Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Düyməli döyüşkən
Radio düyməsi
Radio düyməsi (en. Radio button) – qrafik istifadəçi interfeysində: adətən, dialoq boksunun bölümündə parametrlərdən birinin seçilməsi vasitəsi; bu halda siyahıdakı parametrlərdən yalnız birini seçmək olar. Başqa seçim vasitəsi olan yoxlama bokslarında birdəfəyə bir neçə parametri aktivləşdirmək olar. Adi halda kiçik dairəcik şəklində olan radio düyməsini aktivləşdirdikdə dairəciyini içərisində nöqtə əmələ gəlir. Radio düyməsi radioaparatura düymələrinə bənzədiyinə görə belə adlandırılıb: hər hansı düymənin seçilməsi ondan qabaq seçilmiş düyməni "söndürür". == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Yenidən başlatmaq düyməsi
Yenidən başlatmaq düyməsi (ing. Reset button) – elektrik enerjisiylə təchizatı kəsmədən kompüteri yenidən başlatmaq üçün nəzərdə tutulmuş düymə. IBM əsaslı kompüterlərin əksəiyyətində yenidən başlatmaq düyməsi sistem blokunun qabaq panelində yerləşir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.