SİFƏT₁

is. [ ər. ]
1. Üz.
…Hər kəs [Xudayar bəyin] sifətinə diqqətlə baxsaydı, əlüstü duyardı ki, Xudayar bəy bu dəqiqə fikir dəryasına, bəlkə qəm dəryasına qərqdir. C.Məmmədquluzadə.
[Gülçöhrə:] Asya demişkən arşınmalçının sifəti yaxşı idi. Ü.Hacıbəyov.

2. Bir şəxsi və ya şeyi başqalarından fərqləndirən hal, surət, keyfiyyət. Mərdlik insana yaraşan ən gözəl sifətlərdən biridir.
◊ Sifət göstərmək – bax üz göstərmək (“üz”də).
Sifəti tutulmaq – qanı qaralmaq, üzü tutulmaq.
Nazxanımın sifəti tutuldu. İ.Əfəndiyev.

Sifətin tökülsün! – qarğış ifadəsi.
Sifətini turşutmaq – bax sir-sifətini turşutmaq.
Kosa [Meşinovun] döşündən itələyərək bürüşmüş sifətini turşutdu. S.Rəhimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SİFƏT sifət bax üz
  • SİFƏT üz — bəniz — çöhrə

Omonimlər

  • SİFƏT SİFƏT I is. [ ər. ] Üz. Gör necə artırmısan; Sifətinin sayını (Ə.Kürçaylı). SİFƏT II is. [ ər. ] qram
SİFERBLAT
SİFƏT₂
OBASTAN VİKİ
Sifət
Üz və ya sifət — insan başının yuxarıda baş dərisinin, aşağıda - alt çənənin küncləri və alt kənarı ilə, yanlardan - alt çənənin kənarları ilə sərhədlənmiş ön hissəsi.
Sifət (dəqiqləşdirmə)
Sifət Sifət (nitq hissəsi) — ümumi qrammatik mənasına görə əşyanın əlamətini bildirən əsas nitq hissəsi.
Sifət (nitq hissəsi)
Sifət — əşyanın əlamət və keyfiyyətini bildirən əsas nitq hissəsi. Sifət necə? nə cür? hansı? suallarından birinə cavab verir. Sifətlər əsasən əşyanın əlamətini, keyfiyyətini və rəngini təyin edir. Əlamət dedikdə, əşyanın zahiri görkəmi, keyfiyyət dedikdə isə onun daxili xüsusiyyəti nəzərdə tutulur. Əşyanın rəngi də onun əlamətlərindən biridir. Sifət həmişə ismə aid olur, isimdən əvvəl gəlir, cümlədə ən çox təyin və xəbər vəzifəsində işlənir. Ancaq isimləşdikdə mübtəda və tamamlıq vəzifəsində də işlənir.
Sifətə eyakulyasiya
Sifətə eyakulyasiya, üzə eyakulyasiya, sifətə tökmə, üzə tökmə, sifətə boşalma, üzə boşalma — Seks əsnasında, yaxud da cinsi əlaqənin sonunda kişinin cinsiyyət orqanından çıxan spermanı bir və ya bir neçə cinsi partnyorunun üzünə boşaltması seksual aktına verilən addır. Bir növ cinsi yaxınlıq olmadan həyata keçirilən cinsi əlaqə, yəni seks növü hesab olunur. Ümumiyyətlə; anal seks, oral seks, masturbasiya və ya vaginal cinsi əlaqənin sonunda həyata keçirilən cinsi aktdır. Müasir pornoqrafik filmlərdə və pornoqrafik seriallarda sifətə eyakulyasiya səhnələri müntəzəm olaraq final səhnələri kimi istifadə olunur.

Digər lüğətlərdə

ассигнацио́нный инструме́нт клю́каться обводни́ть ополя́чение орео́л па́голенок пальме́тка присуту́лить протеста́ция черноло́з электропри́вод дифира́мб доса́довать заменя́ться ка́дка кварта́льный надёванный уло́в extenuation game park oil-ship psychogeriatric Yarmouth bloater набрякший