveç hit-paradında 8-ci, Belçika hit-paradında 19-cü, Almaniya və Rusiya hit-paradlarında isə 1-ci mövqe tutmuşdur.
Shake Your Head (C. C. Catch)
Shake Your Head (azərb. Başınızı silkələyin‎) – C. C. Catch tərəfindən 2003-cü ildə ifa edilən mahnıdır. Mahnını istehsal edən ölkə Almaniyadır. Bu mahnı ABŞ qrupu olan "Was (Not Was)" qrupunun ifa etdiyi "Shake Your Head" mahnısının kaver versiyasıdır. Karolina ilk mahnılarının Remiks formalarını çıxardıqdan bir müddət sonra yeni mahnılar yazmağa qərar verir. Karolina 2004-cü ildə Almaniyaya qayıdaraq "Shake Your Head" mahnısını çıxarır. Bu mahnı bir çox hit-paradlarda yaxşı mövqe qazanır. Mahnı İngiltərə Rəqs Hit-Paradında 34-cü, Norveç hit-paradında 8-ci, Belçika hit-paradında 19-cü, Almaniya və Rusiya hit-paradlarında isə 1-ci mövqe tutmuşdur.