Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vyetnam Dövlətində referendum (1955)
1955-ci il Vyetnam Dövləti referendumu — tezliklə Vyetnam Respublikasına (daha çox Cənubi Vyetnam kimi tanınır) çevrilmiş Vyetnam Dövlətinin gələcək idarəetmə formasını müəyyən etmək üçün nəzərdə tutulmuş referendum. Referendumda respublika sistemini təklif edən ölkənin baş naziri Nqo Din Zyem və keçmiş imperator Bao-day arasında mübarizə aparılmışdı. Bao-day 1945-ci ildə imperiya taxtından imtina etmişdi, lakin referendum zamanı rəsmi dövlət başçısı titulunu saxlamışdı. Zyem seçki saxtakarlığı vasitəsilə 98,2% səslə referendumda qalib gəlmişdi. Paytaxt Sayqonda seçici siyahısında cəmi 450 min adam olduğu halda Zyem 600 mindən çox səs toplamışdı. O, hətta müxalifət qruplarının səsverməni pozmağa çalışdığı kənd yerlərində də qeydə alınmış seçicilərin 90%-dən çoxu tərəfindən dəstək almışdı. == Zəmin == Referendum Bao-day ilə onun baş naziri arasında hakimiyyət mübarizəsinin son mərhələsi idi. Bao-day Zyemi bəyənmirdi və bir neçə dəfə onu işdən uzaqlaşdırmağa çalışmışdı, lakin onu yalnız ölkəyə ABŞ yardımı üçün kanal olaraq gördüyünə görə bu vəzifəyə təyin etmişdi. Bu müddət ərzində ölkə qeyri-sabitlik dövrünü yaşayırdı, çünki Vyetnam 1954-cü il Cenevrə Konfransında Birinci Hind-Çin müharibəsinə son qoyan razılaşmalar nəticəsində müvəqqəti olaraq iki yerə bölünmüşdü. Vyetnam dövləti milli seçkilərin ölkəni vahid hökumət altında birləşdirməsi nəzərdə tutulana qədər ölkənin cənub hissəsinə nəzarət edirdi.
Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı dövlətində diplomatik nümayəndəliyi
Azərbaycanın Türkiyədə Diplomatik Nümayəndəliyi — Azərbaycan Xalq Cümhuriyyətini Osmanlı dövlətində təmsil edən elçilik. Azərbaycanla Türkiyə arasında ilk diplomatik təmaslar 1918-ci ilin yazında Trabzon və Batum sülh konfranslarından başlandı. 1918-ci il iyunun 18-də isə Azərbaycan Hökuməti İstanbula ilk nümayəndə heyəti göndərdi. Türkiyə hökuməti və rəsmi dairələrində yaxşı tanınan Məhəmməd Əmin Rəsulzadənin başçılıq etdiyi nümayəndə heyətinə Xəlil bəy Xasməmmədov və Aslan bəy Səfikürdski daxil idilər. Nümayəndəlik İstanbulda keçirilməsi nəzərdə tutulan beynəlxalq konfransda iştirak etməli idi. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti nümayəndə heyətinə, həmçinin, Osmanlı dövləti ilə hərbi, iqtisadi, nəqliyyat və maliyyə sahələri üzrə müqavilələr bağlamaq üçün etimadnamə vermişdi. İyunun 24-də İstanbula çatan Azərbaycan nümayəndələri Osmanlı hökumətinin başçısı Tələt paşa və digər hökumət üzvləri ilə görüşlər keçirməyə, Azərbaycan Xalq Cümhuriyyəti haqqında türk ictimaiyyətinə məlumatlar çatdırmağa başladılar, mətbuata çoxsaylı müsahibələr verdilər. Nümayəndələr Azərbaycanın öz müstəqilliyini elan etməsini beynəlxalq aləmə bildirmək üçün də mühüm addımlar atdılar. İstiqlal bəyannaməsinin tam mətnini İstan-bulda olan bütün səfirlik və konsulluqlara təqdim etdilər, Almaniya, Avstriya-Macarıstan və Bolqarıstan diplomatları ilə görüşlər keçirdilər. 1918-ci ilin yayında Birinci dünya müharibəsi (1914–18) cəbhələrində Dördlər ittifaqının uğursuzluqları İstanbul konfransının başlanmasına imkan verməsə də, Azərbaycan nümayəndəliyi Osmanlı hökuməti üzvləri ilə çox əhəmiyyətli razılaşmalara nail oldu.
Səfəvilər dövlətinin bayraqları
Səfəvilər dövlətinin bayraqları — Səfəvi dövlətinin yaranışından süqutuna kimi mövcud olan bayraqlar. == Bayraq anlayışı == Bayraq sözü, qədim türk dilinə aid “batrak” sözünün deformasiya olmuş formasıdır. “Batrak” sözü də “batırmaq” sözündən yaranmışdır. Mahmud Kaşğari “Divan-i Lüğət-it Türk” əsərində “torpağa sancılan mizraq” (nizə) mənasını verən batraq (bayraq) kəliməsi işlənmişdir. Görünür müxtəlif ipək parçalardan hazırlanmış bayraqlar nizələrin ucuna bərkidildiyinə görə dövlətçiliyin əsas atributlarından biri kimi “dalğalanan milli simvol”a çevrilmişdir. Hələ İslama qədərki dövrdə yazılmış və XIV əsr əlyazması ilə dövrümüzə qədər gəlib çatmış olan möhtəşəm “Kitabi-Dədə Qorqud” eposunda “Qılıncla məhv edərək, düşmənin tuğ və bayrağını endirin” ifadəsinin qeyd edilməsi bir daha göstərir ki, o dövrdə hakimiyyət simvolu kimi bayraqlara xüsusi önəm verilmişdir. == Səfəvilər dövlətində bayraqların təkamülü == Azərbaycanda tarixi ənənələr üzərində qurulan və sırf milli məfkurəyə söykənən dövlət kimi tarixə düşən Səfəvilər dövlətinin bayraqları ayrı-ayrı hökmdarlar dövründə fərqlənmişdir. Səfəvilər dövlətinə məxsus arxiv sənədləri dövrümüzə qədər saxlanmadığı kimi, Səfəvilər dövründən qalma əşyalar da müxtəlif ölkələrdəki şəxsi və ya dövlət muzeylərində saxlanılır. Səfəvilər dövlətinin rəmzləri ilə bağlı məlumatları dövrün salnamələrindəki qeydlərdən, Səfəvi şahlarının fərmanlarındakı möhürlərdən, Səfəvilər dövründə yazılmış səyahətnamələrdən və Qərbi Avropa səyyahlarının gündəliklərindən əldə etmək mümkündür. J.Şardenin verdiyi məlumata görə, Səfəvilərin bayrağı fransızların hərbi bayraqları kimi üçbucaq şəklində müxtəlif bahalı parçalardan hazırlanmışdır.
Şirvanşahlar dövlətinin əhalisi
Şirvanşahlar dövlətinin əhalisi Şirvan ərazisində yaşamış müxtəlif etnik qruplara aid əhali idi. Şirvan qədimdən Dərbənd və Dəryal keçidləri vasitəsilə şimaldan eləcə də şərqdən və cənubdan (İran vasitəsilə) gəlmiş oturaq və köçəri tayfalarla məskunlaşmışdı. Min illər boyu Şirvan torpağı birbirini əvəz edən Qafqaz və türkdilli tayfalar arasında rəngarəng əlaqələr meydanı olmuşdu. Bunu təkcə yazılı mənbələr deyil, arxeoloji və toponimik məlumatlar da təsdiq edir. == Qafqazdilli tayfalar == VII əsrin əvvəlinə aid anonim bir mənbədə Cənubi Dağıstanda, Şirvanda və Xəzər dənizinin qərb sahillərində məskunlaşmış tayfalar sadalanır. Mətndə adları çəkilən və ehtimal ki, bəziləri istisna olmaqla, ölkənin avtoxton əhalisi olan ləklər, hunlar, xəzərlər, zekenlər (tsekanlar), xenuklar (xenavilər), kaspilər, şərvanlar, xsranlar, təvəsparlar, xeçmataklar, ijmaxlar, bakanlar, pikonaklar (peçeneqlər), maskutlar Dərbənd, Şəki, Muğan düzü, Şirvan, Siyəzən, Xızı, Beşbarmaq, Təbərsəran, Xaçmaz, Şamaxı, Bakı və Quba zonaları hüdudlarında yayılmışdılar. Bu tayfalardan bəziləri "Qafqaz dağları qollarının gəlib çatdığı və Dərbənd divarının, dənizdə əzəmətli qalanın ucaldıldığı" Xəzər sahillərində yaşayırdılar. İndiki ləzgilərin əcdadları olan ləklər bu gün də Quba rayonunun şimal hissəsində, Dərbəndin yaxınlığında yaşayırlar. Təvəsparlar erkən orta əsrlərdə Şirvanşahlara tabe olan cənubi Dağıstanda Təbərsaranda lokallaşdırılır. Xeçmtaklar tayfasının adı Oğuz rayonundakı Xaçmaz kəndi və qalasının, habelə Xəzər dənizi sahilindəki Xaçmaz şəhərinin adında qalmışdır.
Azərbaycan Dövlətinin Konstitusiya statusu
Azərbaycan Dövlətinin Konstitusiya statusu — Konstitusiya quruluşunun əsasları Azərbaycan Respublikasının Konstitusiyasının I bölməsində təsbit olunmuşdu. == Haqqında == Konstitusiya quruluşunun əsasları ayrı−ayrı dövlətlərin konstitusiyalarında müxtəlif adlar altında verilmişdir.Məsələn,İtaliya və Almaniya Federativ Respublikasının Konstitusiyasında "Əsas Prinsiplər",Fransa Respublikası Konstitusiyasında "Suverenlik haqqında",Türkiyə Respubliksının Konstitusiyasında "Ümumui Əsaslar"və s. Azərbaycan Respublikasının Konstitusiyasında isə cəmiyyətin və dövlətin fundamental əsasları,həyata keçirilməsi ölkəmizdə konstitusin dövlətin bərqərar olunmasına yönələn başlıca prinsiplər isə "Ümumi müddəalar"adı altında təsbit olunmuşdur.Bu bölmədə öz əksini tapan norma—prinsiplər,məqsəd normaları,vəzifə—normaları hesab olunur. Bu bölmədə öz əksini tapan normalar norma—prinsiplər,məqsəd normaları,vəzifə—normaları hesab olunur. === Konstitusiyanın struktur elementləri === Xalq hakimiyyəti Xalq suverenliyi İnsan və vətəndaşların hüquq və azadlıqlarının üstünlüyü Azərbaycan dövlətinin forma və mahiyyəti Hakimiyyət bölgüsü Sosial və iqtisadi əsaslar Dövlət hakimiyyətinin əsasları Yerli özünüidarəetmenin tanınması və təmin olunması,onun müstəqilliyi və dövlət hakimiyyətindən ayrılması Konstitusiya quruluşu dar və geniş mənada anlaşılır.Dar mənada Konstitusiya quruluşu—Konstitusiyada təsbit olunan və mövcud qanunvericilikdə inkişaf etdirilən dövlətin təşkili üsullarıdır. Geniş mənada konstitusiya quruluşu—ali hakimiyyət və idarəetmə orqanlarının təşkili;dövlət quruluşu və insan;vətəndaş cəmiyyəti və dövlət arasındakı hüquqi əlaqələrlə bağlı meydana çıxan,başlıca olaraq Konstitusiya normaları ilə nizama salınan iqtisadi, sosial, siyasi, hüquqi, ideoloji münasibətlərin məcmusudur. === Konstitusiya quruluşunun əsasları === Dövlətin hüquqi tabeçiliyini təmin edən və onu konstitusion dövlət kimi xarakterizə edən başlıca prinsiplərin məcmusudur.Bu prinsiplər bütövlükdə konstitusiya hüquq sisteminin ideya və hüquqi bazasını təşkil edir.Konstitusion dövlət ilk dəfə İngiltərədə meydana gəlmiş və konstitusion təsisatlar XVIII əsrin sonlarından başlayaraq Qərbi Avropa və Amerikaya,sonra isə Şərqi Avropaya və bir sıra Asiya ölkələrinə yayılmışdır. Ölkəmizdə konstitusion dövlət quruculuğu istiqamətində yeni addım 1991-ci il 18 oktyabr tarixli "Dövlət Müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbulundan sonra atılmış oldu. Artıq bu Aktda Konstitusiya quruluşunun mühüm prinsipləri öz təsbitini tapmış oldu. Məsələn, "Azərbaycan Respublikasında suveren hakimiyyət Azərbaycan xalqına məxsusdur" (10-cu maddənin I hissəsi); "Azərbaycan xalqı müstəqil, dünyəvi, demokratik, unitar dövlət yaradır" (12 maddənin I hissəsi); "Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətin bölunməsi prinsipinə əsaslanır" (12-ci maddənin II hissə-si) və s.
Tyampi dövlətinin hökmdarlarının siyahısı
Vyetnamın dövlət başçılarının siyahısı —
Şimali Yuan Dövlətinin xanlarının siyahısı
Bu məqalədə Şimali Yuan Dövlətinin bütün xaqanlarının adları yer alır.
Osmanlı dövlətinin XX əsrdəki döyüşlərinin siyahısı
Bu siyahıda Osmanlı dövlətinin XX əsrin I Dünya müharibəsinin başlamasına qədərki dövründə iştirak etdiyi döyüşlər əks edilmişdir.
Səfəviyyə ordeni rəhbərləri və Səfəvilər dövlətinin hökmdarları
== Həmçinin bax ==
Don kazaklarının Səfəvilər dövlətinə yürüşləri (1667-1668)
Don kazaklarının Səfəvilər dövlətinə yürüşləri - XVII əsrin ikinci yarısında Xəzərsahili bölgələrə Don kazaklarının yürüşləri baş vermişdir. Onlardan 1668-ci ilin yayında Stepan Razinin başçılığı ilə Azərbaycan ərazisinə təşkil edilmiş kazak yürüşləri xüsusilə qeyd olunmalıdır. Bu yürüş zamanı kazaklar Dərbənddə sahilə çıxdılar, Niyazabadı, Şabranı qarət və talan etdilər. Lakin onların Bakıya yürüşü uğursuzluqla nəticələndi. Stepan Razin güclü müqavimətdən ehtiyat edərək şəhəri təcili surətdə tərk etməli oldu. Bu yürüşlərin nəticəsində Səfəvilər dövlətində ticarətə və sosial vəziyyətə böyük zərbə vuruldu.
Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi (kitab)