Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dübəndi
Dübəndi — Bakı şəhərinin Əzizbəyov rayonunun Zirə qəsəbə inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Bakı şəhərinin Əzizbəyov rayonunun Zirə qəsəbə inzibati ərazi vahidi tərkibindəki Dübəndi qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır. == Toponimikası == Qəsəbənin keçmiş adı Təkqışlaq olmuşdur. Adını ərazidəki eyniadlı yerdən almışdır. Oykonim tat dilindəki du (iki) və bəndi (sədd, bağlanmış yer, qarşısı alınmış yer) komponentlərindən düzəlib, "iki sədd" deməkdir. == Tarixi == === Tarixi abidələri === == Coğrafiyası və iqlimi == Qəsəbə Bakının mərkəzindən 50 km uzaqlıqdadır. == Əhalisi == == İqtisadiyyatı == SOCAR Neft Kəmərləri İdarəsinin struktur vahidi olan Dübəndi Neft Terminalı neft yataqlarından hasil edilən nefti qəbul edir, onu qablaşdıraraq neft emalı zavodlarına, eləcə də Şimal istiqamətində nəql edir. Terminal həmçinin neft və neft məhsullarının tranzit nəqlini də həyata keçirir. Neftin qəbulu, saxlanması və nəqli üzrə fəaliyyət göstərən obyekt, qurğu və avadanlıqların əsaslı təmiri, yenidənqurma işlərinin yerinə yetirilməsi, texnolojı iş rejiminə ciddi riayət edilməklə neftin nəqlinin təmin edilməsi Dübəndi Neft Terminalının fəaliyyətinin əsas istiqamətlərini təşkil edir.
Dübəndi (dəqiqləşdirmə)
Dübəndi — Bakı şəhərinin Əzizbəyov rayonunun ləğv olunmuş qəsəbəsi. Dübəndi (geyim) — ayaq üçün nəzərdə tutulan geyim növü. Ayağı fiziki zədələnmələrdən və soyuqdan qoruyur.
Dübəndi (geyim)
Dübəndi — ayaq üçün nəzərdə tutulan geyim növü. Ayağı fiziki zədələnmələrdən və soyuqdan qoruyur. Dübəndini boğazı nisbətən kiçik olub, ayağı topuğa qədər örtülürdü. Onun boğazlığı qara və tünd qəhvəyi rəngli dəridən tikilir, altına aşılanmış göndən altlıq çəkilir və dabanına nal vurulurdu. Adətən, bu ayaqqabı ayağa geyildikdən sonra onun boğaz hisəsindəki simmetrik qoşa deşiklərdən keçirilən bəzəkli qaytanla üstü bağlanılırdı. Azərbaycanda başmaq, məst, uzunboğaz çəkmə tipli ayaq geyimlərindən istifadə olunmasının qədim tarixi vardır. Mingəçevir ərazisində aparılan arxeoloji qazıntılar zamanı tapılan e.ə. XI-VIII əsrlərə aid edilən gil ayaqabı–qablar XIX əsrdə xalqın istifadəsində olan eyniadlı ayaqqabılara tipoloji oxşarlıq təşkil edir. Bu isə bir daha sübut edir ki, bu ayaqqabı növləri uzun zaman əsaslı dəyişikliyə uğramadan öz mühafizəkarlığını qoruyub saxlamışdır. XIX əsrin sonu XX əsrin əvvəllərindən başlayaraq xalqın geyim dəstinə rus geyimi və ya ayaq geyimlərinin tədriclə daxil olması həm kişi həm də qadın ayaq geyimi olan qaloşun kütləvi istehsal çarıq, patava, dolaq, çust, başmaq, məst və s.
Dübəndi FK
"Dübəndi" — Naxçıvan Muxtar Respublikasının futbol klubu. Naxçıvan Muxtar Respublikasının futbol çempionatında iştirak edir.
Eupatorium durandi
Ageratina anisochroma (lat. Ageratina anisochroma) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü. == Sinonimləri == Eupatorium anisochromum Klatt ex T.Durand & Pitt. Eupatorium anisochromum Klatt Eupatorium durandi Klatt Eupatorium durandi Klatt ex T.Durand & Pitt.
Bəhmən Qubadi
Bahman Qobadi (Kürd: بەهمەن قوبادی / Bəhmən Qubadî, Fars: بهمن قبادی Bahman Qobadī, 1 fevral 1969, Banə) — İranlı film rejissoru. == Həyatı == 1969-cu ildə İranın-Kürd Banə şəhərində doğulan Bahman Qobadi, təhsili əsnasında bir radioda çalışdı. Daha sonra Senendec'də gənc bir həvəskar olaraq film rejissorları qrupuna qatıldı və onlarla qısa metrajlı filmlər çəkməyə başladı. Daha sonra kino təhsili almaq üçün paytaxta gedən sənətçi təhsilini yarıda buraxdı. 1995–1999 illəri arasında bir çox milli və beynəlxalq yarışlarda mükafat qazanan, 10 qısa filmə rejissorluq edən sənətçinin istehsalları arasında Clermont-Ferrand Festivalında Jüri Xüsusi Mükafatını qazanan "Yaşam şifrəsi" filmi də var. 1999-cu ildə, Abbas Kiyarüsteminin "Külək bizi aparacaq" filminin çəkilişlərində baş assistent olaraq işləyən rejissor, Samira Makhmalbaf'ın "Qara taxta" adlı filmində baş rollardan birini oynamağı boynuna götürdü. Qubadi, "Sərxoş atlar zamanı" filmi ilə 2000-ci il Kann Film Festivalında "Qızıl Kamera Mükafatı", "Gənc Film Mükafatı" və "FIPRESCI Mükafatı" na layiq görüldü. 2004-cü ildə Amerika-İraq müharibəsindəki uşaqların həyatlarından təsirlənərək "Turtles Can Fly" adlı filmin ssenarisini yazdı və rejissorluğunu etdi.
Xana Kubadi
Xana Kubadi (kürd. خانای قوبادی ) (1700, Cavanrud, Kirmanşah ostanı – 1759) — kürd şairi. O, gorani dilində yazmış və Caf elindən idi. O, Ərdalan xanlığında Həvrami şeir məktəbinə mənsub idi və Dərnədə yaşamışdır. Kubadi Quranı gorani bilinə tərcümə etdiyi üçün qonşu Babana qaçmışdır. Əsas nəşr olunan əsəri 1740-cı ildə yazılmış "Şirin və Xosrov"dur. Fars dilinə və ədəbiyyatına bələd olmasına baxmayaraq, şeirlərinin birində qeyd edildiyi kimi kürd dilindən istifadənin tərəfdarı olmuşdur.
Baxdı xan
Ağ oğlanlar (və ya Ağ ərlər) — türk və altay mifologiyasında xeyir tanrıları. Ülgən Xanın oğullarıdırlar. Kıyatlar adı da verilir. Yeddi qardaşdırlar. Yeddi Altay boyunun qoruyucularıdır. Yeddi mərtəbə yeraltını simvollaşdırırlar. Kıyat sözü eyni adlı bir Monqol boyunu ağla gətirər. Monqollarda Kıyat və Kıyan adlı iki qohum boy vardır. Ağ Oğlanların adları bu şəkildədir: Qaraquş Xan: Quşlar tanrısı Qarşıt Xan: Təmizlik tanrısı Pura Xan: At tanrısı. Burça Xan: Rifah tanrısı Yaşıl Xan: Təbiət tanrısı Qanım Xan: İnam tanrısı Baxdı Xan: Lütf tanrısı.
Dubai International Holy Quran Award
Dubay Beynəlxalq Quran Mükafatı (ərəb.جائزة دبي الدولية للقرآن الكريم) Dubay hökumətinin sponsorluğunda Quranın əzbərlənməsinə görə verilən illik mükafatdır.