Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dərəlik bulağı
Dərəlik bulağı — Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində, Culfa-Naxçıvan avtomobil yolundan 2 km. aralıda yerləşir. Əlincəçayın sol sahilindədir. Suyun tərkibində natrium, hidrokarbon, kalsiumli-maqneziumludur. == Ələhi suyunun tərkibi == Suyun tərkibi karbon qazı ilə boldur. Həmçinin suda natrium, kalsium, maqnezium vardır. Kimyəvi tərkibi Şimali Qafqazda yerləşən "Pyatiqorck" suyuna yaxındır. Yerli əhali tərəfindən müalicəvi su hesab edilir. Mineral bulağın suyu ürək-damar və dəri xəstəliklərində müalicəvi vasitə kimi tanınır. == Ədəbiyyat == Naxçıvan Ensiklopediyası, AMEA, Bakı, 2002, 596 səh.
Dəlilik
Dəlilik və ya çılğınlıq yarı qalıcı, ağır bir zehni pozğunluqdur. Ümumiyyətlə bir zehni xəstəlik tipindən törəyir. Dəlilik termini tibbi bir termin olmaqdan çox hüquqi və mədəni bir termindir. Dəlilik Modernizmlə birlikdə inkişaf edən bir anlayışdır. Əvvəllər ruhi çətinliklər Amerikada intellektual bir rəftar kimi qəbul edilib. Dickensin Lord Artur Günahı adlı kitabında buna bənzər təsvir də vardır. Postmodern mədəniyyət isə yaratdığı bütün dəyişənləri yazıdığı kimi dəliliyə də istisna edir. Bu cür xəstəliklər şəxsiyyət pozğunluğundan meydana gələ bilər.
Dərslik
Dərslik — hər hansı bir fənnin əhatə etdiyi bilik, bacarıq və dəyərlərin öyrədilməsi üçün onun kurikulumu əsasında hazırlanan, səlahiyyətli orqan tərəfindən bəlli meyarlarla qiymətləndirilib tədrisinə icazə verilən əsas vəsait.
Mərəlik
Mərəlik (əvvəlki adı: Maralıq) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Sələsüz kənd inzibati ərazi dairəsi tərkibindəki Maralıq kəndi Mərəlik kəndi adlandırılmışdır. == Toponimikası və tarixi == Düzənlikdir. Oykonim ərəb dilindəki əra (otlaq, örüş) sözündən və -lıq yer məkan bildirən şək-dən ibarət olub, örüş yeri, otlaq yeri mənasındadır. == Əhalisi == Əhalisi 222 nəfərdir.
Qəhbəlik
Fahişəlik — ödəmə müqabilində seksual fəaliyyətlə məşğul olan fəaliyyət və ya təcrübə. Bu sahədə çalışan şəxslər fahişə adlanır və seks işçisi növlərindən biridir. Dünyada təxminən 42 milyon fahişə yaşayır. Təxmini hesablamalara görə, dünya miqyasında fahişəliklə əldə edilən illik gəlir 100 milyard dollardan çoxdur. Fahişələrin əksəriyyəti qadın, müştərilərin çoxu isə kişidir.Dünyada fahişəliyə aid müxtəlif qanunlar var. Bəziləri fahişələri insan alverinin qurbanları kimi görür: qadınlar və uşaqlara qarşı istismar və ya şiddət forması kimi sayır. == Tarixi == === XX əsr === Kommunizmin aparıcı nəzəriyyəçiləri fahişəliyin əleyhinə idi. Kommunist hökumətlər tez-tez hakimiyyəti əldə etdikdən dərhal sonra bu təcrübəni yatızdırmağa cəhd etsələr, fahişəlik bu ölkələrdə davam edirdi. Çağdaş Kommunist ölkələrində isə fahişəlik qeyri-hüquqi olsa da, ölkələrdə yayılmışdı. Sovet İttifaqının dağılması nəticəsində meydana gələn iqtisadi tənəzzül bir çox mövcud və ya keçmiş kommunist ölkələrində fahişəliyin artmasına səbəb oldu.
Təpəlik
Bir xətt üzrə uzanan, dairəvi yüksəklikdir. Çox vaxt təpəlik qədim dağılmış dağların qalıqları olur.
Bəbəli
Bəbəli — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati-ərazi vahidində kənd.
Cəbəli
Cəbəli (türk. Cebeli) — Osmanlı imperiyasında süvari qoşunları kateqoriyası, feodal – timar sahibi və ya bəy tərəfindən verilən döyüşçülər. Hər bir cəbəli ağasının tam dəstəyini alırdı və onun qulu sayılırdı.
Dədəli
Dədəli (Ağsu) — Azərbaycanın Ağsu rayonunda kənd. Dədəli (Füzuli) — Azərbaycanın Füzuli rayonunda kənd. Dədəli (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd. Dədəli (Talin) — Qərbi Azərbaycanın Talin mahalında kənd. Dədəli (körpü) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda körpü.
Dələli
Dələli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Dələli (oyk.), (düz.) - Cəlilabad rayonunun Qarakazımlı inzibati ərazi vahidində kənd. Burovar/Buravar dağ silsiləsinin ətəyindədir. Oykonim ehtimalən türk mənşəli tele tayfasının fonetik dəyişikliyə uğramış adından və mənsubiyyət bildirən "-li" şəkilçisindən ibarətdir. Etnotoponimdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 640 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Dərəli
Dərəli — Azərbaycan Respublikasının Zəngilan rayonunun Canbar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Zəngilan rayonunun Canbar kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Dərəli kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Dəvəli
Dəvəli (Vedibasar) — Vedibasar mahalında kənd. Dəvəli (Kayseri) — Kayseri ilinin bir ilçəsi.
Əvəlik
Əvəlik (lat. Rumex) — qırxbuğumkimilər fəsiləsinə aid bitki cinsi. == Tarixi == Əvəlik kosmopolit bitki olub. Yer kürəsinin hər yerində yayılmışdır. Əvəlik cinsinin dünya florasının tərkibində 150-ə qədər növünə rast gəlmək olar. Bu növlərin əksəriyyətinə şimal yarımkürəsinin mülayim iqlim zonalarında rast gəlinir. Əvəliyin Qafqazda 25, Azərbaycanda isə 17 növü yayılmışdır. Əvəlik növlərinin əksəriyyəti mal-qara üçün qüvvətli yem, gön-dəri sənayesi üçün aşı əhəmiyyətli, dərman xüsusiyyətli, boyaq təbiətli olmaqla yanaşı, həm də qiymətli qida və ədviyyat bitkisi sayılır. Turştəhər əvəlik — Rumex acetosella. Bu çoxillik, çılpaq ot bitkisidir.
Dərəcik (Xudafərin)
Dərəcik (fars. دره جيك‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 106 nəfər yaşayır (31 ailə).
Dərələk (Soyuqbulaq)
Dərələk (fars. داره لك‎‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,454 nəfər yaşayır (262 ailə).
Təkəlik dağı
Təkəlik dağı – Sahbuz гayonu ərazisində dağ (hünd. 2892,5 m). Dərələyaz silsiləsinin suayırıcısındakı Keçəldağ yüksəkliyindən (hünd. 3118,9 m) cənub-şərqə istiqamətlənmiş eyniadlı qolunda zirvə. Naxçıvançayın Qışlaqsu qolunun mənbə hissəsində, Yuxarı Qışlaq kəndindən 3,5 km şimal-şərqdədir. Erkən Pliosen maqmatizminin törəmələri olan andezit, andezit-dasit və dasitlərdən ibarət eyniadlı subvulkanik kütləyə uyğun gələn sıldırım yamaclı, günbəzvari yüksəklikdir. Yamaclarında eyniyaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit lavaları və piroklastolitləri və onları yarıb çıxan daha kiçik, eynitərkibli intruziv kütlələr açılır. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Batabat-Qanlıgöl əyilməsinin hüdudlarında yerləşir.
Əyani dərslik
Əyani dərslik - biliyin ötürülməsinin yollarından biridir və tədrisdə istifadə olunur. Əyani dərsliklər adi kitablardan daha interaktiv, aydın və maraqlı olurlar. Onlardan adətən konkret misallar üzrə informasiyaları çatdırmaq üçün istifadə olunur. Məzmunundan və məqsədindən asılı olaraq əyani dərsliklər müxtəlif formalarda ola bilər: kompüter əsaslı, internet əsaslı, televiziya əsaslı və s.
Adi əvəlik
Adi əvəlik (lat. Rumex acetosa) - əvəlik cinsinə aid bitki növü. == Sinonim == Acetosa agrestis Raf. Acetosa amplexicaulis Raf. Acetosa angustata Raf. Acetosa bidentula Raf. Acetosa fontanopaludosa (Kalela) Holub Acetosa hastifolia Schur Acetosa hastulata Raf. Acetosa magna Gilib. Acetosa officinalis Gueldenst. ex Ledeb.
Cəbəli-Tariq
Cəbəllüttariq (ing. Gibraltar) — 1704-cü ildən Böyük Britaniyaya məxsus olan və Cəbəllütariq boğazının Pireney yarımadası sahilində yerləşən ərazi. == Tarix == Əvvəllər Kalpe adlandırılan ərazi məşhur fateh Tariq İbn Ziyadın 711-ci ildə ərazini ələ keçirib hərbi istinadgah kimi istifadə etməyə başlamasından sonra ərəb qaynaqlarında indiki adı ilə adlandırılmağa başlandı.Əlmohadların Əndəlus ərazisinə keçidindən xeyli əvvəl bölgə hərbi gəmi donanması üçün dairə rolunu oynayırdı.Ərəblərin istilasından sonra buraya təyin olunmuş əmir Əbdülmi yerli xristianlardan böyük bir şəhər inşa etməyi əmr etdi. Bununla da çoxsaylı məscid, mədrəsə, saray və istifadəyə yararlı irriqasiya sistemi ilə təchiz olunmuş bir şəhər ərsəyə gəldi. Sonralar yarımadanın cənubunda yaranmış Qranada əmirliyi ərazidə hakimiyyəti ələ aldı.1309-cu ildə isə Kastiliya kralının göstərişinə əsasən Alonso Pérez de Guzmán el-Bueno bölgəni zəbt etdi. Yaxın tarixdə gerçəkləşdirilən referendumların nəticəsi ilə ərazi rəsmi olaraq Böyük Britaniya tabeliyindədir. == Əhalisi == İngilislərin "Ağ qitə"də yeganə müstəmləkəsi olan bölgənin əhalisi çoxmillətlidir. Müxtəlif tarixlərdə koloniyalar şəklində yayılan ingilis əhalisi ilə yanaşı portuqal, ispan, italyan və maltalılar da üstünlük təşkil edir. == İqtisadiyyatı == Avropanın əksər hissəsinə nisbətən yüksək iqtisadi tərəqqi və işsizliyin aşağı olması diqqəti cəlb edir. Əsas gəlir mənbəyi turizm, ticarət, bank, onlayn qumar, rabitə və dənizçilikdir.
Dədəli (Ağsu)
Dədəli — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Dədəli Ağsu rayonunun Ərəbmehdibəy inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Yaşayış məntəqəsini XIX əsrin ortalarında ərəbdədəli tayfasına mənsub ailələr keçmış qışlaq yerində salmışlar. Sonralar toponimin tərkibindəki ərəb komponenti düşmüşdür.
Dədəli (Füzuli)
Dədəli — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Dədəli оbası Cavanşir-Dizaq mahalına bağlı idi. Xəzinə (divan) mülkü sayılırdı. Xanlıq dönəmində vergi ödəmirdi. İran şahzadəsi Abbas mirzə Qоvanlı-Qacar 1805-ci ildə Dədəli оbasında оturaq etmiş, düşərgə salmışdı. Tarixçi Əminə Pakrəvan yazır: "Baharın sonları idi və Araz çayı hələ də daşqın suları ilə axmaqda idi. İlk dəfə bir çocuq olaraq Araz çayını görən Abbas mirzə bu dəfə bir sərkərdə, bir komutan kimi onun sahilində dayanmış, çayı seyr edir, çocuqluğunu xatırlayırdı. Xudafərin körpüsünün üstündən ordu Arazın o tayına keçməyə başladı. Ordu, Qarabağın Dədəbəyli adında bir bölgəsində oturaq saldı. Savaş meydanına yaxın olan bu bölgədə Abbas mirzə ordunun öndə gələn isimləri ilə bir yerdə durum dəyərləndirməsi yapdı.
Dədəli (Talin)
Dədəli - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talın rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 14 km məsafədə, Alagöz dağının qərb ətəyində yerləşir. Ermənilər buraya 1828-ci ildən sonra Türkiyədən köçürülüb. Toponim təkə türk tayfasının bir tirəsi olan dədə etnoniminə mənsubluq bildirən -li şəkilçisinin qoşulması əsasında əmələ gəlib. Cavanşir tayfasının bir qolu da dədəli adlanırdı. Bu tayfa Arasbar sancağında, Xan arxı kənarında qışlayıb, trəvan əyalətinin sərhəddində yaylayırdı. «Dədə tayfasının yaşadığı kənd» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12.XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Yexnik qoyulmuşdur.
Dədəli (Talın)
Dədəli - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talın rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 14 km məsafədə, Alagöz dağının qərb ətəyində yerləşir. Ermənilər buraya 1828-ci ildən sonra Türkiyədən köçürülüb. Toponim təkə türk tayfasının bir tirəsi olan dədə etnoniminə mənsubluq bildirən -li şəkilçisinin qoşulması əsasında əmələ gəlib. Cavanşir tayfasının bir qolu da dədəli adlanırdı. Bu tayfa Arasbar sancağında, Xan arxı kənarında qışlayıb, trəvan əyalətinin sərhəddində yaylayırdı. «Dədə tayfasının yaşadığı kənd» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12.XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Yexnik qoyulmuşdur.
Dədəli (Xaçmaz)
Dədəli — Azərbaycan Respublikası Xaçmaz rayonu inzibati ərazi vahidində kənd. == Tarixi == Dədəli kəndi Xaçmaz rayonunun qədim kəndlərindən biridir. Məskunlaşma tarixi IX-X əsrə təsadüf edən bu kəndin adının mənası “sahibi olan yer” mənasında işlənir. Kəndin adının güman edilən digər mənası: Dədəli, Babalı – yəni köklü, tarixi çox olan kənd deməkdir. Digər rəvayətə görə güman edilir ki, "Dədəli" sözü "Dəhdəli" sözü ilə eynidir. "Dəh dəli" sözündəki "dəh" farscadan "on" deməkdir ki, bu da "on dəli" kimi izah olunur. Bunu da onunla əlaqələndirirlər ki, vaxtı ilə Koroğlunun "on dəlisi" bu ərazidə yaşayıb. Bəzi tarixçilər “Dəh dəli” ifadəsini fars dilindən tərcümədə “on döyüşkən igid” mənasında işləndiyini söyləmişlər. Rəvayətə görə Azərbaycan xanlarından olan Ləzgi Hacı Davud xan 1680-ci ildə bu kənddə anadan olmuşdur. Hacı Davud xan 1721-1728-ci illərdə böyük bir ərazinin xanı olmuşdur.
Dədəli bələdiyyəsi
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Aralia debilis
Aralia debilis (lat. Aralia debilis) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin araliya cinsinə aid bitki növü.
Artemisia debilis
Artemisia debilis (lat. Artemisia debilis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Cardamine debilis
Buruq ürəkotu (lat. Cardamine flexuosa) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin ürəkotu cinsinə aid bitki növü. == Sinonimləri == Barbarea arisanensis (Hayata) S.S.Ying Cardamine arisanensis Hayata Cardamine debilis D.Don [Illegitimate] Cardamine decurrens Zoll. & Moritzi Cardamine drymeja Schur Cardamine duraniensis Revel ex Des Moul. Cardamine fallax var. glabra Nakai Cardamine flexuosa var. bracteata O.E.Schulz Cardamine flexuosa subsp. debilis O.E.Schulz Cardamine flexuosa var. debilis (O.E.Schulz) T.Y.Cheo & R.C.Fang Cardamine flexuosa var. flexuosa flexuosa Cardamine flexuosa var.
Celosia debilis
Gümüşü seloziya (lat. Celosia argentea) - seloziya cinsinə aid bitki növü. == Sinonim == Amaranthus cristatus Noronha Amaranthus huttonii H.J.Veitch Amaranthus purpureus Nieuwl. Amaranthus pyramidalis Noronha Celosia argentea f. argentea Celosia argentea var. argentea argentea Celosia argentea f. cristata (L.) Schinz Celosia argentea var. cristata (L.) Kuntze Celosia aurea T.Moore Celosia castrensis L. Celosia cernua Roxb. [Illegitimate] Celosia coccinea L. Celosia comosa Retz. Celosia cristata L. Celosia debilis S.Moore Celosia huttonii Mast.
Debeyki maşası
Debeyki maşası — Manipulyasiya zamanı toxuma zədələnməsinin qarşısını almaq üçün damar əməliyyatlarında istifadə olunan atravmatik toxuma maşası növü. Onlar adətən böyük olurlar (bəzi nümunələrinin uzunluğu 36 sm-ə qədər çata bilir) və bir çox digər toxuma maşalarındakı incə tutucu hissədən fərqli olaraq, bu maşalarda həmin hissə daha qabarıq olur.Maşa Beylor Tibb Kollecində işlədiyi müddətdə bir çox tibbi yeniliklər etmiş Dr. Maykl DeBeyki tərəfindən hazırlanmışdır.
Emilia debilis
Emilia debilis (lat. Emilia debilis) — mürəkkəbçiçəklilər fəsiləsinin emilia cinsinə aid biki növü.
Geranium lebelii
Robert ətirşahı (lat. Geranium robertianum) - ətirşah cinsinə aid bitki növü. == Sinonim == Geranium eriophorum H.Lév. Geranium foetidum Gilib. [Invalid] Geranium graveolens Stokes [Illegitimate] Geranium inodorum G.Don [Illegitimate] Geranium lebelii Boreau Geranium lindleyanum Royle Geranium mosquense Goldb. Geranium neapolitanum A.Terracc. [Illegitimate] Geranium palmatisectum Dulac Geranium pedunculatum Royle [Invalid] Geranium purpureum var. littorale Rouy Geranium robertianum f. albiflorum House Geranium robertianum var. albiflorum G. Don Geranium robertianum var.
Hermione debilis
Tazet nərgizgülü (lat. Narcissus tazetta) — nərgizgülü cinsinə aid bitki növü. == Sinonim == Hermione ambigena Salisb. Hermione amoena Jord. & Fourr. Hermione antipolensis Jord. & Fourr. Hermione aperticorona Haw. Hermione auranticorona Haw. Hermione biancae Tod.
Meşəlik faizi
Meşəlik faizi ərazinin meşə ilə örtülmə dərəcəsi olub meşə ilə örtülü sahənin ümumi sahəyə (məs. respublikanın, meşə təsərrüfatının və s.) nisbəti ilə təyin olunur; faizlə ifadə olunur. Respublikanın ayrı-ayrı rayonlarında fiziki-coğrafi, iqlim və torpaq şəraitindən asılı olaraq meşəlik faizi müxtəlifdir (şək.2). Meşəlik faizinin dinamikası insanın təsərrüfat fəaliyyətinin təsiri altında gedir. Meşələr respublikanın ərazisində qeyri-bərabər paylanmışdır. Meşənin əsas hissəsi (90%) dağ yamaclarında, az hissəsi (10%) isə düzəndə yerləşir. Meşə ilə örtülü sahənin 40%-i Böyük Qafqazda, 33%-i Kiçik Qafqazda və 17%-i Talışda yayılmışdır. == Meşəlik faizi ən çox harda yayılıb == Ən yüksək meşəlik faizi (40%-dən çox) ilə Böyük Qafqazın cənub makroyamacı rayonları (Balakən, Zaqatala, Oğuz, Qəbələ, İsmayıllı), Qarabağın dağlıq hissəsi (Ağdərə və Xankəndi rayonları) və qismən Talış (Astara rayonu) xarakterikdir. == Meşəlik faizi orta dərəcədə olan ərazilər == Orta meşəlik faizi (20-40%) ilə səciyyələnən ərazilər Böyük Qafqazda (Şəki, Quba rayonları), Kiçik Qafqazda (Gədəbəy, Daşkəsən, Kəlbəcər və Laçın rayonları) və Talışda (Lerik, Masallı rayonları) yerləşir. Orta meşəlik faizindən aşağı olan (10-20%) ərazilər Kiçik Qafqazın qərb rayonları (Qazax və Tovuz) üçün səciyyəvidir.
Meşəlik qurucası
Meşəlik qurucası (lat. Gnaphalium sylvaticum) - quruca cinsinə aid bitki növü.