Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
"Nabran" Hərbi-İdman Düşərgəsində (film, 1973)
Adambaşına düşən ÜDM (AQP) üzrə ölkələrin siyahısı
Adambaşına düşən ümumi daxili məhsul (alıcılıq qabiliyyəti paritetinə üzrə) ölkədə orta hesabla bir nəfər ( alıcılıq qabiliyyəti pariteti nəzərə alınmaqla) müəyyən il ərzində istehsal olunan bütün son əmtəə və xidmətlərin bazar dəyərini əks etdirən makroiqtisadi göstəricidir. Adambaşına düşən ÜDM (AQP üzrə) ölkənin iqtisadi inkişaf səviyyəsini müəyyən edən xüsusiyyətdir. Müqayisə üçün bütün göstəricilər vahid valyutada - ABŞ dollarında ifadə olunur. Milli valyutalardan hesablaşmalar, beynəlxalq iqtisadi müqayisələrdə adət olduğu kimi, bazar məzənnələri ilə deyil, alıcılıq qabiliyyəti pariteti ilə həyata keçirilir. == Avrozonanın milli hesablarında qeyri-qanuni iqtisadi fəaliyyətin əhatə dairəsinin genişləndirilməsi == Bir çox Avropa ölkələrində kölgə iqtisadiyyatının payı əhəmiyyətlidir və ÜDM-in 10 faizdən 40 faizindən çoxunu təşkil edir. 2014-cü ildən Avrostat, Rəsmi statistika orqanı, AB üzv dövlətləri bəzi qeyri-qanuni fəaliyyətlərə qoşulmağa çağırır. == Offşor zonalar olan ölkələr üçün adambaşına düşən təhrif edilmiş ÜDM (AQP) == Adambaşına düşən ÜDM-in (AQP) yurisdiksiyaya görə dəyişə bilməsinin bir çox təbii iqtisadi səbəbləri var (məsələn, böyük neft və qaz ehtiyatlarına malik olan ölkələrdə adambaşına düşən ÜDM yüksək olur). Bəzi iqtisadçılar hesab edirlər ki, ofşor zonalar və ya korporativ vergi cənnətləri iqtisadi məlumatları təhrif edir, nəticədə adambaşına düşən ÜDM (PPP) rəqəmləri süni şəkildə şişirdilir . Dünya yurisdiksiyalarının 15% - dən çoxu vergi cənnəti olduğu təxmin edilir. BVF-nin araşdırmalarına görə, müxtəlif yurisdiksiyaların ÜDM-ə güclü təsir göstərən birbaşa qlobal xarici investisiya axınlarının təxminən 40% - i "fantom" əməliyyatlar kimi təsvir olunur.
Ana zağa düşərgəsi
Ana zağa düşərgəsi və ya Ana zağa mağarası — Qobustan dövlət tarixi-bədii qoruğu ərazisində təbii sığınacaq, mağara. Yarıaçıq mağaranı xatırladan bu boşluğun divarlarında və onlara bitişik dağlarda çoxsaylı qədim təsvirlər mövcdu olduğuna görə Qobustan qayaüstü təsvirlərinin ilk tədqiqatçısı İshaq Cəfərzadə tərəfindən bu yerə "Ana zağa" adı verilmişdir. == Tədqiqi == Ana zağa düşərgəsi Böyükdaş dağının yuxarı səki sahəsində, üzərində qədim qayaüstü təsvirlər qeydə alınmış 29, 30, 31, 32 nömrəli qayaların arasında əmələ gəlmiş iri ölçülü iki gözdən ibarət qayaaltı boşluqda aşkar edilmişdir.Arxeoloji qazıntılar nəticəsində Ana zağanın çöküntülərində litoloji cəhətdən fərqlənən üç əsas mədəni təbəqə aşkar edilmişdir. Onlardan qazıntı sahəsinin orta hissəsində aşkar edilmiş alt (Mezolit) və orta (Neolit) mədəni təbəqələr Neolitin sonundan ilk orta əsrlərə qədərki dövrlərə aid olan üstdəki qarışıq təbəqədən 10 sm qalınlığındakı həyat izi olmayan təbəqə ilə ayrılırdı. Mezolit dövrü materialları saxlanmış alt təbəqənin qalınlığı 1 metr, bəzən 1,2 metrə qədər idi. Bu təbəqə rəngi boza çalan, sementləşmiş, içərisində qaya - əhəngdaşı qırıqlarına rast gəlinən gillicədən iabrət idi. Mezolitin sonu ilə ilk Neolit dövrünə aid orta təbəqə ilə alt, Mezolit dövrü təbəqəsi arasında lal təbəqə yoxdur.Orta təbəqə alt təbəqəyə nisbətən yumşaq, qəhvəyi rəngə çalan 0,2-0,6 metr qalınlığındakı torpaq qatından ibarətdir.Ana zağ düşərgəsində Daş dövrünə aid mədəni təbəqələr (alt və orta) düşərgənin əsasən orta hissəsində, onun şimal divarını təşkil edən 30 nömrəli qayanın cənub dibində, 1965 və 1966-cı illərdə qazılmış sahədə aşkar edilmişdir. Düşərgəni əhatə etmiş qayaların təxminən e.ə. VII-VI minilliklərdə baş vermiş yerdəyişməsi nəticəsində yaranmış təhlükəli vəziyyət qazıntı sahələrinin hər yerində alt (Mezolit) mədəni təbəqəyə çatmağa imkan verməmişdir.Qazıntı sahəsindəki alt təbəqə üst Paleolitdən Mezolitə keçid və Mezolitin ilk mərhələsinə, orta təbəqə isə əsasən Mezolit və Mezolitdən Neolit keçid mərhələsinə aiddir. Burada alt və orta təbəqələr arasında lal qatın olmaması onların yaranma dövrü arasında uzun bir fasilənin olmaması ilə bağlıdır.
Antonio Nikolas Düşen
Antuan Nikola Düşen (fr. Antoine Nicolas Duchesne; 7 oktyabr 1747, Versal – 18 fevral 1827, Paris) — fransız botaniki. Qaytarma (Duchesnea Sm.) bitki cinsinin latınca adı Düşenin şərəfinə adlandırılıb. == Əsərləri == Manuel de botanique, contenant les propriétés des plantes utiles, 1764 Essai sur l’histoire naturelle des courges paru dans l’Encyclopédie méthodique de Jean-Baptiste de Lamarck 1764. Histoire naturelle des fraisiers contenant les vues d'économie réunies à la botanique et suivie de remarques particulières sur plusieurs points qui ont rapport à l'histoire naturelle générale, Didot jeune, Paris 1766 Le Jardinier prévoyant, contenant par forme de tableau, le rapport des opérations journalières avec le temps des récoltes successives qu'elles préparent. 11 vols. P. F. Didot jeune, Paris 1770-1781 Sur la formation des jardins, Dorez, Paris 1775. Le Porte-feuille des enfans, mélange intéressant d'animaux, fruits, fleurs, habillemens, plans, cartes et autres objets.... Mérigot jeune, Paris, [n.d., probably 1784]. Le Livret du ″Porte-feuille des enfans″, à l'usage des écoles...
Antuan Nikola Düşen
Antuan Nikola Düşen (fr. Antoine Nicolas Duchesne; 7 oktyabr 1747, Versal – 18 fevral 1827, Paris) — fransız botaniki. Qaytarma (Duchesnea Sm.) bitki cinsinin latınca adı Düşenin şərəfinə adlandırılıb. == Əsərləri == Manuel de botanique, contenant les propriétés des plantes utiles, 1764 Essai sur l’histoire naturelle des courges paru dans l’Encyclopédie méthodique de Jean-Baptiste de Lamarck 1764. Histoire naturelle des fraisiers contenant les vues d'économie réunies à la botanique et suivie de remarques particulières sur plusieurs points qui ont rapport à l'histoire naturelle générale, Didot jeune, Paris 1766 Le Jardinier prévoyant, contenant par forme de tableau, le rapport des opérations journalières avec le temps des récoltes successives qu'elles préparent. 11 vols. P. F. Didot jeune, Paris 1770-1781 Sur la formation des jardins, Dorez, Paris 1775. Le Porte-feuille des enfans, mélange intéressant d'animaux, fruits, fleurs, habillemens, plans, cartes et autres objets.... Mérigot jeune, Paris, [n.d., probably 1784]. Le Livret du ″Porte-feuille des enfans″, à l'usage des écoles...
Auşvits həbs düşərgəsi
Auşvitz həbs düşərgəsi (alm. Konzentrationslager Auschwitz‎, pol. Obóz Koncentracyjny Auschwitz) — ikinci dünya müharibəsi və holokost zamanı nasistlərin yaratdığı ən böyük ölüm düşərgəsi. Polşanın Krakov şəhərindən 60 km. qərbdə yerləşir. Bu həbs düşərgəsi Auşvitz I (əsas həbs düşərgəsi), Auşvitz II-Birkenau (məhvetmə düşərgəsi), Auşvitz III-Monovitz (işçi düşərgəsi) və 45 peyk düşərgədən ibarət idi. Auşvitz I ilk olaraq 1940-cı ilin may ayında polyak siyasi məhbusların saxlanılması məqsədilə inşa olunmuşdur. Burada ilk dəfə kütləvi məhv etmə prosesinə 1941-ci ilin sentyabrında başlanılıb. 1942-ci ilin əvvəlindən 1944-cü ilin sonlarına qədər almanlar tərəfindən işğal olunmuş Avropanın hər yerindən qatarlar vasitəsilə yəhudilər buradakı qaz kameralarına gətirilir və burada zəhərli maddə olan Siklon B vasitəsilə zəhərlənirdilər ki, bu da məhbusların kütləvi şəkildə ölməsinə səbəb olurdu. Hesablamalara görə bu düşərgədə saxlanılan 1.3 milyon nəfərdən 1.1 milyon nəfəri öldürülmüşdür.
Auşvitz həbs düşərgəsi
Auşvitz həbs düşərgəsi (alm. Konzentrationslager Auschwitz‎, pol. Obóz Koncentracyjny Auschwitz) — ikinci dünya müharibəsi və holokost zamanı nasistlərin yaratdığı ən böyük ölüm düşərgəsi. Polşanın Krakov şəhərindən 60 km. qərbdə yerləşir. Bu həbs düşərgəsi Auşvitz I (əsas həbs düşərgəsi), Auşvitz II-Birkenau (məhvetmə düşərgəsi), Auşvitz III-Monovitz (işçi düşərgəsi) və 45 peyk düşərgədən ibarət idi. Auşvitz I ilk olaraq 1940-cı ilin may ayında polyak siyasi məhbusların saxlanılması məqsədilə inşa olunmuşdur. Burada ilk dəfə kütləvi məhv etmə prosesinə 1941-ci ilin sentyabrında başlanılıb. 1942-ci ilin əvvəlindən 1944-cü ilin sonlarına qədər almanlar tərəfindən işğal olunmuş Avropanın hər yerindən qatarlar vasitəsilə yəhudilər buradakı qaz kameralarına gətirilir və burada zəhərli maddə olan Siklon B vasitəsilə zəhərlənirdilər ki, bu da məhbusların kütləvi şəkildə ölməsinə səbəb olurdu. Hesablamalara görə bu düşərgədə saxlanılan 1.3 milyon nəfərdən 1.1 milyon nəfəri öldürülmüşdür.
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası
== Əsas vəzifələri == Azərbaycan Respublikasına qarşı Ermənistanın təcavüzü nəticəsində əsir və girov götürülmüş şəxslərin Vətənə qaytarılması, itkin düşənlərin axtarılması ilə əlaqədar tədbirlər hazırlayır və onların həyata keçirilməsinə rəhbərlik edir; əsir və girov götürülmüş şəxslərin qaytarılması, itkin düşmüş vətəndaşların axtarılması məqsədilə müvafiq dövlət orqanlarının, ictimai və beynəlxalq təşkilatların fəaliyyətini əlaqələndirir; Azərbaycan Respublikasının əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşları haqqında məlumatları toplayır, bu məlumatların qeydiyyatı və sistemləşdirilməsi üçün müvafiq informasiya bankının yaradılmasını təmin edir; əsir və itkin düşmüş, girov götürülmüş Azərbaycan Respublikası vətəndaşları ilə əlaqədar işin vəziyyəti barədə məlumatlar, ümumiləşdirilmiş arayışlar və müvafiq təkliflər hazırlayır; əsirlikdə saxlanılan Azərbaycan Respublikası vətəndaşlarının hüquqlarının müdafiəsinin təmin edilməsi üçün tədbirlər görür; əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə əlaqədar digər dövlətlərin nümayəndələri ilə müntəzəm əlaqə saxlayır, zəruri hallarda rəsmi görüşlər keçirir; Cenevrə Konvensiyalarının tələbləri pozulduğu hallarda, bu konvensiyaların müəyyən etdiyi prosedurlar çərçivəsində araşdırma aparılması barədə təşəbbüs göstərir; əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin problemləri ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsi, humanitar məsələlər ilə məşğul olan digər beynəlxalq təşkilatlar və bu sahədə fəaliyyət göstərən şəxslərlə əməkdaşlıq edir; əsirlikdən və girovluğdan azad olunaraq Vətənə qaytarılmış şəxslərin sağlamlığının bərpası və sosial reabilitasiya üçün tədbirlər görür; əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar məktub, ərizə və müraciətlərə baxılmasını təmin edir; Ermənistan Respublikası tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımı və etnik təmizləmə siyasətini əks etdirən hüquqi-tarixi sənədlərin, əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlı materialların dünya ictimaiyyətinə çatdırılması üçün tədbirlər görür; hərbi təcavüz nəticəsində Azərbaycan Respublikası ərazisində əsir götürülmüş, yaxud digər əsaslarla saxlanılmış əks tərəfə məxsus şəxsləri qeydiyyata alır, onların filtrasiya məntəqəsində çəmləşdirilməsini təşkil edir və saxlanma qaydalarının Cenevrə Konvensiyalarının tələblərinə uyğun olmasına nəzarət edir; Komissiya fəaliyyətini aşkarlıq zəminində qurur, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar həyata keçirilən tədbirlər barədə müntəzəm olaraq ictimaiyyəti məlumatlandırır; Azərbaycan Respublikasının Prezidenti tərəfindən Komissiyaya həvalə edilən digər vəzifələri həyata keçirir. == Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlar haqqında məlumat == Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Işçi qrupu tərəfindən 2012-ci il ərzində keçirilmiş axtarış-araşdırma tədbirləri nəticəsində Komissiyada itkin düşmüş şəxs kimi qeydiyyata alınmış şəxslərdən 38 nəfərin taleyinə aydınlıq gətirilmiş, onların adları itkinlərin siyahısından çıxarılmışdır. Həmin şəxslərdən 5 nəfərinin döyüşlərdən və mühasirələrdən sağ çıxdığı, 5 nəfərin döyüşlərdə həlak olduğu, meyitlərinin tanınaraq dəfn edildiyi, 26 nəfərin isə siyahılardan təkrar keçdiyi, 2 nəfərin isə münaqişə bölgəsində kənarda itkin düşdüyü müəyyən edilmişdir. Beləliklə, 1 avqust 2013-cü il tarixinə əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4035 nəfər təşkil etmişdir. Onlardan 3263 nəfər hərbçi, 771 nəfər mülki şəxslərdir. 3 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil. Mülki şəxslərdən 46 nəfəri itkin düşərkən yetkinlik yaşına çatmamış uşaq (16 nəfər azyaşlı qız), 255 nəfər qadın, 353 nəfər yaşlı şəxsdir (154 nəfər qadın). Əsir, itkin düşmüş 4035 nəfərdən 877 nəfərin əsir və girov götürülməsi barədə məlumatlar daxil olmuş, şahid ifadələri alınmışdır. Münaqişə müddətində 1402 nəfər əsir və girovluqdan azad edilmişdir. Onlardan 342 nəfər qadın, 1059 nəfər kişidir.
Azərbaycan Xalqının Soykökünü Düşünərkən (Kitab)
"Azərbaycan Xalqının Soykökünü Düşünərkən" Mirəli Seyidov tərəfindən yazılmış əsər. == Məzmun == M.Seyidov Azərbaycan xalqının, onun mədəniyyət, ədəbiyyat və dilinin çox qədim və zəngin bir tarixə malik olduğunu, bu mədəniyyətin, bu dilin qonşu xalqlara, o cümlədən erməni xalqına da güclü təsir göstərdiyini faktlar, dəlillərlə sübut etməyə müvəffəq olmuşdur. Bu, M.Seyidovun xalqımıza göstərdiyi mühüm xidmətdir”. Şair fikrini inkişaf etdirərək, daha sonra yazmışdır: “Azərbaycan xalqının soykökünün-etnogenezisinin müəyyənləşdirilməsi işində də M.Seyidovun bu əsərinin əhəmiyyəti böyükdür. Müəllif elmi inandırıcılıqla sübut edir ki, türkdilli qəbilələr Azərbaycana eramızdan əvvəl III əsrdə, bəlkə daha əvvəllər gəlmiş, burada yerli qəbilə və qəbilə birləşmələrilə çarpazlaşmış, beləliklə də, vahid Azərbaycan xalqı yaranmışdır. == Kitabın yenidən çapı == Kitabın ilk çapı 1989-ci ildə işıq üzü görmüşdür. 2018-ci ildə isə oğlu Elçin Seyidov tərəfindən çap edilmişdir. == Kitab haqqında fikirlər == “Azərbaycan xalqının soykökünü düşünərkən” adlı fundamental monoqrafiyasına ön söz yazmış xalq şairi Sabir Rüstəmxanlı alimə heyranlığını gizlədə bilməmişdir: “O, böyük abidələrimizin kökündə dayanan ilkin odu, qüvvəni, ilkin qaynağı gəzə-gəzə yurdumuzun ilk çırağının işiğına aparan yolları araya-araya, söz, kəlmə pillələri ilə xalq təfəkkürünün elə uzaq bir başlanğıcına gedib çatır ki, adam heyran qalır”. Yaxud alimin folklorlaşan ömrü şair tərəfindən belə qiymətləndirilir: “Soyumuzun beşik yurdunu, beşik nəğməsini, sözümüzün, ruhumuzun ilk ifadə şəkillərini axtara-axtara o, özü də bir ilkinlik, saflıq nümunəsinə, şaman dualarından, qopuz iniltilərindən, varsağı, bayatı hikmətindən yonulmuş Ozan babaya dönüb. İllər keçdikcə Mirəli Seyidov da araşdırdığı epik qəhrəmanlıq dastanlarımızdan qopub gələn bir xalq müdrikinə, öz işinin cünunu olan bir ağsaqqala çevrilib, dədələşib.
Azərbaycan diviziyasının düşərgələrində (film, 1932)
Azərbaycan diviziyasının düşərgələrində qısametrajlı sənədli filmi rejissor Ağarza Quliyev tərəfindən 1932-ci ildə çəkilmişdir. Azərfilmdə istehsal edilmişdir. Filmdə Azərbaycan diviziyasının səhra təlimlərindən, məişətindən, hərbi və siyasi hazırlığından söhbət açılır. == Məzmun == Filmdə Azərbaycan diviziyasının səhra təlimlərindən, məişətindən, hərbi və siyasi hazırlığından söhbət açılır.
Azərbaycanın Qırmızı kitabına düşən balıqlar
Azərbaycanın Qırmızı kitabına düşən balıqlar — Qırmızı kitaba aşağıdakı balıq növləri daxildir.
Azərbaycanın Qırmızı kitabına düşən həşəratlar
Azərbaycanın Qırmızı kitabına düşən həşəratlar Azərbaycanda ümumilikdə 15000-ə qədər həşərat yayıldığı müəyyən olunmuşdur. 2013-ci ildə yeni təşkil edilən Qırmızı kitaba 74 həşərat daxil edillmişdir. Onlardan 40-ı nadir növdür.
Azərbaycanın Qırmızı kitabına düşən məməlilər
Azərbaycanın Qırmızı kitabına düşən məməlilər — bura 14 növ məməli daxil edilmişdir.
Azərbaycanın Qırmızı kitabına düşən quşlar
Azərbaycanın Qırmızı kitabına düşən quşların siyahısı — bura 34 növ quş daxil edilmişdir. == İstinadlar == Azərbaycan SSR Qırmızı Kitabı 1989 "Azərbaycanın heycanlar aləmi". Тom III. Onurğalılar, 2000 il.
Azərbaycanın Qırmızı kitabına düşən suda-quruda yaşayanlar
Azərbaycanın Qırmızı kitabına düşən suda-quruda yaşayanlar
Azərbaycanın Qırmızı kitabına düşən sürünənlər
Azərbaycanın Qırmızı kitabına düşən sürünənlər
Beljets ölüm düşərgəsi
Beljets (polyakca: Bełżec) — Polşanın cənub-şərqində yerləşən, İkinci dünya müharibəsi ərzində Nasist Almaniyası tərəfindən yəhudilərə qarşı Holokost soyqırımında istifadə olunan toplama və ölüm düşərgəsi. Auşvitz və Treblinka düşərgələrindən sonra ən böyük qətliamların baş verdiyi üçüncü nasist düşərgəsidir. Düşərgənin fəaliyyət göstərdiyi müddət ərzində burada SS qüvvələri tərəfindən təqribən 430,000–500,000 nəfər aralığında etnik yəhudi öldürülmüşdür. == İnşası və funksiyası == Toplama və ölüm düşərgəsi olaraq istifadə olunmuş Beljetsdə xüsusilə Şərqi Avropadan toplanan yəhudilər və yəhudi olmayan polyaklar saxlanılırdı. 1941-ci ilin iyul ayında yəhudi və qaçqınların qazla öldürülməsinə başlanılmışdı. Bu məhvetmə əməliyyatlarında yaxından iştirak edən Kristian Virt 1941-ci ilin dekabrında Beljets ölüm düşərgəsinin ilk komandanı vəzifəsinə təyin olunmuşdur. 1942-ci ilin avqust ayından etibarən isə düşərgənin komandanı vəzifəsini Qotlieb Herinq yerinə yetirirdi. == Bağlanması == Beljets düşərgəsindəki çalışmalar 1942-ci ildə dayandırıldı və soyqırım izlərini silmək üçün proseslər başladıldı. Bu düşərgədə sağ qala bilənlər Sobibor ölüm düşərgəsinə göndərildi. == Sağ qalanlar və müharibə sonrası == Düşərgənin komandanı olan Virt müharibə davam edərkən 1944-cü ilin may ayında Triest yaxınlığında baş verən hadisə zamanı yuqoslaviyalı partizanlar tərəfindən öldürülmüşdü.
Bergen-Belzen həbs düşərgəsi
Bergen-Belzen (alm. Bergen-Belsen‎) və ya sadəcə Belzen (alm. Belsen‎) — Almaniyanın Hannover vilayətində (indiki Aşağı Saksoniya), Belzen kəndindən 1 mil (1.6 km) məsafədə və Bergen şəhərindən bir neçə kilometr cənub-qərbdə yerləşən nasist həbs düşərgəsi. == Məhbuslara rəftar == Hazırkı hesablamalara görə, həbs düşərgəsinin 1943-cü ildən 1945-ci ilə qədər fəaliyyət göstərdiyi dövrdə orada olan məhbusların sayı 120 min nəfərə yaxındır. SS qulluqçularının düşərgənin dosyelərini məhv etməsi səbəbilə onların demək olar yarısının, təxminən 55 min nəfərinin adı məlum deyil.:269 SS-nin məhbuslarla rəftarı düşərgənin ayrı-ayrı hissələrinə uyğun olaraq dəyişirdi. Düşərgəyə mübadilə ilə gələn məhbuslara, ən azı ilkin vaxtlarda digər məhbuslardan daha yaxşı rəftar edirdilər.:187 Müharibədən sonra düşərgənin və ya bəlkə də bir hissəsinin digərləri ilə müqayisədə "imtiyazlı xarakter"ə malik olduğu iddiaları yayılmışdır. Saloniki yəhudi icması kollaborator olduğu 55 nəfərin 53-nün almanlar tərəfindən Bergen-Belzenə "xüsusi lütfkarlıq" kimi göndərilməsi iddiasına görə kollaborator olduğu iddia olunan şəxslərə qarşı məhkəmə işi açmışdır. == İstinadlar == == Xarici keçidlər == Bergen-Belsen Memorial NEW Online archive relating and dedicated to the men and women service personnel and the part they played at the Liberation and subsequent Humanitarian Effort of the Bergen Belsen Concentration Camp The United States' Holocaust Memorial website on Belsen Bergen-Belsen on YouTube Bergen-Belsen Death Camp from Holocaust Survivors and Remembrance Project: "Forget You Not" Film footage of Belsen concentration camp and its destruction Harold Le Druillenec, from the Channel Islands, was the only British survivor of Bergen Belsen. This link is to his testimony at the Bergen-Belsen trial of his experience there.
Bir qadın düşməni (roman)
Bir qadın düşməni — yazıçı, dramaturq Rəşad Nuri Güntəkinin ən çox oxunan romanlarından biridir. == Romanın mövzusu == Çox xoş və baxımlı, baxımlı olduğu qədər də gözəl hər istədiyini əldə etməyə vərdiş etmiş bir qızın sevgiyə hər zaman yad olan bir adama yaxınlaşmaq istəyi. == Süjet == Kitab iki hissədən ibarətdir.Birinci hissədə Saranın atasına ve rəfiqəsi Nərminə yazdığı məktublardan,ikinci hissədə isə romanın ikinci baş qəhrəmanı olan Homongolosun ölən dostuna yazmış olduğu məktublardan ibarətdir. Adnan paşanın qızı Sara cox gözəl baxımlı diqqət mərkəzində olmağı sevən 20 yaşlarında bir qızdır. Atasi Adnan paşa Ərzurum paşasıdır.Sara anası ilə İstanbulda yaşayır ,lakin hər il atasının yanına getmək istəyəndə atası Ərzurumda qışın sərt keçdiyini bildirdiyindən atasının yanına gedə bilmir. Sara dayısı qızının toyunda iştirak etmək üçün atasına bir balaca oyun oynayır. Ve nəhayət o dayısıgilə yola düşür.Sara Mərmərənin kiçik kəndinə dayısıgilə gəmi ilə yola çıxır .O, gəmidə özünü boğulurmuş kimi göstərərək zarafat edən Homongolos ləqəbli Ziya adlı bir idmançını tanıyır .Saranın gəlməyi münasibəti ilə qəsəbədə şənlik düzəldilir gəmidə olanlar da bu şənlikdə iştirak edir,lakin həmin idmançı şənlikdə olmur bunu bilən Sara özünə söz verirki, o həmin idmançını özünə aşiq edəcək.Sara bunu dayısının yoldaşına və qizlarına deyir . Ziya xarakter baxımından kobud olduqca diqqətsiz biri kimi təsvir olunur.Sara çalışır ki, məqsədinə çatmaq üçün əksər vaxtlarda onun yanında olsun ve o artıq anlayırki Homongolos onu istəyir lakin hələ etiraf etməyib. Sonra heç gözlənmədiyi anda Homongolosun ölüm xəbəri gəlir.Homongolos motosiklet qəzasına düşərək dünyasını dəyişir.Sara buna pis olur. Homongolos haqqında həqiqət ölümündən əvvəl onun dostuna yazdığı məktubda aydın olur.Homongolos müharibə zamanı ailəsi tərəfindən internata atıldıqdan sonra onun ağır günləri başlayır və o burada sevgi hissini itirir lakin məktubda artıq Saranı həqiqətən sevdiyini yazır ama Saranın ona qarşı etdiyi oyundan xəbərdar olduğunu da ve məktubdan 7- 8 saat sonra Sara ilə görüşəcəyini de qeyd edir.
Birinci Qarabağ müharibəsində itkin düşən azərbaycanlılar
Qarabağ müharibəsində itkin düşən azərbaycanlılar — Ermənistan–Azərbaycan müharibəsi zamanı itkin düşmüş və ermənilər tərəfindən əsir götürülmüş Azərbaycan vətəndaşları. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu tərəfindən 2007-ci il ərzində aparılmış araşdırma zamanı məlum olmuşdur ki, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4354 nəfər təşkil edir. Onlardan 3503 nəfəri hərbçi, 841 nəfəri mülki şəxslərdir (9 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil). Mülki şəxslərdən 47 nəfəri uşaq (16 nəfər azyaşlı qız), 268 nəfəri qadın, 371 nəfəri yaşlılardır. Əsir, itkin düşmüş 4354 nəfərdən 783 nəfərin əsir və girov götürülməsi barədə məlumatlar daxil olub. Dövlət Komissiyasına daxil olmuş materialların təhlili zamanı 550 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat etdiyi müəyyən edilib. Onlardan 104-ü qadın, 446-ı kişidir. 137 nəfərin yalnız adı məlumdur, 74 nəfər isə naməlum şəxslərdir. == Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası == Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Firudun Sadıqovun sözlərinə görə, 2008-ci ilin sonunda 170-ə qədər insanın da taleyinə aydınlıq gətirilib və onların sağ olduğu aydınlaşıb: "Onlar Şuşa, Şuşanın ətraf kəndləri, Kəlbəcər, Laçın işğal olunan zaman ermənilərin əlinə keçmiş insanlardır. Bu il həmin insanlarla bağlı kitabın və CD–nin buraxılacağı da planlaşdırılır".
Breddok: İtkin düşmüşlər 3 (film, 1988)
Breddok: İtkin düşmüşlər 3 — 1988-ci ildə Çak Norrisin iştirakı ilə çəkilmiş ABŞ filmidir. == Məzmun == Ceyms Breddoka xəbər çatır ki, onun ailəsi sağdır. Breddok ailəsini axtarmaq məqsədilə Vyetnama yola düşür. Həyat yoldaşını və oğlunu tapsa da, onları əsir götürürlər. Onun həyat yoldaşını öldürürlər. Breddok intiqam almaq üçün əsirlikdən qaçır... == Rollarda == == İstinadlar == == Həmçinin bax == ABŞ filmlərinin siyahısı == Xarici keçidlər == Filmi izlə (azərbaycan dilində) Breddok: İtkin düşmüşlər 3 — Internet Movie Database saytında.
Buhenvald həbs düşərgəsi
Buhenvald həbs düşərgəsi (alm. Konzentrationslager Buchenwald‎) — Üçüncü Reyx tərəfindən İkinci dünya müharibəsi dövründə Almaniyada yaradılmış Nasist həbs düşərgəsi. Düşərgə 1937-ci ilin iyun ayından 1945-ci ilin aprel ayına qədər fəaliyyət göstərmişdir. Buhenvald düşərgəsi əvvələr Veymar şəhəri yaxınlığında Etersburq fəhlə düşərgəsi adı ilə yaradılmışdır. Fəaliyyət göstərdiyi 8 il ərzində Buhenvald həbs düşərgəsinə 250 min məhkum gətirilmişdir. 250 min məhkumdan 11 mini yəhudi olmaqla, 56 mininin öldürüldüyü güman olunur. 11 aprel, 1945-ci ildə ABŞ ordusunun III tağımı Buhenvald düşərgəsində saxlanılan məhkumları xilas etmişdi. Həmin ilin mart ayından etibarən bir qrup yəhudi amerikan əsgərləri ilə ratsiya əlaqəsinə girmiş və düşərgədə olan vəziyyət haqqında onlara ətraflı məlumat verərək xilas olunmaları üçün kömək istənmişdir Almaniya Demokratik Respublikası tərəfindən 1958-ci ildə Buhenvald həbs düşərgəsinin yerində anma mərkəzi açılmışdır. 1991-ci ildə isə düşərgə muzey şəklində yenidən yaradılmışdır.
Ceyranlar düşərgəsi
Ceyranlar düşərgəsi — Qobustanda Kiçikdaş dağı ərazisində arxeoloji abidə. == Arxeoloji tədqiqi == Ceyranlar düşərgəsi - Qobustanda Kiçikdaş dağı ərazisinin düzən sahəsinin şimal-şərq hissəsində üzərində qədim qayaüstü təsvirlər saxlanmış 49, 49a və 49b nömrəli daşların arasında əmələ gəlmiş, sahəsi 12 kv. metrə bərabər kiçik, yarımörtülü sığınacaqda aşkar edilmişdir. 1973-cü ildə "Ceyranlar"da (sığınacağın içində və çölündə olmaqla) 52 kv. m. sahədə arxeoloji qazıntı aparılmışdır. Daş dövrü qalıqlarına sığınacağın içində, orta əsrlərdə sığınacaq və onun ətrafından maldarların qışlaq yeri kimi istifadə etməsi nəticəsində əmələ gəlmiş təbəqənin altında rast gəlinmişdir. Burada mədəni təbəqə səviyyəsində materialın dəniz qumu ilə qarışdığından onun səviyyəsini və qalınlığını müəyyənləşdirmək mümkün olmamışdır. Qazıntı zamanı sığınacağın içərisində 20 sm peyin qatından sonra 50 sm dərinə qədər içərisində orta əsrlərə aid gil qab qırıqları və iki yerdə ocaq qalığı olan çürüntülü torpaq, onun altında 1 m dərinliyə qədər Daş dövrü qalıqlarına malik gil və qum qarışıqlı torpaq qatı aşkar edilmişdir. Düşərgədə 49a №-li qayanın üzərindəki qədim şəkillər 1 m dərinlikdən aşağı getmir.
Daxau həbs düşərgəsi
Daxau həbs düşərgəsi (alm. Konzentrationslager Dachau‎) - Üçüncü Reyx tərəfindən İkinci dünya müharibəsi dövründə Almaniyada yaradılmış Nasist həbs düşərgəsi. Daxau düşərgəsi Münhen əyalətinin 16 km şimalqərbində istifadə olunmayan ağırtexnika zavodunun yerində açılmışdır. Daxau həbs düşərgəsini digərlərindən fərqləndirən əsas cəhətlərdən biri bu düşərgənin fəaliyyətə başlayan ilk düşərgə olmasıdır. 22 mart, 1933 Alman Nasional Sosialist Fəhlə Partiyasının qərarı ilə açılan düşərgədə Yəhudilər başda olmaqla əsasən siyasi məhbuslar saxlanılırdı. Daxau düşərgəsi Yohannes Hesters tərəfindəndə ziyarət olunmuşdur. Azərbaycanlı partizan Əhmədiyyə Cəbrayılovda Daxu həbs düşərgəsində bir müddət saxlanılmışdır.
Düşbərə
Düşbərə — Azərbaycanın milli xörəklərindən biri. Qoyun ətindən bişirilir. Lazım olan ərzaqlar: Qoyun əti — 108 q. Buğda unu — 40 q. Yumurta — 1/4 ədəd Baş soğan — 18 q. Şərab sirkəsi — 10 q. Keşniş — 15 q. Nanə qurusu −10 q. İstiot Duz.Hazırlanma qaydası: Düşbərə hazırlamaq üçün sümüklərdən bulyon bişirilir, qoyun ətinin yumşaq hissəsindən soğan və ədviyyat qatmaqla qiymə hazırlanır. Mayasız yoğrulmuş bərk xəmir 1 mm qalınlığında yayılıb kiçik kvadratlar şəklində doğranır.
Duş
Vanna və ya ləyən – yuyunmaq üçün nəzərdə tutulmuş su tutan konteyner. == Növləri == Vannalar, adətən, 2 üslubda olur: Qərb üslubunda – içindəndə uzanılan. Belə vannalar çox vaxt qayıq kimi yastı və uzun olur. Şərq üslubunda – içində oturulan. Belə vannalar qısa və dərin olur. Məsələn, Yaponiyada furo vannaları bu üsluba aiddir. == Hazırlanma materialı == Hazırkı dövrdə, əsasən, çuqun vannalardan istifadə olunur. Lakin, qranit və taxta vannalar da geniş yayılmışdır.
Diş
Diş — canlılarda ərzağın ilkin mexaniki emalı üçün orqanizmin bir hissəsi, heyvanlarda həmçinin müdafiə və hücum silahı, insanda danışıq instrumentlərindən biri və gülüş atributu kimi də istifadə edilir. Bəzi heyvanlar, xüsusən də ətyeyənlər və hər şeydən yeyənlər, dişləri ov tutmaqda və ya yaralamaqda, yeməkləri xırdalamaqda, müdafiə məqsədləri üçün, tez-tez özləri də daxil olmaqla, digər heyvanları qorxutmaq və ya yırtıcı və ya balalarını daşımaq üçün istifadə edirlər. Dişlərin kökləri diş ətləri ilə örtülüdür. Dişlər sümükdən deyil, ən xarici embrion hüceyrə təbəqəsi olan ektodermadan əmələ gələn müxtəlif sıxlıq və sərtlikdəki çoxsaylı toxumalardan ibarətdir. Dişlərin ümumi quruluşu onurğalılar arasında oxşardır, baxmayaraq ki, onların forma və mövqeyində əhəmiyyətli dəyişikliklər var. Məməlilərin dişləri dərin köklərə malikdir və bu, bəzi balıqlarda və timsahlarda da olur. Teleost balıqların əksəriyyətində isə dişlər sümüyün xarici səthinə, kərtənkələlərdə isə bir tərəfdən çənənin daxili səthinə yapışdırılır. Köpəkbalığı kimi qığırdaqlı balıqlarda dişlər sərt bağlarla çənəni meydana gətirən qığırdaq halqalarına bağlanır. Monofiyodontlar yalnız bir diş dəsti inkişaf etdirən heyvanlardır, difiodontlar isə erkən süd dişləri və daha sonra "yetkin" və ya daimi dişlər dəsti yetişdirirlər. Polifiodontlar bir çox diş dəstinə malikdir.
Ağ düz
Ağdüz və ya Ağduz;
Bill Dük
Bill Dük (26 fevral 1943) — 26 fevral 1943-cü ildə Poukipzi şəhərində (Nyu-York ştatı, ABŞ) anadan olub. Etel Luis və Uilyam Henri Dük (böyük) ailəsində anadan olub. Datçess Kommuniti kollecində aktyorluq və yazıçılıq üzrə təhsil alıb. Daha sonra aktyor sənətinin incəliklərini Boston Universitetində, ardınca Nyu-Yorkun Universiteti nəzdində Tiş ali məktəbində və Amerika Kino-İncəsənət İnstitutunda mənimsəyib. Xarizmatik xarici görünüş və ədaya malik aktyoru, rejissorlar başlıca olaraq döyüş filmlərinə çəkib. Çəkildiyi lentlərdə daha çox mənfi obrazlar yaradıb. 80-ci illərdə ABŞ teleməkanında bir sıra səs-küylü seriallara, o cümlədən "Hill-Strit blüzü" və "Mayami Polisi" seriallarına rejissorluq edib. Kinoda aktyor debütü 1976-cı ildə baş tutub. "Avtoyuyucu" adlı filmdə radikal müsəlman inqilabçı Əbdül Məhəmməd Əkbər roluna çəkilib. 1980-ci ildə "Amerikalı jiqolo" melodramında homoseksual sutenyor rolunu oynayıb.
Daş (1977)
Daş — Rejissorlar Hafiz Əkbərov və Əsgər Məmmədovun filmi. == Məzmun == Dağıdıcı qüvvə rəmzi olan daş müxtəlif dövrlərdə görkəmini dəyişərək(ox, güllə, raket) planetdə yaşayan adamlara dərd-bəla gətirir. Film dünya xalqlarını müharibələrin qadağan edilməsi, yer üzündə sülhün bərqərar olması uğrunda həmrəyliyə çağırır. Kinolent böyüklər üçün nəzərdə tutulmuşdur. == Film haqqında == Film mətnsizdir. Film şair Əli Kərimin eyniadlı şeri əsasında çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Əsərin müəllifi: Əli Kərim Ssenari müəllifi: Sabir Rüstəmxanlı, Paşa Kərimov Quruluşçu rejissor: Hafiz Əkbərov, Əsgər Məmmədov Quruluşçu rəssam: Elçin Axundov Bəstəkar: Xəyyam Mirzəzadə Operator: Rafiq Əmirov Səs operatoru: Akif Nuriyev Cizgi rəssamı: Yuri Meşşeryakov, Vaqif Məmmədov, Rauf Dadaşov, Vahid Talıbov Rejissor assistenti: Sima Qurbanova Rəssam assistenti: Zəkiyyə Mahmudova Montaj edən: Nisə Hacıyeva Rəssam: Hüseyn Cavid İsmayılov, Arifə Hatəmi, Solmaz Hüseynova, Lalə Məmmədova (Lalə Ağacanova kimi), Cəvahir Quliyeva, Nataliya Albitskaya, Firəngiz Quliyeva Redaktor: Ədhəm Qulubəyov Filmin direktoru: R.Rəşidov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Daş Makı
Maku və ya Makı (həmçinin Daşmakı olaraq da tanınır) — İranın Qərbi Azərbaycan ostanında şəhər, Maku şəhristanının inzibati mərkəzi. == Coğrafiyası == Maku şəhərinin arasından Zəngmar çayı axır. Mülayim iqlimi olan, dəniz səviyyəsindən 1634 m hündürlükdə dağ ətəklərində yerləşən və yarımdairəvi formaya malik şəhər sanki çətirlə örtülmüşdür. Maku şəhəri Urmiyadan təxminən 278 km, Təbrizdən təxminən 251 km, Tehrandan təxminən 939 km, Türkiyə sərhədindən (Gurbulaq sərhəd qapısı) təxminən 20 km aralı yerləşir. == Tarixi == Maku I Şah Abbasın hökmdarlığının əvvəlində sadəcə bir qala idi. Şəhərin salınma tarixi eramızın 1012-ci ilinə təsadüf edir. Maku, Səfəvilər zamanında İrəvan şəhərindən köçmüş azərbaycanlı türk bayat tayfasına məskən olur. Bayatlar Pəhləvi dövrünə qədər (20-ci əsrin ortaları) Makuda hökm sürürlər. == Təbiəti və abidələri == Maku şəhərinin gözəl təbii landşaftı, çox qədim tarixi və təbiəti zəngin olan yerlər var. Onlardan aşağıdakıları qeyd etmək olar: Hacıbulağı və digər mineral su bulaqları Qalacıq şəlaləsi; Mərakan qoruq zonası; Bağçacıq sarayı, Kolah Fərəngi binası və Maku Paşs Mərkəzinin köhnə binası; Rəvaz və Qaraqala (Qale-ye Siyah) köhnə qəsrlər; Qabanqalası tarixi qalası və dağı Beşgöz köhnə körpü, Makıdan 5 km.
Daş Salahlı
Daş Salahlı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. == Ümumi məlumat == Daş Salahlı Qazax rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Avey dağının şərq ətəyində yerləşir. Oykonim daş (ağ rəngli, əhəng tərkibli daşlıq sahədə yerləşdiyinə görə) və Salahlı (etnotoponim) komponentlərindən düzəlib, "daşlıq sahədə yerləşən Salahlı kəndi" mənasındadır. Bir haşiyə: Azı 200-300 il tarixi (Aveydağ və Damcılı mağaralarında yaşamış ulu əcdadlarımızla hazırkı əhalinin hər hansı bağlılığının olub-olmamasını nəzərə almadan təkcə kənd qəbristanlığında olan qəbirlərin yaşı və tarixi bunu deməyə əsas verir) olan bir kəndin, hasilatına təxminən 50-60-cı illərdən başlanan əhəng daşının (mişar daşının) adı ilə "Daş Salahlı" adlandırılması məsələsinə aydınlıq gətirilməsinə və bunun tarixi faktlara, elmi, mütəxəssis araşdırmalarına əsaslanmayan təsadüfi məntiq olmadığını dəqiqləşdirməyə ehtiyac var. Məlumatın əldə olunduğu mənbənin ("Azərbaycan toponimlərinin ensklopedik lüğəti" I cild) tərtibatçılarından və müəlliflərindən, bu sahənin mütəxəsslərindən xüsusilə bu məsələyə münasibət bildirmələrini xahiş edirik. Bizim etnoqrafiya, epiqrfiya, arxeologiya sahəsində kifayət qədər alimlərimiz və mütəxəssislərimiz var. Qədim qayaüstü, qəbirüstü və digər yazıların araşdırılmasında, tədqiq olunmasında-Epiqrafiya sahəsində Azərbaycan tarixinə ən dəyərli töhfələr vermiş alim Məşədixanım Nemətin (Nemətova) adını çəkmək kifayətdir. Onların dəyərli fikirləri bir kəndin barəsində məlumatların yer aldığı bu səhifəni daha da zənginləşdirəcək və bu məlumatlar kəndin 10 minlik əhalisi üçün də heç şübhəsiz maraqlı olacaq. Hazırda kəndin tarixi yerlərində aparılan arxeoloji qazıntı və axtarış işləri ümid edirik ki, bizim üçün daha qaranlıq mətləblərə aydınlıq gətirəcək.
Daş Veysəlli
Daş Veysəlli — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Daş Veysəlli oyk., mür. Cəbrayıl rayonunun Minbaşılı inzibati ərazi vahidində kənddir. Gəyan çölündədir. Oykonim daş (qayalıq, daşlıq) və Veysəlli (etnotoponim) komponentlərindən ibarət olub "daşlıq, qayalıq ərazidə olan Veysəlli kəndi" deməkdir. Oykonimin birinci komponenti kəndin relyefini təyin etməklə bərabər yaşayış məntəqəsini r-nun ərazisindəki Göyərçin Veysəlli kəndindən fərqləndirməyə də xidmət edir. == Mədəniyyəti == Qərib Ağa, Düldül pirləri bu kəndin ərazisində yerləşir. == Coğrafiyası və iqlimi == Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Minbaşılı kəndinin inzibati ərazi vahidinə daxil olan kənd Gəyan çölündə yerləşir.
Daş Zirə
Daş Zirə və ya Daş adası — Xəzər dənizində, Abşeron yarımadasının şərq səmtində yerləşən ada. Azərbaycanda yerləşir. Bakı körfəzinə aid olan adalardandır. Sahəsi 0.1 km² təşkil edir, sahildən uzaqlığı 2,47 km-dir. Adanın uzunluğu 0,7 km, eni isə 0,1 km təşkil edir. Digər adı Volfdır (almanca canavar). Bakı arxipelaqında yerləşən ada. == Tarixi == 1721 ildə I Pyotr Xəzərin qərb sahillərinə hücumu zamanı adaya Vulf adı verir. Bu adı Fin körfəzində yerləşən Pevelskoy arxipelaqındakı Vulf adasına bənzədiyi üçün verir. == Flora-Faunası == Adada Xəzər suitisi, Gümüşü qağayı, Maygülülər, Fitçi-cürə kimi canlılara rast gəlinir.Xəzər gekkonu adlı kərtənkələnin 1 yarımnövü bu adaya endemikdir (Daş ada gekkonu).
Daş ana
Daş ana və ya daş nənə – qədim türk qəbilələrində məzar daşı. Daşnənə gələnəyi əsasən qədim kuman (Hakkari) boyları və ortaçağ kuman-qıpçaq boylarında görünür. Türk ellərində(daşnənədən isə imdad istəyirlər).
Daş ata
Daş ata və ya daş baba – qədim türk qəbilələrində məzar daşı. Orta Asiya çölünün köçəriləri məskun nizamlı xalqlardan fərqli bir dünya görüşünə sahib idi. Sözgəlişi onlar ölülərini son yuxularına yatırdacaqları, yerləşmə yerlərinin xaricindəki sıxılmış və hüzn verici qəbiristanlıq anlayışına sahib deyildi. O biri dünyanın varlığına inanır və məzarlarında ölüyə bir baxıma həyat təqdim edirdilər. Ölənin atı, silahları, gündəlik həyatda istifadə etdiyi kimi əşyaları də məzara qoyurlardı. Hətta, bəzi kurganlarda ölünün yanında qadın və xidmətçi cəsədləri də tapıldı. Bunlar ölənlə birlikdə basdırılmış ola biləcəyi kimi, eyni zamanda ölmüş ya da özlərini öldürmüş də ola bilər. Çöldə xüsusilə soylular üçün ən məşhur məzar növü kurqandı. Bu cür məzarlarda, ölən adamın əhəmiyyətinə uyğun olaraq, ümumiyyətlə taxtadan basdırıldığı otağının üzərinə daş və torpaqdan bir yığma təpə yüksəldilirdi. Bunun üzərində də ölən adamı təmsil edən, kobudca insan formalı heykəllər tikilirdi.
Daş bulaq
Daşbulaq (Takab) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. Daşbulaq (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Daşbulaq (Xocalı) — Azərbaycanın Xocalı rayonunda kənd. Daşbulaq (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Daşbulaq (Şəki) — Azərbaycanın Şəki rayonunda kənd. Daşbulaq (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Daşbulaq — İrəvan əyalətinin Aleksandropol qəzasında çay adı.İrandaDaşbulaq (Məlikan) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. Daşbulaq (Miyanə) Daşbulaq (Nir) Daşbulaq (Germi) Aşağı Daşbulaq (Çaroymaq) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. Yuxarı Daşbulaq (Çaroymaq) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd.
Daş dövrü
Daş dövrü — insanların mədəni-tarixi inkişafında böyük rol oynamış dövr. Bu dövrdə əsasən əmək aləti və silah kimi daşdan istifadə olunmuşdur. Daş dövrü üç hissəyə ayrılır: Paleolit dövrü, Mezolit dövrü, Neolit dövrü. Paleolit dövrü özü də üç hissəyə ayrılır: Alt Paleolit, Orta Paleolit, Üst Paleolit. == Paleolit == Paleolit dövrü öz növbəsində üç dövrə bölünür: Alt Paleolit, Orta Paleolit, Üst Paleolit. Alt Paleolit: 1,5 milyon il bundan əvvəldən 100 min il əvvələ qədər davam etmişdir. Bu dövrdə ibtidai birlik forması Ulu icma və ya İbtidai sürü mövcud olmuşdur. 700 min il bundan əvvəl ibtidai insanlar odla tanış olmuşlar. Arxeoloji qazıntılar nəticəsində insanların toteizmə inandığı aşkar edilmişdir. Onlar müxtəlif heyvanlara sitayiş etmişlər.Alt paleolit əsasən Azıx mağarası (Füzuli r.) əsasında öyrənilmişdir.
Daş göbələklər
Daş göbələklər — göbələk formasında olan Tənha qaya. Daş göbələklərin yaranma səbəbi müxtəlif ola bilər: Eroziya, küləyin fəaliyyəti, buzlaqların ekzarasiyası, karst və s. Bu tip təbiət abidələrində dünyanın bir çox ölkələrində rast gəlinir. Daş göbələklərə misal kimi Çulışman, Soltera və s. göstərmək olar.
Daş kreveti
Daş kreveti. (lat. Palaemon elegans) — Əsl krevetlər infradəstəsinə (Caridea), Krevet (Palaemon) cinsinə daxil olan növ. Dənizlərin dayaz hissələrində, duzluğu 1 ‰-dən az olmayan sularda yayılırlar. Əsas Afrikanın Atlantik okean sahillərində, Ümid burnuna qədər olan ərazilərdə yayılmışdır. Avropada isə Norveç sahili, o cümlədən Aralıq, Azov, Qara dənizlərində rastlanılır. 1950-ci illərdən bəri isə Xəzər və Aral dənizi kimi duzlu göllərdə də yayılmağa başlamışdır. XX əsrdə Baltik dənizini nqərb sahillərinidə fəth etmişdir. onlara Kalininqrad körfəzində də rastlanılır. Xəzər dənizində yayılmış iki krevet növündən biridir.
Daş kömür
Daş kömür — bitki mənşəli çökmə süxur olub, təbii yanacaq növüdür. == Ümumi məlumat == Daş kömür çox kövrəkdir, qara, boz və parlaqdır. Suda batır və həll olmur. Daş kömür əsasən Donbas, Orta Asiya, Zaqafqaziya və Sibirdə çıxarılır. Ondan yaşayış evlərini qızdırmada, fabrik və zavodlarda, polad və çuqun əridilməsində, eləcə də yanacaq, sabun, yağ, spirt, benzol, plastik maddələr, ətriyyat, dərman, boyaq, turşular və s. istehsalında istifadə olunur. Daş kömür — üzvi mənşəli bərk yanacaqdır. Təbiətdə daş kömürün ehtiyatları neft ehtiyatından çoxdur. Daş kömürdən karbohidrogenlərin əsas alınma üsullarından biri daş kömürün kokslaşdırılmasıdır. Bu zaman 1000–1200 °C-də daş kömürün pirolizi həyata keçirilir.
Daş kərtənkələləri
Qayalıq kərtənkələsi (lat. Darevskia) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinə aid heyvan cinsi. Üstəlik dişisiz çoxalan növləri vardır. Bu cinsin Latın dilində adı rus herpetoloqu İlya Sergeyeviç Darevsinin (1924-2009) şərəfinə adlandırılıb. Kiçik və orta ölçülü kərtənkələlərə daxildir və bədəninin uzunluğu 55–80 mm-dir. Başı aşkarcasına dirdədir. == Təsnifatı == Bu cinsə 20 Biseksual və 7 Partenoqenez növ daxildir. Beş növ əvvələr mübahisəli növ olan Lacerta saxicola daxil edilirdi. 1999-cı ildə bu növlər Yaşıl kərtənkələlər (Lacerta) cinsində ayrılmış və müstəqil cinsə daxil edilmişdir. Azərbaycan kərtənkələsi (Darevskia raddei Uzzell et Darevsky, 1973) Alp kərtənkələsi (Darevskia alpina Darevsky, 1967) Ermənistan kərtənkələsi (Darevskia armeniaca Méhely, 1909) Darevskia bendimahiensis (Eiselt et Schmidtler, 1994) Brauner kərtənkələsi (Darevskia brauneri Méhely, 1909) Qafqaz kərtənkələsi (Darevskia caucasica Méhely, 1909) Yaşılqarın kərtənkələ (Darevskia chlorogaster Boulenger, 1908) Türkiyə kərtənkələsi (Darevskia clarkorum Darevsky et Vedmederja, 1977) Dağıstan kərtənkələsi (Darevskia daghestanica Darevsky, 1967) Dalya kərtənkələsi (Darevskia dahli Darevsky, 1957) Elbrus kərtənkələsi (Darevskia defilippii Camerano, 1877) Artvin kərtənkələsi (Darevskia derjugini Nikolsky, 1898) Çarnal kərtənkələsi (Darevskia dryada Darevsky et Tuniyev, 1997) Lindholm kərtənkələsi (Darevskia lindholmi Lantz et Cyrén, 1936) Acar kərtənkələsi (Darevskia mixta Méhely, 1909) Qırmızıqarın kərtənkələ (Darevskia parvula Lantz et Cyrén, 1913) Kür kərtənkələsi (Darevskia portschinskii Kessler, 1878) Luqov kərtənkələsi (Darevskia praticola Eversmann, 1834) Rüstəmbəy kərtənkələsi (Darevskia rostombekowi Darevsky, 1957) Gürcüstan kərtənkələsi (Darevskia rudis Bedriaga, 1886) Darevskia sapphirina (Schmidtler 1994) Qayalıq kərtənkələsi (növ) (Darevskia saxicola Eversmann, 1834) Ağqarın kərtənkələ (Darevskia unisexualis Darevsky, 1966) Darevskia uzzelli (Darevsky et Danielyan 1977) Valentin kərtənkələsi (Darevskia valentini, Boettger 1892) Lepidodactylus lugubris (FITZINGER 1843) == Yayılma əraziləri == Qayalıq kərtənkələrəri əsasən Qafqazın bütün bölgələrində, Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya və bundan başqa Bolqarıstan, İran, Rumıniya, Türkiyə ərazilərində rast gəlinir.
Daş məscid
Daş məscid ― 1325-ci ildə Elxanilər dövründə Şərqi Azərbaycanın, Sərab şəhristanının, Əsnəq kəndində tikilmiş məscid.
Daş palıd
Daş palıd (lat. Quercus ilex) - palıd cinsinə aid bitki növü. == Təbii yayılması: == Vətəni Аrаlıq dənizi sаhilləri, Gənubi Аvrоpа, Şimаli Аfrikа, Kiçik Аsiyаdır. == Botaniki təsviri: == Hündürlüyü 20m, gövdəsinin diаmеtri 60 sm оlаn, iri gövdəli, gеniş çətirli, həmişəyаşıl аğаcdır. Cаvаn budаqlаrının qаbığı hаmаr, tünd bоzumtul rəngli, gövdəsinin qаbığı isə qеyri-bərаbər çаtlıdır. Zоğlаrı bоzumtul kеçəli, yаrpаqlаrı kiçik, 8 sm-dək, fоrmаcа çоx dəyişkən, dərili, pаrlаq, tünd yаşıl, аlt tərəfi sаrımtıl və yа аğımtıl tükcüklüdür. Tumurcuqlаrı bоz rəngli, sıx tüklərlə örtülmüşdür. Yаrpаqlаrın sаplаğı 1-2 sm uzunluqdа оlub, sıx tüklüdür. Yаrpаqlаrı оvаl, еllips və yа neştər fоrmаlıdır. Üst tərəfdən yаşıl, çılpаq və yа tüklüdür.
Daş paradoksu
Daş paradoksu — Bu paradoksa görə Allah qaldıra bilməyəcəyi qədər ağır bir daş yaradarsa onu qaldıra bilməz, bu da onun hər şeyi edə bilmədiyini göstərər. Allah belə bir daş yarada bilməzsə bu da onun hər şeyi yarada bilmədiyini göstərər.
Daş vələmirquşu
Daş vələmirquşu (lat. Emberiza cia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vələmir quşları fəsiləsinin vələmirquşu cinsinə aid heyvan növü. == Haqqında == Azərbaycanda Qafqaz yarımnövü yaşayan politipik növdür . Dağlarda yaşayan başqa vələmirquşlarından gözünün üstündəki açıq rəngli zolaq və dimdiyindən başlayaraq gözündən keçməklə yanaqlarını haşiyələyib dimdiyinin yanında qurtaran qara zolaqla seçilir. Erkəyin beli, döşü və qaşı kürənimtil – qəhvəyi, başı və çinədanı bozdur. Qanadları və quyruğu qonurdur. Quyruğunun yanları ilə ağ zolaqlar uzanır. Dişilərin və cavanların rəngi daha tutqundu. Yuvalama dövründə cüt-cüt və tək-tək, çoxalmadan sonra isə sürü ilə gəzir. Yerdə yemlənir.
Daş yuxular
Daş yuxular — Əkrəm Əylislinin qalmaqallı romanı. Romanın sonunda qeyd olunduğu kimi əsər 2006-cı ilin iyul ayında yazıçı Əylisdə olarkən yazılmağa başlanmış və 2007-ci ilin iyun ayında yazıçı Bakıda olarkən başa çatmışdır. Roman orijinal olaraq Azərbaycan dilində yazılmış sonradan isə "Drujba narodov" (azərb. "Xalqlar dostluğu"‎) jurnalı üçün M.Hüseynzadənin redaktəsi ilə müəllifin özü tərəfindən rus dilinə tərcümə edilmişdir.Bu hadisədən sonra: Əkrəm Əylislinin oğlu gömrük polkovnik-leytenantı Nəcəf Naibov işdən çıxarılıb. Əkrəm Əylisli Azərbaycan Respublikasının 4-cü prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdündən və Azərbaycan Respublikasının xalq yazıçısı fəxri adından məhrum edilib. == Personajlar == Nuvariş Qarabağlı (aktyor, Saday Sadıqlının yaxın dostu); Saday Sadıqlı (məşhur Azərbaycan aktyoru); Fərid Fərzani (həkim-cərrah, Saday Sadıqlının əməliyyatı və müalicəsi ilə məşğul olan şəxs); Abasəliyev (məşhur psixiatr, Saday Sadıqlının qaynatası); Azada xanım (Saday Sadıqlının həyat yoldaşı, həkim Abasəliyevin qızı); Böyük Bəy (Xalq Cəbhəsinin rəhbəri); Qreta Minasova (teatrda qarderobçu işləyən qadın); Şahqacar Armaqanov (əslən Şuşadan olan, Baksovetdə işləyən məmur); Mopassan Mirələmov (teatr direktoru); Xəlilullah Xəlilov (Uluruh Turanməkan kimi də tanınan şair); Culyeta (Nuvariş Qarabağlının sayca 3-cü həyat yoldaşı). == Nəşri == Roman 2012-ci ilin dekabrında Rusiyada nəşr olunan "Drujba narodov" (azərb. "Xalqlar dostluğu"‎) jurnalında çap olunmuşdur. == İctimai rəy == 31 yanvar 2013-cü il tarixində Yeni Azərbaycan Partiyası Gənclər Təşkilatının üzvləri romana etiraz məqsədilə Əkrəm Əylislinin evinin qarşısında icazəsiz aksiyası keçirmişdir. Aksiyada yazıçının ünvanına "Ölkədən cəhənnəm ol!", "Erməni Əkrəm, çıx ölkədən!" kimi şüarlar səsləndirmişdir.
Daş əməliyyatı
Daş əməliyyatı və ya Dəliliyin müalicəsi (ing. The Stone Operation) — Holland rəssam İeronim Bosxun çəkdiyi tablo. Yağlı boya ilə taxta üzərində çəkilmiş rəsm, 1475–1480-ci illər arasında hazırlanmıştır. Hündürlüyü 48 sm, eni isə 35 sm olan tablo, hal-hazırda Madriddəki Prado muzeyində mühafizə olunur. == Əsər haqqında == İeronim Bosxun məişət mövzulu ilk əsəri olan Daş əməliyyatı, dövrün insanlarının cahilliyini əks erdirir. Əsərdə təsvir olunan hadisə o dövrdə məşhur olan daş əməliyyatıdır. Dəlilərin başlarında daş olduğuna inanan savadsız insanlar, fırıldaqçı həkimlərin daşı çıxararaq onları müalicə edəcəyinə inanır. Şəkildə əməliyyatı həyata keçirən həkimin başındakı qıf onun yalançı olduğuna bir işarədir. Göründüyü kimi həkim dəlinin başından, gözlənilənin əksinə daş yox gül çıkarır. Beləliklə rəssam bu əsərlə fırıldaqçı həkimləri ifşa etməyə çalışır.
Daş əsri
Daş dövrü — insanların mədəni-tarixi inkişafında böyük rol oynamış dövr. Bu dövrdə əsasən əmək aləti və silah kimi daşdan istifadə olunmuşdur. Daş dövrü üç hissəyə ayrılır: Paleolit dövrü, Mezolit dövrü, Neolit dövrü. Paleolit dövrü özü də üç hissəyə ayrılır: Alt Paleolit, Orta Paleolit, Üst Paleolit. == Paleolit == Paleolit dövrü öz növbəsində üç dövrə bölünür: Alt Paleolit, Orta Paleolit, Üst Paleolit. Alt Paleolit: 1,5 milyon il bundan əvvəldən 100 min il əvvələ qədər davam etmişdir. Bu dövrdə ibtidai birlik forması Ulu icma və ya İbtidai sürü mövcud olmuşdur. 700 min il bundan əvvəl ibtidai insanlar odla tanış olmuşlar. Arxeoloji qazıntılar nəticəsində insanların toteizmə inandığı aşkar edilmişdir. Onlar müxtəlif heyvanlara sitayiş etmişlər.Alt paleolit əsasən Azıx mağarası (Füzuli r.) əsasında öyrənilmişdir.
Daş-böyürtkən
Daş-böyürtkən (lat. Rubus saxatilis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü.
Buş-dü-Ron
Buş-dü-Ron (fr. Bouches-du-Rhône, oks. Bocas de Ròse) — Fransa departamenti, Provans-Alp-Kot-d'Azur regionunun departamentlərindən biri. Sıra nömrəsi — 13. İnzibati mərkəzi — Marsel. Əhalisi — 2 000 550 nəfər (2010). == Coğrafiya == Sahəsi — 5087 km². == Tarix == Buş-dü-Ron, 1790-cı ilin mart ayında Böyük Fransız İnqilabı zamanı yaranan ilk departamentlərindən biri. Keçmiş Provans ərazisində yerləşən, lakin 1793-cü ildə sərhədlər dəyişdirildi. Buş-dü-Ron, inqilab üçün çox əlverişli və çox aktualdır: 1794-cü ilin sonunda departamentdə 90 nəfər kahinlərin 50% -i ruhanilərin vətəndaş konstitusiyasını qəbul etməyi qəbul edir..
Duş (Bünab)
Duş (fars. دوش‎) — İranın Şərqi Azərbaycan ostanının Bünab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 924 nəfər yaşayır (203 ailə).
Duzdağ daş duz yatağı
Duzdağ daş duz yatağı — Naxçıvan şəhərindən şimal-qərbdə yerləşir və lap qədimlərdən istismar olunur. Yatağın geoloji quruluşunda üst mio­sen (sarmat) duzdaşıyan və dördüncü dövr çöküntüləri iştirak edir. Yata­ğın səna­ye ehtiyatları 90 mln. tona çatır, sənaye hasilatı isə XIX əsrdən apa­rılır. Azərbay­can və Fransa arxeoloqlarının birgə apardıqları qazıntı işləri sübut etmişdir ki, yataq­da daş duz hasilatının başlanğıcı e.ə. III minilliyə gedib çıxır ki, bu da Duzdağ yatağının dünyada ən qədim duz mədəni oldu­ğunu göstərir. İşlənmiş duz lağımlarından biri pasiyentlərin bronxial astma və bron­xial sistemin başqa xəstəliklərindən müalicəsi məqsədilə balneoloji cəhətdən düzəldilmiş və təchiz edilmişdir. Yeraltı müalicə mərkəzində havanın tem­pe­raturu 19-, rütubətlik isə 23-35% arasında tərəddüd edir. == Mənbə == Azərbaycan Respublikasının geoloji irsi. Bakı: Nafta-Press, 2013.
İzabel duş Santuş
İzabel duş Santuş (port. Isabel dos Santos; 20 aprel 1973, Bakı, SSRİ) — ictimai xadim, Anqola prezidenti Joze Eduardu duş Santuşun qızı. Forbes jurnalının 2013-cü ilin martına olan məlumatına görə, Afrikanın ilk milyarder qadınıdır. == Həyatı == İzabel Bakıda, Anqola inqilabçısı Joze Eduardu duş Santuşun və sovet vətəndaşı ailəsində doğulmuşdur. Luandanın dövlət məktəbində təhsil almışdır. Valideynlərinin boşanmasından sonra (1979), İzabel anası ilə Londonda yaşayır. Orada o məşhur Kings kollecində oxuyur. İzabel 2002-ci ildə incəsənət əsərləri kolleksiyaçısı Sindika Dokolo ilə ailə həyatı qurmuşdur. == İstinadlar == == Xarici keçidlər == Afrikanın bakılı milyarderi- Fotolar Arxivləşdirilib 2015-08-24 at the Wayback Machine.
Buş
Buş — soyad. Hironimus Buş — Hollandiyalı rəssam Rebeka Buş — aktrisa Corc Herbert Uoker Buş — Corc Buş (ata) — ABŞ-nin 41-ci prezidenti. Corc Uoker Buş — Corc Buş (oğul) — ABŞ-nin 43-cü prezidenti.
DNS
Domain Name System və ya qısaca DNS (Adların Domen Sistemi) — internet və ya digər İnternet Protokolu (IP) şəbəkələrindəki kompüterlər, xidmətlər və digər resurslar üçün iyerarxik və paylanmış adlandırma sistemidir. İnternetdə hər bir kompüter təkrarolunmaz (unikal) ünvana malikdir. Kompüterin identifikasiyası, yəni müəyyənləşdirilməsi üçün provayder tərəfindən ona IP-ünvan təyin edilir. O, müxtəlif məlumatları əlaqəli qurumların hər birinə təyin edilmiş domen adları ilə əlaqələndirir. Ən əsası, o, asanlıqla yadda saxlanan domen adlarını əsas şəbəkə protokolları ilə kompüter xidmətləri və cihazlarını tapmaq və müəyyən etmək üçün lazım olan ədədi IP ünvanlarına tərcümə edir. Adların Domen Sistemi hər bir domen üçün səlahiyyətli ad serverləri təyin etməklə domen adlarının təyin edilməsi və bu adların İnternet resurslarına uyğunlaşdırılması məsuliyyətini həvalə edir. Şəbəkə administratorları özlərinə ayrılmış ad sahəsinin alt domenləri üzərində səlahiyyəti digər ad serverlərinə həvalə edə bilərlər. Bu mexanizm paylanmış və xətaya dözümlü xidmət təqdim edir və vahid böyük mərkəzi məlumat bazasından qaçmaq üçün nəzərdə tutulmuşdur. == Funksiyası == DNS-i izah etmək üçün tez-tez istifadə edilən bir bənzətmə ondan ibarətdir ki, o, insan dostu kompüter host adlarını IP ünvanlarına çevirərək İnternet üçün telefon kitabçası kimi xidmət edir. Məsələn, example.com domen adı daxilindəki host adı 93.184.216.34 (IPv4) və 2606:2800:220:1:248:1893:25c8:1946 (IPv6) ünvanlarına çevrilir.
DOS
Fərdi kompüterlərın (PC) inkişafında xüsusi xidməti olan DOS əməliyyat sistemi bu gün də öz əhəmiyyətini itirməmişdir. DOS-un Windows və Linux kimi müasir əməliyyat sistemləri ilə müqayisədə bir çox çatışmazlıqlarına baxmayaraq hələ də istifadə olunmasının bir neçə səbəbi var. DOS çox sadədir və buna baxmayaraq çox səmərəlıdır. O, kompüter resurslarına qarşı çox qənaətcildir. Belə ki, DOS-u sərt disk olmadıqda, disketdən belə yükləmək mümkündür. Bununla yanaşı DOS üçün yazılmış tətbiqi proqramlar kiçik olur və çevik işləyirlər. DOS-un qeyd olunan müsbət cəhətləri ilə yanaşı, müasir əməliyyat sistemləri ilə rəqabətə davamlı etməyən bir sıra çatışmazlıqları da var: DOS birtapşırıqlı əməliyyat sistemidir. O, eyni vaxtda yalnız bir proqramın icrasını təmin edə bilər; DOS təkprosessorlu əməliyyat sistemidir; O, mukroprosessoru real zaman rejimində (və ya real ünvanlama rejimində) işlədir. DOS tətbiqi proqramı yaddaşa yüklədikdən sonra idarəetməni ona verir. DOS əməliyyat sisteminin nüvəsi monolit arxitekturaya mənsub olduğundan o, istifadəçi (tətbiqi) proqramı ilə eyni ünvan məkanında yerləşir.
Dua
Dua - çağırış, dindarın ALLAHA müaraciəti. == İslam dinində dua == Ərəb dilindən tərcümədən, çağırmaq və səsləmək mənalarını ifadə edir. Dini termində isə dua, müxtəlif hacətlərin həyata keçməsi üçün, Allah-taala ilə danışıb, Ondan kömək diləmək mənasını daşıyır. Allah-taala Qurani-Kərimdə buyurur: "(Ya Peyğəmbər!) Bəndələrim səndən Mənim barəmdə soruşduqda, (onlara) de ki, Mən (onlara) daha yaxınam, çağıranın duasını Məni çağırarkən icabət edirəm. Onlar hidayət olsunlar deyə, Mənim də`vətimi qəbul edib, Mənə iman gətirsinlər!" Digər bir ayədə buyurur: "Rəbbiniz dedi: Sizə cavab verim deyə, Məni çağırın!"[3] Bir çox hədislərdə də duanın əhəmiyyətindən söz açılmış və onun üzərində təkid olunmuşdur. Hətta bəzi hədislərdə dua, möminin və Peyğəmbərlərin silahı adlandırılmışdır. Lakin, əsas məsələ insanın dua edərkən kimi çağırması, necə çağırması və nə üçün çağırmasını bilməsi və başa düşməsindən ibarətdir. DUANIN QAYDASI İslam dinində hər bir əməlin özünəməxsus qayda və şərtləri olduğu kimi, duanın da özünəməxsus olan bir sıra qayda və şərtləri vardır. Onların əsaslarını qeyd edirik: Təharətli olmaq Dua edərkən üzü qibləyə tərəf əyləşmək Haram və pis işlər üçün dua etməmək İnam və yəqinlə dua etmək Duada hacətlərin həyata keçməsinə təkid etmək Səhər çağı dua etmək Dua edərkən hacətləri dilə gətirmək Duadan qabaq Allah-taala üçün həmd-səna demək Duadan qabaq və sonra Həzrət Peyğəmbər (s) və onun məsum Əhli-beytinə (ə) salavat göndərmək; Müqəddəs məkanlarda dua etmək və s.(1. Müfrədatu əlfazil-Quran, (Rağib), səh-315.), (2.
Duks
Duks (lat. ducere sözündən götürülmüşdür, "başçı, rəhbər" mənasını daşıyır.) Qədim Romada dövlət titulu, legion ordu hissəsinin başçısı, əmr sahibi.
Dul
Dul — Ərinin ölümündən sonra ərə getməmiş qadın və ya arvadının ölümündən sonra evlənməmiş kişi.
Dun.
Mişel Feliks Dünal (fr. Michel Félix Dunal; 1789–1856) – Fransız botaniki.
Dust
Dust — toz halında olan pestisid. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Duz
Xörək duzu — əsasən natrium xlorid (NaCl) kimyəvi maddəsindən ibarət olan qida məhsulu. Kristal quruluşlu, insan da daxil olmaqla əksər canlıların qida məhsulu kimi istifadə etdikləri duz, ticarət baxımından da önəmli bir məhsuldur. Dünyanın hər yerində rast gəlinən xörək duzuna tarixən böyük ehtiyac olmuşdur. Bəsit kimyəvi quruluşu olan duzdan, dəriçilikdə, maldarlıqda, su təmizləmə sistemlərində və kimya sənayesində geniş istifadə edilir. İnsanın xörək duzuna olan gündəlik tələbatı 5 qramdır. == Dində == Əli: "Yeməyinizi duzla başlayın.
Mus
Ev sıçanı (lat. Mus musculus) — gəmiricilər dəstəsinin sıçanlar fəsiləsinə aid məməli heyvan cinsi.
Nus
Nus (yun. Νους; mənası – fikir, ağıl, idrak) — antik fəlsəfənin əsas kateqoriyalarından biri. Anaksaqorun fəlsəfəsində dünya ruhu kimi qələmə verilmişdir. Platona və Aristotelə görə nus insanı heyvan aləmindən ayıran "əqli ruh"dur. Aristoteldə nus həmçinin tanrını, yaxud ilahi yaradıcını təmsil edir. == İstinadlar == == Əlavə ədəbiyyat == Alexander of Aphrodisias . Supplement to On the Soul. Trans. by R.W. Sharples. London: Duckworth, 2004 Burnyeat, M. “Is an Aristotelian Philosophy of Mind Still Credible?
Quş
Quşlar (lat. Aves) — istiqanlı xordalılar qrupunun Aves sinfinə aid heyvanlar olub, lələk, dişsiz çənə, sərt qabıqlı yumurta qoymaq, yüksək metabolizm sürəti, dörd-kameralı ürək və ağır olmayan, dayanıqlı skelet kimi özünəməxsus xassələrə malikdir. == Haqqında == Quşlar onurğalıların ön ətrafları qanad şəklində olan lələkli, yumurtlayan, istiqanlı nümayəndələridir. Yer kürəsində 9600-dən artıq növü yaşayır.[mənbə göstərin] Adətən quşlar uçmaq qabiliyyətləri ilə xarakterizə olunsa da, pinqvin, dəvəquşu və s. kimi uça bilməyən quşlar da mövcuddur. Quşların sağ yumurtası reduksiyaya uğramışdır. Onlar yumurtalarını quraqlıq ərazilərə qoyurlar. Və bədənlərinin tempraturları da, yüksək olur 41- 42 dərəcə. Quşlar bir sıra xüsusiyyətlərinə görə digər onurğalılardan fərqlənir. Onlarda dəri quru olub, üzəri lələklərdə örtülmüşdür, vəzilərdən məhrumdurlar.
Rus
Ruslar (rus. русские) — hind - avropa dil ailəsinin slavyan qrupunun şərqi-slavyan qoluna aid Avropanın ən çoxsaylı millətidir. Təxmini sayları 133 milyon nəfərdir. 2010-cu ilin siyahıyaalınmasına görə Rusiyada sayları 111 016 896 nəfərdir . Yayılma əraziləri əsasən Şərqi-Avropa düzənliyi, Volqaboyu ,Don və Kuban çayları hövzələri, Ural, Qərbi Sibir düzənliyi, Altay, Sayan, Orta Sibir yastı dağları, Verxoyansk sıra dağları, Baykal gölü ətrafı, Kamçatka yarımadası, Amur çayının aşağı axarı və Sixote-Alin sıra dağları. Şərqi-Avropa düzənliyini çıxmaqla əsasən şəhərlərdə və böyük qəsəbələrdə yaşayırlar. Bundan başqa çox sayda rus Ukrayna (9 mln.), Qazaxıstan (3,5 mln.), Özbəkistan (500 min.), ABŞ (3,5mln.), Kanada (500 min.), Belarus (800 min.), Azərbaycan (180 min.) və bir sıra başqa ölkələrin əsasən şəhərlərdə yaşayırlar. Dindarları əsasən pravoslav xristianlardır. Etnoqenezlərində birinci növbədə hindavropalı slavyanlar, eləcə də altaylı fin-uqor və türk-tatarlar iştirak ediblər.
Sus
Sus (Laçın) — Laçın rayonunda kənd. Sus (Tunis) — Tunisdə şəhər. Sus — Qax rayonu ərazisində çay. == Həmçinin bax == Susay — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd.
Tus
Tus (fars. توس‎ və ya طوس) — İranın Rəzəvi Xorasan ostanında yerləşən şəhər. Qədim yunanlar buranı Susia (yun. Σούσια) adlandırırdılar. Tarixi qeydlərə görə e.ə. 330-cu ildə Makedoniyalı İsgəndər şəhəri ələ keçirmişdir. Şəhər 1220-1259-cu illər monqol istilaları zamanı demək olar ki, tamamilə məhv edilmişdir. 808-ci ildə Xorasan iğtişaşlarını yatırmaq üçün yola çıxan xəlifə Harun ər-Rəşid Tus şəhərində xəstələnərək vəfat etmişdir. Tusun ən məşhur sakinləri arasında Firdovsi, Nəsirəddin Tusi, Əl-Qəzəli, Nizamülmülk, Cabir ibn Həyyan, Əsədi Tusi və Əbu Cəfər əl-Tusinin adlarını çəkmək olar. Firdovsinin minillik yubileyi ərəfəsində (1934) Tus şəhərində onun məqbərəsi inşa olunmuşdur.
HUS
HUS (ing. haemolytic uraemic syndrome) – mikroangiopatik trombositopeniyalara aid olub, ibarətdir: hemolitik anemiya, kəskin böyrək pozğunluğu, trombositopeniya. Uşaqlarda daha çox görünür, Escherichia Coli ilə bağlıdır, qanlı ishalla özünü göstərir. Septisemiya, hamiləlik eklampsiyası, dərman reaksiyası nətəcəsində yarana bilər, protrombin indeksi, aktivləşmiş hissəvi tromboplastin vaxtı və fibrinigen normaldır, D-dimer artmır, dializ letallığı azaldır.
Joze Eduardu duş Santuş
Joze Eduardu duş Santuş (port. José Eduardo dos Santos; 28 avqust 1942[…], Luanda, Portuqaliya Qərbi Afrikası[d] – 8 iyul 2022, Barselona) — Anqolanın ikinci prezidenti (1979–2017). == Həyatı == Eduardu San-Tome və Prinsipidən olan fəhlə-inşaatçı ailəsində doğulub. 1954-cü ildə hələ məktəb vaxtlarında, Xose Eduardo MPLA partiyasına üzv olmaqla öz siyasi karyerasına qədəm qoyur. 1961-ci ildə müstəmləkə hökumətinin repressiyaları nəticəsində o könüllü şəkildə sürgünü Fransada keçirir, daha sonra isə Konqoya köçür və burada MPLA ilə əməkdaşlıq etməyə başlayır. Tezliklə dos Santos prezident müavini vəzifəsini icra etməyə başlayır və təhsilini davam etmək üçün SSRİ-yə yollanır. Burada o Azərbaycan Neft və Kimya İnstitutunu bitirir. 1979-cu ildə Anqolanın ilk prezidenti Aqostinyo Netonun vəfatından sonra bu vəzifəyə seçilən Xose Eduardo 2017-ci ilədək 38 il Anqola Prezidenti vəzifəsini icra etmişdir. Ölkənin ikinci prezidenti 1992-ci və 2001-ci illərdə keçirilən seçkilərdə də qalib gəlib. Sonuncu seçkilərdən sonra bir daha namizədliyini irəli sürməyib.
Acı duz
Acı duz və ya ingilis duzu ((MgSO4·7H2O)) — maqnezium-sulfat kristalhidratının texniki adı. İşlətmə dərmanıdır. Rəngsiz rombşəkilli çərçivələrə malik (а = 1,187 nm, b = 1,200 nm, с = 0,688 nm, z = 4) kristallardan ibarətdir. Sıxlığı 1,68 q/sm³, Moosa görə möhkəmliyi 2-2,5-dir. Suda yaxşı həll olur.
Amar Das
Amar Das (5 may 1479, Amritsar – 1 sentyabr 1574, Amritsar) — Siqhlərin üçüncü qurusudur. Quru Anqadın tələbəsi olmuş, 1552-ci ildə Quru olmuşdur. Siqhlərin müqəddəs kitabı Adi-Qranthın mətnində onun 907 şeiri var.